Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Mehdi Hüseynzadə ilə bağlı keçirilən tədbir xalqımızın qəhrəmanlarına və milli-mənəvi dəyərlərinə sevgisinin təzahürüdür”

22 dekabr 2025-ci ildə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin doğum günü ilə əlaqədar olaraq Novxanıda təntənəli tədbir keçirilib. 

İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkilatçılığı ilə baş tutan tədbirdə əfsanəvi kəşfiyyatçının abidəsi ziyarət olunub, onun həyat və döyüş yolu ilə bağlı maraqlı faktlara toxunulub.

Veteran.gov.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bu və bu qəbildən olan tədbirlərin qəhrəmanlıq tariximizin təbliği baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb:

"Mehdi Hüseynzadə ilə bağlı keçirilən tədbir xalqımızın qəhrəmanlarına, habelə, milli-mənəvi dəyərlərinə olan sevgisinin təzahürüdür. Bu fakt bir daha sübut edir ki, illər, əsrlər keçsə də, xalq öz qəhrəmanlarını unutmur, bu qəhrəmanları hər zaman böyük hörmət və dərin ehtiram hissi ilə yad edir. 

22 dekabr tarixində Novxanıda Mehdi Hüseynzadə ilə bağlı belə bir tədbirin keçirilməsi qürurverici və təqdirəlayiqdir. Bu, hərb tariximizə ehtiram əlaməti olmaqla yanaşı, həm də əsl vətənpərvərlik təbliğatı, gənc nəslə praktiki nümunədir. Bu cür tədbirlər xalqımızın qəhrəmanlıq ənənəsinin nəsildən-nəsilə ötürülməsi, onların öz tarixlərinə bələd olması, gələcəklərini tarixlərindən güc alaraq inşa etməsi baxımından həyati əhəmiyyətə malikdir.

Hesab edirəm ki, qəhrəmanlarımızın yad edilməsi, onların igidliklərinin təbliği ilə bağlı bu gözəl ənənə bundan sonra da davam etdirilməli, yaşadılmalı və müqəddəs bir əmanət kimi gələcək nəsillərə ötürüməlidir”.

Seymur ƏLİYEV

2025-12-23 19:04:00
2461 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında general-mayor Mustafa Nəsirovun 95 ilik yubileyi qeyd edildi

Mustafa Nəsirov SSRİ dövründə bir sıra məsul hərbi vəzifələr tutmuş, ölkəmiz müstəqillik əldə etdikdən sonra isə hərb işinin inkişafında, sərhəd qoşunlarının formalaşdırılmasıda xidmətləri olmuşdur. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov açaraq demişdir: Mustafa Nəsirov, onun keçdiyi zəngin və şərəfli həyat yolu haqqında izlədiyimiz filmdə tam da olmasa, bir çjö epizodlar öz əksini tapmışdır. Şübhə etmirəm ki, yvbilyarın burada iştirak edən həmkarları, dostları, ailə üzvləri öz çıxışlarında bu böyük insanın keçdiyi həyat yoluna geniş nəzər salınacaqlar. Buna görə də mən qısa danışmaqla, bu yolun yalnız bəzi məqamlarını sizə xatırlatmaq istəyirəm. Onun II Dünya müharibəsində əsl Azərbaycanlı rəşadəti göstərməsini və bütün həyatı boyu bu ənənəsinə sadiq qalmasını xüsusi vurğulamaq istərdim. 1942-ci ildə döyüş cəbhəsindən Saratov Sərhəd Qoşunlarının hərbi məktəbinə göndərilən Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr etmişdir. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərmişdir. Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışmışdır. M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan Sərhəd Dəstəsinin rəisi olmuşdur. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 1972-ci ilin dekabrından Bakıda HƏŞ-nin rəisi, SSRİ DTK – nin Zaqafqaziya sərhəd dairəsinin rəis müavini, dairənin Hərbi Şurasının və Azərbaycan Respublikası DTK-nin kolleqiyasının üzvü olmuşdur. 1977-ci ildə SSRİ Hərbi Qüvvələrinin Baş Qərargahı nəznindəki Akademiyada rəhbər heyətinin təkmilləşdirilməsi üzrə ali akademik kurslarını bitirmişdir. Mustafa Nəsirov 1993-cü ilin avqustunda Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunmuş və bu vəzifədə 1995-ci ilin iyuluna qədər işləmişdir. 1994-cü ildən 1995-ci ilə qədər MDB ölkələri iştirakçılarının parlamentarası Assambleyasının üzvü, mühafizə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın sədri olmuşdur. Bir faktı fəxrlə qeyd etmək lazımdır ki, o, sovet dövründə sərhəd qoşunlarında ilk azərbaycanlı zabit olmuşdur. General-mayor M.C.Nəsirov 1987-ci ilin iyununda 65 yaşında istefaya çıxmışdır. M.Nəsirov Respublikamızda veteran hərəkətinin inkişafına da böyük tövhələr vermişdir. Bu gün biz qürurla deyə bilərik ki Mustafa Nəsirov 1987-ci ilin mart ayında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilmişdir. Onun veteranlara göstərdiyi diqqət və qayğı ilə bugünki veteran hərəkatının təməli olmuşdur. Biz, Mustafa Nəsirovun Bakı Təşkilatından Respublika səviyyəsinə yüksəltdiyi təşkilatda fəaliyyət göstərməyimizdən qürür duyur, onun yaratdığı ənənələri bu gün də yaşatmağa çalışırıq. Mustafa Nəsirovun həyat və fəaliyyətindən bəhs edən bir neçə kitab yazılmış, sənədli və bədi film çəkilmişdir. Vətən qarşısındakı xidmətlərinə Mustafa Nəsirov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. Veteranlar heç bir zaman bu böyük insanın Azərbaycan naminə xidmətlərini unutmurlar. O bizim qəlbimizdə bu gün də yaşayır, sabah da yaşayacaq və nəsillərə nümunə kimi tanıdılacaqdır”.   Daha sonra çıxış üçün söz İctimai Televiziya və Radio yayımları şirkətinin direktoru Cəmil Quliyevə verildi. C.Quliyev M.Nəsirovun xidmətlərindən, həmçinin ictimai fəaliyyətindən bəhs etdi. General-mayor Abbasəli Novruzov Mustafa Nəsirovla bağlı xoş xatirələrini yada saldı, onun peşəkar hərbiçi olmasından, əsl sərhədçi rəşadətindən danışdı. Bildirdi ki, müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının qurulmasında və inkişafında M.Nəsirovun danılmaz rolu olmuşdur. A.A.Qritçenko, Soltan Məmmədov və başqaları çıxışlarında Mustafa Nəsirovun keçdiyi mənalı ömür yolundan bəhs etdi. Onunla bağlı xatirələrini çatdırdılar.    Tədbirin sonunda bir neçə şəxs Respublika Veteranlar Təşkilatının təsis etdiyi yubiley medallarları ilə təltif edildilər. Daha sonra general-mayor Mustafa Nəsirov haqqında film nümaiş olundu.  

Hamısını oxu
“Tarixi zəfərimizə görə şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandanımıza, xalqımıza minnətdarıq”

Aqil Şirinov: “Vətən müharibəsindəki dəstəyinə görə qardaş Türkiyə və Pakistana da öz təşəkkürümüzü bildiririk”   Veteran.gov.az xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov 27 Sentyabr - Anım Günü münasibətilə paylaşım edib. Sözügedən paylaşımda deyilir:   “Bu gün xalqımız Anım Gününü qeyd edir. Qələbə zövqünü dadmağı bizə nəsib edən Uca Yaradana şükürlər olsun! İki əsr bundan öncədən başlayaraq başqa məmləkətlərdən gətirilən və Qarabağımızda, İrəvanımızda, Zəngəzurumuzda, Göyçəmizdə, Dərələyəzimizdə, Uluxanlımızda, Zəngibasarımızda, Vedimizdə, Qəmərlimizdə, Ağbabamızda, Qaraqoyunlu dərəsində, Dilicanımızda və digər torpaqlarımızda məqsədyönlü şəkildə yerləşdirilən mənfur tayfaya sarsıdıcı zərbə endirərək əyik başımızı göylərə qaldıran, ölümü öldürərək ölümsüzləşən əziz şəhidlərimizin ruhları qarşısında baş əyir, onları yetişdirən ata-analara sonsuz minnətdarlığımızı bildiririk. Sinəsini vətən yolunda sipər edən qazilərimizə minnətdarıq. Dünyanın böyük güc mərkəzlərinin təzyiqi qarşısında əzmkarlıq və qətiyyət göstərərək Azərbaycan xalqının haqqını qoruyan, millətimizin imzasını övraqi-həyata qoyan müzəffər Ali Baş Komandanımıza minnətdarıq. Azərbaycana hüdudsuz və əmmasız dəstəyini göstərən Türkiyəmizə minnətdarıq. Müsəlman qardaşlığını ritorika və ya siyasi ambisiya naminə deyil, həqiqi mənada və əməli müstəvidə izhar edən qardaş Pakistana minnətdarlığımızı bildirərək “Pakistan zində bad!” deyirik. Və əlbəttə ki, dinindən, etnik və ictimai mənsubiyyətindən asılı olmayaraq, bu çətin və taleyüklü günlərdə bir olmağı, yumruq olmağı bacaran Azərbaycan vətəndaşlarına minnətdarıq. Qoy bayrağımız əbədi olaraq azad yurdumuzun üstündə dalğalansın! Allah şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!"  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubiley tədbirində iştirak etmək üçün xarici ölkələrdən (Rusiya, Gürcüstan, Qazaxıstan, Belarus, Qırğızıstan, Ukrayna, Norveç) Azərbaycana gəlmiş nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub. Görüşdə təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov da iştirak edib.  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyi münasibəti ilə təşkilatın rəhbərliyini və ölkə veteranlarını təbrik edib. Nazir alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi mühüm xidmətləri diqqətə çatdırıb. O, Azərbaycanda müharibə veteranlarına yüksək dövlət qayğısı göstərilməsi tədbirlərinə ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlandığını, İkinci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən olduğunu vurğulayıb. S.Babayev bildirib ki, nazirliyin xətti ilə bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu kateqoriyadan olan 1118 nəfər şəxs minik avtomobili ilə təmin edilib. İkinci Dünya müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilir. Onların pensiya təminatı daim gücləndirilir, hazırda onların orta aylıq pensiya məbləği 400 manata yaxındır. Hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş insanlara birdəfəlik maddi yardım verilir. Həmin yardımların məbləği 25 faiz artırılaraq müvafiq olaraq 800 manatdan 1000 manata və 400 manatdan 500 manata çatdırılıb. Nazir müharibə veteranlarının sanatoriya-kurort müalicəsinin təşkili, əlilliyi olanların reabilitasiya məmulatları ilə təmin edilməsi, tənha ahılların sosial xidmətlə təminatı, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərin, 20 Yanvar və Çernobıl əlillərinin sosial müdafiəsi və reabilitasiyası sahəsində aparılan işləri qeyd edib. S.Babayev həmçinin şəhid hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsi, onların birdəfəlik ödəmə (11000 manat) ilə təmin olunması sahəsində görülən tədbirlər barədə məlumat verib.  C.Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətindən və nazirliklə qarşılıqlı əməkdaşlıqdan bəhs edib, birgə tədbirlərin önəmini diqqətə çatdırıb. Dünya Veteranları Fedarasiyasının prezidenti Dan Viqqo Berqtun, Rusiya Fedarasiyası “Unudulmaz Yaddaş” Xeyriyyə fondunun direktoru,“Qələbə Vərəsələri” Beynəlxalq şurasının Bolqarıstan Respublikası nümayəndəliyinin sədri Skripkaraş Anjela Alekseevna, MDB ölkələri Beynəlxlaq Veteranlar İctimai Birliyinin fəxri üzvü və İcra komitəsinin üzvü Maslyuk Vladimir Solovyeviç və başqaları müharibə veteranlarının sosial müdafiəsi sahəsində Azərbaycanda aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıblar.

Hamısını oxu
Ağdam Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Xocalı soyqırımının qurbanlarını yad edib

Veteran.gov.az xəbər verir ki, Ağdam Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Ağdam Rayon İcra Hakimiyyəti, digər dövlət qurumları və QHT-lər 26 fevral Xocalı faciəsinin 31-ci ildönümünü qeyd edib. Mərasimdən öncə Ümummili lider Heydər Əliyevin, şəhidlərin və qardaş Türkiyədəki zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edilib, bu soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət olduğu vurğulanıb.  

Hamısını oxu