Qırğızıstan Respublikasının Veteranlar Təşkilatının üzvləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olublar
Veteran.gov.az xəbər verir ki, 6 may 2026-cı il tarixində Qırğızıstan Respublikasının Veteranlar Təşkilatının üzvləri – Adılbayeva Venera, Altımışova Nurula, Kasımbekova Kamiya Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüblər. Polkovnik Cəlil Xəlilov görüş əsnasında qonaqlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib. Görüşdə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra qarşılıqlı xatirə hədiyyələri təqdm olunub.
Məlumat üçün qeyd edək ki, Qırğızıstan Veteranlar Təşkilatının üzvləri 2018-ci ildə 7 min metr hündürlükdəki Lenin Pikinə qalxaraq üzərində Ümummilli Lider Heydər Əliyevin rəsmi əks olunan vimpel nümayiş etdiriblər.
Seymur ƏLİYEV