Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rayon Veteranlar Təşkilatı anım tədbiri keçirib

Cəlilabad rayon Veteralar Təşkilatı  Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı tədbir keçirib. Anım tədbirində  Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə  rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Xocalı  faciəsi ilə bağlı ətraflı məlumat verib, bu soyqırımın öz ağlasığmaz qəddarlığı  ilə xalqımızın yaddaşında heç zaman unudulmayan bir tarix səhifəsi olduğunu bildirib. O, həmçinin  Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü fəaliyyətləri xüsusi vurğulayıb.

Anım mərasimində Əmək və Müharibə veteranlarından Əsədulla Əliyev, Zaman Qarayev, Araz Əhmədov, Maşalla Əliyev, şəhid ataları Arif Abdullayev, Fazil Ağayev, şəhid qardaşı Sakit Üçtəpəli, yazıçılardan Əfrahim Abbas, Əlövsət Tahirli, İman Abdulla, Mikayıl İnçəçaylı, ictimai fəal Famil Səlimov və başqaları çıxış edərək   qeyd  ediblər ki,   Vətən müharibəsində igidlik nümunələri göstərən qəhrəman ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.

Çıxış edənlər qürur hissi ilə bildiriblər ki,

Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün artıq Xocalı sakinləri işğaldan azad edilmiş doğma yurd-yuvalarına  geri qayıdırlar.

2026-02-26 14:16:00
2107 baxış

Digər xəbərlər

“Dövlət suverenliyinin tam bərpası əməliyyatı 8 Noyabr zəfərindən sonra ən böyük uğurumuzdur”

“2023-cü ilin 19-20 sentyabr tarixlərini əhatə edən dövlət suverenliyinin tam bərpası əməliyyatı xalqımızın, dövlətimizin 8 Noyabr zəfərindən sonra əldə etdiyi ən böyük uğur, ən böyük nailiyyətdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu əməliyyat suverenliyimizi bərpa etməklə yanaşı, bölgədəki separatizmə də son qoydu: “2023-cü ilin dövlət suverenliyinin tam bərpası əməliyyatı həm hərbi, həm də siyasi nəticələrinə görə olduqca unikal və təkrarsızdır. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirdiyi bu əməliyyat nəticəsində respublikamızın suverenliyi bərpa olundu. Bölgədə uzun müddətdir ki, mövcud olan separatizmə son qoyuldu. Bu, Azərbaycan dövləti, Azərbaycan xalqı adına ikiqat uğur, ikiqat nailiyyət oldu. Bu gün suverenliytimizin tam bərpasından iki il ötür. Hazırda respublikamızın hər bir guşəsində Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanır. Vaxtiylə xalqımıza qarşı ağır cinayətlər törədən erməni separatçıları bu gün Bakı Hərbi Məhkəməsində törətdikləri qanlı əməllərə görə cavab verməkdədirlər. Onlar xalqımıza qarşı törətdikləri cinayətləri bütün dünyanın gözləri qarşısında etiraf edirlər. Bütün bunlar dövlətimizin gücünün, Prezidentimizin qətiyyətimizin isbatıdır. Mən 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə bütün veteranlar adından xalqımızı təbrik edir, hər bir vətəndaşı bundan sonra da dövlətimiz, prezidentimiz ətrafında sıx birləşməyə çağırıram. Unutmamalıyıq ki, gələcək uğurlarımızın açarı birliyimiz, həmrəyliyimizdir”. Seymur ƏLİYEV

Hamısını oxu
“Məhbəs həyatı yaşayan müharibə iştirakçılarının amnistiya ilə azad edilməsi təqdirəlayiqdir”

Məlum olduğu kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan ediləcək. Belə ki, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunan veteranlar istisna olmaqla, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları cəzalarından tam azad olunacaqlar. Saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov "Konstitusiya və Suverenlik İli" münasibətilə elan ediləcək bu amnistiyanı Prezident İlham Əliyevin bütün vətəndaşlara, eləcə də qazilərə olan humanist münasibəti, onlara verdiyi yüksək dəyər kimi xarakterizə edib: “Təbii ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə belə bir amnistiyanın elan edilməsi hər şeydən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanizminin göstəricisidir. Bu amnistiya bir daha sübut etdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı son dərəcədə humanistdir və onların rahatlığı, sevinc və xoşbəxtliyi üçün hər bir imkandan istifadə edir. Sözügedən amnistiyada diqqət çəkən ən mühüm nüans isə ağır cinayət törədən şəxslər istisna olmaqla, Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak edən hazırkı məhkumların cəzadan tam azad edilməsi ilə bağlıdır. Bu, Müzəffər Ali Baş Komandanın vətənin müdafiəçilərinə, torpaqlarmızın erməni faşizmindən azad edilməsində iştirak edən şəxslərə olan həssas və ehtiram dolu münasibətini əks etdirir. Vətən müahribəsi və antiterror əməliyyatlarında iştirak edən məhkumların cəzadan tam azad edilməsi onu deməyə əsas verir ki, Azərbaycan dövləti, onun Prezidenti müharibə iştirakçılarını nəinki unutmur, qanunu pozan, öz əməli ilə öz azadlığını məhdudlaşdıran veteranlara da dəstək vermək, onların yenidən normal həyata qayıtmasını təmin etmək üçün bütün gərəkli addımları atır. Mən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından cənab Prezidentə öz minnətdarlığımı bildirir, bu nəcib, xeyirxah təşəbbüsü alqışlayıram. Ümid edirəm ki, amnistiyadan yararlanan bütün vətəndaşlarımız kimi qazilərimiz də, bundan sonrakı həyatlarında qanunlara hörmətlə yanaşacaq, bir daha onları məhbəsə aparan hər hansı əmələ yol verməyəcəklər”. Seymur ƏLİYEV  

Hamısını oxu
Şəhidlər “evə qayıdır”: 30 il sonra!

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və hazırda qalıqları tapılaraq şəxsiyyəti müəyyənləşdirilmiş - Məmmədov Çümşüd Həsənxan oğlu, İsmayılov Sərdar Cəfər oğlu, Məhərrəmov Vaqif Mənsim oğlu, Nərimanov Mürşüd Nadir oğlu və Qurbanov Akif Cəbrayıl oğlunun nəşləri avqustun 21-də dəfn ediləcək. Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Birinci Qarabağ müharibəsi dönəmində itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyənləşdirilməsi istiqamətində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən mühüm işlər görülür, silsilə addımlar atılır. Məhz görülən bütün bu işlər sayəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti eyniləşdirilmişdir. Bu şəxslərdən 250 nəfərinin nəşi ailələrinə təhvil verilərək milli-dini ənənələrə və hərbi nizamnamənin tələblərinə uyğun şəkildə dəfn edilmişlər. 21 avqust tarixində daha 5 itkin-şəhid dəfn olunacaq ki, bu da 30 il həsrət içində yaşamış 5 ailənin gözünün yollardan yığılması, ruhunun rahatlıq tapması deməkdir. Bəli, Birinci Qarabağ müharibəsinin şəhidləri 30 illik fasilədən sonra “evə qayıdır”. Bu qayıdış 30 illik ayrılığa son qoymaqla yanaşı, yüzlərlə ailə üçün mənəvi təsəllidir. Bu qayıdış uzun illərdir ki, gözləri yolda, qulağı səsdə olan ailələrin daxili dincliyi, şəhidlərinizi ziyarət edəcək məzar yerinin olması deməkdir. Bu qayıdış Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi 8 Noyabr zəfərinin təntənəsidir. Çünki məhz bu zəfər erməni işğalındakı torpaqlarımıza azadlıq bəxş etməklə yanaşı, Birinci Qarabağ müharibəsinin yüzlərlə şəhidlərinin taleyinin müəyyən edilməsinə, onların milli adət-ənəyə uyğun şəkildə dəfninə imkan yaratdı. 8 Noyabr zəfəri məcburi köçkünlərimizin doğma evlərinə yolunu açmaqla yanaşı, şəhidlərin də öz doğma yurduna qayıdışını təmin etdi. İnanırıq ki, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti digər itkin-şəhidlərimizin taleyinin müəyyən edilməsini, nəşlərinin ailə üzvlərinin iştirakı ilə hörmət və ehtiramla dəfn olunmasını təmin edəcək, bununla da on illərdir davam edən intizar və əzaba son qoyulacaq. Seymur ƏLİYEV

Hamısını oxu
İkinci dünya müharibəsinin iştirakçılarının yaxınlarının nəzərinə

Diqqət!!! İkinci dünya müharibəsinin iştirakçılarının yaxınlarının nəzərinə   Azərbaycan xalqının qəhrəman oğul və qızları tarixin səhifəsinə adlarını qızıl hərflərlə yazıb, azərbaycanlı adını iftixarla daşııblar. Onlar daima xatırlanmalı, əbədi yaşamalıdırlar. Respublika Veteranlar Təşkilatı  tərəfindən İkinci dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyi ərəsfəsində müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş, eləcə də, sağ veteranların tanıdılması istiqamətində müntəzəm işlər aparılır. Hörmətli həmvətənlərimiz, bu vətənpərlik missiyasında bizə kömək göstərməklə yaxınlarınızın tanıdılmasına yardımçı olacaqsınız. İkinci Dünya müharibəsində iştirak etmiş şəxslər haqqında informasiya və onların müharibə dövrünə (və ya müharibədən sonra) aid foto şəkillərini aşağıda göstərilən ünvana göndərməyinizi xahiş edirik.   Əlaqə vasitələri Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Koveroçkin küçəsi 34 Tel: 012 4923681 Fax: 0124927884 Mail: az.veteran@mail.ru  

Hamısını oxu