Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“ Aprel döyüşləri Şanlı qələbəmizin başlanğıcıdır” mövzusunda tədbir keçirilib

Müharibə, Əmək və Silahli Qüvvələr Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan  polkovnik  Adil Haqverdiyev və aparıcı mütəxəssis Osman Məhərrəmov 04 aprel  2023-ci ildə    Bakı şəhəri Suraxanı rayonunda tədbir təşkil ediblər. Tədbir  Aslan Muradov adına  84 saylı tam orta məktəbdə baş tutub.

2016-cı il Aprel döyüşləri ilə əlaqədar “Aprel döyüşləri -Şanlı qələbəmizin başlanğıcıdır”adlı tədbirdə  Suraxanı rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmov, müavini müharibə veteranı Cavanşir Abdullayev, məktəbin direktoru Röya İslamova , hərbi hazırlıq müəllimi  müharibə veteranı ehtiyatda olan mayor Zöhrab Muradov, şagird və müəllim kollektivi iştirak ediblər.

Tədbiri məktəbin direktoru Röya İsmayılova açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olunub.

 Çıxış üçün ilk söz ehtiyyatda olan polkovnik Adil Haqverdiyevə verilib.

Adil Haqverdiyev  öncə Aprel  döyüşləri  haqqında ətraflı danışıb. Adil Haqverdiyev iki müharibənin - Əfqanıstan və Qarabağ müharibəsinin  iştirakçısı  kimi  müharibənin çətinliyindən əsgər və zabitlərimizin torpaqlarımız  ugrunda necə əzimlə döyüşməklərindən, şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızdan  qürurla  bəhs edib. Bildirib ki, biz  sülhsevər xalqıq. Hər zaman bu istəyimizi subut etmişik.  Ali Baş Komandan İlham Əliyev dəfələrlə düşmənə hümanistlik göstərmişdir. Əsirlərin qaytarılması, xəstə əsirlərin müalicə olunması, torpaqlarımızdan çıxmaları üçün möhlət hüququnun verilməsi və s. buna sübutdur.

Adil Haqverdiyev çıxışının sonunda  Allahdan şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza cansağlığı arzuladı.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

                                            

 

2023-04-11 10:36:12
3284 baxış

Digər xəbərlər

Sabirabad rayonunda daha bir şəhid məzarı ad günündə ziyarət edilib

Mayın 2-də Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, o cümlədən rayon ziyalıları Cavad kənd qəbiristanlığında şəhid mayor Məmmədov Anar Elşad oğlunun məzarını ziyarət edib, şəhidin məzarı üstünə gül dəstələri qoyub. Daha sonra ziyarətçilər önündə çıxış edən  Respublika Veteranlar Təşkilatının Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov şəhidlərimizin heç zaman unudulmayacağını, onların xatirəsinin əsrlər sonra da xalqımızın qəlbində yaşayacağını vurğulayıb.   Şəhidin qızı Zeynəb Məmmədli də çıxış edərək atası Anar haqqında ürək sözlərini bildirib, ona olan sevgi və heyranlığını vurğulayıb.   Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, o cümlədən digər yetkililər iştirak edib.   Xatırladaq ki, şəhid Anar Məmmədovun qaynatası Heydər Həmidov da Birinci Qarabağ müharibəsində şəhid olub.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“AQTA-nın keçirdiyi yoxlamalar vətəndaşlarımızın sağlamlığının qorunması baxımından mühüm önəm kəsb edir”

Adil Qeybulla: “İctimai iaşə müəssisələrinin nəzarətdə saxlanılması vacibdir, çünki...” Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) paytaxt restoranlarında sistemli yoxlamalar həyata keçirməkdə, bəzi restoranlarda ciddi nöqsanlar aşkarlamaqdadır. Buna nümunə olaraq “Xarı bülbül”, “Otdıx”, “Vətən”, “Top Qapı” restoranlarında aşkar edilən nöqsanları göstərmək olar. AQTA tərəfindən keçirilən reydlər, bu reydlər nəticəsində aşkar edilən nöqsanların ortadan qaldırılması xəstəlik və zəhərlənmələrin qarşısının alınması baxımından nə dərəcədə əhəmiyyətlidir? Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Adil Qeybulla, ictimai iaşə müəssisələrində bu cür reydlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Bu bir həqiqətdir ki, qida təhlükəsizliyi ilə bağlı bütün dünyada problemlər var. Zaman-zaman bu problemlərin ortaya çıxmasına, ictimailəşməsinə şahid oluruq. Məsələ bundadır ki, istənilən qidanın hazırlanmasının texnologiyası var. Qüvvədə olan texniki standartlara, normativ-hüquqi aktlara hər kəs əməl etməlidir. AQTA də məhsulun istehsal prosesini qeydiyyata alarkən bu təlimatı mütləq nəzərə alır. Əgər bu təlimat pozulubsa, bu, hüquqi məsuliyyət yaradır. Qidanın ilkin inqridiyentləri, xammalın keyfiyyət parametrləri, hazırlanma prosesi, saxlanma şəraiti və s. standartlardan kənara çıxırsa, burada hansısa problemlər aşkarlanırsa, o zaman bu, son məhsul halında da  insanların sağlamlığı üçün risk yaradır. Belə olan halda onların hüquqi məsuliyyətə cəlb edilməsi vacibdir. Bu baxımdan AQTA tərəfindən mütəmadi yoxlamaların keçirilməsi, ictimai iaşə müəssisələrini nəzarətdə saxlaması olduqca önəmlidir. Bu, vətəndaşların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyətə malikdir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Ulduz Səttar oğlu Kəngərli

Ulduz Səttar oğlu Kəngərli (Kəngərlinski) 1924-cü il sentyabr ayının 28-də İrəvanda anadan olmuşdur.  1941-ci ildə 9-cu sinfi bitirdikdən sonra, artilleriya hərbi məktəbinə daxil olmuş, sonra zabit rütbəsində Ukrayna cəbhəsinə göndərilmişdir. 1947-ci ildə ordu sıralarından qayıtdıqdan sonra, Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1952-ci ildə (indiki Neft Akademiyası) Energetika fakültəsini, 1958-ci ildə isə Azərbaycan EA-nın aspiranturanı bitirmiş, namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. 1958-1961-ci illərdə Sumqayıt şəhərindəki Elmi-Tədqiqat "Neftkimyaavtomat" Layihə İnstitutunda şöbə müdiri və Elmi-Tədqiqat Neft İnstitutunda laboratoriya rəhbəri işləmişdir. 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) onun rəhbərliyi ilə radiotexnika, elektronika və rabitə kafedrası təşkil edilmişdir. Bu sahədə onun ilkin yaratdığı kafedra əsasında 7 yeni kafedra təşkil edilmiş və universitetdə iki radiotexnika və telekommunikasiya və rabitə fakültələri fəaliyyət göstərmişdir. Alim radioelektronika sahəsində tədqiqatlar aparmış, 17 dərslik və dərs vəsaitinin 218 elmi əsərin, 12 ixtiranın müəllifidir. 1983-cü ildə çap olunmuş "Rusca-azərbaycanca-ingiliscə radioelektronika terminləri lüğəti"nin (Cəmilə Kəngərli ilə birlikdə) müəllifidir. Ulduz Kəngərlinin yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri respublikanın müxtəlif sənaye müəssisələrində geniş tətbiq edilmişdir. Ulduz müəllim respublikada elmipedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirmiş, kafedranın əməkdaşlarının elmi səviyyələrinin artmasına şərait yaratmışdır. Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində böyük xidmətlərinə görə Böyük Vətən müharibəsi veteranı (bir sıra orden və medallarla təltif edilmişdir), əmək veteranı, texnika elmləri doktoru (1969), professor (1970). Ulduz Səttar oğlu Kəngərli 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Respublika Veteranlar Təşkilatının Rəyasət heyəti və kollektivi İkinci Dünya müharibəsi veteranı Ulduz Səttar oğlu Kəngərlinin vəfatindan kədərlənir, yaxınlarlna dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin.

Hamısını oxu
Vətən Müharibəsinin daha bir qazisi şəhidlik zirvəsinə ucalıb

Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.   Respublika Veteranlar Təşkilatı bununla bağlı müharibə qazisinin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, səbr diləyib.   Məlumat üçün qeyd edək ki, təxminən 2 həftə öncə komaya düşən Vətən Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov Bakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alırdı. O, müharibə başlayandan cəbhəyə könüllü yollanıb, kəşfiyyat bölüyündə xidmət edib.   Allah rəhmət eləsin!

Hamısını oxu