Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı polkovnik Cəlil Xəlilovu qəbul edib

19 mart 2026-cı il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovu qəbul edib. 

Görüşdə dövlətimizin şəhid ailələri və veteranlara olan diqqət və qayğısına diqqət çəkən Müharibə, Əməlk və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Xaçmaz Rayon İcra Hakimiyyətinin də həssas kateqoriyadan olan vətəndaşlara hər zaman xüsusi həssaslıqla yanaşdığını bildirib və buna görə icra başçısına öz təşəkkürünü bildirib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və veteranlara qayğı ilə yanaşmağın hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib, bu münasibətin bundan sonra da eyni həssaslıqla davam etdiriləcəyini vurğulayıb.

Görüşdə Xaçmaz Rayon İcra Hakimiyyəti ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları arasında əməkdaşlığın genişləndirilməsi, birgə tədbirlərin keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Ərazi-təşkilat və ictimai-siyasi  məsələlər şöbəsinin müdiri Günel Nurəddinova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev, Xaçmaz Rayon Veteranlar Təşkilatının sədri Abasyar Heydərov da iştirak edib.

Seymur ƏLİYEV

2026-03-22 11:51:00
1942 baxış

Digər xəbərlər

Azərbaycanın ilk Sərhəd Qoşunları komandanı İsgəndər Allahverdiyev vəfat edib

Müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. Xatırladaq ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasında xüsusi xidmətləri olan zabitlərdən biri kimi tanınırdı. İsgəndər Allahverdiyev 1991–1992-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. İsgəndər Allahverdiyev 1992-ci ildən Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini və Azərbaycan Sərhəd Qoşunlarının ilk komandanı kimi fəaliyyət göstərib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov İsgəndər Allahverdiyevin vəfatından kədərləndiyini bildirib, veteranlar adından mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. Allah rəhmət eləsin!  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov və həkim heyəti ilə görüşüb

Fevralın 19-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Bakı Sağlamalıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov və həkim heyəti ilə görüşüb. Görüş əsnasında Bakı Sağlamlıq Mərkəzinin həkim kollektivinə veteranlara göstərdikləri qayğı və diqqətə görə öz təşəkkürünü bildirən polkovnik Cəlil Xəlilov, onların əməyini yüksək qiymətləndirib: “Bakı Sağlamlıq Mərkəzi ölkəmizin nümunəvi tibb mərkəzlərindən biridir. Hər il yüzlərlə veteran Bakı Sağlamlıq Mərkəzində müalicə alır, həkimlərimizin səyi ilə öz sağlamlıqlarını bərpa edirlər. Mən veteranlara göstərilən qayğı və diqqətə görə Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyinə, eyni zamanda bütün tibbi heyətə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından öz təşəkkürümü bildirirəm. İnanıram ki, həkimlərimiz bundan sonra da bütün vətəndaşlarımıza, o cümlədən veteranlara vicdanla xidmət etməkdə davam edəcək, öz fədakarlıqları ilə hər kəsə örnək olacaqlar”. Bakı Sağlamalıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov rəhbərlik etdiyi kollektivin veteranların sağlamlığının keşiyində durmaqdan məmnun olduqlarını bildirib: “Bakı Sağlamlıq Mərkəzi olaraq veteranlarımızın sağlamlığının keşiyində durmaqdan məmnunuq və hər zaman olduğu kimi bundan sonra da həssas kateqriyadan olan vətəndaşlarımıza ikiqat həssaslıqla yanaşacağıq. Ulu öndər Heydər Əliyevin dediyi kimi, veteranlar bizim qızıl fondumuzdur. Onlara qayğı ilə yanaşmaq, veteranların sağlamlığının keşiyində dayanmaq mənəvi borcumuzdur və Bakı Sağlamlıq Mərəzinin kollektivi gələcəkdə də bu borca sadiqlik sərgiləyəcək”. Görüşün sonunda Bakı Sağlamalıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov və bir qrup həkim Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərfindən medal və Fəxri Fərmanla təltif olunub.      

Hamısını oxu
İlham Əliyevdən təbrik məktubu

AZXEBER.COM-un xəbərinə görə, məktubda deyilir: "Hörmətli xanım Prezident,  Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Sinqapur xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Azərbaycan-Sinqapur münasibətlərinin bugünkü səviyyəsi və beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm”.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Musa Bağırovun vəfatı ilə bağlı başsağlığı verib

Yazıçı, ssenarist, rejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Musa Bağırov vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Musa Bağırovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!  

Hamısını oxu