Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəhid Murad Məmmədlinin mövlud günü qeyd olundu

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 27 yanvar 2026-cı il tarixində Respublika Veteranlar Təşkilatında şəhid Murad Məmmədlinin mövlud gününə həsr edilmiş tədbirdə iştirak etdilər.  Tədbirdə   Dəmir Yolu və Metropoliten  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev, direktor müavini Nəzakət Allahverdiyeva tələbələr, müəllimlər, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, şəhidin  ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri və digər qonaqlar iştirak etdilər.

Tədbiri Dəmir Yolu və Metropoliten  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev açdı. Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı.

Çıxış üçün söz Dəmir Yolu və Metropoliten  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin  direktor müavini Nəzakət Allahverdiyevaya verildi. O,şəhid məzun Murad Məmmədlinin təhsil aldığı dövrdə yüksək nizam- intizamlı olmağndan,tapşırıqlara məsuliyyətlə yanaşmağndan,vətənə,millətinə bağlılığından danışdı.

Tədbirdə çıxış edən  şəhidin bacısı Leyla İsmayılova qardaşı haqqında xoş xatirələrdən, onunla hər zaman qürur duymasımdan söz açaraq ,dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı.

Digər çıxışçı Arif Hümbətov şəhidlərimizin dəyərindən, vətən qarşısında xidmətlərindən, onlarım daim xalqın qəlbində yaşayacağlarından bəhs edib.

Daha sonra söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verildi. Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb, müstəqilliyə gedən ağır yoldan söz açıb:

 “Biz xöbəxt xalqıq ki, müstəqil ölkəmiz var. Bu müstəqillik yolunda canından keçib şəhidlik zirvəsinə qalxan oğullarımızın adları daima uca tutulur. Onların adlarıının əbədiləşdirilməsini dövlətimiz daim diqqətdə saxlayır. Səhidlərin yaşadıqları küçələrə, məktəblərə onların adları verilir.Onların qəhrəmanlıqları haqqında kitablar yazılır və yazılacaq”.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

 

2026-01-30 14:49:00
1466 baxış

Digər xəbərlər

Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədovanın yubileyi qeyd edilib

Veteran.gov.az xəbər verir ki, 15 mart 2026-cı il tarixdə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədovanın yubileyi münasibəti ilə "Xortdanın cəhənnəm məktubları" (Ə.Haqverdiyev) tamaşası oynanılıb. Tamaşadan əvvəl çıxış edənlər - Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi, Sənərşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə, Xalq artistləri Yasin Qarayev, Xalidə Quliyeva, Milli Gənc Tamaşaçılar Teatrının Yaradıcı şöbəsinin müdiri Nicat Kazımov və rejissor Elşad Rəhimzadə Zemfira Əbdülsəmədovanı yubileyi münasibəti ilə təbrik ediblər, aktrisanın yaradıcılıq yolundan, onun səhnədə və kinoda yaratdığı maraqlı obrazlardan danışıblar. Zemfira Əbdülsəmədova milli teatr sənəti sahəsindəki xidmətlərinə görə və əlamətdar yubileyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif olunub. Təbriklərdən sonra aktrisanın iştirakı ilə "Xortdanın cəhənnəm məktubları" tamaşası göstərilib.  

Hamısını oxu
Ümummilli lider Heydər Əliyevin ölkəmizdə qadın hərəkatının formalaşmasında rolu...

Azərbaycan xalqının ümummilli lideri, dahi siyasətçi Heydər Əliyev  Azərbaycan qadını haqqında belə bir müdrik fikir söyləyib: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyilə, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınıb”. Türk etnosunun yaratmış olduğu ən qədim yazılı kitabə olan “Kitabi-Dədə Qorqud”da qadın, ana hüquqları Tanrı səviyyəsinə qaldırılır. Ulu Tanrıdan sonra ikinci yaradıcı ana hesab edilir.  Azərbaycan xalqı tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duymuş,ana adını uca tutub, qadına dərin hörmət və ehtiramla yanaşıb. Fitri istedadı, müdrikliyi və iradəsi ilə seçilən qadınlarımız tarixin ən müxtəlif dönəmlərində səmərəli fəaliyyət göstərərək, xalqımızın taleyüklü məsələlərinin həllinə öz sanballı töhfələrini veriblər.  Azərbaycan qadını azad, dövlət işlərində kişilərlə bərabərhüquqlu iştirak etmək, seçki, əmək hüququna malik olmaq, yüksək təmsil olunmaq kimi hüquqlara nail olmaq yolunda keşməkeşli bir həyat yaşayıbdır. Şərqdə ilk dəfə seçki hüququnu məhz Azərbaycan qadınının qazanması asan əldə olunmamış və bu yolda heç bir qüvvə mərd, mübariz Azərbaycan qadınını qələbə əzmindən döndərə bilməmişdir. Azərbaycan qadınının inkişafı, onun təhsili, cəmiyyətin bütün sahələrində yüksək təmsilçiliyi, xürafat və cəhalətdən qorunması, onların dövlət idarəçiliyinə cəlb olunması kimi problemlər hələ sovet dövründə Heydər Əliyevi düşündürən ən aktual məsələlərdən biri olmuşdur. Yetmişinci illərdə Azərbaycan qadınları ölkənin qanunvericilik orqanlarında irəli çəkilməyə, əməyinin, ağlının təkcə istehsalat üçün yararlı olmayıb, yüksək kürsülərə layiq olduğunu sübut edirdisə, əsrin sonlarında onlar dünya qadın hərəkatının aparıcı qüvvələri kimi hərəkət edir, kişilərlə bərabər hüquq qazanmaq, öz iradəsini, bilik və düşüncəsini dövlətin – ölkənin idarəetmə və qanunvericilik sahəsinə tətbiq etməyə çalışırdılar. Əslində, Azərbaycanda qadın hərəkatı dedikdə XIX əsrin ortalarından başlayan maarifçilik fəaliyyəti, 1905-ci il inqilabından sonrakı yüksəliş başa düşülürsə, ictimai və siyasi iştirakçılıq baxımından bu tarixi uğur və nailiyyət Heydər Əliyevin ölkəmizə  rəhbərlik etdiyi həm birinci və həm də ikinci dövrə təsadüf edir. Respublikamızda Ulu Öndərimizin rəhbərliyi ilə keçirilən  qadın qurultayları isə Azərbaycanda qadın hərəkatının dünya qadınlar birliyinə inteqrasiya yolunda  böyük üfüqlər açıb. Azərbaycanda qadın hərəkatının təşəkkül tapmasında, Azərbaycan qadınının uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin qadın siyasəti amili dayanır. Dövlət başçısı qadın problemlərinin  dövlət səviyyəsində  həlli üçün mühüm fərman da imzalamışdır. 1998-ci ildə Qadın problemləri üzrə Dövlət  Komitəsi yaradılmışdır. Komitə  qadın hüquqlarının müdafiəsi istiqamətində  əhəmiyyətli işlər görmüş, tədbirlər həyata keçirmişdir. Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan Qadınlarının I Qurultayı, 2003-cü ildə isə II qurultayı baş tutmuşdur. Dünyanın müxtəlif ölkələrindən  dövlət və cəmiyyət həyatında xidmətləri  olan tanınmış  qadınlar bu qurultaylarda iştirak edirdilər. Qadınlarımız bu qurultayla  demokratik cəmiyyətdə qadın hərəkatının əsasını qoymuşdular. Şərəfli tarixi keçmişi olan Azərbaycan qadın hərəkatı Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində inkişaf dövrünü yaşamışdır. Onun Azərbaycanın siyasi rəhbərliyində olduğu bütün dönəmlərdə  qadınlar daim diqqət və ehtiramla, məhəbbətlə əhatələnmişdir.      Heydər Əliyev 15 sentyabr 1998- ci ildə keçirilən Azərbaycan Qadınlarının I Qurultayında iştirak edən şəhid analarına öz hörmət və ehtiramını bildirmişdir. Qeyd etmişdi ki, Azərbaycan qadınları Azərbaycan ordusunu daha da gücləndirmək , inkişaf etdirmək, daha  da qüdrətli etmək üçün bundan sonra da gözəl insanlar yetişdirəcək, o insanlar tərbiyəli, vətənpərvərlər olacaqlar. Məhz unudulmaz dövlət rəhbərimizin sonsuz qayğısının, diqqətinin bariz ifadəsidir ki, Azərbaycan qadınları artıq bütün dövlət idarəçilik strukturlarında, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməklə, yüksək səviyyədə təmsil olunurlar. Bu gün ölkəmizdə beynəlxalq standartların tələblərinə cavab verən dövlət qadın siyasətinin formalaşmasını, hətta ən mötəbər beynəlxalq təşkilatlar da  təsdiqləyir. Artıq  respublikamızda da qadın hüquqları, qadın hərəkatı və gender siyasəti təhsil müəssisələrində tədris edilməklə dərindən öyrənilir və elmi tədqiqat obyekti kimi tədqiq edilir. İllər keçəcək, əsrlər və qərinələr bir-birini əvəz edəcək, Azərbaycan qadını daim ölkəmizdə əzəmətli qadın hərəkatına görə müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, əvəzolunmaz dövlət rəhbəri, gözəl insan, dünya şöhrətli siyasətçi Heydər Əliyevi ehtiramla yad edərək ona daim minnətdar olacaqdır. Müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli sərəncamı gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapmışdır. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Qanun gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini və vəzifələrini müəyyən etmişdir. Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırır, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunu gücləndirir. Qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı qadınlar həm də, ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. O, Ali Baş Komandan, Prtezident İlham Əliyevin ən yaxın silahdaşı kimi, Azərbaycanın inkişafı, daha da güclü və qüdrətli dövlət olması üçün əlindən gələni əsirgəmir. Bu gün müasir Azərbaycanda qadın hərəkatının inkişafında torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlar, bütün şəhid anaları və xanımları, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşları, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının da rolu danılmazdır. Çünki qəhrəman analarımızın sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq. Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Mustafayeva Arifə Akif qızı

Hamısını oxu
”9 May – faşizm üzərində Qələbə Günüdür” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 8 may 2024-cü il tarixində Sabunçu  rayonunda tədbir keçiriblər. 9 May Qələbə Gününə həsr edilmiş tədbir Sabunçu rayonu 96 saylı tam orta  məktəbdə  baş tutub.  ”9 May – faşizm üzərində Qələbə Günüdür” adlı tədbirdə Sabunçu rayon Veteranlar Təşkilatının  sədri Sabir Allahverdiyev, Silahlı Qüvvələrin veteranı ehtiyatda olan polkovnik Şükür Qafarov, məktəbin direktoru Mehriban Hacıyeva, şagirdlər və müəllimlər iştirak ediblər. Tədbiri 96 saylı tam orta məktəbin direktoru Mehriban Hacıyeva açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə Azərbaycan Dövlət Himni səslənib. Böyük Vətən Müharibəsində həlak olanların və torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla anılıb. Tədbir şagirdlərin çıxışı ilə başlayıb. Şagirdlərin ifasında “ Azərbaycan oğluyam”, “Vətən” mahnıları səsləndi.Daha sonra şagirdlər “Ana və poçtalyon”, “Ay nənə bir nağıl de” əsərlərindən parçalar səsləndiriblər. Çıxış üçün söz Adil Haqverdiyevə verilib. O, ilk öncə RVT-nın sədri Böyük Vətən Müharibəsi iştirakçısı Fatma xanım Səttarovanın və onun müavini polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev qeyd edib ki, Böyük Vətən Müharibəsi illərində Azərbaycandan 700 mindən çox şəxs müharibədə iştirak edib və yarısından çoxu qəhrəmancasına həlak olub. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib.130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şərəf” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşlar, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdənolub. Belə ki,1941-ci ildə Azərbaycan tarixində ən çox -23,5 milyon ton neft istehsal olunub. Bu isə SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft,22 milyon ton benzin və digər neft məhsulları veriblər”. Daha sonra Sabir Allahverdiyev çıxış edib. Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

Hamısını oxu
Naxçıvanda 104 yaşlı seçici səs verdi

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvanın ən yaşlı seçicilərindən Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan 1920-ci il təvəllüdlü Hüseynəliyeva Şərəf Muxtar qızı səsvermə hüququndan istifadə edib.   O, 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsinə səs vermək üçün ərizə ilə müraciət edib. Məntəqə əməkdaşı ailənin yaşadığı evə daşınan qutu aparıb və yaşlı seçicinin səsverməsinə şərait yaradılıb.

Hamısını oxu