Azərbaycan Respublikasının Müdafə Naziri general-polkovnik Həsənov Zakir Əsgər oğluna


Veteran.gov.az xəbər verir ki, İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Dr. Huthaifa Z. Mahmud Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib. Aİİ-nin rektoru, dosent Aqil Şirinov qonağı ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. O, Aİİ-nin fəaliyyəti, məqsəd və vəzifələri, hədəfləri haqqında məlumat verib. Rektor müəssisədə təhsilin ödənişsiz əsaslarla aparıldığını, tələbələrin ehtiyaclarının dövlət tərəfindən qarşılandığını bildirib. A.Şirinov ali təhsil müəssisəsində mövcud ixtisaslar və təhsil pillələri haqqında məlumat verib. Qeyd edib ki, Aİİ-də bakalavirat, magistratura və doktorantura pillələri üzrə tədris aparılır. Rektor Azərbaycan və İraq respublikaları arasında tarixən mövcud əlaqələrdən bəhs edib. Azərbaycan İlahiyyat İnstitutunun tədris sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirib. İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Dr. Huthaifa Z. Mahmud, öz növbəsində, İnstitutda olmaqdan məmnunluğunu ifadə edib. Qonaq təhsil və elmi-tədqiqat sahəsində ikitərəfli əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayıb. Səfir ərəb dili tədrisinin önəminə toxunub. Qeyd edib ki, ərəb dili ilahiyyat sahəsində mövcud ixtisaslar üçün vacibdir. O, İraq Respublikasında yaşamış azərbaycanlı ədiblərin, alimlərin ərəb dilində bir çox əsərlərinin mövcudluğuna toxunub. Daha sonra Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov Aİİ-də ərəb dilinin tədrisi barədə məlumat verib. Qeyd edib ki, ərəb dilinin öyrənilməsi Azərbaycanın Orta əsr ədəbiyyatı, tarixi və fəlsəfəsinin tədqiqi baxımından mühümdür. Görüş ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması ətrafında müzakirələrlə davam edib.
Hamısını oxu
“Ermənistanın işğal dönəmində vurduğu ziyana görə təzminat ödəməsi beynəlxalq hüququn tələbidir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan işğal dönəmində misilsiz vəhşiliklər törədib, həm sosial infrastrukturu, həm də təbiəti məhv edib: “Ermənistan 30 ilik işğal dönəmində insanlıq tarixində misli-bərabəri olmayan talan və dağıntılar törədib, yüzlərlə yaşayış məntəqəsini sözün həqiqi mənasında yox edib. Evlər, məscidlər, qəbiristanlıqlar, sosial infrastruktur, sənaye və kənd təsərrüfatı müəssisələri, hətta tarixi abidələr də məhv edilib. Bununla yanaşı, erməni faşizmi təbiətə də böyük zərər verib, torpaq örtüyünü, su hövzələrini, meşələri məhv edib, sıradan çxıarıb. Bütün bunlara görə Ermənistanın təzminat ödəməsi vacibdir. Bu, yalnız Azərbaycanın deyil, həm də beynəlxalq hüququn tələbidir. Bütün dünyada bu praktika mövcud olub və bu gün də mövcuddur. Odur ki, Azərbaycan haqlı olaraq Ermənistandan vurulan zərərə görə tam təzminat tələb edir və bu tələb yerinə yetirilənə qədər dövlətimiz öz mübarizəsini davam etdirəcək”. Polkovnik qeyd edib ki, Vətən müharibəsindən sonra silahlanmaya böyük vəsaitlər ayıran Ermənistan, silah almaq yox, təzminat ödəmək haqqında düşünməlidir: “Ermənistan öz havadarlarının köməyi ilə Vətən müharibəsindən sonra sürətli silahlanma siyasəti həyata keçirməkdədir. Fransa, Hindistan, ABŞ, Yunanıstan və s. ölkələrdən müxtəlif silah-sursatlar, hərbi texnikalar alınır, Ermənistan ordusunun yenidən qurulmasına böyük vəsaitlər sərf olunur. Bütün bunlar onu göstərir ki, Errmənistan sülh deyil, yeni qarşıdurmalar haqqında düşünür. Lakin yaxşı olardı ki, silah idxalına milyonlar sərf edən rəsmi İrəvan Azərbaycana təzminat ödəmək haqqında fikirləşsin. Çünki Azərbaycan Qarabağı azad etdiyi kimi, təzminat məsələsində də sona qədər qərarlılıq nümayiş etdirəcək və öz istəyinə nail olacaq”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Qahirə Universitetinin doktoru, azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov tariximiz və klassik ədəbi irsimizlə bağlı dəyərli məlumatları üzə çıxarmaqda davam edir. Alimin növbəti uğuru Qahirənin qədim əlyazmalarla zəngin kitabxanalarından biri olan (burada 60 minə yaxın əlyazma saxlanılır) “Misir Kitablar Evi”ndə (Dər əl-Kutub əl-Misriyyə) Xaqani Şirvaninin əlyazmalarını tapması olub. Belə ki, S.Nəsirov şairin divanının “Divan Xaqani” dörd nüsxəsi (üçü tam və dördüncüsü natamamdır) və “Töhfətül İraqeyn” divanının əlyazma nüsxəsini aşkar edib. Tədqiqatçı-alim bildirib ki, Xaqani Şirvani ərəb mənbələrində iki adla təqdim olunur. Birinci variantda Fəzləddin Bədil Əli oğlu əl-Xaqani əl-Şirvaninin hicri tarixi ilə 595–ci (miladi 1199) ildə vəfat etdiyi qeyd edilir. İkinci təqdimatda isə Əfzələddin Əli oğlu İbrahimin həkim Xaqani kimi məşhur olduğu, hicri tarixi ilə 582–ci (miladi 1186) ildə vəfat etdiyi yazılıb. Birinci nüsxə hicri tarixi ilə 1012–ci (miladi 1603) ildə gözəl nəstəliq xətti ilə köçürülüb. Bu əlyazma 369 vərəq və 17 sətirdən ibarətdir. Ikinci nüsxə qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində hicri tarixi ilə 858–ci (miladi 1454) ildə köçürülüb və onun birinci səhifəsi yoxdur. Bu əlyazma isə 322 vərəq və 21 sətirdən ibarətdir. Üçüncü nüsxə də qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində hicri tarixi ilə 1009–cu (miladi 1600) ildə Ümməti Türbəti tərəfindən köçürülüb, 335 vərəq və 20 sətirdən ibarətdir. Hicri tarixi ilə 823–cü (miladi 1420) ilə aid olan dördüncü nüsxə Fürsət Ğərib tərəfindən köçürülüb ki, burada Xaqani ilə yanaşı müxtəlif şairlərin əsərləri də mövcuddur. “Töhfətül İraqeyn” adlanan son nüsxədəki əsərin Xaqani Şirvani tərəfindən hicri tarixi ilə 551-ci (miladi 1156) ildə, ilk Həcc ziyarətində yazdığı qeyd olunur. Bu əlyazma hicri tarixi ilə 1106–cı (miladi 1694) ilin səfər ayında Məhəmməd Əli İzzəddin Əhməd oğlu əl-Şirazi tərəfindən köçürülüb və 12 sətirdən ibarətdir. Qeyd edək ki, S.Nəsirov bundan öncə Nizami Gəncəvinin “Xəmsə”si və İmadəddin Nəsiminin Azərbaycan dilində “Külliyatı”nın əlyazmaları haqqında məlumat verib. O, Misirdə ərəb mənbələrinə istinadla 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın və çoxlu sayda elmi məqalələrin müəllifidir. Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan diasporuna rəhbərlik edən tədqiqatçı-alim, eyni zamanda, dünyanın 50 ölkəsindən olan və Qahirədə təhsil alan mindən çox tələbəyə rəhbərlik edir.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki,Müharibə Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və həmin şöbənin baş mütəxəssisi Nəbi Hacıyev 01 may 2023-ci ildə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində tədbir təşkil ediblər. Tədbir 329 saylı tam orta məktəbdə baş tutub. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev məktəblilərin gözü ilə”adlı tədbirdə Səbail rayon VT-nın sədri Adilə Yaqubova, məktəbin direktoru Elnur Mirzəyev, şagird və müəllim kollektivi İştirak etdilər. Tədbiri məktəbin direktoru Elnur Mirzəyev açdı. O,qonaqları tədbir iştirakçılarına təqdim etdi . Ulu Öndər Heydər Əliyevin və onun timsalında torpaqlarımızın qorunması yolunda şəhidlik zirvəsinə yüksələn soydaşlarımızı bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev bildirib ki, Ulu Öndər Heydər Əliyev hər zaman uşaqlara diqqət və qayğı ilə yanaşıb. Uşaqları sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütməyin çətin və məsuliyyətli iş olduğunu deyən polkovnik qeyd etdi ki, ona görə də onlara hər zaman qayğı göstərmək, problemlərinə diqqətlə yanaşmaq lazımdır: “Heydər Əliyev siyasətini uğurla davam etdirən, bizim əzimkar, qətiyyətli Prezidentimiz Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə uşaqlaın və gənclərin yaxşı təhsil almaları üçün daima onlara diqqət və qayğı gostərirlər.Yeni-yeni təhsil mərkəzlərinin təmiri və tikintisi buna əyani sübutdut. Mənim siz şagirdlərə tövsiyəm odur ki, valideynlərinizin zəhmətinin dəyərləndirib, müəllimlərinizin tapşırıqlarını səylə yerinə yetirib, ölkəmizin dəyərli vətəndaşları olasınız”. Daha sonra Nəbi Hacıyev və Adilə Yaqubova çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu