Digər xəbərlər
Martın 4-də Binəqədi rayon Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseydə dünyanın 109 ölkəsinin gəncləri ilə "Dünyaya Sülh!" mövzusunda rus və ingilis dillərində tele-körpü keçirilib. Respublika Veteranlar Təşkilatının təşəbbüsü ilə keçirilən virtual görüşün məqsədi mövzu ətrafında fikir mübadiləsinin aparılması olub. Tədbirdə Silahlı Qüvvələr, müharibə və əmək veteranları, həmçinin gənclər iştirak edib. Telekörpü vasitəsilə Nərimanov rayon Veteranlar Təşkilatının sədri, istefada olan polkovnik Elşad Şabanov, məktəb-liseyin 11-ci sinif şagirdi Əzim Niyazov çıxış edərək, erməni şovinzmi xüsusi ilə Xocalı faciəsi, Dağlıq Qarabağ həqiqətləri, faşizm kimi narahatlıq doğuran məsələləri diqqətə çatdırıblar. Canlı yayında həmçinin dünyanın tərəqqipərvər qüvvələrinin mənfur qüvvələrə qarşı çıxması və bu yolda Azərbaycanın oğul və qızlarının rəşadətli əməyi vurğulanıb. Tele-konfransın sonunda tədbirin hazırlanmasında və keçirilməsində fərqlənmiş məktəbin bir qrup müəllim və şagirdinə Respublika Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub, xatirə şəkili çəkilib.
Hamısını oxu
Oktyabrın 12-də “Kiber Kosmos buraxılışı” mövzusunda virtual 71-ci Beynəlxalq Astronavtika Konqresi keçirilib. AZƏRTAC xəbər verir ki, konqresin açılış mərasimində Prezident İlham Əliyevin videomüraciəti təqdim olunub. Beynəlxalq Astronavtika Federasiyasının prezidenti xanım Paskal Erenfroynd: Gələcəyə baxaraq, gəlin 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək Azərbaycana, Bakıya bağlanaq. Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə söz verməkdən şərəf hissi duyuram. Azərbaycan Prezidenti İlham Əliyev: Hörmətli xanımlar və cənablar, mən sizi Azərbaycanın paytaxtı Bakıdan səmimi qəlbdən salamlayıram. Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. İlk növbədə, mən bizim namizədliyimizi dəstəklədiyinə görə Beynəlxalq Astronavtika Federasiyasının üzvlərinə, Bürosuna və komitələrinə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan bir dəfə - 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. Beləliklə, 50 ildən sonra - 2023-cü ildə paytaxtımızda ikinci konqresə ev sahibliyi etməyimiz rəmzi məna kəsb edəcək. Lakin həmin vaxt Azərbaycan müstəqil deyildi. Azərbaycan Sovet İttifaqının tərkibində idi, Sovet İttifaqının 15 respublikasından biri idi. 1973-cü ildə Azərbaycanın konqresə ev sahibi seçilməsi xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi. Üç ildən sonra biz sizi Bakıda görəcəyik. Əlli ildən sonra Konqresin bizim şəhərimizə - lakin indi müstəqil Azərbaycanın paytaxtına qayıtması çox rəmzi məna kəsb edəcək. Müstəqillik dövründə Azərbaycan möhtəşəm inkişafa nail olub. Azərbaycan beynəlxalq arenada fəal ölkələrdən biridir. Bu gün Azərbaycan Birləşmiş Millətlər Təşkilatından sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim iqtisadi göstəricilərimiz statistikada öz əksini tapıb. Son 17 ildə ümumi daxili məhsulumuz üç dəfə artıb, yoxsulluq səviyyəsi demək olar ki, 50 faizdən 5 faizə düşüb, xarici borcumuz ümumi daxili məhsulumuzun təxminən 20 faizi həcmindədir və ehtiyatlarımız xarici borcdan 6 dəfə çoxdur. Hazırda təbii ehtiyatlarımız inkişafımıza xidmət edir və təbii ehtiyatlarımızın insan kapitalına çevrilməsi bizim əsas prioritetlərimizdən biridir. Bu gün Azərbaycan kosmik klubun üzvüdür və Azərbaycan 3 peyki ilə bu istiqamətdə öz fəaliyyətini davam etdirməyi planlaşdırır. Mən əminəm ki, 2023-cü ildə paytaxtımızda keçiriləcək Konqres ölkəmizdə kosmik sənayenin inkişafına əlavə stimul verəcək. Sizə uğurlar arzu edirəm və 2023-cü ildə Bakıda görüşərik. Təşəkkür edirəm. Xanım Paskal Erenfroynd: Cənab Prezident, bu ilhamlandırıcı çıxışınız üçün çox sağ olun. 2023-cü ildə Bakıya gəlməyi səbirsizliklə gözləyirik. Qeyd edək ki, Azərbaycanda kosmik sənayenin inkişafının təməlini ulu öndər Heydər Əliyev qoyub. 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi bunun bariz nümunəsidir. Bu tədbir xalqımızın yüksək intellektual potensialı ilə yanaşı, texniki potensialını da bütün dünyaya nümayiş etdirib. Ulu Öndərin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə elm, texnologiya, İKT, o cümlədən kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində son illərdə çox mühüm işlər görülüb. Kosmik proqramların hazırlanması və reallaşdırılması müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi tarixə düşüb. Son 5 ildə ölkəmizin orbitdə 3 peykə sahib olması Azərbaycanı dünya kosmik klubunun fəal üzvünə çevirib. Bununla da Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyıb. 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də ölkəmizin İKT sahəsində son illərdə əldə etdiyi böyük uğurlarla bağlıdır. Beynəlxalq Astronavtika Konqresi 1950-ci ildən hər il fasiləsiz təşkil edilir. Bu il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunması planlaşdırılan 71-ci Beynəlxalq Astronavtika Konqresi COVID-19 pandemiyası səbəbindən Beynəlxalq Astronavtika Federasiyası tərəfindən növbəti ilə keçirilib. Lakin tədbirin davamlılığının təmin edilməsi məqsədilə 71 ölkəni təmsil edən 407 təşkilatın üzv olduğu Federasiya builki Konqresi oktyabrın 12-14-də virtual formatda keçirir. Bu Konqres kosmik sahədə aparıcı agentliklərin, elm mərkəzlərinin və beynəlxalq təşkilatların rəhbərləri, məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla, dünyanın 70-ə yaxın ölkəsindən ümumilikdə 6 mindən çox mütəxəssisi bir araya toplayan qlobal platformadır.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvü, İkinci Dünya Müharibəsi veteranı Rəsulova Zinaida İliniçnanın 100 illik yubileyidir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Zinaida Rəsulovanı yubiley münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı arzulayırıq. P.S.Xatırladaq ki, 23 iyun 1923-cü il təvəllüdlü Zinaida Rəsulova İkinci Dünya Müharibəsində faşizmə qarşı mübarizədə aktiv iştirak edib, göstərdiyi qəhrəmanlıqlara görə hərbi komandanlıq tərəfindən dəfələrlə təltif olunub.
Hamısını oxuGörüşdə bir qrup veterana Təşkilatın üzvlük vəsiqəsi təqdim olunub Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında I Qarabağ müharibəsi və Vətən müharibəsi veteranları ilə görüş keçirilib. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin və dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranların xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətindən danışıb, eləcə də, bu gün veteranlar qarşısında dayanan vəzifələrə diqqət çəkib. Dövlətimizin hər zaman şəhid ailələri və veteranlara yüksək diqqət və qayğı göstərdiyini bildirən Cəlil Xəlilov, veteranların da hər zaman olduğu kimi bundan sonra da, dövlətimizin və xalqımızın yanında olacağını vurğulayıb. Tədbirdə çıxış edən “Security Operation Services” MMC-nin direktoru Anar Məmmədov da veteranların gənc nəsil üçün örnək olduğunu, onların göstərdiyi tarixi qəhrəmanlıqların heç vaxt unudulmayacağını vurğulayıb. Bundan sonra bir qrup müharibə veteranına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqəsi təqdim edilib. Daha sonra çıxış edən müharibə veteranları - Fərid Həsənov və Tacir QubatovAli Baş Komandanla həmrəyliklərini nümayiş etdirib, milli maraq və mənafeylərin keşiyində ayıq-sayıq daynmağın zəruriliyini vurğulayıblar. Tədbirin sonunda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova şəhidlərin və veteranların Qarabağın erməni işğalından azad edilməsindəki tarixi roluna diqqət çəkib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında onların göstərdiyi qəhrəmanlıqlardan danışıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu