Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ordumuzun qüdrətinin artırılması və türk dövlətləri ilə hərbi əməkdaşlıq günün tələbi, zamanın diktəsidir”

“Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılması, eləcə də türk dövlətləri ilə hərbi əməkdaşlığın daha da genişlənməsi günün tələbi, zamanın diktəsidir”. 

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkov nik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dünən dövlət başçısının yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər sadəcə dövlətimizin deyil, bütün türk dünyasının gələcək təhlükəsizliyi baxımından mühüm amil və istiqamətləri əhatə edir:

“Dövlət başçısı yerli televiziyalara müsahibəsində bir kəs daha güclü olmağın, ordunun döyüş hazırlığını, peşəkarlğını artırmağın son dərəcə zəruri olduğunu vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, dünyada baş verən proseslər güc faktorunun həlledici rol oynadığını, dövlətlərarası münasibətlərin “kim güclüdürsə, o da haqlıdır” prinsipi ilə idarə edildiyini göstərir.

Həqiqətən də, bu gün müasir dünyada baş verən proseslər sübut edir ki, artıq beynəlxalq hüquq heç bir dövlətin təhlükəsizliyini təmin etməyə, hər hansı təcavüzün qarşısını almağa, yaxud təcavüzkarı cəzalandırmağa qadir deyil. Bu gün təhlükəsizliyin yeganə qarantı hərbi gücdür. Məhz buna görə də dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin gücünü mütəmadi şəkildə artırmağa, ordumuzun texniki təchizatını, peşəkarlığını yüksəltməyə xüsusi diqqət göstərir.

Bildiyiniz kimi, bu il dövlətimiz təhlükəsizlik və müdafiə xərclərini ötən illə müqayisədə 4% artırıb. Bu, dövlətimizin, Prezidentimizin xalqımızın və dövlətimizin təhlükəsizliyinə necə böyük diqqət və məsuliyyətlə yanaşdığını, ölkəmizi gələcək təhdid və təhlükələrdən qorumaq üçün necə uzaqgörən siyasət sərgilədiyini göstərir.

Dövlət başçısnın çıxışında yer tutan mühüm məsələlərdən biri də milli hərbi sənayenin inkişafı, eləcə də müştərək hərbi müəssisələrin yaradılması oldu. Hansı ki, yerli hərbi sənayenin inkişafı təhlükəsizliyimizin təminatının mühüm şərtlərindən biridir və ölkəmiz bu istiqamətdə də prinsipial addımlar atmaqdadır”.

Polkovnik Azərbaycanın digər türk dövlətləri ilə hərbi əməkdaşalığı genişləndirmək istəyinə də diqqət çəkdi:

“Prezident İlham Əliyev müsahibəsində türk dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirməyin, birgə hərbi təlimlər keçirilməyin vacibliyini də qeyd etdi. Bunun türk dünyasının təhlükəsizliyinin təmini baxımından vacib olduğunu vurğuladı və bildirdi ki, əgər bütün tərəflərin razılığı olarsa,  elə bu il birgə hərbi təlimlər baş tutacaq.

Bir məqamı da qeyd edək ki, türk dövlətlərinin birgə hərbi təlimlər keçirməsi, hərbi əməkdaşlığı genişləndirməsi yalnız Azərbaycan və Türkiyənin deyil, bütün türk dünyasının marağına uyğundur. Bu, türk dünyasının təhlükəsizliklə bağlı problemlərə vahid strategiyadan yanaşması, bir-birlərinin təhlükəsizliyi ilə bağlı təhdidlərə biganə qalmayacağı deməkdir.

Bu baxımdan türk dövlətləri arasında hərbi əməkdaşlığın genişləndirilməsi bütün türk dünyasının təhlükəsizliyi baxımından həyati əhəmiyyət kəsb edir. İnanıram ki, türk dövlətləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin irəli sürdüyü bu təklifi dəstəkləyəcək, məlum istiqamətdə əməli addımlar atmaqla bütün dünyaya türk dünyasının hərbi əməkdaşlıq məsələsində də həmrəy olduğunu göstərəcək”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

2026-01-06 13:10:00
2621 baxış

Digər xəbərlər

Ermənistan silahlı qüvvələri diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürülüb

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hamısını oxu
Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar

  Veteran.gov.az apa.az-a istinadən xəbər verir ki, Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar.   Müdafiə Nazirliyindən  verilən məlumata görə, Azərbaycan tankçıları müsabiqənin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar.   Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olublar.      

Hamısını oxu
Azərbaycan İlahiyyat İnstitutunda kitab sərgisi təşkil olunub

Sərgidə Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə nəşr edilmiş ədəbiyyatlar nümayiş olunub   Veteran.gov.az xəbər verir ki, Azərbaycan İlahiyyat İnsitutunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə nəşr edilmiş ədəbiyyatlardan ibarət kitab sərgisi təşkil edilib. Sonda Fond tərəfindən nümayiş etdirilən kitablar İnstitutun tələbələrinə hədiyyə olunub.  

Hamısını oxu
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi

Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi"nin 4.4-cü bəndinə uyğun olaraq Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir: Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Baş Naziri Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Azərbaycan Respublikasının Maliyyə naziri. Milli.Az 

Hamısını oxu