Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteran və qazilərin məzuniyyət müddəti artırılır

Bakı. Trend:

Qarabağ döyüşlərində iştirak etmiş və müharibə veteranı statusu olan işçiyə əmək məzuniyyəti artıq standart 21-30 gün deyil, minimum 46 gün veriləcək.

Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavinin sözlərinə görə, bu dəyişiklik dövlətin vətənə xidmət etmiş bütün kateqoriyalara sistemli, ədalətli və inklüziv sosial dəstək yanaşmasını nümayiş etdirir və onların rifahının təmin olunmasına yönəlmiş mühüm sosial addımdır.

“Layihədə 46 təqvim günündən az olmayaraq məzuniyyət hüququna dair norma əhəmiyyətli şəkildə genişləndirilib və dəqiqləşdirilib. Əvvəlki redaksiyada bu hüquq əsasən Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda xəsarət almış, Milli və Sovet İttifaqı Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları və digər dövlət təltifləri ilə təltif olunmuş şəxsləri əhatə edirdisə, yeni redaksiya bu hüququ daha geniş sosial müdafiə qruplarına şamil edir”, - deyə R.Mustafayev əlavə edib.

2025-12-10 23:19:00
5521 baxış

Digər xəbərlər

Ermənistan cəbhədə təxribat törətdi – Mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 36 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.   Qeyd olunur ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
Veteran.gov.az saytının baş redaktoru Dövlət Sərhəd Xidmətinin müsabiqəsində birinci oldu

Avqustun 12-də Dövlət Sərhəd Xidmətinin Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 102-ci ildönbümünə həsr etdiyi müsabiqənin nəticəsi məlum olub. “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqənin nəticəsinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı, veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev qəzet məqaləsi nominasiyası üzrə birinci yerə layiq görülüb.   Məlumat üçün qeyd edək ki, Seymur Əliyevin “DSX-dan böyük zəfərə böyük töhfə: Müqəddəs sərhədlərin keşiyində...” məqaləsində 44 günlük Vətən müharibəsində Sərhəd Qoşunlarının fəaliyyətinə toxunulub, onların işğaldakı torpaqlarımızın azad edilməsindəki xidmətlərinə diqqət yetirilib.

Hamısını oxu
“Korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” mövzusunda müzakirələr aparılıb

Yanvarın 15-də Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu" mövzusunda dəyirmi masa keçirilib.   Azərtac xəbər verir ki, ADA Universitetində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunan QHT sədrləri, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən təşkilatların təmsilçiləri iştirak ediblər.   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində verdiyi tövsiyələrinin, ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı fikirlərinin vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb.   O, korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət prosesində QHT-lərin əhəmiyyətli rolunu qeyd edib və onların dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb. Bildirilib ki, dövlətimizin başçısının ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı tövsiyələri qarşımızda yeni vəzifələr qoyur.   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov ölkəmizdə korrupsiyaya qarşı dövlət səviyyəsində mübarizə aparıldığını diqqətə çatdıraraq, bu məsələdə vətəndaşlarla sıx təmasda işləyən QHT-lərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Deyib ki, ictimai nəzarətlə bağlı sosial institutların və ictimai nəzarət mexanizmlərinin yaradılması çox vacibdir.   "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, müsahibəsində bir çox mühüm məqamlara toxunan dövlətimizin başçısı korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi ilə bağlı yeni gündəlik təqdim etdi. Ölkəmizdə ictimai nəzarətin hüquqi əsaslarının və institutların mövcud olduğunu diqqətə çatdıran Ə.Nuriyev bu sahədə fəallığın artırılmasının vacibliyini vurğulayıb və ictimai şuraların fəaliyyətinin mərkəzləşməsinin mühüm məsələ olduğunu qeyd edib.   Korrupsiyaya qarşı mübarizədə medianın və ictimai nəzarətin xüsusi rolunu vurğulayan "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Qarabağda gedən bərpa və quruculuq işlərində tender məsələsinin nəzarətdə saxlanılmasının vacibliyini bildirib.   Digər çıxış edənlər - Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov, “Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin sədri Samir İsayev, “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə və digərləri korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolunu vurğulayıb, onların fəallıqlarının artırlılmasının vacibliyini qeyd ediblər. Onlar QHT-lərin media ilə əlaqəli işləməsinin və dialoq platformasının yaradılmasının vacibliyini diqqətə çatdırıblar.   QHT-lərin korrupsiya ilə mübarizədə fəaliyyətlərinin daha geniş vüsət alması üçün bir sıra təkliflər səsləndirilib.   Tədbirin sonunda QHT təmsilçilərinin iştirakı ilə müzakirələr keçirilib, onların fikirləri və təklifləri öyrənilib.  

Hamısını oxu
Zəfər qurultayında iştirak edən bir qrup diaspor nümayəndəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olub

Veteran.gov.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı  çərçivəsində Rusiyadan ölkəmizə səfər edən bir qrup diaspor nümayəndəsi bu gün  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Təşkilat sədri Fatma Səttarova ilə görüşən diaspor nümayəndələri Rusiyada gördükləri işlər, həyata keçirdikləri layihələr haqqında məlumat verib, birgə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Görüşdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqlara Təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verib, onları görülən işlərlə tanış edib.  

Hamısını oxu