Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Şərəfli Yolun Sonu Zirvədir Şəhid polkovnik Babək Səmidlinin həyat və qəhrəmanlıq dastanı

Bəzən bir insanın ömrü bütöv bir xalqın taleyini, iradəsini və ruhunu özündə cəmləyir. Şəhid polkovnik Babək Səmidli məhz belə insanlardan idi. Onun həyatı xidmət, yolu mübarizə idi, sonu isə zirvə - şəhidlik oldu. Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsinin şəhidi Babək Səmidli Vətən müharibəsində qazanılan tarixi Zəfərin memarlarından biri, fədakarlığı və sərkərdə qətiyyəti ilə Azərbaycan hərb tarixində silinməz iz qoymuş qəhrəmanlardan biridir. Onun adı bu gün də xalqımızın yaddaşında dərin ehtiram və qürur hissi ilə yaşadılır.

1974-cü ilin yanvarında Göyçayda dünyaya göz açan Babək Səmidli uşaq yaşlarından hərbi nizam-intizamın, Vətən sevgisinin nə demək olduğunu bilirdi. Üç uşaqlı ailənin ən kiçik övladı olan Babək, orta təhsilini başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldu. Bu seçim onun taleyinin istiqamətini müəyyənləşdirdi. Daha sonra 1993–1997-ci illərdə Ankarada Quru Qoşunları Məktəbində təhsil aldı, Türkiyə Silahlı Qüvvələrinin tərkibində təcrübə keçdi.

1994-cü ildə Ümummilli lider Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı protokolda nəzərdə tutulmayan, lakin tarixə düşən bir hadisə baş verdi. Heydər Əliyev Kara Harp Okuluna gedərək azərbaycanlı kursantlarla görüşdü. Görüş zamanı gənc kursant Babək Səmidli cəsarətlə söz alaraq məktəbdən xaric edilən azərbaycanlı hərbiyəlilərin taleyini gündəmə gətirdi. O, təkcə özünü deyil, silahdaşlarını düşündü. Bu, onun xarakterinin, liderliyinin ilk açıq təzahürü idi. Heydər Əliyevin həmin məsələyə dərhal müdaxiləsi nəticəsində kursantların təhsili davam etdirildi.

https://memorial.az/photos/2021/09/Hayda-1632490180.jpg

İllər sonra Bakıda Ali Hərbi Məktəbin buraxılış mərasimində Heydər Əliyevin Babək Səmidlini tanıyaraq qucaqlaması və “Mənim Türkiyəyə oxumağa göndərdiyim gənclər bu gün ordumuzda xidmətdədirlər” deməsi onun həyat yoluna verilən ən böyük mənəvi qiymət idi.

            Babək Səmidli 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. 25 yaşında tağım komandiri kimi fəaliyyət göstərdi, 2000 - 2003-cü illərdə Ali Hərbi Məktəbdə tağım və bölük komandiri oldu. Tovuzda tağım komandirinin müavini, hərbi polisin xüsusi təyinatlı bölməsində komandir vəzifələrində çalışdı. Xidməti yolu onu müxtəlif hərbi hissələrdən keçirərək daha böyük məsuliyyətlərə apardı.

2005-ci ildə Almaniyada Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində kurs keçdi. Elə həmin il Hərbi Polisin xüsusi təyinatlı taborunda komandir müavini təyin olundu. 2015-ci ildə 1-ci Ordu Korpusunun əməliyyat bölməsinin rəisi, iki il sonra isə korpus komandirinin müavini vəzifəsinə yüksəldi.

2016-cı ilin Aprel döyüşlərində Talış istiqamətində gedən ağır savaşlar Babək Səmidlinin döyüş ruhunu bir daha nümayiş etdirdi. O, təkbaşına 39 yaralı əsgərimizi döyüş meydanından çıxararaq əsl komandir nümunəsi göstərdi. 2018-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olundu.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Babək Səmidlinin həyat missiyasını tamamladı. Suqovuşan  illərlə düşmən tapdağında qalan strateji ərazi onun rəhbərliyi altında azad edildi. O, qələbə qazanan komandir idi, lakin qələbədən dərhal sonra həyatın bərpasını düşündü. Təhlükəyə baxmayaraq mühəndisləri əraziyə apararaq su verilişinin bərpasına nail oldu.

Onun əsgərləri qarşısında söylədiyi sözlər bu gün də yaddaşlarda yaşayır:

“Bir canımızmı var? Allah nə yazıbsa, o da olacaq. Ya qalib, ya qazi, ya da şəhid…”

Bu sözlər pafos deyildi, bu, onun həyat fəlsəfəsi idi.

Babək Səmidli müharibədən sonra da borc yolunu seçdi. Mina təhlükəsi olan ərazilərdə şəhidlərin nəşinin çıxarılması üçün yaradılan beynəlxalq qrupun tərkibində yer aldı. 23 noyabr 2020-ci ildə Suqovuşan qəsəbəsi ərazisində mina partlayışı nəticəsində şəhid oldu. Noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn edildi.

Şəhid polkovnik Babək Səmidli ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olundu. Lakin onun ən böyük təltifi azad torpaqlarda dalğalanan bayraqlar, rahat nəfəs alan bir millətin gələcəyidir.

O, iki övladın atası, minlərlə əsgərin komandiri, bütöv bir xalqın qürur mənbəyi idi. Babək Səmidli sübut etdi ki, şəhidlik ölüm deyil - zirvədir. Və bu zirvəyə yalnız şərəfli yolu seçənlər çata bilir.

Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

 

 

 

 

2025-12-19 13:09:00
4757 baxış

Digər xəbərlər

Идеал азербайджанской женщины: Мехрибан Алиева между традицией и современностью

Гармоничный образ Мехрибан –ханым отражает и мудрость, и красоту, и высокие человеческие качества, и реальные дела. В образе этого уникального человека национальная традиция обрамлена современными требованиями. Мудрость здесь — не абстрактное качество, а способность принимать взвешенные решения; красота — не только внешняя, но и внутренняя, выраженная в поступках; а реальные дела становятся мерилом общественного признания. Образ Мехрибан –ханым воспринимается как часть национальной и культурной идентичности. Для молодёжи такие ориентиры особенно важны: они помогают соотнести личные цели с общественным контекстом. Откуда у современного политика такие качества? Хочу поделиться своими мыслями на этот счет. Начну с имени. Считается, что имя человека имеет определенный смысл, отражает его судьбу, характер. Имя «Мехрибан» призвано характеризовать человека, обладающего сильным чувством сострадания и способного проявлять заботу о других. И Мехрибан - ханым действительно отличается душевной теплотой и готовностью прийти на помощь людям. Она оправдывает свое имя — это человек любящий своих близких и милосердный к судьбе каждого. Она обладает умением оказывать эмоциональное поддержку и проявлять доброжелательность, создавать гармоничные отношения с разными людьми, внушать доверие и любовь.  Есть поразительная, созвучная современной генетике, азербайджанская пословица – «Трава появится, если есть корень (оt kökün ystə bitər»). Дед Мехрибан-ханым по отцу — известный азербайджанский писатель и литературовед  Мир Джалал Пашаев. Отец — Ариф Пашаев, доктор физико-математических наук, профессор, академик. Дед по матери — Насир Имангулиев, видный журналист, основатель и главный редактор газеты «Баку». Мать — Аида Имангулиева признанный востоковед, доктор наук. Вот какие корни у Мехрибан – ханым, вот в какой интеллектeальной семье она сформировалась. Мехрибан – ханым патриот Азербайджана, она всесторонне знает историю страны и гордится ею. И это нисколько не мешает ей с уважением и пониманием относится к другим странам и народам, видеть сложную палитру мировой истории.   В сознание азербайджанцев мудрая, красивая, смелая женщина неизменно ассоциируется с образами верных сподвижниц Кoроглы — Нигяр и Гачаг Наби — Хаджар. Эти образы стали своеобразными эталонами в трактове смысла и значения роли женщины в азербайджанской семье и в азербайджанском обществе. Искажения от этого канона, порой происходящие под влиянием религиозных догм или социальных неурядиц, всегда критически оценивались в общественном сознании, что нашло отражение и в классической азербайджанской литературе. Достаточно в этой связи вспомнить пьесы Джафара Джабарлы, Самеда Вургуна, Ильяса Эфендиева... В этих произведениях в отличие от традиций Востока, где женщина представляется только как объект любви, она показывается как активная, волевая и самостоятельная личность. Разве не узнаем мы здесь Мехрибан-ханым? В целом я склоняюсь к мысли, что в становлении образа Мехрибан-ханым, ее человеческих качеств счастливо сошлись и сплелись семейно-психологические истоки и социально-культурные архетипы нашего народа.  По роду службы я встречаюсь с деятелями разных стран, и все они неизменно считают, что Азербайджану в такое сложное геополитическое время просто повезло с руководством. Да, мы уверены, что наш харизматичный Президент Ильхам Алиев и его прекрасная, надежная супруга, Вице-Президент Мехрибан-ханым уверено ведут Азербайджан к счастливому будущему!       Джалил Халилов, полковник, председатель Организации ветеранов войны, труда и вооруженных сил Азербайджанской Республики 

Hamısını oxu
Mənim generalım

"Mənim generalım"... İyulun 13-də Ermənistan qoşunlarının Tovuz rayonuna hücum cəhdinin qarşısının alınması zamanı həlak olmuş general-mayor Polad Həşimova yüzlərlə, minlərlə əsgər belə deyirdi. İndi milyonlarla soydaşımız mərhum generalı belə adlandırır. Vətənin bağrından qopub Vətən torpağı uğrunda düşmənin önünü kəsən və şəhid düşərək Vətən torpağına verilən general Polad Həşimov. Əsl insan, əsl general, əsl vətəndaş. Ağır itkidir, söz yox. Amma döyüşlərdə, hərbi əməliyyatlarda itkilər qaçılmazdır. Ölkəmiz və insanlarımız da general Polad Həşimovu itirdi. Qürrələnməliyik, fəxr etməliyik generalımızla və ordumuzla. General-mayor Polad Həşimovun şəhadəti göstərdi ki, Azərbaycan ordusunda generallar səngərdən çox uzaqda, arxa cəbhədə oturmaqla işlərini bitmiş saymırlar. Bilaəks, generallarımız döyüş zamanı hərdaim ön cəbhədə, əsgərlərin yanında olur və Vətən torpaqlarını bacarıqları, bilikləri, peşəkarlıqları ilə bahəm, sinələri, canları və qanları ilə qoruyurlar. Fransa imperatoru Napoleon Bonopartın generalları İohim Mürat, Mişel Ney, Jan-Batist Jurdan, Jak Makdonald, Lüi Qabriel Sühe kimi. Polad Həşimov adını xalqın yaddaşına, Vətən tarixinə qanı ilə yazıb və bu millət var olduqca, o qəlblərimizdə müzəffər, cəsur və mərd insan, Əsl General kimi yaşayacaq. Lakin... Savaş meydanlarında və hərb olmadığı dönəmlərdə əsgərlər də dünyalarını dəyişir, generallar da həlak olur və ya vəfat edirlər. Bu, reallıqdır və elə bir ölkə yoxdur ki, onun ordusu generalını itki qismində əldən verməsin. Əsrlər əvvələ qayıtsaq, 17-ci əsrdə Avropadakı savaşlarda 125 (!) general həlak olmuşdu. 18-ci əsrdə bu rəqəm 183, 19-cu əsrdə 211, 20-ci əsrdə isə 734 oldu. Birinci Dünya Savaşı bəşər tarixinin axarını dəyişməklə yanaşı, döyüş meydanlarında və hospitallarda həlak olan generalların sayına görə "tarixi rekord"a səbəb oldu. Sadəcə, Qərbi Avropadakı savaşlarda 162 general həlak olmuşdu. Dünya tarixinin ən qanlı, məşum və genişmiqyaslı müharibəsi olan İkinci Dünya Savaşında isə 572 general həyatlarını itirdilər. 1945-ci ildən, həmin savaş başa çatandan bəri "general vuruldu", "general həlak oldu" xəbərləri səngimir. Postsovet məkanı ilə yanaşı, dünyanın ən müxtəlif ölkələrinin silahlı qüvvələri general itkiləri verirlər. Ukrayna general-mayor, Milli Qvardiyanın əfsanəsi, Milli Qəhrəman Sergey Kulçitskinin həlakı günü matəmə bürünmüşdü. O, "əsgər general", "əsl general" kimi ad çıxarmışdı və silahlı qüvvələrdə Kulçitskinin nüfuzu həddən ziyadə idi. 2015-ci ildə Fransanın Əcnəbi Legionunda (Légion étrangère) xidmət etməyə başlayan, briqada generalı rütbəsinədək yüksələn ukraynalı Dmitri Martınyuk bu ilin aprelin 23-də Malidə teraktda həlak olanda da Kiyev itkinin acısını yaşamışdı. Postsovet məkanında isə Sovetlər Birliyi dağılanan sonra ən çox general itkisi verən ölkə Rusiyadır. Belə ki, 1991-ci ildən bəri Rusiyanın güc strukturlarının 42 generalı müxtəlif şəraitdə həlak olublar. Şimali Qafqazda, Çeçenistandakı hərbi əməliyyatlarda 14 rusiyalı general döyüşlərdə həlak olublar. İki gün əvvəlsə Suriyanın Deyr əz Zor şəhərinin yaxınlığında Rusiya ordusunun general-mayoru Vyaçeslav Qladkix partlayışda həlak olub. Qardaş Türkiyəyə gəldikdə, Ankaranın Beytepe səmtində Şəhid Generallar abidəsi var. Türkiyənin Silahlı Qüvvələri və jandarmeriyası PKK terrorçuları ilə mübarizədə, habelə müxtəlif hərbi əməliyyatlarda 17 generalını şəhid verib. İraq ordusunda son 30 ildə 46 general həlak olub ki, bu siyahıda son şəxs iyulun 28-də Ənbər vilayətinin qərbindəki Hit şəhərində pusquya salınaraq öldürülən briqada generalı Əhməd Əbdül Vahid əl Ləmidir. Əfqanıstanda son 10 ildə 8 general həlak olub. General Zahir Gül Müqbil Mərcada döyüşdə aldığı güllə yaralarından keçinib və o, hələlik döyüşdə həlak olan son əfqanıstanlı generaldır. İran son 10 ildə 18 general itirib ki, onların 17 nəfəri Suriyadakı hərbi əməliyyatlarda həlak olublar. Suriyada öldürülən ilk iranlı general Hüseyn Həmədani idi. Sonralar Əbdül Rza Muciri, İzzətulla Süleymani, Hüseyn Həcc, Fərşad Həsunizadə və s. kimi generallar həlak oldular. Venesuelada briqada generalı Markes Morilo 2009-cu ildən bəri həlak olmuş 14 venesuelalı generalın sonuncusudur. Tayvan ordusunun Baş Qərargah rəisi, 63 yaşlı general-polkovnik Şen İminsə son 19 ildə həlak olmuş tayvanlı generalların arasında ən məşhuru idi. General İmin bu ilin yanvarında həlak olub. Ümumiyyətlə isə, son 10 ildə Asiya ölkələrində 734, Afrikada - 836, Avropa Birliyində - 18, Şimali Amerikada - 5, Cənubi Amerikada - 87, Avstraliyada 2 general həlak olub. Bütün bunlar rəqəmlərdir, statistikadır və hesablamaların kölgəsində qalan insan taleləri, yarımçıq bitən həyatların anları, təbii ki, görünmür. Polad Həşimov isə daim görünəcək, çünki o, özünü yalnız döyüşdə irəli verən şəxsiyyətdi. Sadəcə, hərbçi yox, həm də hərb adamı idi.   Savaşı evlərimizin kandarından uzaqlaşdırmaq, düşməni elə Vətənin sərhədində qarşılamaq daha əfzəldir istənilən halda və məhz bu səbəbdən də generalımız ulusun kandarında şərəflə ləyaqətdən yoxsun düşməni önlədi. Ermənilər çox qorxurdular. Düşmən həmişə qorxduğunu öldürməyə çalışır və elə buna görə də Polad Həşimov cismani olaraq itkimiz olsa da, Vətən və cəmiyyət olaraq payımızdır. Şəhadət, vətənpərvərlik, cəsarət və ləyaqət payı - ən gözəl ənam bu deyilmi? ... Azərbaycan general Polad Həşimovun ölümünü yaşadı. Azərbaycanın yaşaması üçün şəhid olan generalın... Elçin AlıoğluMilli.Az

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı mətbuat qurumları ilə əməkdaşlığı diqqət mərkəzində saxlayır

Mətbuat cəmiyyət həyatının əksidir. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Eyni zamanda dövlətimiz KİV-lərin bu mühüm rolunu həmişə dəstəkləyib, mətbuatın inkişafına hərtərəfli şərait yaradıb. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı da mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, KİV-in fəaliyyətini yüksək qiymətləndirir. Respublika Veteranlar Təşkilatı Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın əməkdaşı Məmməd Xəlil oğlu İsayevi qurumun tədbirlərini yüksək səviyyədə işıqlandırdığına və veteran hərəkatının təbliğindəki xidmətlərinə görə diplomla mükafatlandırıb. Mükafatı təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov təqdim edib. Sədr general-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, Azərbaycan Prezidentinin 22 iyul tarixli sərəncamları ilə 138 KİV əməkdaşının mükafatlandırılması, mediaya dəstək məqsədilə əlavə vəsaitin ayrılması dövlətimizin başçısının jurnalist əməyinə və mətbuata göstərdiyi yüksək qiymətin əyani təzahürüdür. Sədr dövlət mətbuatının nümayəndəsini  təbrik edib, ona məsuliyyətli və şərəfli işlərində yeni uğurlar arzulayıb.

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşım edib. AZƏRTAC xəbər verir ki, Mehriban xanım Əliyeva paylaşımında qeyd edib: "Əziz həmvətənlər! Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur. Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş xilasedicilərimizə, xəsarət alanların sağlamlığına qovuşması üçün əlindən gələni əsirgəməyən tibb işçilərimizə, faciədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və təxliyəsi ilə məşğul olan diplomatik xidmət əməkdaşlarına, hadisələri yorulmadan işıqlandıran KİV nümayəndələrinə təşəkkürümü bildirirəm. Ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardım toplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram! İnsansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun! Azərbaycanlı olduğuma görə çox qürurluyam! Zəlzələ nəticəsində həlak olanların sayının artması bizi olduqca kədərləndirir. Həlak olanlara Allahdan rəhmət diləyir, onların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram! Əminəm ki, Türkiyə xalqı öz iradəsi və mətinliyi sayəsində bu ağır sınaqdan sarsılmayacaq! Uca Tanrı dünyamızı qorusun! Türkiyə, səninləyik!”.

Hamısını oxu