Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zəfərə aparan yol: hərbi aspektlər

Azərbaycan Respublikasının hərbi və milli təhlükəsizlik siyasəti həm xarici, həm də daxili təhdidlərin çevik şəkildə qiymətləndirilməsinə və bu təhdidlərə qarşı balanslaşdırılmış həm hərbi, həm də qeyri-hərbi vasitələrin tətbiqinə əsaslanır. Bu kontekstdə Silahlı Qüvvələrin müasirləşdirilməsi, peşəkarlığın artırılması və dövlətin hərbi qüdrətinin qorunub saxlanılması prioritet istiqamət olaraq qalır. Hər bir sahədə olduğu kimi Silahlı Qüvvələrin də daimi inkişafında keçilmiş yola nəzər salınması, bu yolun eniş və yoxuşlarının öyrənilməsi, təhlili, yeni istiqamətlərin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. 

Hüquq və İnsan Hüquqları İnstitutu İdarə Heyəti sədrinin müavini hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin Zəfərin beşinci ildönümündə  oxuculara təqdim olunan “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı Vətən müharibəsi dövründə Silahlı Qüvvələrimizin keçdiyi yolun təhlili, yeni istiqamətlərin müəyyən edilməsi baxımından xüsusi dəyər kəsb edir.

Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə dövründə xalqa müraciətləri, çıxışları və müsahibələrinin təhlilinə həsr olunmaqla, ordu quruculuğu, sərkərdəlik məharəti və Azərbaycan əsgər və zabitlərinin Vətən müharibəsində  qəhrəmanlıqları ilə bağlı məsələri də kifayət qədər əhatə edir. Müəllifin kitabda əksini tapan hərbi məsələlərə münasibəti özünəməxsusluğu, tarixi faktlara, zamanın sınağından keçən qaydalara söykənməsi ilə seçilir.

Müəllif Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunda əsaslı dəyişikliklərə nail olması, İlham Əliyevin onun qurduğu təməl üzərində Azərbaycan Silahl Qüvvələrini dünyanın aparıcı orduları ilə müqayisə edilə biləcək səviyyəyə çatdırmasını konkret misallarla oxucuların diqqətinə çatdırır və bu sahədə ilkin şərt kimi məqsəd birliyinə istinad edir: “Xalqın, ordunun və dövlətin vəhdəti, qarşılıqlı güvən qədim zamanlardan uğurun əsası kimi qiymətləndirilmişdir. Heydər Əliyev dövlətin ordusunu nə xalqdan, nə də dövlətdən ayrı təsəvvür edir, gücü, qüvvəti, uğuru onların birliyində görür və bu birliyi yaratmağa və qorumağa çalışırdı: “Xalq, dövlət orduya ümid edir, orduya güvənir. Ordu isə xalqın, dövlətin dəstəyinə güvənir. …həm dövlət, həm xalq, həm də ordu bir istiqamətdə gedir. Bir istiqamətdə də gedəcəkdir. Dövlət xalqındır, xalq üçündür, millət üçündür. Ordu xalqındır və ordu xalq üçündür, dövlət üçündür, millət üçündür. Güman edirəm ki, bu anlayışlar heç vaxt unudulmayacaqdır”.

 İlham Əliyev bu öyüdləri unutmadı və unutmadığına görə də xalqın dəstəyini qazandı. Çətin gündə Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanında dayandı. Xalqa rəhbərlik edən liderin özündən daha çox xalqa arxalanması müvəffəqiyyətin rəhnidir”.

Həqiqətən də, Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra Ordunun real və sistemli quruculuğu 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ölkədə xaos, siyasi qeyri-sabitlik və ordu daxilində nizamsızlıq hökm sürdüyü bir vaxtda Heydər Əliyev qısa bir müddətdə ordu sıralarını vahid komandanlıq altında  birləşdirdi, nizami ordu formalaşdırdı və ordu quruculuğuna əsaslı şəkildə start verdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun yalnız texniki və struktur baxımından deyil, mənəvi-psixoloji cəhətdən də güclü olması üçün xüsusi diqqət ayırdı. Onun bu sahədə tarixi fikirlərindən biri belə idi: “Ordunun qüdrətini, onun döyüş qaniliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir”. Vətənpərvərlik hissinin yüksək olması isə  əsgər və zabitin mənəvi-psixoloji durumunun əsasını təşkil edir.

İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusu peşəkarlığını artırdı, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksətldi, eləcə də Silahlı qüvvələrin ən müasir texnika və silahlarla təchizatı istiqamətində mühüm addımlar atıldı. Qısa müddət ərzində Azərbaycan Ordusu regionun ən qüdrətli və müasir hərbi qüvvəsinə çevrildi: “Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik”.

V.İbayev İlham Əliyevin ordu quruculuğuna verdiyi diqqəti nəzərə alaraq belə qənaətə gəlir: “İlham Əliyev bilirdi ki, xalqının şərəfi, maraqları, gələcəyi tələb etdiyinə görə Azərbaycan Ordusunun təhlükə, müharibənin məhrumiyyətləri ilə üz-üzə dayanmağa qətiyyəti çatar. Çünki uzun illər vətənpərvərlik hissləri ilə tərbiyə olunmuş ordu xalqı qarşısında Vətənin azadlığını təmin etmək kimi müqəddəs borcunu dərk edir, onun gələcək tarixini müəyyən edən ciddi sınaqlardan çəkinmirdi. Ordu məhz Vətənin işğal altında olan torpaqlarını azad etmək, xalqının həsrətinə son qoymaq, ədaləti və beynəlxalq hüququn tələblərini təmin etmək üçün bu döyüşlərə başlamışdır, onun əsgər və zabiti bu yolda canını, qanını, sağlamlığını qurban verməyə hazır idi. Bu, torpaqların işğaldan azad edilməsi üçün uzun illərdən bəri davam edən, lakin düşmənin özünün təcavüzkarlıq niyyətlərindən əl çəkmədiyi mübarizənin məntiqi nəticəsi idi. Bu mübarizə haqq ilə, ədalət ilə ədalətsizliyin, mərdlik ilə xəyanətkarlığın, cəsarət ilə ikiüzlülüyün, əyilməzlik ilə yaltaqlığın, özünəinam ilə sədəqə ummağın, hüquq ilə cinayətin, Vətəni müdafiə ilə özgə torpaqlarına sahib çıxmağın, inkişaf edən ölkə ilə yardım diləyənin, torpağın sahibləri ilə ora soxulmaq istəyənlərin mübarizəsi idi. Bu mübarizədə qan tökülsə də, şəhid verilsə də, sağlamlıq əldən getsə də, qələbə əldə olunmalı idi”.

Müəllif Vətən müharibəsi günlərində Azərbaycan Ordusunun mənəvi-psixoloji vəziyəti ilə əlaqədar yazır:“Azərbaycan Ordusu peşəkarlığı, hazırlığı, əzmkarlığı, mənəvi ruh yüksəkliyinə görə fərqlənirdi. Müasir müharibənin taleyi qədim zamanlardakı kimi onda iştirak edən adamların sayı ilə deyil, xalq kütlələrinin, əsgər və zabitlərin müharibənin məqsəd və vəzifələrinə, özlərinin siyasi və hərbi rəhbərliyinə münasibətinə görə, döyüş hazırlığı, müasir texnika və silahlara malik olma və onlardan istifadə bacarığı ilə müəyyən edilir. Ordunun əsgərləri üçün silahdan əlavə, onların cəhdlərini gücləndirən, fəallıqlarını yüksəldən və onları nəzərdə tutulan məqsədə aparan mənəvi stimullar da zəruridir.

İlham Əliyev özünün tabeliyində olanların igidlik və mərdliyini yüksək qiymətləndirir və özü onlara inamından güc və qüvvət alırdı. Azərbaycan əsgəri xüsusən kritik vəziyyətlərdə özünü daha parlaq nümayiş etdirirdi. O, çıxılmaz vəziyyətlərdə də ruhdan düşmür, onları dəf etmək üçün özündə qüvvə tapırdı. Məhz çətin sınaqlarda, başqalarının əllərini sallayıb ölümə məhkumluğunu düşündüyü,  fəaliyyət göstərməni buxovladıqları anlarda Azərbaycan əsgərində sanki ikinci nəfəs açılır, o, son nəfəsinə kimi döyüşür, hətta həlak olarkən belə özünün qorxmazlığı ilə düşməni məğlubiyyətə uğradırdı, bu əyilməzliyi görən düşmən gələcək döyüşlər üçün özünəinamı itirirdi.

 İlham Əliyev üçün cəbhə xəritə üzərində xətt deyil, hər birinin özünəməxsusluğu, arzuları və taleyi olan canlı insanlar, Azərbaycan övladları kimi canlanırdı. Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə Azərbaycan əsgərinin damarlarında qan cövlana başlayır, qoluna qüvvət gəlir, ayaqlarının təpəri artırdı. Tarixi, öz Vətənlərini, ana torpağı böyük məhəbbətlə sevən, işğal altında olan dağıdılmış şəhər və kəndlərin vəziyyətinə görə düşmənə dərin nifrət bəsləyən Azərbaycan əsgər və zabiti yazırdı. Onlar sadəcə özlərinin Vətən qarşısında, xalq qarşısında borclarını yerinə yetirir, lakin bu borcu cəsarətlə, mərdliklə, qorxmadan, düşmənə ağır zərbələr endirərək, onu qova-qova yerinə yetirirdilər. Hər kəs nifrət doğuran düşmənlə mübarizədə öz yerini tapırdı.

Bizim hamımız həyatı böyük arzu ilə sevirik, lakin gərgin döyüşdə hər bir Azərbaycan əsgəri ölüm təhlükəsi ilə dəfələrlə üz-üzə gəlib bu təhlükəyə vərdiş edirdi. Və ölmək lazım olanda onlar sərt ölümün üzünə dik baxırdılar. Həlak olanların dostları və döyüş yoldaşları onlara görə kədərlənir, onların yerini tutaraq döyüşü davam etdirir, öz işlərini görür, borclarını yerinə yetirirdilər. Müharibə şəraiti sərt və ağır, Azərbaycan əsgəri də sərt və məğrur idi. Çünki onun amalı, məqsədi işğal deyil, Vətən torpağının azadlığı idi. Onun böyük mərdliyini, yüksək mənəvi ruhunu ağır döyüş şəraiti qıra bilməzdi. Hər bir döyüşün Vətən torpağının bir parçasının azad olunması ilə nəticələnməsi isə azadlıq mübarizlərinə yeni ruh, güc və təpər verirdi. Onlar dağılmış kənd və şəhərləri görüb qəlblərində nifrət coşduğu kimi, hər kəndi, hər şəhəri azad edəndə zəhmətlərinin bəhrəsini görüb, azad torpaq üzərində gəzib cana, gücə gəlirdi.

Müharibədə qərarlar bir qayda olaraq ani qəbul edilmir. Qərar qəbul olunmamışdan əvvəl böyük düşüncə işi aparılır. Burada təkcə bir kəndin, şəhərin, yüksəkliyin alınması, cəbhə xəttinin yarılması məsələsi həll olunmur. Əsas məsələlərdən biri də qarşıya qoyulmuş vəzifədən asılı olaraq döyüşə minlərlə, on minlərlə adamın göndərilməsindən gedir. Müharibənin qəddar işində qələbənin yolu adamların həyatı və sağlamlığı hesabına salınır. Komandir hər bir döyüşdə düşmənin daha çox canlı qüvvəsini məhv etməyə nail olmaqla yanaşı, özünün tabeliyində olanlardan ən az itki verməsini təmin etməlidir. Müharibənin qaçılmaz qanunu budur. Qalib odur ki, sonda daha çox canlı qüvvəyə malik olmaqla, onlara istinad edərək öz şərtlərini diktə edir. Azərbaycan Ordusu Vətənini işğaldan azad etmək uğrunda mübarizə aparır, döyüşçülər nə üçün, hansı məqsədlə vuruşduqlarını dərk edirdilər. Bu hiss və yaşamlar, aparılan mübarizənin ədalətliliyinin dərk olunması döyüşdə qələbənin əsas amilini təşkil edirdi”.

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı Azərbaycan əsgərinin haqq uğrunda, öz torpağında vuruşduğuna, xilaskar əsgər olduğuna görə mənəvi üstünlüyə malik olmasını vurğulayaraq deyirdi: “Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında-Azərbaycan torpağında ölür... Nə işi var erməni əsgərinin Azərbaycan torpağında?”

V.İbayev özgə torpaqlarında vuruşan əsgərlərin taleyi ilə bağlı L.N.Tolstoya müraciətlə yazır: “Döyüş bölgələrindəki vəziyyət 1812-ci il noyabrın 5-də Krasnoye döyüşü adlanan döyüşdən sonra Napoleon qoşunları ilə Kutuzovun qoşunları arasındakı vəziyyəti xatırladırdı. L.N.Tolstoy Kutuzovun əsgər və zabitlərə müraciətlə dediyini və onun sözlərinin doğurduğu hissləri aşağıdakı kimi təsvir edirdi: “– İş belədir, qardaşlarım. Bilirəm ki, sizə çox çətindir, amma nə etməli! Səbr edin, çox qalmayıb, qonaqları yola salıb, sonra istirahət edərik. Göstərdiyiniz xidmət üçün padşah sizi yaddan çıxarmaz. Sizin vəziyyətiniz ağır olsa da, hər halda siz evdəsiniz; bəs bunlar – görürsünüzmü nə hala düşüblər, – deyə Kutuzov əsirləri göstərdi. – Dilənçidən də pis gündədirlər. Nə qədər ki, onlar güclü idilər, bizim onlara yazığımız gəlmirdi, amma indi yazığımız gələ də bilər. Onlar da insandırlar. Belədirmi, uşaqlar? O, öz ətrafına baxdı, ona zillənmiş və heyrət ifadə edən gözlərdə öz sözlərinə bir rəğbət gördü... O susdu və sanki heyrət içində başını aşağı saldı.– Onu da deməliyəm, axı onları buraya kim çağırmışdı? Onlara nə olursa yerində olur... – deyə birdən başını qaldırdı. Qamçısını yellədi və bütün kampaniya dövründə birinci dəfə olaraq sevinclə qəhqəhə çəkib gülən, “ura” deyib guruldayan əsgər sıralarının arasından dördnala çapıb getdi”.

 İlham Əliyevin və onun Ali Baş Komandanı olduğu ordunun gərgin əməyi nəticəsində də erməni əsgərləri “dilənçidən də pis gündə idilər” və artıq “onlara da yazığımız gələ də bilərdi. Onlar da insan idilər”. Bir məsələ də var idi, “axı onları buraya kim çağırmışdı? Onlara nə olursa yerində olur...” deyilə də bilərdi”.

Müəllif Zəfərə aparan yolda əsgər və sərkərdələr arasında maraqların ümumiliyinə də diqqəti çəkərək yazır: “Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan hərbçisi qarşısına qoyulan hər bir tapşırığı dəqiqliklə və şərəflə yerinə yetirməyə qabildir. İlham Əliyev çətin relyef şəraitində Azərbaycan Ordusunun irəliyə doğru hərəkətini Azərbaycan əsgəri, zabiti və generalının yüksək peşə hazırlığı və maraqların- ərazi bütövlüyünün təmin olunması istəyinin ümumiliyi ilə əlaqələndirirdi: “Azərbaycan əsgəri, Azərbaycan zabiti, generalı şücaət, rəşadət, cəsarət göstərir, canı, qanı bahasına ərazi bütövlüyümüzü təmin edir. İnşallah, sona qədər irəliyə gedəcəyik”. İlham Əliyev bu inamında haqlı idi. Çünki o, silahlı qüvvələr ilə iqtidar, iqtidar ilə xalq, xalq ilə ordu arasında maraqların ümumiliyini təmin edə bilmişdi. Frenk Edkok bizim eradan əvvəl II əsrin axırlarında Marinin orduda həyata keçirdiyi islahatlardan sonra Roma ordusunda peşəkarlıqdan söhbət açarkən həmçinin qeyd edirdi ki, “Həmin vaxt əsgərlərin sadiqliyini möhkəmləndirən əlavə amil onlarla sərkərdələr arasında maraqların ümumiliyi idi”.

Erməni qoşunları isə Azərbaycan Ordusunun, onun əsgərinin cəsurluğundan özünü itirmiş, “ölümcül yaralanmış”, xilas axtarırdı. Ona mənəvi qüvvə verəcək heç nə yox idi. Ümidi yalnız başqalarına – uzun illər boyu yaltaqlanıb, sədəqə umduğu havadarlara zəng etməkdə idi. Lakin mənəvi ruh olmayanda orduya ümid bağlamağa dəyməzdi. Erməni ordusu özünün bacarıqsız rəhbərlərinin başçılığı altında sonuna doğru geriyə qaçırdı”.

Zəfərə aparan yolun əsas amillərindən biri də Qrdunun  təlimlər vasitəsi ilə döyüşə hazırlanması, düşmənlə mübarizədə yeni üsul və vasitədən səmərəli istifadə olunmasıdır. Müəllif  həmin cəhətlərə diqqəti cəlb edərək qeyd edir ki: “Azərbaycan Ordusu uzun illər ərzində hazırlanmış, hərbi təlimlər keçmiş, hətta Ermənistanın hərbi təxribatlarına cavab verərək, erməni silahlı qüvvələri üzərində qələbələr qazanmış, Türk Silahlı Qüvvələri ilə döyüş şəraitinə uyğunlaşdırılmış intensiv təlimlərdə iştirak etmiş, döyüş vərdişlərini yüksəltmiş, “müharibəyə manevr kimi baxmaq” vərdişləri əldə etmişdi. Suvorov müharibədə şəhər və qalaları ələ keçirməkdən daha çox düşmənin canlı qüvvəsini məhv etmək məqsədi güdürdü. F.Engels Suvorovun hərb sənətinin qabaqcıl xüsusiyyətlərini xarakterizə edərək XIX əsrin ortalarında yazırdı ki, Suvorov strategiyası müasir strategiya sisteminə uyğundur.

 İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı müharibə yeni dövrün müharibəsi idi. Yeni texnologiyalardan istifadə olunmaqla düşmənin texnikası və canlı qüvvələrinə endirilən dəqiq zərbələr döyüşlərin taleyinin həllində mühüm rol oynayırdı. Azərbaycan əsgər və zabiti yeni texnologiyalardan məharətlə istifadə etməklə yanaşı, döyüşlərin bütün növlərində, hətta əlbəyaxa döyüşlərdə də qəhrəmanlıq nümunələri nümayiş etdirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il fevral ayının 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Ukraynanın “İnter” telekanalının müxbirinin verdiyi sualı cavablandırarkən deyirdi: “...Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı ayrıca bir əhvalatdır. Lakin bu gün artıq sirr deyil ki, döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi... Məhz bunların hamısının düzgün kombinasiyası: kəşfiyyat, artilleriya, zərbə pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları – bütün bunlar birlikdə qələbəyə gətirib çıxarıb”.

Azərbaycan Ordusunu Zəfər aparan yolun əsas cəhətlərindən biri də Ali Baş Komandan tərəfindən əsgər və zabitlərin, onların ehtiyac və istəklərinin daim diqqətdə saxlanılması idi. Müəllif həmin xüsusatla da bağlı Suvorov, Cingizxan təlimlərinə müracətlə yazır: “Oleq Mixaylov Suvorovun hərb sənətinin nəticələri haqqında yazır: “Əsgər sərkərdənin fəaliyyəti onunla nəticələndi ki, qoşunlarda xəstəlik və epidemiyadan ölənlərin sayı, fərarilərin sayı, özbaşınalıqlar azaldı. Mülki əhaliyə ziyan yetirilməsi halları aradan qalxdı. Əsgərlərin qida təmini yaxşılaşdı. Həmin sözləri eynilə İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusuna aid etmək olar. Müharibə zamanı heç bir fərarilik, xəstəlik və epidemiya faktı qeydə alınmamış, özbaşınalıqlara demək olar ki, yol verilməmiş, Azərbaycan Ordusu tərəfindən mülki əhaliyə ən minimum ziyan dəymiş, ölənlərin sayı 40 nəfər olmuşdur, əsgərlərin qida təmini isə yüksək səviyyəsi ilə fərqlənmişdir. Ordunun bu cür yekdillik və igidlik nümayiş etdirməsinin səbəblərindən biri də əsgər və zabitlərin öz vəzifələrini dərk edərək şüurlu surətdə və qəlbən yerinə yetirmələri idi. Vaxtilə Çingiz xan deyirdi: “Çoxlu adamları özünə tabe edirsənsə, əvvəl onların qəlbinə sahib ol: qəlblərinə sahib olduğun adamlar səni heç vaxt tərk etməyəcəklər”. Bəli, Vətən müharibəsi günlərində Ali Baş Komandanın iradəsi bir məqsədə – qələbəyə istiqamətlənmiş, bir nöqtəyə fokuslaşmışdı. Və İlham Əliyevin rəhbərliyi altında qələbə və müvəffəqiyyətlər əsgər və zabitlərdə inam, qətiyyət və bitməyən enerji yaradırdı...

Ermənistan Azərbaycanın qarşısında aciz idi. Ermənistan Azərbaycanın Vətən uğrunda şəhid olan övladları qarşısında diz çökürdü. Şəhidlərin qanı yerdə qalmamışdı. Şəhidlər öz qanı ilə Azərbaycan torpaqlarını Vətənə çevirmişdilər. Vətən torpaqlarını azad etməklə Azərbaycan Ordusu onlar qarşısında borcunu yerinə yetirirdi. Azərbaycan Ordusunun cəbhədə göstərdiyi igidlik bir vaxtlar monqol ordusu haqqında söylənilənləri xatırladırdı. XIII əsr Çin salnaməçisi yazırdı: “Bizim ölkəyə gəlmiş tatar qoşununda güc və intizam o qədər qeyri-adi idi ki, adama elə gəliridi, onlar bütün dünyanı fəth edə bilər”. Napoleon isə demişdi: “...Monqol yürüşünün pərakəndə Asiya ordusunun mənasız müdaxiləsi olmasını düşünmək əbəsdir. Bu, hərbi təşkilatçılığın, onun rəqiblərinin qoşunlarından əhəmiyyətli dərəcədə yüksək olan ordunun dərindən düşünülmüş hücumu idi”.

Müəllif Vətən müharibəsində Zəfər yolunun bir cəhətini də Azərbaycan Ordusunun  apardığı döyüşlərdə beynəlxalq humanitar hüquq normalarına əməl etməsində, mülki əhaliyə zərər yetirməməsində, əsassız dağıntılara yol verilməməsində  görürdü: “İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsi günlərində beynəlxalq humanitar hüququn pozulmasına yol vermədi, beynəlxalq hüquq normalarına riayət etdi. Azərbaycan Ordusu sübut etdi ki, özü mənəvi cəhətdən üstün olan xalq, onun ordusu müharibənin çətin, keşməkeşli günlərində humanizm prinsiplərinə əməl etməyə qadirdir. Azərbaycan Ordusu sübut etdi ki, beynəlxalq humanitar hüquq normaları yaşaya, həyata keçirilə bilər. Müharibəni beynəlxalq müharibə cinayətləri törətmədən də aparmaq mümkündür. Azərbaycan Ordusunun apardığı müharibə həm də beynəlxalq humanitar hüququn qələbəsi idi. Bunun üçün də siyasi iradə, yüksək mənəviyyat, bəşərilik və bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmaq gərəkdir. A.Meyroviç yazır: “Beynəlxalq humanitar hüququn məqsədlərindən biri müharibəyə xas olan qeyri-bəşəriliyi əvvəlcədən görüb, dinc dövrdə bəşərilik ehtiyatını toplamaqdan ibarətdir” .

Müəllifin hərbi terminologiyaya müraciəti, hərb sənətinin  özəllikləri ilə bağlı fikirləri onun tədqiqatına məsuliyyətli yanaşmasının, oxuculara təqdim olunan əsərin  böyük zətmətin nəticəsi olmasının göstəricisidir: “Hərbi terminologiyada “hərbi əməliyyatlar teatrı” deyilən bir ifadə var. Bu, “teatr” sözü ilə assosiasiya olunmur. Bu teatrda heç kim və heç nə oynamır, burada hamı döyüşür, yaralanır və həqiqətən də ölür. Hərbi əməliyyatlar teatrını elmi dildə qısaca orduların yerləşdiyi və qarşı-qarşıya durub döyüş əməliyyatları apardıqları ərazi kimi müəyyən etmək olar. Bu teatrın öyrənilməsi hərb elminin bütöv bir sahəsidir. Həm də ilk vaxtlar bu elm ərazinin coğrafi xüsusiyyətləri və onların hərbi əməliyyatlara təsiri ilə məşğul olurdu. Sonradan buraya siyasi, iqtisadi amillər də əlavə olundu. Aviasiyanın yaranması ilə hava məkanının da hərbi əməliyyatlara təsiri öyrənilməyə başlandı. Hazırda raketlər, dronlar artıq kosmik fəzanın öyrənilməsini tələb edir. Hərb elminin bu sahəsinə “hərbi əməliyyatlar teatrı” adının nə vaxt və kim tərəfindən verildiyi mənə məlum deyil. Lakin bu, həqiqətən də elmdir. Qarşı-qarşıya duran tərəflərin döyüşü zamanı hər bir hərbi əməliyyat özünəməxsus xüsusiyyətlərə malik olmaqla döyüş nəticəsində vəziyyət tərəflərin hazırlıq dərəcəsi, döyüş qabiliyyəti, mənəvi ruhunun təsiri altında spesifik xarakter alır: tərəflərin gücü, onların təminatı, mənəvi ruhu, yerin relyefi, hava şəraiti və onlarca digər amil döyüşə və onun nəticələrinə öz təsirini göstərir. Bütün bunlar sərkərdəni hər dəfə hərbi əməliyyatlara fərqli baxışlarla baxmağa məcbur edir. O, vəziyyəti öyrənməli, imkanlarını ölçüb-biçməli, dəyərləndirməli, yeni şəraitdə qoşunun imkanlarını müqayisə etməli, müvafiq olaraq yeni, orijinal, əvvəlkilərə oxşamayan qərar qəbul etməlidir. Əlbəttə ki, döyüşün nəticələri əsasən orduların ilkin hazırlığı, təchizatı, ordudakı nizam-intizam, döyüşçülərin mənəvi ruh yüksəkliyi, apardıqları mübarizənin məqsədlərindən daha çox asılı olur. Müasir tədqiqatçılar Çingizxanın “müvəffəqiyyətlərinin dərin səbəblərini ilk növbədə onun yaratdığı orduda, monqol hərbi rəislərində tərbiyə etdiyi hərb sənətinin sirlərində görürdülər”

Hərbi əməliyyatlar teatrında baş verənlərin Azərbaycan Ordusunun qələbələri ilə başa çatması təsadüf deyildi. Azərbaycan uzun illər səmərəli şəkildə qüdrətli ordu yaradılması ilə məşğul olmuş, hərb elminin bilicilərini yetişdirmiş, orduda nizam intizam, milli vətənpərvərlik hissləri gücləndirilmişdi. Ən əsası isə Azərbaycan Ordusu haqq işi uğrunda “böyük günahlar törətmiş” işğalçılara qarşı vuruşurdu. Yaradan və insanlıq qarşısında günahkar olanlar cəzalarını almalı idilər”.

Hazırkı mərhələdə proritet məsələ yalnız ərazi bütövlüyünün qorunması deyil, eyni zamanda bölgədə davamlı sülhün təmin olunması və ölkənin müstəqil inkişafına təhdid yarada biləcək istənilən riski önləməkdir. Azərbaycan Ordusunun və təhlükəsizlik sisteminin bu vəzifələri icra etmək üçün hazır və bacarıqlı olması isə həm xalqımızın güvən mənbəyidir, həm də müstəqil dövlətçiliyimizin möhkəm dayağıdır. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə haqlı olaraq qürur duyur.

V.İbayevin oxucuların müzakirəsinə verdiyi “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabını həm də Azərbaycan Ordusunun müstəqil dövlətçiliyimizin möhkəm dayağı kimi hər zaman üzərinə qoyulmuş vəzifələri icra etmək üçün hazır olmasına  mənəvi dəstək kimi dəyərləndirmək olar.

 Cəlil Xəlilov

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

 

2025-12-01 11:44:00
1876 baxış

Digər xəbərlər

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

30–31 yanvar və 1 fevral 2026-cı il tarixlərində Sərhədçi İdman Mərkəzində baş tutacaq yarışda 10-dan  çox ölkədən idmançıların iştirakı gözlənilir. Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ənənəvi “ARPACHAY OPEN” beynəlxalq karate yarışına hazırlıq işləri yüksək səviyyədə davam edir. Beynəlxalq turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının (AKF) dəstəyi, Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə 30–31 yanvar və 1 fevral 2026-cı il tarixlərində Sərhədçi İdman Mərkəzində keçiriləcək.       Beynəlxalq karate turniri ilə bağlı fikirlərini bizimlə bölüşən Arpaçay İdman Birliyinin  birinci vitse-prezidenti, Arpaçay Karate Klubunun prezidenti, Əməkdar məşqçi Yavər Hüseynov deyib ki, beynəlxalq karate yarışına hazırlıq işləri artıq başa çatmaq üzrədir: “3 gün davam edəcək turnirin təntənəli açılış mərasimi 30 yanvar 2026-cı il tarixində saat 17:00-da Sərhədçi İdman Mərkəzində olacaq. Karate idman növünün kata və kumite yarışlarında uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteran idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar”. Y.Hüseynovun sözlərinə görə, XI “ARPACHAY OPEN” karate turnirində 10-dan çox xarici ölkədən, eyni zamanda paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından 1000-ə yaxın idmançının iştirakı gözlənilir.

Hamısını oxu
“Suverenliyimizin bərpası 200 illik separatizmin sonu oldu”

Nəsib Məhəməliyev: “Milyonlarla insanın həyatını zəhərləmiş, daşnakların “Miatsum” ideyası tarixin zibilliyinə atıldı” Bu gün 20 sentyabr – Dövlət Suverenliyi Günüdür. Veteran.gov.az xəbər verir ki, VI çağırış Milli Məclisin deputatın Nəsib Məhəməliyev bununla bağlı bütün tük dünyasını təbrik edib, suverenliyə gedən yolla bağlı maraqlı fikirlər səsləndirib: “20 Sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Hərb tariximizin ən şərəfli səhifələrindən biri kimi, dövlətçilik salnaməmizə əbədi həkk olunmuş bayram münasibətilə dünya azərbaycanlılarını, türk dünyasını təbrik edirəm. 20 Sentyabrın bayram kimi qeyd olunmasını şərtləndirən səbəblər: —44 günlük müharibənin nəticəsi olaraq, 10.11.2020-ci ildə, Rusiyanın vasitəçiliyi ilə üçtərəfli Bəyannamə imzalandı. Lakin, müharibədən 3 il keçməsinə rəğmən, Qarabağda yerləşən erməni hərbi birləşmələrinin tam şəkildə çıxarılmasını nəzərdə tutan bənd icra olunmurdu. Ağır silahlarla təchiz olunmuş, 15 minlik erməni ordusu yenidən səngərlər, müdafiə qurğuları inşa edir, Ermənistan isə, bütün imkanları ilə maliyyə, təchizat məsələləri ilə məşğul olurdu. Xaricdəki himayədarlarının dəstəyinə arxalanan separatçılar Azərbaycanı hədələməkdə davam edirdilər. Həmin liderlər yaşayış yerlərini dəyişdikləri üçün, müvəqqəti olaraq fəaliyyətlərini dondurublar. —Kapitulyasiya aktını imzalayan və sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirən baş nazir Paşinyan, sentyabr ayının 2-də ,,arsaxın,, müstəqillik günü münasibətilə separatçılara təbrik məktubu ünvanlayır. —Sentyabrın 9-da Qarabağda qanunsuz ,,prezident seçkiləri,, keçirilir. Paralel olaraq, Qarabağın qızıl, mis, molibden yataqları vəhşicəsinə istismar olunur və monitorinq keçirmək istəyən mütəxəssislərimiz əraziyə buraxılmır. Bu 3 fakt, əndazəni aşmaq, Azərbaycana meydan oxumaq demək idi. 19 Sentyabr. Ali Baş Komandan anti-terror tədbirlərinin keçirilməsi barədə olduqca risqli əmr verir. Çünki, dünya erməniliyi, lobbi təşkilatları, bəzi qlobal güclər Azərbaycanın qələbəsini həzm edə bilmir, etnik təmizləmədə, mülki əhalinin qətlə yetirilməsində ittiham edirdilər. Bu bəhanələri onlara vermək olmazdı. Cəmi 23 saat 40 dəqiqə ərzində, tarixdə analoqu olmayan, ən güclü ordulara örnək ola biləcək əməliyyat keçirilir. Qəhrəman hərbçilərimiz erməni qoşunlarının belini sındırır. Allah şəhidlərimizə rəhmət eləsin. Erməni mülki əhali, heç bir təzyiq olmadan, bir komanda ilə bölgəni birdəfəlik tərk edir. Bununla da, dövlət SUVERENLİİYİMİZ bərpa olunur. 200 illik separçılığa son qoyulur. Milyonlarla insanın həyatını zəhərləmiş, daşnakların “Miatsum” ideyası tarixin zibilliyinə atılır. Şərəfli tarixi anları yaşatdığına, Azərbaycan insanının qürurunu bərpa etdiyinə görə, qələbələrimizin memarı, Müzəffər Ali Baş Komandana dərin təşəkkürlər. Bayramınız mübarək!”  Seymur ƏLİYEV  

Hamısını oxu
Qəhrəmanlar unudulmur!

    Tarix bəzən bir kitab olur – illərlə yazılır, bəzən isə bir an olur – əsrlər boyu unudulmur. Azərbaycan tarixində 8 Noyabr – Zəfər Günüdə məhz belə bir gündür. Bu gün təkcə hərbi zəfərin deyil, həm də bir xalqın birlik və iradə ilə ayağa qalxaraq öz haqqını bərpa etdiyi gündür. Bu zəfərin arxasında qanı ilə torpağı sulayan, canı ilə tarix yazan şəhidlərimizin müqəddəs izi var. Onlar bu torpağın azadlığı uğrunda ölümsüzlüyə qovuşan igidlərdir. Bu gün biz onların qəhrəmanlığı qarşısında baş əyirik, qürur və minnətlə xatırlayırıq. Xüsusilə də oktyabr ayında doğulmuş şəhidlərimizi ehtiramla anırıq. Onların doğum günləri bu torpaqda yeni həyatın, dirçəlişin rəmzinə çevrilib. Onlar bu dünyadan getsələr də, qəlblərimizdə daim yaşayır, hər doğum günlərində bir xalqın başı dik, ürəyi dolu olur. Respublika Veteranlar Təşkilatı olaraq bir daha sübut edirik ki, əsl döyüşçü silahdaşını heç zaman unutmur. Qəlbi hələ də səngər xatirələri ilə döyünən veteranlarımız üçün şəhidlər sadəcə keçmişin yox, həm də gələcəyin ilham mənbəyidir. Onlar bir zamanlar eyni bayrağın altında çiyin-çiyinə döyüşdükləri qardaşlarının ruhunu daim yaşadır, onların əmanətinə sahiblənirlər. Onların hər biri Azərbaycanın qəhrəmanlıq salnaməsinə öz adını qızıl hərflərlə yazdırıb. Ruhları qarşısında baş əyir, ailələrinə səbir, xalqımıza isə daim sülh və əmin-amanlıq arzu edirik. Unutmayaq: şəhidlər ölməz, Vətən bölünməz!     Həsən Abdullayev 1990-cı il oktyabrın 15-də Kəlbəcər rayonunun Zivel kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Həsən Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Həsən Abdullayev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Abdullayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.   Vaqif Abdullayev 1996-cı il oktyabrın 15-də Ağsu rayonunun Hacıqədirli kəndində anadan olub. Vaqif Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vaqif Abdullayev noyabrın 6-da Laçın döyüşləri zamanı şəhid olub. Ağsu rayonunda dəfn olunub.  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Abdullayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.   MAHHXHQ əsgər Dəmirli Elşən Gündüz oğlu 15 oktyabr 1998-ci ildə Qəbələ rayonunun Nic qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini Qəbələ rayon Nic qəsəbə 3 saylı tam orta məktəbində almışdır. 2016-cı ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidməti Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi başa vurub. 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirib. Mingəçevirdə yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Elşən Dəmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. 28 sentyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elşən Dəmirli ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.   Leytenant Dünyamalıyev Ceyhun Zeynal oğlu oktyabrın 15-i 1996-cı ildə Culfa şəhərində anadan olub. 2002-ci ildə Culfa şəhər 2 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. 2011-2014-cü illərdə hərb sənətinə yiyələnmək üçün Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirərək leytenant rütbəsinə yüksəlib və Naxçıvan Xüsusi Təyinatlılarının tərkibində xidmətə başlayıb. Ceyhun “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb. Vətən müharibəsi zamanı Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Cəbrayıl və Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 44 gün müharibədə qanı-canı bahasına torpaqlarımızın azadlığı uğrunda döyüşüb. Xüsusi Təyinatlı Qoşunların zabiti olan Ceyhun Dünyamalıyev 8 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə ayağından aldığı qəlpə yarası səbəbilə qan itkisindən şəhidlik zirvəsinə ucalıb. Qəhrəmanımız anadan olduğu Culfa şəhərində dəfn edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Ceyhun Dünyamalıyev ölümündən sonra “Vətən uğrunda” , “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.     Əsgər Əhmədzadə Rüfət Əbülfət oğlu 2001-ci il oktyabrın 15-də Sumqayıt şəhərində dünyaya gəlib. Orta təhsilinə Sumqayıt şəhər 31 saylı tam orta məktəbdə başlayıb. 2019-cu il oktyabrın 23-də müddətli həqiqi hərbi xidmətə yollanıb. O, hərbi xidmətdə olanda atası dünyasını dəyişib. Rüfət Əhmədzadə 2021-ci il sentyabrın 29-da Tərtər - Ağdərə istiqamətində gedən döyüşlərdə artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Oktyabrın 1-də Sumqayıt şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.     Gizir Ələkbərov Məhəmmədəli Bayram oğlu 1990-cı ildə Ağstafa rayonunun Poylu kəndində anadan olub. 1996-2007-ci illərdə Firacəddin Məmmədov adına tam orta məktəbdə təhsil alıb. 2008-2010-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildə Dövlət Sərhəd Xidmətində xidmətə başlayıb. M.Ələkbərovun ilk xidmət yeri olan Lənkərandakı “N” saylı hərbi hissədə qüsursuz xidmətlərinə görə seçilib. 2015-2016-ci illərdə Dövlət Sərhəd Xidmətinin tədris mərkəzində təlim çevik hərəkəti taborunda müxtəlif vəzifələrdə xidmət edib. 2019-cu ildən xidmət yeri Çevik Hərəkat Qüvvələrinin Çevik Hərəkət Dəstəsinə dəyişdirilib. Sentyabrın 27-də başlayan Vətən müharibəsi sanki Məhəmmədəliyə qazandığı bilik və bacarıqları nümayiş etdirilməsi üçün bir meydan oldu. Məhəmmədəli Çevik Hərəkət Dəstəsinin tərkibində Füzuli və Cəbrayıl istiqamətlərində bir sıra yaşayış məntəqələrimizin azad olunması uğrunda uğurlu əməliyyatlarda iştirak edib. İran İslam Respublikası ilə dövlət sərhədlərimizin bərpası zamanı məhz onun fədakarlığı nəticəsində bir neçə halda döyüş yoldaşları mühasirədən çıxarılıb. Oktyabrın 19-da Zəngilan şəhərinin azad olunması əməliyyatlarında düşmən postlarının ələ keçirilməsində qəhrəmanlıq göstərib. 21 oktyabr 2020-ci ildə bir gün əvvəl işğaldan azad olunmuş Zəngilan şəhərinə düşmənin əks-hücumunun qarşısını alarkən gizir Ələkbərov Məhəmmədəli qəhrəmancasına şəhid olub. 22 oktyabr 2020-ci ildə Ağstafa rayonunun Poylu kəndində dəfn edilib. Vətənə əmanət iki övladı qalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.     Əsgər Əlizadə Eltac İsmayıl oğlu 1996-cı il oktyabrın 15-də Tovuz rayonunun Çataq kəndində anadan olub. 2003–2014-cü illərdə X.Cəfərov adına Çataq kənd tam orta məktəbində, 2014-2018-ci illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil alıb. Eltac 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyulunda Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi, hərbi təxribatından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə gedərək, könüllü olaraq orduya yazılıb. Nəhayət sentyabrda istəyi yerinə yetən Eltac xalqının Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub, əks-hücum əməliyyatlarında fəal iştirak edib. Vətən müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Sərrast pulemyotçu olan Eltac cəbhənin müxtəlif istiqamətlərində düşmənə ağır zərbələr endirib. Füzuli və Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşən Eltac 27 oktyabr 2020-ci ildə şəhid olub. Şəhidimiz Tovuz rayonunun Çataq kəndində torpağa tapşırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Eltac Əlizadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.     Əsgər Həmidzadə Hüseyn Akif oğlu 1995-ci il oktyabr ayının 15-də Bakı şəhərində anadan olub. 2013-cü ildə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbini bitirib. 2014-2018-ci illərdə Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil alıb. 2018-ci ildə Murovdağ zirvəsində həqiqi hərbi hissədə xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zamanı könüllü olaraq Cəbrayıl rayon Komissarlığına yazılaraq qısa müddət ərzində ön cəbhəyə yollanır. O, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində qəhrəmanlıq göstərir, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarır. 25 oktyabrda Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn ötən il noyabrın 1-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Şəki rayonunun Oxut kənd məzarlığında dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Hüseyn Həmidzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.     Gizir Həsənov Səddam Aydın oğlu 15 oktyabr 1992-ci ildə Beyləqan rayonu Yeni Mil qəsəbəsində anadan olub. 1999-cu ildə Beyləqan rayonu Yeni Mil qəsəbəsində Rəşan Quliyev adına orta məktəbə daxil olub və 2010-cu ildə həmin məktəbi bitirib. 2010-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanan şəhidimiz xidmət müddətində öz vətənpərvərliyi, dözümü və iradəsi ilə fərqlənib. Hərbiyə olan marağı onu 2013-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gizir hazırlıq kursuna daxil olmasına gətirib çıxarır. Həmin kursu müvəffəqiyyətlə bitirən S.Həsənov Naxçıvanda yerləşən “N” saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmətini davam etdirib. Daha sonra Xüsusi Təyinatlı Taborun qrup komandirinin müavini vəzifəsində təyin olunub. Şəhidimiz 2014-2019-cu illər ərzində müxtəlif vəzifələrdə fərqlənib. Naxçıvanda xidmət edərkən Günnüt əməliyyatında iştirak edib, Günnüt kəndinin işğaldan azad edilməsində böyük şücaət göstərib. Vətən müharibəsinin ilk günlərindən Murovdağ silsiləsinin azad olunmasında və Ağdərə istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib. Həmçinin Cəbrayıl və Qubadlı şəhərlərinin azad olunmasında qəhrəmanlıq göstərib və üçrəngli bayrağımızı həmin torpaqlarda dalğalandırıb. Döyüşlərdə fərqlənən S.Həsənov oktyabrın 17-də Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Doğulub boya başa çatdığı Beyləqan rayonu Yeni Mil qəsəbəsində torpağa tapşırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Həsənov Səddam ölümündən sonra “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.   Əsgər Hüseynli Əkbər Azər oğlu 2001-ci il oktyabrın 15-də Cəlilabad rayonu Alar kəndində anadan olub. Əkbər Alar kəndi H.Əliyev adına 1 saylı orta məktəbdə təhsil alıb. Sonradan təhsilini Bakı Dövlət Sosial-İqtisadi Kollecində davam etdirib. Lakin Əkbər 2019-cu ildə təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanıb. Əkbər Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda başladılan Vətən müharibəsinin ilk günlərindən Murov istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş zamanı qolundan yaralanıb, əsgər yoldaşlarının təkidinə baxmayaraq döyüşə davam edib. 27-29 sentyabr tarixlərində döyüş yoldaşları ilə xeyli irəliləyərək düşmənin çox sayda hərbi qulluqçusunu məhv edib. 29 sentyabrda Murov zirvəsinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən əsgər Hüseynli Əkbər ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.     MAHHXHQ əsgər Novruzlu Pərviz Qorxmaz oğlu 1997-ci ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olub. Pərviz Novruzlu 2015-ci ilin oktyabrından Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı qrupunun üzvü kimi müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Hərbi xidməti dövründə 15-17 avqust 2016-cı il tarixində keçirilmiş “Ən yaxşı kəşfiyyat qrupu” yarışında 1-ci yeri tutduğuna görə Fəxri fərmanla təltif olunub. 23 mart 2017-ci ildə hərbi xidməti kəşfiyyatçı əsgər kimi başa vurmuş və sonra eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirib. Azərbaycan Ordusunun əsgəri olan Pərviz Novruzlu 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin, Cəbrayılın, Xocavəndin, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı olub. Pərviz Novruzlu 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.     Əsgər Osmanov Əyyub Azər oğlu 1995-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində anadan olub. 2002-ci ildə Ağdaş rayon Şıxlı kəndində Mehman Həmidov adına tam orta məktəbdə təhsil alıb. 2017-ci il yanvarın 26-da hərbi xidmətə yollanıb. 2018-ci il iyul ayında ordudan təxris olunub. Ordudan tərxis olduqdan sonra Ağdaş rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində (ASC) sürücü kimi işə başlayıb. 2020-ci il iyulda könüllü olaraq orduda xidmət etmək üçün müraciət edib. Sentyabrın 29-da Vətənin müdafiəsinə yollanıb. Ə.Osmanov Qubadlı şəhəri uğrunda olan döyüşlərdə qəhrəmanlıq göstərib. Hərəkət etdikləri avtomobilin vurulması nəticəsində itkin düşən şəhidin nəşi 16 dekabrda ailəsinə təhvil verilib. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Əyyub Osmanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.       MAHHXHQ əsgər Sarıyev Xəzri Elnur oğlu 2000-ci il oktyabrın 15-də Saatlı rayonunun Orta Muğan kəndində anadan olub. 2018-ci ildə Vətənə olan borcunu ödəmək üçün hərbi xidmətə yollanır. Xidmətini başa vurduqdan sonra fəaliyyətini MAXE kimi davam etdirməyə qərar verib. Xəzri XTQ-in tərkibində təlimlərə qatılaraq bir sıra uğurlar əldə edib. Valideynləri onun uşaq vaxtlarından hərbi vətənpərvərlik ruhda böyüdüyünü, daim milli qəhrəman Mübariz İbrahimovdan örnək götürdüyünü deyir. Xüsusi təyinatlı Qüvvələrin hərbçisi olan Xəzri Sarıyev ötən il sentyabrın 27-də vətən müharibəsinə qatılıb. Murovdağ istiqamətində düşmənə ilk zərbələr endirən qəhrəmanlarımızdan biri olub. Döyüşlər zamanı düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində iştirak edib. Qəhrəmanımız sentyabrın 27-də Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Qəhrəman şəhidimiz böyüyüb boya-başa çatdığı Orta Muğan kənd qəbiristanlığında dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Xəzri Sarıyev ölümündən sonra “Vətən uğrunda”, “Rəşadət” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.       MAHHXHQ əsgər Vəlixanov Rövşən Aydın oğlu 1994-cü il oktyabrın 15-də Tovuz rayonunun Qaraxanlı kəndində anadan olub. 2001-2012-ci illərdə F.Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbində təhsil alıb. Rövşən Vəlixanov 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rövşən Vəlixanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rövşən Vəlixanov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı itkin düşüb. Dekabrın 18-də şəhid olduğu müəyyənləşib. Tovuz rayonunun Qaraxanlı kəndində dəfn olunub.       Rauf Süleymanov 1987-ci il mayın 29-da Neftçala rayonunun Abasallı kəndində anadan olub. 1994-2005-ci illərdə Abasallı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. Rauf Süleymanov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2007-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Rauf Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Süleymanov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Neftçala rayonunun Abasallı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Şəhid Rauf Süleymanova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir     İdrət Abdulov 2001-ci il oktyabrın 5-də Lerik rayonunun Orand kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan İdrət Abdulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İdrət Abdulov oktyabrın 18-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İdrət Abdulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İdrət Abdulov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İdrət Abdulov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.         Nizami Aydəmirov oktyabrın 5-də Füzuli rayonu Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Aydəmirov Nizami ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda medalları ilə təltif edilib. ”   Ruslan Azər oğlu Bayramov 5 oktyabr 1996-cı ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq oranı bitirib. Azərbaycan Ordusunda kəşfiyyatçı olan o 27 sentyabrda başlayan Vətən müharibəsində könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Döyüşlərin birində komandiri yaralandığından tağıma rəhbərlik edib. Göstərdiyi şücaətə görə elə döyüşdə baş leytenant rütbəsi alıb. Şuşanın alınması uğrunda döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. Azərbaycan Prezidentinin Sərəncamına əsasən ölümündən sonra «Vətən uğrunda», “Şuşanın azad olunması uğrunda”, “3-cü dərəcəli Vətənə xidmətə görə”, “Füzulinin azad olunması uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarıı ilə təltif edilib.   Tural Dəmirçiyev 1992-ci il oktyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1999-cu il Sabunçu rayonu Yeni Ramana qəsəbəsi Rixard Zorge adına 90 saylı orta məktəbin 1-ci sinifinə qədəm qoymuşdur. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 2010-cu ildə «Azərbaycan Dövlət Pedaqoji Universitetinin» «Menecment» fakültəsinə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra Tərtər rayonu «N2 saylı hərbi hissədə xidmət etmişdir. Tural Tərtər rayonunda ön cəbhədə xidmətini layiqincə yerinə yetirmiş 2015-ci ildə tərxis olunmuşdur. Daha sonra 2017-ci ildə «SOCAR»-ın «Təhlükəsizlik idarəsinin» mühafizəçisi vəzifəsində çalışmağa başlamışdır. Tural sentyabrın 21-də könüllü olaraq hərbi səfərbərliyə cəlb olunan hərbçilərimizdən biri idi. 2-ci Qarabağ savaşının ilk günündən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlərin iştirakçısı olub. Oktyabrın 1-də 28 yaşını döyüş bölgəsində qarşılayan Tural cəsarəti və mərdliyi ilə əsgər yoldaşlarının hörmətini qazanmışdı. 5 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində əks-hücum əməliyyatında qəhrəmanlıq göstərən Tural Dəmirçiyev qəlpə yarası alaraq Şəhidlik zirvəsinə yüksəlir. Ölümündən sonra Azərbaycan Respublikası Ali Baş Komandanı İlham Əliyevin Fərmanına əsasən «Vətən uğrunda» «Füzulinin azad olunması uğrunda» medalları ilə təltif olunmuşdur.   Coşqun Xəlilov 1998-ci il oktyabrın 29-da Neftçala rayonunun Xol Qaraqaşlı kəndində anadan olub.Azərbaycan Ordusunun leytenantı olan Coşqun Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Coşqun Xəlilov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Neftçala rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edildi.   Ceyhun Hüseynov 5 oktyabr 1991-ci ildə Ağcabədi rayonunun Arazbar kəndində anadan olmuşdur. C.Həsənov adına Ağcabədi rayon Arazbar kənd tam orta məktəbdə təhsil almışdır. Ceyhun Hüseynov 2009-cu ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2014-cü ilin mart ayından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Top komandiri olaraq xidmət etmişdir. 2016-cı ilin aprel ayında Cəbrayıl-Füzuli və Tərtər rayonu istiqamətində baş verən Aprel döyüşlərində Ceyhun Hüseynov iştirak etmişdir. O, təkbaşına 4 topdan 27 atəş açaraq Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini və artilleriya divizionunu müdafiə etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Topdan və minaatandan qarşı tərəfə atəş açmışdır. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ceyhun Hüseynov 16 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ağcabədi rayonunun Arazbar kəndində dəfn olunmuşdur.   Elmir Məmmədov 1988-ci il oktyabrın 5-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Elmir Məmmədov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Məmmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.   Rauf Qurbanov 1995-ci il oktyabrın 5-də Şərur rayonunun Ələkli kəndində anadan olub. 2001-2011-ci illərdə Ələkli kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Rauf Qurbanov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Rauf Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Qurbanov oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif edildi.   Xeyirbəy Səfərçinov 1993-cü il oktyabrın 5-də Qəbələ rayonunun Yeni Dizaxlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xeyirbəy Səfərçinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xeyirbəy Səfərçinov oktyabrın 22-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Yeni Dizaxlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xeyirbəy Səfərçinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xeyirbəy Səfərçinov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Xeyirbəy Səfərçinov ölümündən sonra "Suqovuşanın azad olunmasına" medalı ilə təltif edildi.   Əsgər Əzimov Saatmirzə Feyruz oğlu 16 oktyabr 1997-ci ildə Siyəzən şəhərində anadan olub. 2003-2014-cü illərdə Siyəzən şəhər 6 saylı orta məktəbdə təhsil alıb. Orta təhsil aldığı zaman 2006-2010-cu illərdə Siyəzən şəhər musiqi məktəbində qarmon üzrə kurs keçib. Saatmirzə Əzimov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib, döyüşlər zamanı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından iştirak edərək fərqlənib. 2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Saatmirzə Əzimov sentyabr ayında hərbi xidmətə çağırılıb. Əsgər Saatmirzə Əzimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Tərlan Gülüşov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.   İsrafil İbrahimov 1997-ci il oktyabrın 16-da Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonundan idi. Onun əmisi xanəndə, Azərbaycanın xalq artisti Mənsum İbrahimovdur.Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsrafil İbrahimov oktyabrın 26-da Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.   Müşfiq İsmayılzadə 1994-cü il oktyabrın 16-da Tovuz rayonunun Alakol kəndində anadan olub. 2001-2005-ci illərdə Tovuz rayonunda Alakol kənd tam orta məktəbində, 2005-2009-cu illərdə isə Gəncə şəhərində İ. Nəsimi adına 44 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.Müşfiq İsmayılzadə 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Müşfiq İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Müşfiq İsmayılzadə oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Alakol kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən  Müşfiq İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən  Müşfiq İsmayılzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.   Baş leytenant Gülüşov Tərlan Salman oğlu 16 oktyabr 1994-cü ildə Salyan rayonunun Xalac kəndində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Tərlan Gülüşov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Tərlan Gülüşov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Gülüşov oktyabrın 22-də Füzuli döyüşləri zamanı şəhid olub. Salyan rayonunun Xələc kəndində dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Tərlan Gülüşov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.   Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu
Şəhid Azad Bəkirlinin xatirəsinə həsr edilən şahmat turniri keçiriləcək

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə sentyabrın 27-də 45 saylı tam orta məktəbin həyətində, açıq səma altında Vətən Müharibəsi şəhidi, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş Azad Bəkirlinin xatirəsinə həsr olunan şahmat turniri keçiriləcək.   Azad Bəkirlinin 27 sentyabr doğum günüdür. Yaşasaydı 29 yaşı tamam olacaqdı.   O, Tovuz döyüşlərindən sonra könüllü şəkildə qeydiyyata yazılaraq, qalib ordumuzun sıralarına qoşulmuş, Cəbrayıl və Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərərək şəhidlik zirvəsinə ucalmışdır.   Allah rəhmət eləsin!  

Hamısını oxu