Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Ərdoğana məktub göndərdi

Publika.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident, Əziz Qardaşım, Türkiyə tarixinin ən böyük təbii qaz yatağının kəşf olunması münasibətilə Sizi və qardaş Türkiyə xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Türkiyə enerji təhlükəsizliyi sahəsində növbəti önəmli addımını atmışdır. Qaz yatağının işlənməsi qardaş Türkiyə xalqına faydalar gətirəcəkdir. Bu yatağın kəşfi həm də Türkiyənin sənaye potensialının və artan gücünün təzahürüdür. Azərbaycan və Türkiyə uzun illər ərzində nəhəng enerji və nəqliyyat layihələrini uğurla icra edirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars layihələri ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır və Azərbaycan-Türkiyə tərəfdaşlığını daha da möhkəmləndirir. Ümid edirəm ki, Türkiyənin hazırda apardığı digər kəşfiyyat layihələri də müvəffəqiyyətlə nəticələnəcəkdir. Qardaş Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bundan sonra da inkişaf edəcək və güclənəcəkdir. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

2020-08-22 00:00:00
3429 baxış

Digər xəbərlər

Azərbaycanda ilk dəfə Repetitorların I Ümumrespublika Forumu baş tutub

Forum Hədəf Şirkətlər Qrupunun baş sponsorluğu, Hədəf Nəşrlərinin təşkilatçılığı ilə keçirilib Veteran.gov.az xəbər verir ki, Hədəf Şirkətlər Qrupunun baş sponsorluğu, Hədəf Nəşrlərinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə Repetitorların I Ümumrespublika Forumu baş tutub. Forumda Azərbaycanın bütün bölgələrindən repetitor müəllimlər iştirak edib. Salamlama və açılış nitqi ilə çıxış edən Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq bu forumun repetitorlar üçün əhəmiyyətini vurğulayıb. Daha sonra öz sahəsində brendə çevrilmiş məruzəçilərdən Cəlalə Nəzəroğlu, Fəxri Ağayev, Araz Paşayev, Səfa Xəlilov, Qulu İbrahimli repetitor müəllimlərə çox faydalı məlumatlar veriblər. I panel yekunlaşdıqdan sonra II paneldə müəllimlər öz ixtisasları üzrə dərslərə qoşulublar. Yekunda müəllimlərə sertifikat və hədiyyələr verilib, xatirə şəkli çəkilib. Seymur ƏLİYEV

Hamısını oxu
Qarabağ atları və milli musiqimiz Avropada böyük maraqla qarşılanmışdır

Veteran.gov.az Azərbaycan Respublikası Atçılıq Federasiyasına istinadən bildirir ki, Almaniyanın Aachen şəhərində keçirilən və dünya atçılıq idmanının ən nüfuzlu tədbirlərindən biri hesab olunan CHIO Aachen çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının 150 nəfərdən artıq nümayəndə heyəti uğurla iştirak etmişdir. 1898-ci ildən təşkil olunan və artıq bir əsrdən çox tarixə malik olan CHIO Aachen beynəlxalq atçılıq aləmində “Atçılıq idmanının Wimbledonu” kimi tanınır. Avropanın ən mötəbər konkur yarışlarından biri hesab edilən bu möhtəşəm tədbirdə dünyanın aparıcı ölkələrinin atçılıq nümayəndələri, həmçinin dünya reytinqində ilk 100-lükdə qərarlaşan tanınmış idmançılar iştirak etmişlər. Yarışlar Almaniyanın məşhur Soers kompleksində yerləşən, 40 min tamaşaçı tutumuna malik Hauptstadion arenasında keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən minlərlə tamaşaçı və beynəlxalq media nümayəndəsinin qatıldığı tədbir bu il də yüksək təşkilatçılığı və möhtəşəm atmosferi ilə yadda qalmışdır. Tədbir çərçivəsində təşkil olunan və James Bond mövzusuna həsr edilən xüsusi “Horse & Symphony” proqramı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin CHIO Aachen orkestr kollektivi ilə birgə çıxışı tamaşaçılar tərəfindən alqışlarla müşayiət olunmuş, təqdim edilən musiqi kompozisiyaları tədbirə xüsusi rəng qatmışdır. Möhtəşəm şou proqramında musiqi, atçılıq sənəti və səhnə elementlərinin vəhdəti iştirakçılara unudulmaz anlar yaşatmışdır. Azərbaycanın qədim atçılıq ənənələrini özündə əks etdirən Qarabağ və Dilbaz atları xüsusi maraq doğurmuş, milli musiqi elementləri və mədəni kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Qarabağ və Dilbaz atlarının zərifliyi, çevikliyi və estetik görünüşü Azərbaycanın zəngin atçılıq mədəniyyətinin beynəlxalq arenada nümayişi baxımından xüsusi əhəmiyyət daşımışdır. Qeyd edək ki, Aachen şəhəri 2026-cı ildə keçiriləcək FEI Dünya Atçılıq Çempionatına da ev sahibliyi edəcəkdir. Bu baxımdan CHIO Aachen hazırda dünya atçılıq ictimaiyyətinin əsas diqqət mərkəzlərindən biri hesab olunur və burada Azərbaycan nümayəndə heyətinin iştirakı ölkəmizin beynəlxalq idman və mədəniyyət sahəsində artan nüfuzunun daha bir göstəricisi kimi dəyərləndirilir.    

Hamısını oxu
Sülh yolunda növbəti təxribat

Hamısını oxu
Azərbaycan Respublikasının Müdafə Naziri general-polkovnik Həsənov Zakir Əsgər oğluna

Hamısını oxu