Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

50 yaşım Minskdə və Xatında olanda tamam oldu - Qələbə-80

Bir yaşım amansız Böyük Vətən müharibəsi başlayandan bir ay əvvəl, beş yaşım da Müharibə dörd il “öz işini” görüb başa çatdırandan sonra olmuşdu. Hər iki ad günüm doğulduğum Şıxlar kəndimdə, nə mənim, nə də valideynlərimin xəbərləri olmadan öz-özünə keçib-getmişdi... Bu dünyaya haçan və harada gəlməyimi mən ancaq 15 yaşımda-- 1955-ci ilin iyul ayının 12-də, Bakıya oxumağa gedəndə aldığım “Doğum haqqında şəhadətnamə”dən bilmişəm.

Mənə ilk dəfə ad gününü, 26 yaşımın tamamında, Bakı torpaq ekspedisiyasında işləyərkən iş yoldaşlarım keçirmişdilər və mənə indiyə kimi saxladığım hədiyyə də alıb bağışlamışdılar.

1990-cı il mayın 16-da 50 yaşım tamam olacaqdı. Mayın 12-dən 26-dək “Azərbaycan” turist qatarı ilə, Bakıdan çıxıb, Kiyev, Minsk, Xatın, Brest, Vilnüs, Kaunas, Kalininqrad, Svetloqorsk, Riqa, Yurmala, Tallin, Leninqrad və Rostovda səfərdə olacaqdım. Mayın 12-də Bakıdan yola düşəndə bilmirdim ki, 50 yaşım bu gedəcəyim yerlərin hansında tamam olacaqdı. Mayın 14 və 15-də Kiyevdə olduq. Şəhərin “Turist sxemi”nə baxanda fikirləşirsən ki, burada göstərilənləri gəzib-görməyə heç bir il müddət də bəs eləməz, nəinki günyarımdan da az... Belə ki, mayın 14-də, saat 16:05-də, gəldiyimiz Kiyevdən, mayın 15-də, saat 19:20-də Minskə yola düşdük. Bütün gecəni yol gedib, mayın 16-ı səhərini Belarus torpağında - qatarda açdıq. Sənədə görə bu gün mənim 50 yaşım tamam olurdu. Bu ilin əvvəllərində iş yerimdə sənədlərimdən bilmişdilər ki, mayın 16-da mənim 50 yaşım tamam olacaq. İstəyirdilər ki, bunu qeyd etsinlər. Lakin iş elə gətirdi ki, mən 50 yaşımın tamamında Bakıda yox, qardaş Belarus torpağında- Minskdə oldum. Bundan 22 il sonra da belə bir təsadüf olmuşdu. 72 yaşımın tamamında İraqın müqəddəs Kərbəla şəhərində idim. Allahdan qismətim nədirsə, onu da görürdüm.

Deyirəm, sən dünyanın “bizdən xəbərsiz” gördüyü işlərinə bir bax... Mən 50 yaşımı Minskdə, Xatında, 72 yaşımı da Kərbəlada keçirdim, tanınmış satirik şair Mirzə Sakit isə, 48 yaşını 2006-cı ilin oktyabrın 19-da həbsxanada “qeyd etdi”... Görünür, Mirzə Sakitin də “alınyazısı” belə imiş...

Səhər saat 8-də qatarımız Tatarka stansiyasında bir az dayandı. Buralarda evləri ağacdan tikilən bir kəndin içindən keçirdik. Üç nəfər yaşlı kənd qadını kəndin arası ilə gedirdilər. Əyinlərində sırıqlı, ayaqlarında rezin uzunboğaz olan bu qadınlar, elə bil səhər işə tələsirdilər. Onlar ferma işçilərinə daha çox oxşayırdılar. Geyimlərindən bilinirdi ki, onlar zəhmətkeş belarus qadınlarıdır (Bu zəhmətkeş Belarus analarını görəndə, bu dünyada cəmi 57 il yaşamış, ayaqlarına qaloş, əyninə sırıqlı geyinən öz Anam yadıma düşdü)... Osipoviçi, Qorka stansiyalarını və daha bir neçə stansiyaları keçib, saat 11-də Minskə çatdıq. Qatarımız şəhərdən bir az aralıda, bizim üçün ayrılmış Jdanoviçi stansiyasında dayandı. Mən ilk dəfə idi ki, Belarus torpağına ayaq basırdım, onun paytaxtı Minskə gəlmişdim.

Saat ll:35-də nə vaxtdansa gəlib bizi gözləyən avtobuslara əyləşib, şəhərlə tanışlığa başladıq.

Minsk SSRİ-nin iri sənaye, elm və mədəniyyət mərkəzlərindən biri, Belarusun paytaxtı, Minsk vilayətinin isə mərkəzidir. Burada iri sənaye müəssisələri: traktor, avtomobil, dəzgahqayırma, elektron hesablama maşınlar, soyuducu və başqa zavodlar, Belarus Elmlər Akademiyası və onun institutlarının çoxu, 13 ali məktəb (o cümlədən Belarus Dövlət Universiteti), 200-dən çox kitabxana, Böyük Vətən müharibəsi Tarixi Muzeyi, Belarus Dövlət Muzeyi və sair sənaye, elm, təhsil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir.

Müharibə nəticəsində alman-faşistləri Minskin mənzil fondunun 74 faizini dağıtmışdılar. Onların hamısı müharibədən sonra yenidən bərpa edilmiş, yeni yaşayış rayonları salınmışdır.

Bələdçimiz dediklərimin bəzilərini və demədiklərimi bizə göstərib, onların haqqında dolğun məlumatlar verirdi. Biz Minskin böyük və həm də müasir dəbdə tikilmiş yaraşıqlı bir şəhər olduğunu öz gözlərimizlə gördük. Onun geniş və yaraşıqlı küçələrindən keçdik. "Komsomol" gölünün, "Planeta", "Minsk" mehmanxanalarının, "Universitet" binasının, "Qələbə meydanı"nın (Orada mitinq keçirilirdi), traktor, saat zavodlarının yanlarından keçdik, olduqca yaraşıqlı binalar tikilmiş mikrorayonları gördük. Bütün ətraf gömgöy çəmənliklərlə örtülü idi.

Şəhərlə tanışlığı başa çatdırıb, "PAZ-Turist" markalı avtobusa əyləşib, növbəti səfərimizin haraya olacağını gözləyirdik. Yola düşəndə elan elədilər ki, növbəti səfərimiz Xatınadır. Bələdçimiz elə bunu demişdi ki, "turistlərdən" (onlara turist deməyə adamın dili gəlmir) bir neçəsi oturduqları rahat yerlərindən qalxıb, saxla-saxla dedilər və heç kimə də məhəl qoymadan avtobusdan aşağı düşdülər. Onlar faşistlərin sakinlərilə birlikdə diri-diri yandırdıqları kəndin- Xatının haqqında məlumatları olanlar idi. Onların nəyə görə avtobusdan düşdüklərini bilənlər, sanki yuxudan ayılmış kimi yerlərindən qalxıb onlara qoşuldular. Bir nabələd adam olsaydı fikirləşərdi ki, yəqin bunları güllələməyə aparırlarmış, onlar da canlarını götürüb qaçdılar... Oturduğum yerdən qalxıb, ürəyimdə tutduğum, onlara yaraşan: hara qaçırsınız ey insan cildinə girmiş tülkülər ! - deməkdənsə, hamının eşidəcəyi bir səslə, bir qədər də ərkyana dedim: Bizi rüsvay eləməyin, qayıdın yerinizə! Elə bil, onların qulaqlarına tıxadıqları pambıq mənim dediklərimi eşitməyə qoymadı. Mənim hündürdən Azərbaycan dilində, nə demək istədiyimi təkcə sükan arxasında əyləşən belaruslu sürücü ilə bələdçi başa düşmədilər. Avtobus boşaldı, içəridə bir sürücü ilə bələdçi xanım, əsl turistlərdən də biz üç nəfər - Həsən müəllim, Valeriy İvanoviç və bir də mən qaldıq. Elə bilin avtobusdakı 40 turistdən 37-i düşüb getdi. Sürücü ilə bələdçi bəlkə də indiyədək görmədikləri bir "möcüzə" ilə qarşılaşmışdılar. Az sonra bildim ki, onlar və onlardan əvvəlkilər indiyədək Xatına 26 milyondan çox ziyarətçi aparıblarmış.

Beşimiz də fikrə getmişdik. Mənim ürəyimə gələn bir o oldu ki, Xatını və Xatındakıları diri-diri sobaya atıb yandıran faşistlərlə, onların ziyarətinə getməkdən boyun qaçırıb, avtobusdan saymazyana düşüb gedənlərin nə fərqi oldu?.. Ürəyimə ağlım kəsəndən eşitdiyim: "Onlar nə ölüyə hay verəndilər, nə də diriyə pay", məsəli də gəlirdi. Və ən çox ürəyimə gələn o idi ki, əcəb biabır olduq...

Bəli, doğrudan da biabır olmuşduq. Çöldən bizi gətirən qatarın hər yerinə "Azərbaycan" sözü yazılmışdı. Bu gələnlərin hamısı Azərbaycandan gələn turistlər sayılırdı. Bir az əvvəldə dediyim kimi, hələ biz Jdanoviçi stansiyasına çatmazdan əvvəl, onlar haçandansa dayanıb bizim gəlməyimizi gözləyiblər. Bakıdan onlara xəbər göndərilmişdi ki, "filan" tarixdə, "filan” vaxtda sizə bu qədər turist gələcək. İndi gəlmişdilər, ancaq gələnlərin böyük əksəriyyəti turist yox, peşəkar alverçilər idilər. Durub alverçiyə turist putyovkası verəndə və adını da "turist" qoyanda nəticəsi də belə olar... Onlar evdən çıxanda ancaq alver məqsədilə çıxıblar. 200 manata 15 gün qatarda yeyirlər, yatırlar, gündüzlər də univermaqlara, mağazalara "səyahət" eləyirlər. Çox güman ki, onlar indi avtobusdan düşən kimi, qarşılarına çıxanlardan "mərkəzi univermaq"ın yerini soruşublar. Əgər onlara deyən olsaydı ki, Xatında yaxşı bir univermaq var, oradakı  malların hamısı xaricdən gətirilmədi, onların biri də avtobusdan düşməyəcəkdi...

Bir qədər əvvəldə belələrinin haqqında demişdim: "Mənə qalsa belələrinə heç "analiz" eləmədən ucdantutma bədbəxt "diaqnozunu" qoyardım və sonra da deyərdim: heyif sizə verilən o putyovkalardan!..."

Deyək ki, biz heç, onların bugünkü planları pozuldu. Üç nəfər turistdən ötəri bu böyüklükdə avtobusu elə uzaq bir yola- Xatına sürməyəcəkdilər ki... Orada da biz üç nəfərə bələdçilik etməyəcəkdi ki... Ona görə də onlar vəziyyətdən çıxış yolunu bizi düşürüb başqa avtobusla yola salmaqda gördülər.

Avtobusdan düşüb tanımadığımız turistlərin avtobusuna əyləşib, şəhərdən çıxdıq, sonra da şimal-şərq istiqamətdə yerləşən, Dünya faciəsinin nümunəsi sayılan Xatına yola düşdük. Bu yol birbaşa Vitebsk şəhərinə gedib çıxırdı. Bu o Vitebskidir ki, 1941-ci ilin iyun ayının 22-də, Böyük Vətən müharibəsi başlayan gün, Sovet dövlətinin başçısı, SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı İosif Stalinin oğlu Yakov Cuqaşvili heç Moskvaya gedib atası ilə görüşmədən, ancaq telefonla Müharibəyə getdiyini bildirəndən sonra özünü Müharibənin ən qaynar nöqtələrindən birinə - Belarus torpağına çatdırdı. Müharibənin 25-ci günü - iyul ayının 16-da Vitebsk şəhərinin təxminən 40 kilometrliyində almanlara əsir düşür və bundan sonra da onun həyatının sonluğu faciə ilə bitir.

"Şüşə" kimi yolla 59 kilometr gedəndən sonra sağa- Xatına burulacaqdıq. Bələdçinin verdiyi kədərli məlumatlara qulaq asa-asa, xəyalən 49 il əvvələ (Mənim bir yaşım olana) - Müharibənin başlandığı ilk günlərə qayıdıb yola "nərdivan" qoyuram: Müharibənin ilk günlərindən Belarusun ərazisi döyüş meydanına çevrildi. 1,5 milyonadək adam, 109 iri sənaye müəssisəsi SSRİ-nin şərq rayonlarına köçürüldü. Belarus 1941-ci ilin iyunundan - 1944-cü ilin iyulunadək faşistlərin işğalı altında qaldı. Bu illərdə Belarus ərazisində 2230 min sovet vətəndaşı və hərbi əsir öldürüldü, 380 minədək adam Almaniyaya katorqa işlərinə göndərildi.

1944-cü ilin iyulunda sovet qoşunları Belarusu alman-faşist işğalçılarından tamamilə azad etdilər. Müharibədə 1 milyondan çox belarus Qızıl Ordu sıralarında vuruşmuşdu. Faşist işğalı belaruslara çox böyük fəlakət gətirdi: 209 şəhər və şəhərtipli qəsəbə, 9200 kənd, 10 min sənaye müəssisəsi viran qoyuldu, 10,2 min kolxoz, 92 sovxoz əmlakı talandı. İndi ziyarətinə getdiyimiz Xatın faşistlərin sakinlərilə birlikdə yandırdıqları yeganə kənd deyildir. Faşistlər Belarusda 186 kəndi sakinlərilə birlikdə belə yandırıblar. 2230000 (2 milyon 230 min) insanı- respublikanın hər dörd sakinindən birini öldürüblər, vəhşicəsinə yandırıblar...

Getdiyimiz yolun hər iki tərəfi olduqca mənzərəli, gedəcəyimiz məkan isə bir o qədər kədərli idi. Bələdçimiz məlumat verir ki, Belarus ərazisinin 35 faizi meşələrlə örtülüdür (bizdə- Azərbaycanda bu rəqəm 11-dir). Yanlarından keçib getdiyimiz yaşayış məntəqələrindən birinin adı Lesnoy adlanırdı. Keçib getdikcə talalar və zolaqlar şəklində qalmış meşələri, onların içərilərinə doğru "soxulmuş" əkin sahələrini, yaşayış  məntəqələrini bir-bir arxada qoyurduq. 47 il bundan əvvəl burada təbiət də, insanlar da od tutub yanırmış. Bəlkə də, arasından keçib-getdiyimiz bu təbiətin yaşı da 47-dir.  Faşistlər "cəhənnəm olub" çıxıb gedəndə buralarda nə varsa- quş yuvasından tutmuş, insan "yuvasınadək" hamısını yandırıb gediblər. İndi isə elə sakitlikdir ki, avtobusumuzun səsi olmasaydı, quşların da civiltisini eşidərdik.

Bu da 59-cu kilometr. Beton dirəyin üzərində, beton "hərflərlə" yazılmış Xatın sözünü oxuyub, onun yanından sağa buruluruq. Buralar da hər tərəf meşəlikdir. Özü də necə deyərlər, insan əli dəyməmiş  meşəlikdir. Axı, kimin ürəyi gələr ki, buralara çiynində tüfəng, əlində balta, mişarla gəlsin. Bura gələnlər Xatını da, onun ətrafındakı "qəlbisınıq" təbiətini də  ziyarətə gələnlərdir.

Bələdçimiz Xatın faciəsindən danışmağa başlayır. Xatına çatıb avtobusdan yerə düşürük. Əbədi yuxuya getmiş, bircə nəfər də sakini olmayan Xatına. Ömrümdə ilk dəfə idi ki, heç bircə sakini olmayan kənd görürdüm. Kəndin yeri, həyətləri, su quyuları qalırdı, sakinləri yox idi. Bəlkə harasa köçmüşdülər, yerlərini dəyişmişdilər. Hara gedib bu kəndin 149 sakini, hanı onların 26 evi. Yox, onlar heç hara köçməyiblər. 1943-cü ilin martın 22-də faşistlər bu 26 evi də, bu evlərin 149 sakinini də (149-un 75-i uşaq olub) vəhşicəsinə yandırıblar. Bu da onların yandırıldıqları böyük "soba"... Bayaq dedim ki, ömrümdə ilk dəfə idi ki, heç bircə sakini də olmayan kənd görürdüm. İndi də deyirəm ki, ömrümdə ilk dəfə idi ki, quduzlaşmış  "insanların", insanları- insanlığı (bəli, onlar insanlardan çox, insanlığı yandırırdılar) diri-diri yandırdıqları "sobanı" görürdüm...

İndi danışanda ağızdolusu, bir az da fəxrlə deyirik ki, Dünyada əhalinin sayı 7 milyardı ötüb keçib. İndicə dediyim o insanları - insanlığı sobaya atıb yandıran quduzlar da bu 7  milyardın siyahısında gedirlər. Əslində onlar insan deyillər, yaranmışların ən pisi,  murdarlarıdırlar...

Viran qalmış həyətlərdəki beton sütunlarda yandırılanların "siyahısı" həkk olunmuşdu. Elə ev olub ki, onun bir, eləsinin 4-5, bəzən də ondan da çox sakini olub. Uşaqların yaşları da göstərilib. Onlardan biri: Aleksandr Romanoviç Navitski və Aleksandra Navitskayanın özlərinin və yeddi övladının: 15 yaşlı Lenyanın, 13 yaşlı Jenyanın, 11 yaşlı Manyanın, 9 yaşlı Anyanın, 5 yaşlı Kostyanın, 4 yaşlı Antosun və 2 yaşlı Mişanın diri-diri sobaya atılaraq yandırılmasıdır. Bu faciə qurbanlarının ən kiçikləri olan Antos məndən bir yaş böyük, Mişa isə bir yaş kiçik olub. İndi dursaydılar, Antosun 51, Mişanın isə 49 yaşı olacaqdı...

1969-cu ilin iyulun 5-də, alman-faşistlərinin tamamilə məhv etdikləri belarus kəndləri əhalisinin xatirəsinə yaradılmış "Xatının harayı", "Kəndlər qəbiristanı", "Xatının tüstüləri", "Xatirə meydanı", "Yenilməz insan" və sair memarlıq - heykəltəraşlıq nümunələrindən ibarət Xatın memarlıq-heykəltəraşlıq xatirə kompleksinin açılışı oldu. O vaxtdan bəri - 21 il ərzində buranı 26 milyondan çox insan ziyarət edib. Deməli biz də 27 milyonuncu  ziyarətçilərin arasında olmuşuq.

Xatından yadigar olaraq, Minskin "Belarus" nəşriyyatı tərəfindən: belarus, rus,  ingilis, fransız, alman və ispan dillərində çap olunmuş "Xatın" kitabçasını (1989-cu il, 64 səhifə, qiyməti 75 qəpik) aldım. Onun əvvəlində yazmışam:

"Bu kitabçanı 16 may 1990-cı il

tarixdə - 50 yaşım tamam olan günü

Xatında olarkən almışam."

Xatın faciəsindən bəhs edən bu topluya o vaxtı onun həcminin qısa- 64 səhifə olmasını nəzərə alıb, bir az da tələsib, ona "kitabça" adını qoymuşdum. İndi onun Dünyanın altı dilində verilmiş qısa, lakin dolğun məzmununa və fotoşəkillərinə baxanda görürəm ki, bu əməlli-başlı bir kitab imiş, özü də tək kitab yox, kitab-albom imiş.

Bu sətirləri yazanda Xatın ziyarətgahında olmağımın 27 ilinin tamamına dörd ay qalırdı. Bu müddətdə bu kitab-albomu əziz bir xatirə kimi şəxsi arxivimdə saxlamışam. Məndən sonra da onun "ev-muzeyimdə" nə müddətə qalacağını bilən bircə Allahdır! Bu kitab-albom mənim 50 yaşımın- yubileyimin harada və necə keçirildiyini göstərən yadigar və həm də bir sənəddir.

İndi də "Xatın" kitab-albomunun məzmunu haqqında bəzi məlumatları vermək istəyirəm: Dediyim kimi, Dünyanın altı dillərində verilmiş Xatın faciəsi haqqında məlumatların hər biri iki səhifədə verilməklə, sonu belə bitir:

"B Хатыни должен побывать каждый.

Хатынь должен увидеть каждый.

Хатынь должен помнить каждый!"

Bu bizim Azərbaycan dilinə tərcümədə belədir:

“Xatında hər kəs olmalıdır.

Xatını hər kəs görməlidir.

Xatını hər kəs yadında saxlamalıdır!”

Mən də Xatında oldum, onu gördüm, onu nəinki yadımda saxladım, hətta onun faciəsini yazıb, öz kitablarımda verdim.

"Kitab-albom"dakı fotoşəkillərə baxıram: iki səhifə birlikdə ağcaqayın meşəsi, "xatirə kompleksi"nin bir tərəfində açmış çobanyastığı ("romaşka") talası, sünbülləri "adamboyu" qalxmağına az qalan, biçinçisini gözləyən taxıl zəmisi, beton sütunun "zirvəsində" qoyulmuş, neçə dəqiqədənsə bir ətürpərdici səs çıxaran "Xatın zəngi", 47 ildir ki, içərisinə vedrə sallanmayan su quyusu, sağ əlində fotoaparat, sol əlində şlyapasını tutmuş, fikrə getmiş, görkəmindən yapona oxşayan gənc xanım, valideynlərilə birlikdə dayanıb qəmə-qüssəyə batmış 7-8 yaşlarında uşaq və sair şəkillər adama nələr demir...

Şəkillərdən birinin haqqında məlumat verməyi özüm bilə-bilə axıra saxlamışam. Bu hər iki əlindəki əsa ilə güclə yeriyən, sinəsi hər iki tərəfdən orden və medallarla dolu olan (bəlkə onun bədəni də düşmən gülləsilə, qəlpələrlə deşik-deşik idi), ilk baxışda adama "elanası", ağbirçək təsiri bağışlayan, yaşı bəlkə də 70-i keçən (Çünki o, müharibə  iştirakçısıdır), olduqca kədərli baxışı ilə, əllərindəki əsalarının köməyilə güclə  ayaqüstündə dayanan, xristiana oxşatdığım (Bəlkə də belarusdur) dolubədənli bir  xanımdır. Adam  baxanda deyir ki, bu "elanasını", ağbirçəyi özünün arzusu və istəyilə yataqdan qaldırıb, orden və medalları taxılmış paltarını da geyindirib, Xatının ziyarətinə gətiriblər. Bu şəkilə baxanda yadıma bir-iki saat əvvəl baş vermiş biabırçılığı-  "yerlilərimin" Xatına ziyarətə gəlməkdən imtina edib, avtobusdan düşüb getməklərini salıram.

Gələndə yola nə qədər vaxtımızın getdiyini və nə vaxt buraya çatdığımızı deyə bilmərəm. Təxminən 50 dəqiqəyə qədər Xatında olduq. Saat 14:50-də də buradan Minskə qayıtdıq.

Qayıdanbaş gələndəki kimi sağıma-soluma, irəliyə baxmırdım. Məni fikir aparmışdı. Bir onu fikirləşirdim ki, faşistlər günahsız insanları qətlə yetirəndə hansı "üsullara" əl atmayıblar: Leninqradı mühasirədə saxlamaqla, onun 641 mindən çox əhalisini aclıqdan öldürmüşlər... Bir qədər əvvəldə dediyim kimi, Kiyevin şimalındakı Babi Yar dərəsində sayları 100 mini keçən günahsız insanı əvvəl güllələyib basdırıblar, sonra da çıxarıb yandırıblar... İndi isə faşistlərin günahsız insanları diri-diri sobaya atıb yandırdıqlarını sanki öz gözlərimizlə gördük...

Bir də onu fikirləşirdim ki, heç bir ölçüyə gəlməyən bu böyüklükdə faciəni - uşaqlı-böyüklü, qadınlı-kişili 149 günahsız insanın diri-diri sobaya atılıb yandırılmasını, bütöv bir kəndin xəritələrdən silinməsini birdəqiqəlik sükutla necə yad etmək olar ? Ancaq fikirləşəndə ki, bizdən əvvəl bura ziyarətə gələn 26 milyon insanın hər biri bizim kimi bu faciəni birdəqiqəlik sükutla yad ediblər, onda “ürəyim az da olsa yerinə gəldi”... İndi biz sobaya atılıb yandırılmış hər günahsızı birdəqiqəlik sükutla yad etsəydik, bu 149 dəqiqə və ya iki saat yarımdan bir dəqiqə az eləyərdi...

Haçansa haradansa oxumuşam: Kimsə, ya kimlərsə belə bir hesablama aparıb, ya aparıblar: Əgər, Böyük Vətən müharibəsində canlarından keçən 20 milyon insanın hərəsinin xatirəsi ayrı-ayrılıqda birdəqiqəlik sükutla yad edilsəydi, onda bu qəmli sükutun müddəti 38 (otuz səkkiz) ildən çox çəkərdi...

Gördüyüm bu dəhşət doğuran Xatın faciəsinə oxşar faciələr, insanlığa qənim kəsilmək, bir-birinin ardınca, bizdə - Azərbaycanda da baş verdi. Onlardan birincisi - Xatın faciəsindən 47 il keçəndən sonra - 1990-cı il yanvarın 19-dan 20-nә keçən gecədə baş vermiş, ömrümüzdə nə yuxuda, nə də aşkarda görmədiyimiz “20 Yanvar faciəsi”ndə isə, 50 yaşıma dörd ay qalırdı. Birincini bir qədər yaşa dolandan sonra eşidib, oxumuşdumsa və 50 yaşımda da gedib görmüşdümsə, ikincini isə necə deyərlər, öz gözlərimlə görüb, materiallar toplayıb, qeydlər edib, faciəni bir 20 il də “içimdə” “yaşadandan” sonra, gözyaşları içində “Dünyamızın 20 Yanvar faciəsi” adlı bir kitab da yazıb, çap etdirib, tarixdə qoymuşdum.

Xatın faciəsini qatı düşmənimiz olan “alman faşistləri”, “20 Yanvar faciəsi”ni isə, inandığımız, güvəndiyimiz, xilaskarımız bildiyimiz adını rus dilindən dilimizə tərcümə edərkən “Qırmızı ordu” əvəzinə “Qızıl ordu” kimi tərcümə etdiyimiz, “Şanlı Sovet ordumuz”, “Qızıl ordumuz” törətdilər...  Əgər, Xatın faciəsinin səbəbkarı faşist Almaniyasının başçısı Adolf Hitler olmuşdusa, 20 Yanvar faciəsi”nin birbaşa səbəbkarı isə SSRİ-nin o zamankı başçısı Mixail Qorbaçov olmuşdur...

“20 Yanvar faciəsi”nin nəticəsi ağırdan da ağır oldu. Həmin dövrün mətbuatı yazırdı: Bakıya qoşun daxil edilərkən 744 nəfər yaralanmış, 131 nəfər həlak olmuşdur. Şəhidlərin sosial mənşəyi belədir: fəhlə, şagird, tələbə, qaçqın, alim, təqaüdçü, həkim. Həlak olanların milli tərkibi də belədir: azərbaycanlı (117 nəfər), rus (6 nəfər), yəhudi (3 nəfər), tatar (3 nəfər), 2 nəfərin şəxsiyyətini təyin etmək mümkün olmamışdır. 6 nəfər ağır hərbi maşınların tırtılları altına salınmış, 4 nəfər süngüylə öldürülmüş, 7 nəfər mənzilində güllələnmiş, 2 nəfərin nəfəsini döyə-döyə kəsmişlər, 1 nəfər də dəyənəklə öldürülmüşdür. 34 nəfər maşında, 20 nəfər xəstəxanada ölmüşdür.

Öldürülənlərin 62 nəfəri ailə başçısı, 123-ü kişi, 7-si qadın, 5-i uşaq olub. 159 uşaq yetim qalıb (155-i atadan, 4-ü anadan).

Danışırdılar və mətbuatda da yazırdılar ki, Bakıya hücum etmiş və xüsusi təlim keçmiş hərbçilərin təslim olmaq tələbini rədd etmiş “Salyan kazarması”nda hərbi xidmətdə olan rus, gürcü, ukraynalı, ləzgi, yəhudi, çeçen, azərbaycanlı və başqa xalqların əsgər və zabitləri son nəfəslərinədək çiyin-çiyinə vuruşaraq, hamısı həlak oldular... Meyitlərin bir hissəsi yandırıldı, bir hissəsi ərazidəki köhnə quyulara atılaraq, izi itirmək məqsədilə üstləri örtüldü, əksəriyyəti sellofan kisələrə salınaraq Bakı limanına, oradan da hərbi gəmilə naməlum istiqamətə aparılaraq, dənizə və içərisindəki hansısa bir adaya töküldü...

Belə bir ölçüyəgəlməz, dəhşətli faciəyə münasibətdə düşüncəsizlər heç nə düşünmürdülər... Düşüncəlilər də düşünürdülər ki, faciənin birbaşa səbəbkarları ya Adolf Hitler kimi intihar edəcəklər, ya da Səddam Hüseyn kimi dar ağacından asılacaqlar... Ancaq bunların heç biri baş vermədi... Faciənin əsl, səbəbkarı, bizi qırdırıb şil-küt, qanımıza-qəltan etdirən M.S.Qorbaçova “dünya” Nobel mükafatını, o da onun əmrini “layiqincə” yerinə yetirən D.T.Yazova Marşal rütbəsini verdi... Əslində bunlar üçü də: Adolf Hitler də, Qorbaçov da və Yazov da XX əsrin yəzidləri idilər...

“20 Yanvar faciəsi”ndən iki il sonra, 1992-ci ilin fevralının 25-dən 26-na keçən gecədə ermənilər rus qoşunlarının köməyilə Xocalı əhalisini vəhşicəsinə qırıb, yaralayıb və əsir götürdülər... Südəmər körpədən tutmuş ağsaqqala kimi, qız-gəlindən tutmuş ağbirçək anaya kimi...

“Hürriyyət” qəzetinin 22 fevral 1995-ci il tarixində yazılıb: “Xocalı soyqırımı barədə dəqiqləşdirilmiş son məlumat belədir: 613 nəfər həlak olmuş, 1275 nəfər əsir düşmüşdür. Bu da faktdır ki, bu dəhşətli əməliyyatda 366-cı rus alayı iştirak edib. Zabit və praporşiklərdən 49 nəfər erməni olan alaydan əslində başqa hərəkət gözləmək də   olmazdı...

...Təsadüfi deyil ki, MDB silahlı qüvvələrinin baş komandanı marşal Şapoşnikov demişdi: “366-cı alay” Qarabağda nə qədər lazımdırsa, o qədər də qalacaq”...

Qayıdıb Minskə gəldik. Şəhəri bir az da gəzəndən sonra "mərkəzi univermaq"a gəldim. İlk dəfə idi görürdüm ki, bir az xoşagələn, babat malları ancaq yerlilərə - Minskdə qeydiyyatı olanlara satırdılar. Satıcı alıcının pasportuna, ya da hər hansı bir sənədinə baxandan sonra ona mal satırdı.

Bakıdan- evdən çıxanda mən də özümlə 800 manat pul götürmüşdüm. Heç  bilmirəm onda o qədər pul məndə haradan imiş. Əynimin bir ''düz-əməlli" paltosu da yox idi. Deyirdim getdiyim yerlərin hansında görsəm özümə bir palto, bir papaq alaram. Bu puldan əlavə mənə kimsə 185 manat verib, nələrisə almağı tapşırmışdı. Öz pulumun "başını" Kiyevdə "açmışdım". Orada 8 manat 75 qəpik xərcləmişdim. Onun 75 qəpiyini "Turist sxemi"nə, 3 manatını çəkdirdiyimiz şəkilə və 5 manatını da quru çaya  vermişdim. Minskdə də 7 manat. 15 qəpik xərclədim. Onun 75 qəpiyinə "Xatın" kitab-albomunu, 1 manat 20 qəpiyinə lotereya, 2 manat 90 qəpiyinə corab və 2 manat 30 qəpiyinə də bir albom aldım. İndikilər deməsələr də, gələcəkdə deyən tapılar ki, neynirdin bu çay, corab almağını da kitabda verirdin. Məsələ ondadır ki, mənim əvvəl Kiyevdən, sonra da Minskdən aldıqlarım və səfər müddətində alacaqlarımın hamısı Bakıda da var idi. Fərq onda idi ki, buralarda bu mallar açıq satışda, Bakıda isə "anbarlarda" saxlanılıb, alverçilərin "yolunu" gözləyirdi. Belə olmasaydı, indi mən də çayı Kiyevdən, corabı da Minskdən almazdım...

1966-cı ilin may ayının 16-da, 26 yaşımın tamamında Bakı torpaq ekspedisiyasında işlədiyim şöbənin işçiləri mənə bir fotoalbom alıb hədiyyə vermişdilər və fotoalbomda öz ürək sözlərini də yazıb bildirmişdilər. İndi də 24 ildən sonrə- 50 yaşımın tamamında, Minskdən özüm-özümə bir fotoalbom alıb, adını da "50 yaşdan sonra" qoyub, fotoalbomun əvvəlində belə yazdım:

"Bu albomu 16 may 1990-cı il tarixdə - 50 yaşım tamam olan günü Minsk  şəhərində səyahətdə olarkən almışam. Bundan sonra olan şəkillərimi bu  albomda saxlayacağımı nəzərə alıb, albomun adını "50 yaşdan sonra..." adlandırıram."

Stansiyada dayanıb bizi gözləyən qatarımıza qayıtdım. Mayın 16-dan- 17-nə keçən gecədə, saat ikinin yarısında Minskdən - Brestə yola düşdük. Ömrümün 51-ci baharından saat yarım da Minskdə yaşadım. Bu qərib diyarda ürəyimə bir bayatımız gəldi:

Bu yol Qazağa gedər,

Dönər uzağa gedər.

Yaşı əllini keçən,

Üzü sazağa gedər...

Bakı-Kiyev-Minsk-Xatın- 12-16 may 1990-cı il

Hacı Niftalı Şıxlar, coğrafiya elmləri namizədi, baş elmi işçi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əmək veteranı, Prezident təqaüdçüsü

 

2025-12-16 11:59:00
1716 baxış

Digər xəbərlər

“Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi vətəndaşlara psixoloji yardım göstərməkdə davam edir

Veteran.gov.az xəbər verir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti" İB  (BƏC İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihə həyata keçirir. Bu vaxta qədər ehtiyacı olan onlarla vətəndaşa köməklik göstərilib, onların problemləri ilə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciətlər olunub, problemləri ictimailəşdirilib, həmin problemlərin müsbət həlli istiqamətində işlər görülüb. Eləcə də layihənin psixoloqu İbrahim Əsədli tərəfindən psixoloji seanslar keçirilib. İbrahim Əsədli  bu dəfə Mənsur İbrahimovu qəbul edərək problemlərini dinləyib. Mənsur İbrahimovun peşə fəaliyyəti əsasən zehni işlə bağlı olduğundan daima ciddi rejimdə çalışır ki, bu da psixoloji gərginlik, zehni yorğunluğa səbəb olub.  Psixoloq İbrahim Əsədlinin uğurlu metodikası nəticəsində əsəb və yuxusuzluqdan əziyyət çəkən vətəndaş Mənsur İbrahimovun vəziyyəti  xeyli yaxşılaşıb, gərginliyi aradan qalxıb. Həkim müalicə məqsədi ilə bir neçə dərman preparatı da təyin edib. Mənsur İbrahimova maarifləndirmə məqsədi ilə layihə çərçivəsində nəşr olunmuş “İmtiyazlı şəxslər üçün məlumat kitabı” da hədiyyə edilib.

Hamısını oxu
DTX erməni təxribatlarının qarşısını qətiyyətlə almaqdadır

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunan 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlu, habelə ölkəmizə qarşı təxribat-pozuculuq fəaliyyəti ilə məşğul olan 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlunu məsuliyyətə cəlb edib. Hər iki şəxs ölkəmizdə etnik və dini zəmində düşmənçilik yaratmaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlamaq və digər pozuculuq fəaliyyətində ittiham olunur. DTX-nin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən şəxslərlə bağlı son əməliyyatı qurumun növbəti uğurudur. Azərtac xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov söyləyib. C.Xəlilov deyib: “DTX dövlətimizin və xalqımızın təhlükəsizliyinin qorunmasında mühüm rol oynayan, bu istiqamətdə böyük əmək sərf edən dövlət qurumudur. DTX-nin yaxın bir il ərzində İran və Ermənistanın xüsusi xidmət orqanlarının Azərbaycandakı fəaliyyətini ifşa edən çoxsaylı əməliyyatları bu qurumun dövlətimizin və xalqımızın təhlükəsizliyinə böyük töhfələr verdiyini göstərir. Bütün bu əməliyyatlar, eləcə də sonuncu əməliyyat göstərir ki, DTX dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanmaqdadır və anti-Azərbaycan qüvvələrinin qarşısını qətiyyətlə alır. DTX-nin yüksək peşəkarlığı və ayıq-sayıqlığı bunu söyləməyə imkan verir ki, düşmənlərimiz bu günə qədər olduğu kimi, bundan sonra da arzularına çata, ölkəmizlə bağlı təxribatçılıq planlarını həyata keçirə bilməyəcəklər”. Polkovnik ictimaiyyətin, hər bir vətəndaşın bu kimi məsələlərdə hüquq-mühafizə orqanlarına dəstək verməsinin vacibliyini də qeyd edib: “Azərbaycanın hüquq-mühafizə orqanları, güc qurumları yüksək peşəkarlıqla fəaliyyət göstərir, ölkə daxilində təhlükəsizliyin, sabitlik və asayişin qorunmasını yüksək səviyyədə təmin edir. Bu məsələdə vətəndaşlar da hüquq-mühafizə orqanlarına kömək göstərməli, şahid olduqları şübhəli hadisə və şəxslərlə bağlı dərhal əlaqədar qurumları məlumatlandırmalıdır. Unutmayaq ki, yalnız ictimaiyyətin özünün yaxından iştirakı, birliyimiz və həmrəyliyimiz sayəsində bütün bu təhlükələrin qarşısını zamanında ala bilərik”.  

Hamısını oxu
“2025-ci il Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşilatı üçün uğurlu olub”

Cəlil Xəlilov: “Qarşıdakı ildə daha böyük hədəflərə nail olmaq əzmindəyik”  2025-ci il başa çatmaq üzrədir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovla söhbətimizdə cari ildə görülən işlərə qısa da olsa nəzər salmağa çalışdıq: -Сəlil müəllim, 2025-ci il başa çatır. Başa çatmaqda olan bu il hansı hadisələrlə əlamədar oldu? -Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 28 dekabr  2024-cü il tarixli sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Bu il, 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və Vətən müharibəsində tarixi Zəfərin 5-ci, dövlətimizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyinin tam bərpa edilməsinin 2-ci ildönümü təntənəli qeyd olundu. Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ-ın iştirakı ilə Azərbaycanla Ermənistan arasıdna sülh müqaviləsimətninin paraflanması da bu ilin ən mühüm hadisələrindən biri oldu. İşğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işləri bu il də tam vüsətlə davam etdirildi, onlarla müəssisəsnin, yaşayış binasının, yol və körpünün açılışı reallaşdı. Amnistiya aktı ilə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunan veteranlar istisna olmaqla, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər cəzalarından tam azad edildilər. Elan edilmiş bu amnistiya tərəfimizdən Prezident İlham Əliyevin bütün vətəndaşlara, eləcə də qazilərə olan humanist münasibəti, onlara verdiyi yüksək dəyər kimi xarakterizə edilir və bu hər şeydən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanizminin göstəricisidir. Bu amnistiya bir daha sübut etdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı son dərəcədə humanistdir və onların rahatlığı, sevinc və xoşbəxtliyi üçün hər bir imkandan istifadə edir. Bir sözlə, 2025-ci ildə dövlətimizin və xalqımızın maraqları baxımından kifayət qədər uğurlu oldu. -2025-ci il rəhbəri olduğunuz Təşkilatın fəaliyyəti baxımından nə dərəcədə uğurlu oldu? -2025-ci il Təşkilatımız üçün də uğurlu il olmuşdur. Hesabat ilində Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Konstitusiyasını,  beynəlxalq aktları, “Veteranlar haqqında”, “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunlarını, qüvvədə olan digər normativ hüquqi aktları və Təşkilatın Nizamnaməsini rəhbər tutaraq müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlarla birgə veteran hərəkatının genişlənməsində, şəhid ailələrinin, Təşkilatımızda təmsil olunan veteranların həyat və məişəti üçün lazımi şəraitin yaradılmasında və onların ölkənin ictimai həyatında fəallığının artırılması istiqamətində işlərini uğurla davam etdirmişdir. Hesabat ilində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar vaxtilə sovet dövründə və müstəqilliyin bərpasından sonra onunla birgə, bilavasitə rəhbərliyi altında işləmiş rəhbər işçilərin, Birliyin əməkdaşlarının, şəhər (rayon) veteranlar təşkilatı sədrlərinin və müxtəlif kateqoriyadan olan üzvlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmiş, Fəxri Xiyaban ziyarət edilərək Ulu öndərin xatirəsi ehtiramla yad edilmişdir. Hər il olduğu kimi cari ilin ötən dövrü ərzində də Təşkilatın inzibati binasında veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  20 Yanvar - Ümumxalq Hüzn günü, Xocalı soyqırımının ildönümü, 31 Mart - Azərbaycanlıların soyqırımı günü, 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü, 27 sentyabr Anım Günü, 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü və digər dövlət bayramlarına həsr olunmuş tədbirlər keçirilmiş, həmçinin dövlət səviyyəsində keçirilən tədbirlərdə Respublika Veteranlar Təşkilatının nümayəndələri fəal iştirak etmişlər. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Təşkilatımız tərəfindən xüsusi Tədbirlər Planı hazırlanmış, İctimai Birliyin Rəyasət Heyətinin 2025-ci il 11 mart tarixli iclasında təsdiq edilmişdir. Həmin plan üzrə respublikanın şəhər və rayonlarında Təşkilatımız tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində  bir sıra tədbirlər təşkil edilmişdir. Belə ki, mart ayının 18-də Təşkilatın inzibati binasında “Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda, aprel ayının 23-də Şəki şəhərində Təşkilatımızın və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfərdən zəfərə gedən yol”, aprel ayının 24-də Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Təşkilatımızın və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Zəfərdən zəfərə gedən yol”, may ayının 19-da Naxçıvan şəhərində Təşkilatımızın və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, iyun ayının 19-da isə Laçın rayonunda Təşkilatımızın və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzularında konfranslar keçirilmişdir. Naxçıvan səfəri zamanı Muxtar Respublikanın rəhbərliyi ilə görüş keçirilmiş, konfransın mövzusunun mahiyyəti və əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır. -Təşkilatınıza yeni üzvlərin qəbulu ilə bağlı vəziyyət necədir? -Cari ilin ötən dövründə Təşkilata müraciət etmiş 76 nəfər - Qarabağ müharibəsi veteranı,  40 nəfər - Əmək veteranı, 26 nəfər - 44 günlük Vətən müharibəsi iştirakçısı, 131 nəfər - veteran hərəkatının fəal üzvü, 5 nəfər - Əfqanıstan müharibəsi veteranı, 2 nəfər - şəhid ailəsi üzvü,  6 nəfər - Silahlı Qüvvələr veteranı, 1 nəfər - Çernobl əlili, 1 nəfər – hərbi xidmət əlili olmaqla ümümilikdə 286 nəfər müxtəlif kateqoriyadan olan veteranların sənədləri öyrənildikdən sonra Təşkilatımıza üzvlüyə qəbul edilmiş, məlumat bazasına yerləşdirilmişdir. Ad günləri və yubileylərlə əlaqədar Təşkilatın sədri adından veteranlara təbrik məktubları, Fəxri Fərmanlar hazırlanmış və ünvanlara göndərilmişdir. -2025-ci ildə gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində hansı addımlar atıldı? -Hesabat ilində gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı istiqaməti üzrə işlər davam etdirilmişdir. Belə ki, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənc nəslin Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda hazırlanmaları məqsədi ilə keçirilən tədbirlər ölkənin bütün rayon və şəhərlərini əhatə etmişdir. Bu tədbirlərdə Təşkilatın rəhbərliyi və əməkdaşları, rayon veteranlar təşkilatının sədrləri, tədbirin təşkil oluduğu ərazidə yaşayan fəal veteranlar, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Ümumiyyətlə, tədbirlərimiz mövzu və auditoriya baxımından kifayət qədər zəngin olmuşdur. Bakı şəhəri üzrə  Nərimanov, Nəsimi, Yasamal, Nizami, Suraxanı, Səbaıl, Xəzər, Xətai, Binəqədi, Sabunçu və Pirallahı rayonlarında yerləşən orta məktəb, gimnaziya və liseylərdə, Azərbaycan Dillər və Slavyan universitetlərində, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində İkinci Dünya müharibəsində 416, 402, 77, 396, 223-cü  Azərbaycan Diviziyalarının keçdikləri döyüş yolları   haqqında, ordu quruculuğuna və 2016-cı ilin aprel döyüşlərinə aid mövzularda, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə, “8 noyabr - Zəfər Günü” və s. mövzulara həsr edilmiş tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə başlıca diqqət gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmaları ilə yanaşı, yeniyetmə və gənclərin hərbi xidmətə, vətəni qorumağa daim hazır olmalarına yönəldilmişdir. -Veteranların müalicəsi və istirahətinin təmini istiqamətində necə hansısa addımlar atıldımı? -Şübhəsiz. İl ərzində Mərdəkan Veteranlar Xəstəxanasında müxtəlif kateqoriyalardan olan 1520  nəfər veteran və təqaüdçü müalicə kursu keçmişdir. Onlardan 9 nəfərinə Respublika Veteranlar Təşkilatı tərəfindən göndəriş verilmiş, 2 nəfər veteranın sanatoriya-kurort vərəqələri ilə təmin edilməsinə köməklik göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Herontoloji mərkəzi RVT-nin yaşlı veteranlarını təmənnasız tibbi müayinə və müalicə olunmalarını öz himayələrinə götürərək 5 illik müqavilə bağlanmış, il ərzində mərkəzin həkimlər briqadası tərəfindən 62 nəfər veteran tibbi müayinədən keçirilmişdir. Bundan əlavə Bakı səhəri Herontoloji Mərkəzi RVT ilə birgə 50 nəfərdən artıq veteranlarla  “Veteranların Tibbi maarifləndirilməsi” mövzusunda tədbir keçirmişdir. Müalicəyə ehtiyacı olan bir çox veteranla bağlı isə əlaqədar tibbi müəssisələrinə müraciətlər edilmiş, onların müalicəsi istiqamətində konkret addımlar atılmışdır. Hesabat ili ərzində Təşkilata daxil olmuş müxtəlif məzmunlu 267 sənəd, 158 ərizə, elektron poçt vasitəsi ilə daxil olmuş 276 müraciət müvafiq qaydada cavablandırılmış, digər təşkilatlara 234 sənəd göndərilmişdir.     -Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının beynəlxalq müstəvidə də aktiv fəaliyyət göstərdiyi məlumdur. Maraqlıdır, Təşkilatınız  beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı bu il hansı yeniliklərə imza atıb? -2025-ci ildə İctimai Birliyin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilmişdir. Respublika Veteranlar Təşkilatının Türk Dövlətləri Təşkilatı, MDB və Avropa ölkələrinin müvafiq veteranlar təşkilatları ilə ikitərəfli, beynəlxalq veteranlar təşkilatları ilə çoxtərəfli əlaqələrin gücləndirilməsi, onların qabaqcıl təcrübələrinin öyrənilməsi, eyni zamanda II Dünya Müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmiş 416-cı, 402-ci, 77-ci, 396-cı və 223-cü Azərbaycan diviziyalarının döyüş yolu haqqında əlavə məlumatların əldə edilməsi, həmçinin, Türkiyənın, Qazaxıstanın, Özbəkistanın, Qırğızstanın, Rusiyanın, Belarusun, Gürcüstanın, Tacikistanın, Moldovanın, Almaniyanın, Avstriyanın, Macarıstanın, Serbiyanın, Sloveniyanın, Polşanın, Cexiyanın, Slovakiyanın, İtaliyanın veteranlar təşkilatları haqqında məlumatların toplanması məqsədilə və qarşılıqlı səfərlərin təşkili ilə əlaqədar Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə müvafiq müraciətlər göndərilmişdir.   II Dünya Müharibəsində qələbənin 80 illik yubileyi ilə əlaqədar "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının cari ilin 30 aprel - 1 may tarixlərində Moskva şəhərində keçirilən növbəti plenumunda və “Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi veteran təşkilatlarının, komitələrin, nəsillərin davamlılığını qoruması veteran şuralarının, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir” mövzusunda keçirilən beynəlxalq konfransda, Moskva şəhərində "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının Rəyasət Heyətinin “Müstəqil dövlətlərin Beynəlxalq Veteranlar Birliyinin növbəti IX qurultayına hazırlığının son mərhəsində Birliyin (MDB) veteranlar təşkilatlarının fəaliyyətinin aktivləşdirilməsi üzrə vəzifələri” və “Koordinasiya Şurasının Rəyasət Heyətinin növbəti Plenumu haqqında” iclaslarında Təşkilatımızın iştirakı təmin edilmiş, müzakirələr zamanı aidiyyəti üzrə tərəfimizdən konkret təkliflər irəli sürülmüşdür.. Hesabat ilində  Belarus Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Pineviç Dmitriy Leonidoviçlə Təşkilatımızda görüş keçirilmişdir.  Görüş zamanı ikitərəfli əlaqələrin daha da genişləndirilməsi müzakirə edilmişdir. Bundan əlavə cari ilin mart ayında Rusiya Federasiyası Dağıstan Respublikasının Bakı şəhərindəki Nümayəndəsi Abdullayev Əliyar Tanrıverdi oğlunun xahişi ilə Təşkilatımızda görüş təşkil edilmişdir. Görüşdə Ümumrusiya veteranlar ictimai təşkilatlarının Dağıstan regional bölməsi tərəfindən cari ilin 17 aprel tarixində keçiriləcək II Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş Dağıstan və Azərbaycan Respublikalarının veteranlarının birgə forumunda iştirakı ilə əlaqədar dəvətnamə təqdim olunmuş və nümayəndə heyətimizin həmin forumda iştirakı təmin edilmişdir. Ötən dövr ərzində Respublikanın Mərkəzi Arxivindən II Dünya Müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Azərbaycanlılar haqqında əlavə məlumatlar toplanaraq Təşkilatın məlumat bazasına daxil edilmişdir. MDB dövlətləri və Avropa ölkələri ərazisində qardaşlıq və hərbi məzarlıqlarda dəfn olunmuş həmvətənlərimizin məzarlarının aşkarlanması və qo­runub saxlanılması istiqamətində işlər həmin şəhərlərdə fəaliyyət göstərən səfirlik və diaspor təşkilatları ilə birgə davam etdirilmişdir. Yeni il ərəfəsində müvafiq səfirliklərə, MDB Veteranlar Şurasına və Dünya Veteranlar Federasiyasına təbrik məktubları göndərilmişdir.  -Cəlil müəllim, mümkünsə bir qədər də Təşkilatın media ilə əməkdaşlığı, informasiya təminatındakı fəaliyyəti haqqında məlumat verərdiniz.  -2025-ci ildə İctimai Birliyin “veteran.gov.az” saytının texniki və təhlükəsizlik baxımından funksionallığı təmin edilib, saytın təkmilləşdirilməsi üzrə işlər davam etdirilib. Təşkilatın İnformasiya Təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq dövlət orqanları ilə (Xüsusi Dövlət Mühafizə Xidməti) əlaqələr yaradılmış, sistem və tətbiqi proqram təminatları, texniki avadanlıqların və internet şəbəkəsinin fasiləsiz işlək vəziyyətdə olması təmin edilmişdir. Təbliğati işin qurulmasında Təşkilatın “veteran.gov.az” saytının mühüm yeri var. İl ərzində Təşkilatın keçirdiyi tədbirlər barədə internet saytına ümumilikdə 480-dən artıq məlumat və məqalənin,   foto-video qalereya bölməsinə 1549 fotonun, 46 video materialın, facebook və twitter sosial şəbəkələrdəki səhifələrin hər birində 58 məlumatın hazırlanaraq yerləşdirilməsi təmin edilmişdir. Eləcə də ötən müddət ərzində əməkdaşlarımızın  “ Az TV ”,  “ Real TV ”-də,  “ Yeni TV” youtube kanalında, “ AzərTac ”, “ Moderator.az”,  “ AzadMedia.az ”,  “ İki sahil ”,  “ Trend ”,  “Redaktor.az ” , “ 24 informedia.az ”saytlarında, həmçinin “Xalq qəzeti”, “525-ci qəzet” və s. qəzetlərdə məqalələrinin, müsahibələrinin dərci təmin edilmişdir. Qarşıdakı ildə bütün digər müstəvilərdə olduğu kimi, informasiya sahəsində də fəaliyyətinizimi genişləndirməyi hədəfləyirik. Sonda qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Prezidentimizi, Birinci vitse-prezidentimizi, xalqımızı, Silahlı Qüvvələrimizi bütün veteranlar adından təbrik edir, 2026-cı ildə dövlətimizə yeni uğurlar arzulayıram. Əminliklə bildirirəm ki, veteranlarımız 2026-cı ildə də dövlətimizə, xalqımıza sədaqətlə xidmət etməkdə davam edəcək, dövlətimizin inkişafını dəstəkləmək üçün əlindən gələni əsirgəməyəcək. Seymur ƏLİYEV

Hamısını oxu
Prezident İlham Əliyev: Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Bizim vergilərimizin 75 faizi özəl sektorda formalaşır. Əgər vergi sistemində ciddi islahatlar aparılmasaydı, biz bu vergiləri də yığa bilməyəcəkdik, onları görə bilməyəcəkdik. Məhz bu sahədə aparılan islahatlar nəticəsində biz 6 ay ərzində proqnozdan əlavə vəsait yığa bildik. Ancaq, əlbəttə ki, ilin sonuna qədər bu, belə davam edə bilməz. Çünki xarici ticarət böyük dərəcədə tənəzzülə uğrayıb, bir çox ticarət obyektləri bağlıdır. Ancaq bu rəqəm həm sevindiricidir, həm də narahatedicidir. Sevindiricidir ona görə ki, bizim özəl sektorumuz artıq vergi verməyə öyrəşir. Onlara edilən güzəştlər, öz mühasibatlığını kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçirmək üçün verilən müddət artıq öz səmərəsini verdi. Biz əlbəttə ki, bəri başdan cəza tədbirləri tətbiq edə bilərdik və bunun nəticəsində bir çox şirkətlər çətin vəziyyətə düşə bilərdi. Ancaq onlara vaxt, izahat və tövsiyələr verildi - bundan sonra şəffaf işləməlisiniz, gəlirləri gizlətməməlisiniz, kölgə mühasibatlığı yaratmamalısınız. Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın. Azərbaycanda halal pul qazanmaq üçün kifayət qədər imkanlar var. Ona görə bu, sevindiricidir. Ancaq narahat edən nədir? Məhz dövlət şirkətlərinin payı. Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz. Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. "Azərenerji"yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər - AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir". Milli.Az

Hamısını oxu