Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Ruslan Bədirov 31 Mart soyqırımı ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Ziyarət əsnasında Kompleksin önünə gül dəstəsi qoyan Ruslan Bədirov, soyqırımı qurbanlarının heç zaman unudulmayacağını, onların əziz xatirəsinin daim yad ediləcəyini bildirib.

Qeyd edək ki, 31 mart soyqırımı Bakı ilə yanaşı, Quba qəzasında da xüsusi amansızlıqla həyata keçirilib.

Qubada baş verən soyqırımı aktı həm tarixi sənədlər, həm də 2007-ci ildə təsadüfən aşkar edilmiş kütləvi məzarlıqla öz təsdiqini tapıb.

1918-ci ilin aprel-may aylarında Quba qəzasının 167 kəndi tamamilə dağıdılıb.

Rəsmi mənbələrə görə, təkcə Quba qəzasında 16 mindən çox dinc sakin qətlə yetirilib.

2007-ci ildə Quba şəhərində stadion tikintisi zamanı aşkar edilən kütləvi məzarlıq, erməni vəhşiliyinin dünyada analoqu az olan sübutlarından biridir.

Qazıntı işləri zamanı minlərlə insana məxsus sümük qalıqları tapılıb. Tədqiqatlar göstərib ki, insanlar quyulara doldurularaq qeyri-insani şəkildə qətlə yetirilib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013-cü ildə həmin ərazidə Quba Soyqırımı Memorial Kompleksi ucaldılıb.

Bu gün 31 mart Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir və Qubadakı bu məzarlıq həmin faciənin ən bariz şahidi kimi ziyarət olunur.

Seymur ƏLİYEV

2026-03-31 16:17:00
1806 baxış

Digər xəbərlər

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Hamısını oxu
“Zəfərin Səsi – 8 Noyabrın Qəhrəmanları”

Zəfərin səsi bu torpağın hər daşından, hər nəfəsindən ucalır bu gün... 8 Noyabr - Azərbaycan xalqının qürur, şərafət və birlik günüdür. Bu gün yalnız bir bayram deyil, bu gün həm də bir millətin dirçəlişinin, bir ordunun qəhrəmanlıq dastanının rəmzidir. Bu zəfərin arxasında minlərlə igidin, yüzlərlə komandanın qətiyyəti, dəyanəti və Vətən sevgisi dayanır. O igidlərdən biri də general-mayor ömrünü Vətənə həsr etmiş bir əsgər, bir sərkərdə, bir qəhrəman nümunəsi olan Hikmət Hüseynovdur! Füzulinin Pirəhmədli kəndində doğulan bu Vətən oğlu, cəbhənin ən qaynar nöqtələrində, taleyin sınaq yerlərində Vətən bayrağını ucaldanlardan oldu. Uşaqlıqdan torpağın hər qarışını sevə-sevə böyüyən Hikmət Hüseynov gənclik illərini hərbi forma ilə bəzədi, mərdliyin, intizamın və vətənpərvərliyin simasına çevrildi. Aprel döyüşlərində “Ohanyan səddi” deyilən o səddi cəmi 40 dəqiqəyə darmadağın edən, Suqovuşan əməliyyatına qəhrəmanlıqla rəhbərlik edən bu sərkərdə Qarabağ zəfərinin memarlarından biri kimi tarixə düşdü. Onun adı bu gün gənclərə igidliyin, vətənpərvərliyin və qətiyyətin nümunəsi kimi təqdim olunur. Ali Baş Komandanın “Dəmir Yumruq” iradəsi, ordumuzun birliyi və xalqımızın duaları bu qələbəni yaratdı. Bu zəfərin səsi bu gün hər evdə, hər ürəkdə eşidilir, çünki bu səs Vətənə sədaqətin, millətə sevginin səsidir. Hikmət Hüseynov kimi qəhrəmanların göstərdiyi rəşadət bu gün və gələcək nəsillər üçün örnəkdir. Bu gün biz 8 Noyabr – Zəfər Gününü qeyd edərkən Hikmət Hüseynov kimi igidlərin xidmətini, fədakarlığını və Vətənə sonsuz bağlılığını minnətdarlıqla yad edirik. Onlar döyüş meydanında tarix yazdılar, biz isə onların adını qürurla söyləyirik və deyirik: Azərbaycan xalqı öz qəhrəmanının adını tarixə qızıl hərflərlə yazır, yaddaşına möhürləyir və heç zaman unutmur. Dövlət isə qəhrəmanına qürurla sahib çıxır! Necə ki, General-mayor Hikmət Hüseyn oğlu Həsənov göstərdiyi igidliyə və yüksək komandanlıq bacarığına görə Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülmüş, həmçinin “Qarabağ” ordeni, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Bu gün Hikmət Həsənovun keçdiyi şərəfli hərbi yol – Vətənə sədaqətin, peşəkarlığın və əsl əsgər rəşadətinin parlaq nümunəsidir. Onun adı Azərbaycan Ordusunun Qələbə salnaməsində şərəf və qürur mənbəyi olaraq əbədi yaşayacaq. Respublika Veteranlar Təşkilatı olaraq, torpaqlarımızın azadlığı uğrunda canını, sağlamlığını və illərini Vətənə həsr etmiş bütün igid qəhrəmanlarımızla fəxr edirik. 8 Noyabr – Zəfər Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik! Eşq olsun Azərbaycan Ordusuna!   Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və rayon Veteranlar Təşkilatının sədri Əlaləm Babayev Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və  rayon Veteranlar Təşkilatının sədri  Əlaləm Babayev veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov yubiley medalı sahiblərinə təqdim edib. Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və  Veteranlar Təşkilatının sədri Cəmaləddin  Zeynalov "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildiriblər.

Hamısını oxu
ADNSU-da müharibə veteranları ilə görüş keçirilib

Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə birgə “Gənclər bizim bu günümüz, həm də sabahımızdır” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı gənclərlə müharibə veteranlarının görüşlərinin davamlı olaraq keçirilməsini dəstəklədiyini bildirib. ADNSU-da gənclərə yüksək səviyyəli təhsillə yanaşı, milli vətənpərvərlik hisslərinin aşılanmasına da xüsusi diqqət yetirildiyini  deyən rektor, professor M.Babanlı universitetdə Milli qəhrəman Mübariz İbrahimovun heykəlinin qoyulduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da öz çıxışında gənclərin hərbi vətənpərvərlik ruhunda yetişdirilməsinin önəmindən danışıb və bu təbliğatın prezident İlham Əliyev tərəfindən mühüm vəzifə kimi qarşıya qoyulduğunu vurğulayıb. Tədbirdə çıxış edən digər müharibə veteranları  İsmayıl Fərəcov, Adil Haqverdiyev və Bəhram Atakişiyev də Azərbaycan gənclərinin aprel döyüşlərində göstərdikləri şücaətlərdən danışıb və  şanlı tariximizin, döyüş ənənələrimizin hərtərəfli təbliğ olunmasında bilik və təcrübələrini əsirgəməyəcəklərini bildiriblər. Tədbirin sonunda rektor, professor M.Babanlı Polkovnik Cəlil Xəlilova xatirə hədiyyəsi təqdim edib. Polkovnik Cəlil Xəlilov da öz növbəsində rektor, prof. Mustafa Babanlıya "General Mehmandarov" adına medal təqdim edib.

Hamısını oxu