Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ermənistan silahlı qüvvələri diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürülüb

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.
Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.
Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

2020-08-23 00:00:00
3457 baxış

Digər xəbərlər

“Düşənbə görüşü Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə açmış oldu”

“Azərbaycan və Rusiya prezidentlərinin 9 oktyabr tarixli Düşənbə görüşü iki dövlət arasındakı münasibətlərdə yeni səhifə açmış oldu”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu görüş Azərbaycanın AZAL təyyarəsi ilə bağlı tələblərinin qəbul edilməsi ilə yanaşı, həm də anti-Azərbaycan qüvvələrinin məğlubiyyəti ilə əlamətdar oldu: “25 dekabr 2024-cü il tarixində AZAL təyyarəsinin Rusiya səmasında vurulması və Qazaxıstanın Aktau şəhərində qəza enişi etməsi, hadisə nəticəsində xeyli sayda insanın həlak olması ölkəmizdə ciddi məyusluq və narahatlığa səbəb oldu. Bunun bir səbəbi məlum hadisə olsa da, digər səbəbi Rusiyanın baş verənlərdən sonra məsuliyyəti öz üzərinə götürməməsi idi. Həmin vaxt Rusiyanın dövlət başçısı Prezident İlham Əliyevlə telefon danışığında ölkəmizdən üzr istəsə də, Azərbaycanın digər iki tələbinin – günahkarların müəyyən edilərək cəzalandırılması və  həlak olanların ailələrinə kompensasiyanın verilməsinin təmin olunmaması ilə bağlı öz üzərlərinə heç bir öhdəlik götürmək istəmirdi. Düşənbə görüşündə isə Rusiya prezidenti ölkəmizdən növbəti dəfə üzr istəməklə yanaşı, bu iki tələbi də yerinə yetirəcəyinə söz verdi. Bununla da Azərbaycanın Rusiya ilə bağlı gözləntiləri özünü doğrultdu. Düşənbə görüşü Azərbaycanın, Müzəffər Ali baş Komandanın növbəti diplomatik nailiyyəti kimi tarixdə qaldı. Bununla yanaşı, bu görüş həm də anti-Azərbaycan qüvvələri üçün ağır məğlubiyyət və böyük məyusluq oldu. Çünki başda ermənipərəst qüvvələr olmaqla bir sıra güclər Azərbaycanla Rusiya arasında uzunmüddətli gərginliyin yaşanmasına çalışır, iki ölkə arasındakı münasibətlərin pisləşməyinə səy göstərirdi. Lakin Düşənbə görüşü sübut etdi ki, həm Azərbaycan, həm də Rusiya ikitərəfli münasibətlərin inkişafında maraqlıdır və onlar bu istiqamətdə səylərini yaxın gələcəkdə də davam etdirəcəklər. ”. Seymur ƏLİYEV

Hamısını oxu
Nazim Eynallı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, AAYDA “19№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb.  Görüş əsnasında şəhid ailələri və veteranlara olan dövlət qayğısından danışılıb, bu məsələdə hər bir fərdin və özəl müəssisənin üzərinə düşən məsuliyyət müzakirə olunub. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, şəhid ailələri və veteranlara qayğı kimliyindən, sosial statusundan asılı olmayaraq, hər bir vətəndaşın mənəvi borcudur  və hər bir şəxs, hər bir qurum bu məsələdə dövlətə dəstək verməli, onunla həmrəylik sərgiləməlidir. Nazim Eynallı Şamaxı və ətraf rayonlarda şəhid ailələri və veteranlara göstərilən qayğıya diqqət çəkib, yaxın gələcəkdə bu istiqamətdə görüləcək işlərdən danışıb. Görüşün  sonunda Nazim Eynallı Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunub. Seymur ƏLİYEV  

Hamısını oxu
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”

Azər Badamov: “Bu cür yarışlar yeniyetmələrdə vətənpərvərlik tərbiyəsini gücləndirir, onların hərb peşəsinə marağını artırır” “SHXÇDX və BŞTİ-nin bu addımını təqdir edir, alqışlayıram” Dünən Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə Bakı şəhər məktəbliləri arasında hərbi bilik yarışının final mərhələsi keçirilib. Qalib komandalar və həmin təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən diplomla mükafatlandırılıblar. Məktəblilər arasında hərbi bilik yarışlarının keçirilməsi yeniyetmlər arasında hərb peşəsinə marağın artırılması, vətənpərvərlik tərbiyəsinin güclənməsi baxımından nə dərəcədə önəmlidir? Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov bu kimi tədbirlərin  böyük əhəmiyyətə malik olduğunu bildirib: “Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə Bakı şəhər məktəbliləri arasında hərbi bilik yarışının keçirilməsini təqdirəlayiq haldır. Belə yarışmalar mütəmadi keçirilməli və nəinki Bakı şəhəri məktəbləri arasında, həm də bütün ölkə ərazisində təşkil olunmalıdır. Məktəblərdə çağırışaqədərki hazırlıq fənni tədris olunur. Bu fənin tədris keyfiyyəti də artırılmalıdır. Gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunması, onların hərbiyə hazırlıq səviyyəsinin yüksəldilməsi ən vacib məsələlərdən biridir. Torpaqlarımız işğal altında olduğu illərdə gənclərimiz Şuşada və Xankəndində bayrağımızı dalğalandırmaq arzusu ilə böyüdülər. Ona görə də müharibə başlayanda hamı bir nəfər kimi silaha sarıldı və 44 gündə qəhrəmancasına müharibə edərək igidlik dastanını yazdılar. Bu gün torpaqlarımız işğaldan azad olunmuş, ərazlilərimizdə suverənlik təmin olunmuşdur. Amma bu o demək deyil ki, qalib olduq və vətən yaddan çıxmalıdır. Vətən torpaqları həmişə qorunmalıdır. Qorunmasa, yenidən təhlükələr yarana bilər. Müharibə başa çatsa da, ölkəmizə təzyiqlər həmişə olacaqdır. Çünki inkişaf edən və müstəqil siyasət yürüdən ölkələri xoşlamırlar. O cümlədən, Cənubi Qafqaz böyük güclərin maraqlarının toqquşduğu yerdir. Ona görə də bu gün gənclərimizin vətənə sevgisi həmişəkindən də çox, ordumuzun hərbi gücünün daima artırılması vacib məqsədlərimiz olmalıdır. Bu baxımdan, uşaqlarımız vətənpərvərlik ruhunda böyüməli, vətənə bağlı olmalı, məktəb illərində minimum hərbi biliklərə yiyələnməli və orduya sevgi ruhunda böyüməlidir. Belə yarışmaların keçirilməsi məktəblilərin hərbi çağırışa qədər biliklərin daha dərindən mənimsənilməsinə, hərbiyə maraqın artmasına töhfə verəcəkdir”. Seymur ƏLİYEV

Hamısını oxu
Kürdəmirdə 44 günlük Vətən Müharibəsi qazisi Rəhman Nuriyevin yubileyi münasibətilə tədbir keçirilib

Tədbir Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub 4 iyul 2024-cü il tarixdə Kürdəmir rayonunda Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin rəhbəri Səmyar Abdullayevin təşkilatçılığı ilə Kürdəmir rayon sakini, 44 günlük Vətən Müharibəsi qazisi Rəhman Nuriyevin 30 yaş yubiley günü münasibəti ilə tədbir təşkil edilib. Tədbirin təşkilinə Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən dəstək göstərilib. Tədbirdə Az.GƏC tərəfindən çəkilmiş  və 44 günlük Vətən Müharibəsində göz nurunu Vətən yolunda itirən onlarla  qazi və veteranlara həsr olunan “Gözümün Nuru Vətən”  adlı silsilə filmlərdən Rəhman Nuriyevə həsr olunan  film nümayiş etdirilib. Tədbirdə rayon icimaiyyəti ilə yanaşı, Bakıdan ezam olunan  AzGƏC-in rəhbəri Səmyar Abdullayev və işçi heyəti,  mədəniyyət  xadimləri, Kürdəmir rayon İcra Hakimiyyəti nümayəndələri, onlarla qazi və Rəhman Nuriyevin döyüş yolunda onunla çiyin-çiyinə vuruşan əsgər dostları iştirak ediblər. Tədbirin aparılıcılığı filmin müəllifi olan Gənc Tamaşaçılar Milli Teatrının aktrisası Simuzər  Atakişiyevaya həvalə edilib. Tədbirdə Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək Gözdən Əlillər Cəmiyyətinin göz işığını itirmiş qazilərə hər zaman böyük diqqət və qayğı ilə yanaşırdığını və daim öz dəstəyini göstərməyə hazır olduğunu bildirib. Həmçinin Rəhman Nuriyevə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən Fəxri Fərman təqdim etdi. Tədbirə gələn qonaqlara ölkəmizin tanınmış mədəniyyət nümayəndələrinin çıxışı ilə  musiqili töhfə verildi.

Hamısını oxu