Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycandan Fransa və Rusiyaya mərdlik dərsi - TƏHLİL!

Paris və Moskva bu dərsdən nəticə çıxaracaqmı?

ABŞ-İsrail koalisiyası ilə İran arasında başlayan müharibə dörd gündür ki, davam edir. Bu müddət ərzində yüzlərlə əcnəbi Azərbaycanın Astara sərhəd-keçid məntəqəsindən istifadə edərək müharibə zonasından canlarını qurtararaq dövlətimizə pənah gətirib, buradan isə öz ölkələrinə yola salınıblar. İrandakı müharibə səbəbi ilə Azərbaycana üz tutanlar arasında Fransa və Rusiya vətəndaşları da olub ki, onlara da digər əcnəbilər kimi qayğı ilə yanaşılıb, bu şəxslərin öz vətənlərinə təhlükəsiz şəkildə getmələri üçün hər cür dəstək göstərilib. Məhz bu dəstəyin nəticəsidir ki, Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Fransa vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi təcili və effektiv köməyə görə Azərbaycana minnətdarlığını bildirib. Səfir "X" sosial şəbəkəsindəki payaşımında yazıb:

“Vətəndaşlarımıza göstərdiyi effektiv və operativ köməyə görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edirik”.

Səfir Sofi Laqutun bu paylaşımı Azərbaycanın Fransa vətəndaşlarına, onların həyat və təhlükəsizliklərinə olan qayğıkeş münasibətin rəsmi təsdiqidir. Bu, həm də Azərbaycanın insani-bəşəri dəyərlərə verdiyi önəmi göstərir.

2 mart 2026-cı il tarixli məlumata görə, Azərbaycan sərhədi vasitəsilə İranı 39 Rusiya vətəndaşı tərk edib. Bu barədə Rusiyanın Bakıdakı səfirliyi məlumat verib. Buna görə Rusiyanın Bakıdakı səfirliyi Azərbaycana təşəkkür edib. Teleqram kanalında yer alan tməlumatda deyilir:

“Rusiyanın Azərbaycandakı səfirliyi Astara sərhəd keçid məntəqəsindən İranı tərk edən Rusiya vətəndaşlarına yardım göstərir. Sərhəd keçid icazələrinin tez bir zamanda işlənməsi də daxil olmaqla, göstərdiyi köməyə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirmək istərdik”.

3 mart 2026-cı il saat 10-a qədər isə Azərbaycan sərhədi vasitəsilə İranı tərk edən Rusiya vətəndaşlarının sayı 127-ə çatıb. Başqa sözlə desək, bugünə qədər 127 Rusiya vətəndaşı Azərbaycan sayəsində öz təhlükəsizliyini təmin edib.

Azərbaycanın Fransa və Rusiya vətəndaşlarına göstərdiyi həyati yardım istər-istəməz adıçəkilən dövlətlərin ölkəmizə olan münasibətini yada salır. Hansı ki, 44 günlük Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan siyasəti həyata keçirən Fransa, bu gün də Ermənistanı silahlandırmaqda, ölkəmizin ünvanına əsassız ittihamlar səsləndirməkdədir. Rusiya isə 25 dekabr 2025-ci il tarixində öz səmasında vurduğu  “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi ilə bağlı ölkəmizin irəli sürdüyü tələbləri hələ də yerinə yetirmir, təyyarənin vurulması faktını inkar etməyə çalışır.

Xatırladaq ki, AZAL-a məxsus təyyarənin vurulması nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub.

Azərbaycan bu gün – İranda raket və mərmilərin dolu kimi yağdığı bir zamanda bütün əcnəbiləri, o cümlədən də Fransa və Rusiya vətəndaşlarını xilas edir ki, bu da dövlətimizin, onun Prezidentinin Paris və Moskvaya verdiyi mərdlik və insanlıq dərsi hesab edilə bilər. Azərbaycan dövləti və Prezidenti bununla sübut etdi ki, əsl güc insan həyatına son qoymaq deyil, insan həyatını xilas etməkdir. Əsl böyüklük, köməyə ehtiyacı olan insanların harayına kar olmaq deyil, onların yardımına qaçmaqdır. Əsl mədəniyyət və kamillik öz şəxsi ambisiyaları naminə digərlərinə çirkab atmaq yox, ümumbəşəri dəyərlər naminə şəxsi  ambisiyalarını arxa plana keçirmək, xırda hislərə əsir olmamaq, hər bir hadisə və prosesə insani prizmadan yanaşmaqdır.

Bəli, Azərbaycan məhz bu prinsipial, həyati məsələlərdə Fransa və Rusiyaya heç vaxt unudulmayan, heç vaxt unudulmaması gərəkən dərs verdi.

İnci isə cavablandırılması gərəkən ən başlıca sual budur: Paris və Moskva bu dərsdən, lazımi nəticə çıxaracaqmı? Bax bunu, zaman göstərəcək.

Seymur ƏLİYEV

 

2026-03-03 14:23:00
1890 baxış

Digər xəbərlər

Esmira Orucova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, bu gün “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş zamanı hər iki təşkilatın birgə əməkdaşlıq imkanları müzakirə edilib, maraqlı fikir mübadiləsi aparılıb. Müzakirələrin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi arasında İkinci Dünya müharibəsi, məhəlli müharibələr, o cümədən Birinci Qarabağ müharibəsində əsir düşən, girov götürülən azərbaycanlıların tapılması, onların aqibətinə aydınlıq gətirilməsi sahəsində birgə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib. Görüşün sonunda Esmira Orucova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının xüsusi mükafatı ilə təltif olunub.          

Hamısını oxu
Tarixi səfər: Azərbaycan-İsrail əlaqələrində yeni mərhələ

Hamısını oxu
İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi İlahiyyat İnstitutunda olub

Veteran.gov.az xəbər verir ki, İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Dr. Huthaifa Z. Mahmud Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.   Aİİ-nin rektoru, dosent Aqil Şirinov qonağı ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. O, Aİİ-nin fəaliyyəti, məqsəd və vəzifələri, hədəfləri haqqında məlumat verib. Rektor müəssisədə təhsilin ödənişsiz əsaslarla aparıldığını, tələbələrin ehtiyaclarının dövlət tərəfindən qarşılandığını bildirib.   A.Şirinov ali təhsil müəssisəsində mövcud ixtisaslar və təhsil pillələri haqqında məlumat verib. Qeyd edib ki, Aİİ-də bakalavirat, magistratura və doktorantura pillələri üzrə tədris aparılır. Rektor Azərbaycan və İraq respublikaları arasında tarixən mövcud əlaqələrdən bəhs edib. Azərbaycan İlahiyyat İnstitutunun tədris sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirib.   İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Dr. Huthaifa Z. Mahmud, öz növbəsində, İnstitutda olmaqdan məmnunluğunu ifadə edib. Qonaq təhsil və elmi-tədqiqat sahəsində ikitərəfli əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayıb.   Səfir ərəb dili tədrisinin önəminə toxunub. Qeyd edib ki, ərəb dili ilahiyyat sahəsində mövcud ixtisaslar üçün vacibdir. O, İraq Respublikasında yaşamış azərbaycanlı ədiblərin, alimlərin ərəb dilində bir çox əsərlərinin mövcudluğuna toxunub.   Daha sonra Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov Aİİ-də ərəb dilinin tədrisi barədə məlumat verib. Qeyd edib ki, ərəb dilinin öyrənilməsi Azərbaycanın Orta əsr ədəbiyyatı, tarixi və fəlsəfəsinin tədqiqi baxımından mühümdür.   Görüş ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması ətrafında müzakirələrlə davam edib.  

Hamısını oxu
"Gənclər Şəbəkəsi" Təşəbbüsü İctimai Birliyi 16 yaşdan yuxarı autizmli gənclərlə bağlı tədbir keçirib

"Gənclər Şəbəkəsi" Təşəbbüsü İctimai Birliyi 16 yaşdan yuxarı autizmli gənclərin sosial inteqrasiyasına, yaradıcılıq bacarıqlarının inkişafına və cəmiyyət həyatında fəal iştirakına dəstək məqsədilə növbəti tədbirini reallaşdırıb. Layihə "Inclusive Sport and Health Club" ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub. Tədbir zamanı iştirakçılar müxtəlif rəsm və yaradıcı fəaliyyətlərə cəlb ediliblər. Gənclər üçün öz potensiallarını sərbəst ifadə edə biləcəkləri rahat və inklüziv mühit yaradılıb. Onlar rəngkarlıq materiallarından istifadə edərək öz əl işlərini hazırlayıb, fərdi yaradıcılıq imkanlarını nümayiş etdiriblər. Layihənin əsas məqsədi autizmli gənclərin yalnız xüsusi qayğıya ehtiyacı olan şəxslər kimi deyil, cəmiyyətdə zəngin maraqları, bacarıqları və yaradıcılıq potensialı olan şəxslər kimi daha geniş yer almasına şərait yaratmaqdır. Bu cür tədbirlər gənclərin sosial ünsiyyət imkanlarının genişlənməsinə, yeni bacarıqlar əldə etməsinə və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Tədbir "Inclusive Sport and Health Club" ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Klubun inklüziv idman və sağlamlıq istiqamətindəki fəaliyyəti ilə yanaşı, autizmli gənclərin sosial və yaradıcı həyata cəlb olunmasına yönəlmiş birgə təşəbbüslər gələcək üçün geniş imkanlar açır. Gənclərin hazırladıqları rəsmlər isə onların daxili dünyasını, yaradıcı yanaşmalarını və fərdi baxış bucaqlarını əks etdirib. "Gənclər Şəbəkəsi Təşəbbüsü" İB inklüzivliyin inkişaf etdirilməsi, autizmli gənclərin cəmiyyətə inteqrasiyasının artırılması və onların müxtəlif sahələrdə özlərini ifadə etməsi üçün yeni layihələr həyata keçirməyə davam edəcək. Təşkilatçılar gələcəkdə də tərəfdaş qurumlarla birlikdə 16 yaşdan yuxarı autizmli gənclərin sosial, yaradıcı, idman və inkişafyönümlü fəaliyyətlərə cəlb olunmasına xidmət edən silsilə tədbirlər nəzərdə tutur.

Hamısını oxu