Digər xəbərlər
Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 28-dək dəfn edilən 2823 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yeni məlumatı təqdim edib. Milli.Az nazirliyə istinadən bildirir ki, hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir. Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.Allah bütün şəhidlərimizə rəhmət eləsin!Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı
Hamısını oxu
Cəlil Xəlilov: “Bu, dövlətimizin veteranlara olan qayğıkeş münasibətinin təzahürüdür” Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda müharibə veteranları və onların ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediatur təşkil edilib. Mediatur çərçivəsində Vətən müharibəsi iştirakçılarının təsərrüfatlarına baxış keçirilib, bu sahədəki mövcud yeniliklər və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, veteranların özünəməşğulluq proqramına cəlb edilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib, buna görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən müharibə veteranlarının özünüməşğulluq proqramına geniş şəkildə cəlb edilməsi veteranlarımızın məşğulluq probleminin həlli, onların sosial rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Dövlətimizin bu qayğısı veteranlarımıza sosial vəziyyətlərini yaxşılaşırmaqla yanaşı, həm də öz potensiallarını real müstəvidə dəyərləndirməyə, öz bizneslərini inkişaf etdirməyə, bu sahədə daha böyük uğurlar əldə etməyə imkan verir. Bu mənada Müharibə, Əmək vəı Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq müharibə veteranlarının özünüməşğulluq proqtramına cəlb edilməsini alqışlayır, bunu dövlətimizin veteranlara olan yüksək qayğı və diqqətinin bir təzahürü hesab edirik. İnanırıq ki, bundan sonra da müharibə veteranlarının özünüməşğulluq proqramlarına cəlb edilməsi diqqət mərkəzində saxlanılacaq, veteranlarımızın sosial rifahının daha da yaxşılaşdırılması üçün bütün imkanlardan maksimum istifadə ediləcək. Məlumat üçün qeyd edim ki, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi də veteranlara və şəhid ailələrinə böyük qayğı göstərir, onlarla bağlı hər bir məsələni xüsusi diqqət mərkəzində saxlayır. Biz19 iyun 2025-ci il tarixində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə birlikdə “8 Noyabr zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirdik. Həmin konfrans ərəfəsində, eləcə də konfransdan sonra veteranlar və şəhid ailələri ilə etdiyimiz söhbətlər, keçiridyimiz görüşlər zamanı bu həqiqətə bir daha əmin olduq. Mən buna görə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə də təşəkkür edir, minnətdarlığımı bildirirəm”. Polkovnik Cəlil Xəlilov Laçında müharibə veteranları və onların ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediaturun təşkilini də yüksək qiymətləndirib: “Müharibə veteranları və onların ailə üzvləri üçün özünəməşğulluq proqramı çərçivəsində yaradılmış keçik biznes sahələrinə mediaturların təşkili olduqca önəmlidir. Bu cür mediaturlar dövlətimizin müharibə veteranların məşğulluq probleminin həlli istiqamətində atdığı addımların effektivlyini göstərməklə yanaşı, həm də dövlət-vətəndaş münasibətlərindəki şəffaflığı təmin edir, yeni ideya və yaradıcı yanaşmaların meydana çıxması üçün əlverişli zəmin yaradır. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə oxşar mediaturların digər rayonlarımızda da təşkili arzuedilən olardı”. Seymur ƏLİYEV
Hamısını oxu
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədəki zəlzələdən zərərçəkənlərə göstərdiyi yardımlar, zəlzələ qurbanları ilə bağlı etdiyi paylaşımlarla hər dəfə olduğu kimi bu dəfə də xalqımızın humanizm simvolu, onun səsi, harayı oldu”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Təşkilatın sədr müavini qeyd edib ki, zəlzələnin ilk anından etibarən həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin yanında olub, qardaş ölkəyə çoxsaylı humanitar yardımların göndərilməsini təmin edib: “Türkiyədə zəlzələ baş verən zaman qardaş ölkənin harayına ilk olaraq yetişən dövlət Azərbaycan oldu. Həm Prezidentimiz, həm də Birinci vitse-prezidentimiz Türkiyədəki zəlzələni ilk andan etibarən diqqət mərkəzində saxladı, zəlzələdən zərərçəkənlərə zəruri köməyin göstərilməsini təmin etdi. Fevralın 6-dan etibarən göstərilən yardımlar bu gün də davam etməkdədir. Heydər Əliyev Fondu tərəfindən zəlzələdən zərərçəkənlərə tibbi ləvazimatlar, isti geyimlər, oksigen maskaları və digər zəruri yardımlar göndərilib ki, bu da zərərçəkənlərin sağlamlığının qorunması, yeni itkilərin qarşısının alınması baxımından həyati əhəmiyyətə malikdir. Mehriban xanım bütün bu müddət ərzində qardaş Türkiyə ilə mənəvi baxımdan da ciddi həmrəylik sərgilədi. Türkiyənin tək olmadığını, Azərbaycan xalqının hər bir fərdi ilə Türkiyənin yanında olduğunu diqqətə çatdırdı. Eyni zamanda, məlum paylaşımında Türkiyə dövlətinə, Türk xalqına, onun gücünə və böyüklüyünə olan inamını da ifadə etdi. Qeyd etdi ki, türk xalqı öz iradəsi və mətinliyi sayəsində bu sınaqdan da çıxacaq”. Polkovnik bildirib ki, yanvarın 6-dan bu günədək ölkəmizdəki bütün iri şirkətlər də Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım etmək məqsədilə müxtəlif kampaniyalar təşkil edib, ciddi addımlar atıblar: “Qürurvericidir ki, dövlət başçısının və Mehriban xanım Əliyevanın sərgilədiyi mövqeyə uyğun olaraq ölkəmizdəki demək olar ki, bütün iri şirkətlər, təşkilat və müəssisələr də qardaş Türkiyəyə yardım kampaniyasında yaxından iştirak etdi. Türk xalqının yanında olduqlarını əməli surətdə qardaş ölkədəki qardaş-bacılarımızın diqqətinə çatdırdı. Bu cür şirkətlərdən biri də “PAŞA Holding” oldu. “PAŞA Holding” və onun törəmə şirkətləri zəlzələdən zərər çəkmiş şəxslərə dəstək olmaq məqsədilə Türkiyənin iki önəmli yardım fonduna – AHBAP-ın və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hər birinə 500 min dollar olmaqla ümumilikdə 1 milyon dollar ianə etdi. “PAŞA Holding” zəlzələ ilə bağlı verdiyi açıqlamada türk xalqı ilə mənəvi baxımdan da həmrəylik sərgilədi, xoş məramını ortaya qoydu”. Cəlil Xəlilov vurğulayıb ki, Mehriban xanım Əliyevanın zəlzələdən zərərçəkənlərə göstərdiyi dəstək, həm də xalqımızın, Azərbaycan insanının qardaş Türkiyəyə sevgisinin, humanist dəyərlərə bağlılığını əks etdirir: “Mehriban xanım Əliyevanın Türkiyədəki faciə ilə bağlı ortaya qoyduğu həssas və humanist mövqe, həm də bütün Azərbaycan xalqının mənəvi dəyərlərinin göstəricisidir. Mehriban xanım zəlzələdən zərərçəkənlərə göstərdiyi humanist mövqe, sevgi və qayğı ilə göstərdi ki, xalqımız türk xalqının yanındadır və sona qədər də yanında olacaq. Hörmətli Mehriban xanımın zəlzələdən zərərçəkənlərlə bağlı sərgilədiyi mövqe xalqımızın həm də ümumbəşəri dəyərlərə, insani prinsiplərə nə qədər dərindən bağlı olduğunu göstərdi. Bu baxımdan, Mehriban xanım hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqının səsi, onun görən gözü, eşidən qulağı, sevgi dolu qəlbi oldu”. Təşkilatın sədr müavini deyib ki, Türkiyədəki zəlzələdə zərərçəkənlərə dəstək verən hər bir fərdin fəaliyyəti də Mehriban xanım tərəfindən yüksək qiymətləndirilməkdədir: “Azərbaycan xalqı hər bir fərdi ilə qardaş Türkiyənin yanındadır və zəlzələdən zərərçəkənlərə xilasedicilərlə, həkim heyəti ilə, malı və canı ilə yardım göstərməkdədir. Bütün bu insanların fəaliyyəti Mehriban xanım tərəfindən təqdir edilməkdə, yüksək qiymətləndirilməkdədir. Bu faktın özü xalqımızın Prezidentindən, Birinci vitse-prezidentindən tutmuş sıradan insanına qədər eyni mənəvi dəyərləri bölüşdüyünü, hər kəsin qəlbinin qardaş Türkiyə sevgisi ilə eyni hərarətlə döyündüyünü göstərir. Mən zəlzələdə həlak olanlara Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayıram. Azərbaycan xalqı Türkiyənin yanındadır və hər zaman da yanında olacaq”.
Hamısını oxuSentyabrın 4-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında tanınmış ictimai-siyasi xadim, YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Zəfər tariximizin fatehləri” adlı kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində Vətən Müharibəsi iştirakçıları, müxtəlif kateqoriyadan olan veteranlar, dövlət orqanlarının nümayəndələri, Müdafiə Nazirliyinin və DİN-nin Daxili Qoşunlarının kursant və zabitləri də iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov “Zəfər tariximizin fatehləri” kitabının ictimai-siyasi, eləcə də tarixi önəmindən bəhs edib. Polkovnik qeyd edib ki, kitabda Azərbaycan xalqının zəfər tarixi dolğun şəkildə öz əksini tapıb ki, bu da qəhrəmanlıq tariximizin təbliği baxımından mühüm əhəmiyyətə malikdir. YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, “Zəfər tariximizin fatehləri” kitabının müəllifi, yazıçı-publisist Zərifə xanım Quliyeva tədbir iştirakçılarına kitab haqqında ətraflı məlumat verib. Kitabda Prezident İlham Əliyevin zəfər tariximizin memarı kimi rolundan ətraflı bəhs etdiyini bildirən Zərifə xanm, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətlərinə diqqət çəkb, onun Müqzəffər Ali Baş Komandana dəstəyini yüksək qiymətləndirib. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli, fizika elmləri doktoru, professor, YAP Veteranlar Şurasının üzvü Adilə xanım Abbasova, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə xanım Muradova da çıxış edərək kitab haqqında fikir və təəssüratlarını bölüşüblər. Tədbirdə Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəzdində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü, "Miras" qrupunun yaradıcısı və kreativ direktoru Nigar Helmi Abbasbəyli də iştirak edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu