Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Nərimanov Rayon Gənclər və İdman İdarəsini təşəkkürnamə ilə təltif edib. Bu barədə Nərimanov Rayon Gənclər və İdman İdarəsi sosial mediadakı hesabında məlumat verib. Məlumatda deyilir: “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “8 noyabr – Zəfər Günü” münasibəti ilə həvəskarlar arasında “Unutma, YAŞAT” şüarı ilə mini futbol turniri keçirilmişdir. Mini futbol turnirində Nərimanov Rayon Gənclər və İdman İdarəsini rayonda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin bədən tərbiyəsi müəllimlərindən ibarət komanda layiqincə təmsil etmişdir. Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin həvəskarlar arasında “Unutma, YAŞAT” şüarı ilə təşkil etdiyi mini futbol turnirinə 8 noyabr 2021-ci il tarixdə - Zəfər günündə yekun vurulmuşdur. 64 komandanın iştirakı ilə başlanan turnirdə bir sıra nazirliklər, idman federasiyaları, ali təhsil müəssisələri, QHT-lər və Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan idarə və təşkilatlar təmsil olunmuşlar. Beləliklə, “8 noyabr – Zəfər Günü” münasibəti ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən həvəskarlar arasında keçirilən Unutma, YAŞAT” şüarı ilə mini futbol turnirində fəal iştirak etdiyinə görə Nərimanov Rayon Gənclər və İdman idarəsi təşəkkürnamə ilə təltif edilib. Rayonumuzun komandasını təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!”
Hamısını oxu
Azərbaycan ordusunun ən elit qrupu sayılan Dəniz Pişikləri. Burda təlim almaq və qrupa üzv olmaq o qədər çətindir ki, ora sənəd verənlərin 80 faizi təlimlərə dözə bilmir. Amma elit qrupda olan əsgər heyəti məğlubedilməz igidlər olurlar. Kult.az xəbər verir ki, bu barədə dosent Zaur Əliyev qeyd edib. O bildirib ki, super əsgərlər olan bu qrupa düşənlər suyun altında, quruda və havada hərbi əməliyyatları qısa zamanda və itkisiz həll edirlər. “Bu qrupun Azərbaycanda yaradılmasının səbəbkarı Heydər Əliyev olub. Çox nadir dövlət başçıları olub ki, Amerikanın elit “Dəniz pişikləri” qarşısında çıxış edib. Onlardan biri də Heydər Əliyevdir. Amerikaya səfər zamanı Dəniz Pişikləri üçün yarım saatlıq mühazirə deyən Ümummilli lider Heydər Əliyev onların təlimləri və hərbi hazırlığı ilə tanış olur və Azərbaycana qayıtdıqdan sonra burda Dəniz Qüvvələrində belə elit qrup yaradılmasına tapşırıq verir”, - alim bildirib. Z.Əliyev Vətən müharibəsi ilə bağlı olduqca maraqlı hadisəni də bölüşüb: “Cəbrayıl rayonu uğrunda döyüşlərdə Azərbaycanın 75 əsgəri mühasirəyə düşür. Ermənilər durduqları postlardan əsgərləri atəşə tuturlar, mühasirəni yarmaq çətin olur. Onlara köməyə 30-a yaxın Dəniz Pişiyi gəlir. Beş dəqiqə ərazini müşahidə edən qrup 20 dəqiqə içində ermənilərin bütün postlarını məhv edib, bircə itki vermədən əsgərləri xilas edirlər. Döyüşü təsvir edən əsgər deyir ki, köməyə gələn bir bölükdən də az şəxsi heyət düşmənin bir taboruna qarşı dayanır və düşməni mövqelərindən çıxarıb qaçmağa məcbur etdi. Üç əsgəri düşmənin nəzarətindəki əraziyə sızıb postdakı bütün erməni əsgərləri öldürdü”. Alim qeyd edib ki, Dəniz Pişikləri bu gün də ermənilərin ən qorxulu yuxusu olaraq qalırlar...
Hamısını oxu
Azərbaycan qadınları tarix boyunca cəmiyyətin inkişafında, dövlətçilik ənənələrinin qorunub saxlanılmasında, mədəniyyətin və elmin yüksəlişində mühüm rol oynayıb. Qadınlarımızın fədakarlığı və əzmkarlığı onların cəmiyyətimizin ayrılmaz bir hissəsinə çevrildiyini göstərir.Tarixi mənbələr və dastanlar sübut edir ki, Azərbaycan qadınları təkcə ana kimi deyil, həm də dövlət quruculuğunda, siyasi və hərb sahəsində fəal iştirak etmişlər. “Kitabi-Dədə Qorqud” dastanında qadınların cəsarət və şücaəti təsvir edilmiş, Tomris, Möminə Xatun, Sara Xatun kimi qadın liderlər öz müdriklikləri ilə dövlət idarəçiliyində mühüm rol oynamışlar.Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlarımızın seçib-seçilmək hüququ əldə etməsi isə Şərq dünyasında bir ilk idi. Bu, qadınlarımızın ölkəmizin ictimai-siyasi həyatında daha fəal iştirakına yol açdı. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.Keçmişin unudulmaz səhifələrində möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də cəmiyyətin inkişafına fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınlarının mədəni və intellektual potensialından xəbər verir.Qadın siyasəti və hüquqları bu gün dövlətimiz üçün prioritetdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları var, bütün bu proseslər də öz növbəsində ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarıb.1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir.Müstəqil Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri qadın hüquqlarının qorunması və onların ictimai-siyasi, iqtisadi sahələrdə daha geniş təmsil olunmasıdır. Ulu Öndər Heydər Əliyev qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təşviq edən mühüm qərarlar imzalamış, onların idarəçilikdə yer almasını dəstəkləmişdir.Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli fəaliyyətinə hərtərəfli şərait yaratmışdır. Ölkəmizdə dövlət səviyyəsində gender siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev hər zaman qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.Prezident İlham Əliyevin rəhbərliyi ilə gender siyasəti yeni meyarlarla zənginləşdirilib, qadınların ictimai və dövlət idarəçiliyində rolu daha da artırılıb. Milli Məclisdə qadın deputatların sayının hər çağırışda artması, dövlət və özəl sektorda qadınların mühüm vəzifələrə təyin olunması bu siyasətin uğurla davam etdiyini göstərir.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uğurlu fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə qadınların nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Onun təşəbbüsü ilə həyata keçirilən humanitar layihələr ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınlarının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.Bu gün Azərbaycan qadınları təhsil, elm, səhiyyə, incəsənət və idman sahələrində mühüm uğurlar qazanır. Onların uğurlarını daha da artırmaq üçün dövlət tərəfindən mütəmadi olaraq yeni proqram və təşəbbüslər həyata keçirilir. Bu istiqamətdə hər zaman dövlətimizin dəstəyi davam edəcəkdir. Məşhur MəmmədovMilli Məclisin deputatı
Hamısını oxu
Müharibə, Əmək və Silahli Qüvvələr Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və aparıcı mütəxəssis Osman Məhərrəmov 04 aprel 2023-ci ildə Bakı şəhəri Suraxanı rayonunda tədbir təşkil ediblər. Tədbir Aslan Muradov adına 84 saylı tam orta məktəbdə baş tutub. 2016-cı il Aprel döyüşləri ilə əlaqədar “Aprel döyüşləri -Şanlı qələbəmizin başlanğıcıdır”adlı tədbirdə Suraxanı rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmov, müavini müharibə veteranı Cavanşir Abdullayev, məktəbin direktoru Röya İslamova , hərbi hazırlıq müəllimi müharibə veteranı ehtiyatda olan mayor Zöhrab Muradov, şagird və müəllim kollektivi iştirak ediblər. Tədbiri məktəbin direktoru Röya İsmayılova açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olunub. Çıxış üçün ilk söz ehtiyyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev öncə Aprel döyüşləri haqqında ətraflı danışıb. Adil Haqverdiyev iki müharibənin - Əfqanıstan və Qarabağ müharibəsinin iştirakçısı kimi müharibənin çətinliyindən əsgər və zabitlərimizin torpaqlarımız ugrunda necə əzimlə döyüşməklərindən, şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızdan qürurla bəhs edib. Bildirib ki, biz sülhsevər xalqıq. Hər zaman bu istəyimizi subut etmişik. Ali Baş Komandan İlham Əliyev dəfələrlə düşmənə hümanistlik göstərmişdir. Əsirlərin qaytarılması, xəstə əsirlərin müalicə olunması, torpaqlarımızdan çıxmaları üçün möhlət hüququnun verilməsi və s. buna sübutdur. Adil Haqverdiyev çıxışının sonunda Allahdan şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza cansağlığı arzuladı. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu