Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Səbail rayonu 7 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

25 fevral 2026-cı il tarixdə Respublika Veteranlar Təşkilatının iş planına uyğun olaraq Bakı şəhəri, Səbail rayonu 7 nömrəli tam orta məktəbdə 26 Fevral Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin direktor müavini Elmira Ibrahimova, tarix müəllimi Sevda Bağırova, Respublika Veteranlar Təşkilatının gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlıq şöbəsinin baş mütəxəssisi Rasim Mirzəyev, Səbail Rayon Veteranlar Təşkilatının sədri Adilə Yaqubova, məktəbin müəllim və şagird kollektivi iştirak edibər.

Tədbirdə Xocalı soyqırımı qurbanları və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra nümayiş olunan Xocalı soyqırımına həsr olunmuş videoçarxda, soyqırım hadisələri ilə yanaşı müasir dövrdə Qarabağda dinc quruculuq işlərinin vüsət alması əksini tapıb. Məktəbin şagirdləri dəyirmi masa ətrafında faciənin tarixi haqqında təhlili məlumatlarla çıxış edərək eyni zamanda, tədbir iştirakçılarını Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi ilə tanış ediblər. Tədbir çıxışlarla davam etdirilib.

Çıxış edən qonaqlar, Respublika Veteranlar Təşkilatının nümayəndəsi Rasim Mirzəyev, Səbail Rayon Veteranlar Təşkilatının sədri Adilə Yaqubova xalqımızın milli mübarizə tarixi və Respublikamızın ərazi bötövlüyünün qorunması uğrunda baş verən tarixi hadisələrdən bəhs ediblər. Xocalı faciəsinin tariximizə qan yaddaşı və tariximizin acı  səhifəsi kimi həkk olunduğunu bildiriblər.  Məktəbin direktor müavini Elmira Ibrahimova və tarix müəllimi Sevda Bağırova milli yaddaşımızdakı tarixi günlərin qeyd edilməsinin əhəmiyyətindən  danışaraq milli vətənpərvərlik ruhunun qorunmasının vacibliyini diqqətə çatdırıblar.

Tədbirdə şəhidlərimizin xatirəsinin daima əziz tutulduğu və gənc nəsildə vətənpərvərlik hisslərini gücləndirən yüksək dəyərimiz olduğu qeyd edilərək, şagirdlərin vətənpərvərlik ruhunda yetişməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirin sonunda xatirə şəkli şəkilib.

2026-02-27 11:19:00
2033 baxış

Digər xəbərlər

Международный Союз Ветеранов Пограничной Службы

Hamısını oxu
Slovakiya səfirliyində görüş keçirilib.

28 iyul 2026-cı il tarixində Təşkilatımızın sədri polkovnik Cəlil Xəlilovun başçılıq etdiyi  nümayəndə heyəti Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəvəti ilə  Səfirliyin müşaviri cənab Vladimir Jezek  və hərbi attaşe polkovnik Juraj Beskid ilə görüş keçirilmişdir. Görüş zamanı Azərbaycan ilə Slovakiya arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə veteran təşkilatları arasında əlaqələrin qurulması və möhkəmləndirilməsi məsələsi müzakirə olundu. Müzakirə zamanı polkovnik Cəlil Xəlilov Təşkilatımızın Slovakiyanın müvafiq veteran təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında və inkişaf etdirilməsində maraqlı olmasını diqqətə çatdırdı, qarşılıqlı səfərlərin, işgüzar görüşlərin və birgə tədbirlərin təşkili ölkələrimiz arasında humanitar və tarixi əməkdaşlığın genişlənməsinə, eləcə də veteran hərəkatı sahəsində təcrübə mübadiləsinə mühüm töhfə verəcəyinə əminliyini bildirildi. Bu məqsədlə, gələcəkdə qarşılıqlı görüşlərin keçirilməsinə və əməkdaşlıq istiqamətlərinin müzakirəsini məqsədəuyğunluğu vurğulandı, eyni zamanda, İkinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı hərbi qulluqçuların taleyinin araşdırılması və tarixi irsimizin qorunması istiqamətində Slovakiya Respublikasının arxivlərində mövcud olan müvafiq sənəd və məlumatların bizim Təşkilata təqdim olunması və ya bu məlumatların əldə edilməsinə dəstək göstərilməsi xahiş edildi. Bu materialların tarixi həqiqətlərin öyrənilməsi və soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi baxımından böyük elmi və mənəvi əhəmiyyət daşımasınası qeyd etdi. Görüşün sonunda polkovnik Cəlil Xəlilov Slovakiya Səfirliyinin rəhbər heyətinə görüşün təşkilinə görə təşəkkür etdi və əməkdaşlığımızın  gələcəkdə  ikitərəfli ələqələrə töhfə verəcəyinə əminlik bildiridi.

Hamısını oxu
Şuşa uğrunda döyüşlərdə iştirak edən veteranlarla görüş keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa şəhəri uğrunda döyüşlərdə iştirak edən veteranlarla görüş keçirilib.   Ölkə başçısnın 14 iyul tarixli çıxışı və bu çıxışdan irəli gələn məsələlərin müzakirəsinə həsr edilən görüşdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa diqqət çəkib, dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə olan diqqət və qayğısından danışıb.   Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şuşa Şəhər Təşkilatının sədri Ağalar Əliyev, Şuşanın erməni işğalından azad edilməsində hərbçilərimizin göstərdiyi qəhrəmanlıqdan bəhs edib, xalqımızın hər bir əsgəri, hər bir zabiti ilə fəxr etdiyi bildirib.   Təşkilatın Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov dövlətimizin şəhid ailələrinə, o cümlədən müharibə əlillərinə, veteranlara olan qayğısının hüquqi bazada da öz əksini tapdığını, bu istiqamətdə qanunvericilik müstəvisində mütəmadi addımların atıldığını vurğulayıb.   Sonda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan oğullarının Vətən müharibəsində tarix yazdığını, bu tarixin əsrlər sonra da qürurla yad ediləcyini bildirib.   Tədbirin sonunda xatirə şəkli çəkilib, veteranlara Qurban bayramı münasibəti ilə sovqatlar verilib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Laçın yolunun şimalında: nəzarət tədbirləri zəruri addım kimi

Hamısını oxu