Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Niyə Paşinyan yox, İlham Əliyev və niyə bu qədər mənəviyyatsızca? - TƏHLİL!

Məlum olduğu kimi, 19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-a səfər əsnasında bir qrup radikalın təxribatı ilə üzləşib. Belə ki, Vaşinqton şəhərində yerləşən “Waldorf Astoria” mehmanxanasının qarşısında dövlət rəhbərliyinə qarşı qeyri-etik ifadələr səsləndirən təxribatçılar, qaydaları pozaraq mühafizə zonasına keçməyə cəhd göstəriblər. Lakin onların bu təxribatının qarşısı uğurla alınıb və etirazçılar ərazidən uzaqlaşdırılıb. 

Paşinyan qarşısında susanlar İlham Əliyev qarşısında niyə quduza döndü?

Vaşinqton təxribatı ilə bağlı maraqlı nüanslardan biri Ermənistanın baş naziri Nikol Paşinyan qarşısında susan radikalların İlham Əliyev qarşısında quduza dönməsi, bütün əxlaqi-mənəvi sərhədləri aşmasıdır. Halbuki, radikalların İlham Əliyevi deyil, Paşinyanı hədəf alması hardasa daha anlaşılan və başadüşülən ola bilərdi. Ən azından ona görə ki, 44 günlük müharibədə şəhər və kəndlərimiz məhz Paşinyan rejiminin göstərişi ilə atəşə tutulub, günahsız insanlar məhz onun başında durduğu dövlətin ordusu tərəfindən qətlə yetriliblər. Bu mənada Azərbaycanın sülh siyasətinə sadiq olmasına baxmayaraq, radikalların bir fərd kimi Paşinyana etiraz etməsi daha məntiqli sayılardı. Məsələn, etirazçılar Paşinyana sual verə bilərdilər ki, niyə Şuşa kimi tarixi-mədəni şəhəri müharibə zamanı “İsgəndər”lərin hədəfinə çevirib? Niyə 30 il ərzində işğaldakı torpaqlarımız viran qoyulub, məscidlərimiz dağıdılıb, sərvətlərimiz yağmalanıb? Niyə Ermənistan konstitusiyasından Azərbaycanla bağlı ərazi iddialarının çıxarılmasını ləngidir və s.

Lakin biz Vaşinqton səfərində bütün bunların heç birinə şahid olmadıq. Şahid olduğumuz yeganə şey təxribatçıların İlham Əliyevin qaldığı otelə quduzca hücum etməsi, dövlət rəhbərliyinin ünvanına mənəviyyatla bir araya sıxmayan ifadələr işlətməsi oldu. Bu faktın özü Vaşinqton təxribatçılarının əsl niyyətini, kimlərə xidmət etdiyini, hansı məqsədlər güddüyünü ortaya çıxarır. Təxribatın ardınca ermənilərin ANCA təşkilatının  və digər ermənipərəst dairələrin Azərbaycanın dövlət rəhbərliyinə yönəlik mənəviyyatsız hücumu  müdafiə etməsi radikalların hansı qüvvələrin dəyirmanına su tökdüyünü isbat edir.

“Şuşa qatili”ni qoyub, “Şuşa fatehi”ni hədəf seçmək vətənə mənəvi xəyanətdir

Şübhəsiz, Vaşinqtonda baş verənlərin mahiyyəti izahsız, arayışsız da xalqa məlumdur. Hər kəs yaxşı başa düşür ki, baş verənlər təpədən-dırnağa qədər anti-Azərbaycan mahiyyəti daşıyır və dövlətimizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməyə, ölkəmizi gözdən salmağa hesablanıb.

Ümumiyyətlə, Sülh Şurasının ilk iclası kimi vacib bir tədbirdə iştirak etmək üçün Vaşinqtona yollanan Azərbaycan Prezidentinə hər kəsin gözü önündə bu cür mənəviyyatsız hücumun təşkili sadəcə qanuni deyil, həm də əxlaqi baxımdan qəbuledilməzdir. Azərbaycanın mədəni paytaxtı olan şəhəri “İsgəndər” raketlərinin hədəfinə çevirən “Şuşa qatili”ni qoyub “Şuşa fatehi”ni hədəf seçmək vətənə mənəvi xəyanətdir. Və səbəb nə olursa olsun, bu xəyanətə haqq vermək,bəraət qazandırmaq mümkünsüzdür.

Seymur ƏLİYEV

 

2026-02-26 12:21:00
2053 baxış

Digər xəbərlər

BAŞSAĞLIĞI

Azərbaycan ictimaiyyətinə və ölkəmizin veteranlarına ağır itki üz vermişdir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, görkəmli ictimai xadim Fatma Səttarova 2024-cü il sentyabr ayının 14-də 102 yaşında vəfat etmişdir.1922-ci ildə Bakı şəhərində anadan olan Fatma Hüseyn qızı Səttarova həyatı boyunca hər zaman Azərbaycan xalqına və dövlətinə dəyərli xidmətlər göstərmişdir. İkinci Dünya müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanaraq faşizmə qarşı ağır döyüşlərdə iştirak etmiş, böyük şücaət və fədakarlıqlar göstərərək bir çox yaralı insanların həyatını xilas etmişdir. Müharibədən sonra ali təhsil alan Fatma xanım bir sıra məsul vəzifələrdə çalışaraq öz səmərəli fəaliyyəti ilə ölkəmizin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Respublikamızın ictimai həyatında da yaxından iştirak edən Fatma Səttarova Azərbaycanın tərəqqisi naminə yorulmadan səylər göstərmiş, veteranlar hərakatının inkişafında böyük rol oynamış, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda mübariz, vətənpərvər gənclərin yetişməsində yaxından iştirak etmişdir. 44 günlük Vətən müharibəsi dövründə başçılıq etdiyi Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı daim dövlətimizin və ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrinə mənəvi dəstək vermiş, qayğı göstərmişdir.Azərbaycan Ağsaqqallar Şurası ilə birlikdə mütəmadi tədbirlər, görüşlər keçirərək, cəmiyyətimizə, xüsusilə gənclərimizə vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərə sadiqlik kimi prinsipləri geniş şəkildə təbliğ edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Şura arasında birgə fəaliyyət barədə Əməkdaşlıq Müqaviləsinin imzalanmasında və tərtib olunan Tədbirlər planı əsasında faydalı əməkdaşlığın həyata keçirilməsində Fatma Səttarovanın böyük əməyi olmuşdur.Onun dəyərli xidmətləri bir çox mükafatlarla, o cümlədən “1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 75 İlliyi”, “Vətənin Fəxri”, “Veteran Həmrəyliyi” medalları və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilmişdir.Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Azərbaycan xalqına, müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına, mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Tanınmış ictimai xadim, müharibə və əmək veteranı, dəyərli ziyalı, gözəl insan Fatma Səttarovanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.Allah rəhmət eləsin! Dərin hüznlə,Azərbaycan Ağsaqqallar Şurasının İdarəHeyətinin üzvləri adından Şuranın sədri,millət vəkili, professor                                                                                             Eldar QULİYEV

Hamısını oxu
Binəqədi rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətovla bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 1 aprel 2026-cı il tarixində Binəqədi rayonunda rayon ictimaiyyəti tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətovun ailə üzvlərini ziyarət və rayon  ərazisində yerləşən parkdakı büstü qarşısında əziz xatirəsinə həsr olunmuş tədbir təşkil edilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, şəhidin anası Salatın Hümbətova, ailə üzvləri, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, müavin Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər  sektorunun müdiri Nicat Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon şöbəsinin sədri Hacı Məmmədov iştirak edib. Tədbirə həmçinin hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin, Rəsulzadə qəsəbə bələdiyyəsinin, 6 № li Uşaq-Gənclər İnkişaf Mərkəzinin, İctimai Birliklərin rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin  müəllim və şagird kollektivi də qatılıb. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev  çıxışında Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətov haqqında söhbət açaraq Birinci Qarabağ müharibəsi zamanı qəhrəman oğulların başlatdığı mübarizə yolunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaətinin, xalqımızın birliyinin nəticəsində tarixi qələbə ilə nəticələndiyini  qeyd edib. O, bildirib ki, Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində əbədi qürur səhifəsi kimi qalacaq. Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətov ilə bağlı xatirələrini bölüşən anası Salatın xanım şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından dərin təşəkkürünü və minnətdarlığını bildirib. Daha sonra Binəqədi rayon  ərazisində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətovun adını daşıyan parkda şəhidin büstü qarşısında qəhəmanın əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,   Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirib. Sevinc Süleymanova qeyd edib ki, şəhidlərimiz hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimizdir. Sevinc Süleymanova Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun həyatı və keçdiyi döyüş yolu haqqında iştirakçılara məlumat verərək söyləyib ki,  Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımız uğrunda silaha sarılaraq mübarizəyə qalxan igid oğullarımızın arzularını Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində rəşadətli ordumuzun igid əsgər və zabitləri reallaşdırıblar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumuruğu və iradəsi sayəsində igidlərimiz Vətən müharibəsində Şanlı tarix yazıb, bayrağımızı zirvələrdə dalğalandırıblar. Bu, bizim möhtəşəm tarixi qələbəmiz və zəfərimiz oldu. Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon şöbəsinin sədri Hacı Məmmədov çıxışında belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd edib. Natiq Vətən uğrunda canlarını qurban vermiş igidlərin ailələrinə dövlət tərəfindən gpstərilən diqqətin gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını diqqətə çatdırdı. Tədbir 6 № li Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında şeir kompozisiyası ilə davam edib. Vətənimizin ərazi bütövlüyünün bərpası, suverenliyimiz uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri dövlət başçısını təbrik edib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü  Fatma Səttarova dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:   “Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan!   Sizin qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə bizim üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşıyır.   Sizi, ərazilərimizin işğaldan azad edilməsini və ərazi bütövlüyümüzün bərpasını təmin edib türk birliyinə mühüm töhfə verərək bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Türkdilli ölkələrin Dövlət Başçıları Şurası tərəfindən “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.    Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yol da açılıb.   Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan!   Sizi bir daha təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür və Vətəmiz Azərbaycan naminə çətin və şərəfli ali xidmətinizdə yeni uğurlar arzulayıram.   Respublikamızın çoxsaylı veteranları Sizin onlara göstərdiyiniz yüksək qayğı və diqqəti daim məmnunluq hissi ilə qəbul edirlər və Sizə bir daha öz dərin təşəkkürlərini bildirirlər”.   

Hamısını oxu
PA nümayəndəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri ilə görüşüb

2024-cü il sentyabrın 9-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri ilə görüşüb. Görüşdə Rəyasət Heyətinin üzvləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva tərəfindən daim göstərilən diqqət və qayğıya görə təşəkkür edib, bunun bariz nümunəsi kimi təşkilatın rəhbəri Fatma Səttarovanın yüksək dövlət təltifi olan “İstiqlal” ordeni ilə mükafatlandırılmasını mənmunluqla xatırlayıblar. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi üçün əlavə imkanlar müzakirə edilib, təkliflər dinlənilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi müvafiq qeydlər götürüb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu