Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nəzakət Məmmədova: “Xatirə Kitabının 17-ci cildində əvvəlki nəşrlərdə adları getməyən, hələ də axtarışlarda olan insanların xatirəsi əbədiləşdirilib”

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının əsas qayəsi, missiyası bizdən əvvəl gələnlərin, qəhrəmanlıq tariximizdə əhəmiyyətli yeri olanların adlarını və xatirələrini əbədiləşdirməkdir. 30 ildən artıqdır ki, Xatirə Kitabı "Heç kəs unudulmur, heç nə yaddan çıxmır" devizini rəhbər tutaraq bu müqəddəs missiyanı davam etdirir. İkinci Dünya mü­haribəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xo­calı soy­qı­rı­­mı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir gö­tü­rülmüş vətən­daş­larımız, Milli Qəhrə­man­la­rımız haq­qında ensiklopedik materialları özündə əks etdirən kitablar nəşr edir.

"Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabı və Xatirə Kitabının (əlavələrdən ibarət) 17-ci cildi də bu qayəni özündə ifadə edən nəşrlərdir. İkinci Dünya müharibəsində həlak olanların unudulmaması, yaddaşlarda qalması üçün sözügedən nəşrlərin və bu qəbildən olan kitabların əhəmiyyəti danılmazdır.

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re­dak­si­yası Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabı və Xatirə Kitabının (əlavələrdən ibarət) 17-ci cildinin təqdimatını keçirdi.

Mayın 14-də baş tutan təqdimat mərasimində Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, əmək və müharibə veteranları, tanınmış ziyalılar, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyində təmsil olunan şəxslər, rayon təşkilatı sədrləri, Nəzakət Məmmədovanın rəhbərlik etdiyi kollektivin üzvləri iştirak edirdi.

Təqdimat mərasimini Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini İmran Əhmədov açdı. Əvvəlcə dövlət himnimiz səsləndi, sonra isə ulu öndər Heydər Əliyevin, İkinci Dünya müharibəsində həlak olmuş insanların, vəfat etmiş müharibə veteranlarının və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İmran Əhmədov çıxışında Respublika Xatirə Kitabı Redaksiyası barədə məlumat verdi və Nəzakət Məmmədovanın rəhbərliyi ilə araya-ərsəyə gələn kitablardan, filimlərdən danışdı. "Hazırda Xatirə Kitabının 17-ci cildinin təddimatına yığışmışıq. İkinci Dünya müharibəsində iştirak edən insanların qəhrəmanlığı unudulmazdır. Onların nəvə-nəticələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərdilər, torpaqlarımızı işğaldan azad etdilər. Bu kitablar davamlı olaraq nəşr olunacaq. Bu kitablar bizdə də var və biz onları qonaqlarımıza təqdim edəcəyik ki, bizim qəhrəmanlıq tariximizlə tanış olsunlar".

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxışında rəhbərlik etdiyi redaksiyanın gördüyü işlərdən, redaksiyanın missiyasından danışdı. O, vurğuladı ki, 1993-cü ildə Heydər Əliyev Vətən uğrunda canından keçən azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi məqsədilə qərar imzaladı. "İkinci Dünya müharibəsində həlak olanların adlarının əbədiləşdirilməsi üçün bütün respublikalara göstərişlər verildi və ümumi 1400 cilddə kitab nışr olunmalı idi ki, bunun da 20 cildi Azərbaycanın payına düşdü. Heydər Əliyevin göstərişi ilə Xatirə Kitabının yaradılması üçün indiki Azərbaycan Milli Ensiklopediyasında bir şöbə yaradıldı. O şöbədə bu istiqamətdə ilk axtarışlar başladı. İkinci Dünya müharibəsi Avropanın müxtəlif yerlərindən keçib. Azərbaycanlıların harada izləri vardısa həmin ölkələrə rəsmi sorğular, məktublar göndərildi. Dəfələrlə Moskvaya müraciət olundu. Xatirə Kitabının birinci cildi 1997-ci ildə kiril əlifbası ilə işıq üzü gördü. 2001-ci ildə latın qrafikasına keçməyimiz səbəbindən bu kitab latın əlifbası ilə təkrar çap olundu. Bu günə kimi 16 cildi çıxıb. Bu gün sizə təqdim olunan Xatirə Kitabının 17-ci cildində əvvəlki nəşrlərdə adları getməyən, hələ də axtarışlarda olan insanların xatirəsi əbədiləşdirilib. Çox çalışmışıq ki, heç kəsin adı kənarda qalmasın. Ən şərəfli ölüm şəhidlərimizə nəsib olub. Onlar olmasaydı bizim gələcəyimizin də olmasına inanmıram. Bundan sonra redaksiya ikinci böyük bir işə imza atdı..."

N.Məmmədova qeyd etdi ki, "Xatirə Kitabının (əlavələrdən ibarət) 17-ci cildində Böyük Vətən müharibəsində həlak olmuş və itkin düşmüş soydaşlarımız haqqında qısa ensiklopedik məlumatlar yer alıb.

"Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabında isə faşizm üzərində qələbənin 80 illiyi geniş təqdim olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xa­rak­terizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azər­bay­can­lılar, mü­ha­ri­bədə örnək hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və ma­raqlı fikirlər yer alıb.

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əli­yevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə baş­lamış Respublika Xatirə Kitabı insan resurslarını əbə­di­ləş­dirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən en­siklopedik salnamədir. Bu kitabda İkinci Dünya mü­haribəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xo­calı soy­qı­rı­­mı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir gö­tü­rülmüş vətən­daş­larımız, Milli Qəhrə­man­la­rımız haq­qında ensiklopedik materiallar dərc edilir.

Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya əlavə olaraq, itkin düşmüş, əsir götürülmüş vətən­daş­larımız haqda iki dildə (Azərbaycan və ingilis) 4 cilddə kitab dərc etdirib. Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xati­rələrinin əbədiləş­di­ril­məsi məq­sədilə "44 gün – Tarixi Zəfər" adlı dörd cilddə kitab nəşr etdirib, həmin kitablar şəhid ailələrinə təqdim edilib və proses bu gün də davam etdirilir. Bu çoxcildlik ensiklopedik nəşrlər icti­mai müstəvidə xüsusi rol oynayır.

Redaksiyanın hazırladığı "Qələbə - 75" və "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabları da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir".

Respublika Xatirə Kitabı Re­dak­si­yası həmçinin, "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Qarabağ mü­haribəsində həlak olanların adlarının və xatirələrinin əbədiləş­di­rilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib.

Redaksiya, eyni zamanda, "Vətən daşı... və ya 44 günün das­tanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub. Redaksiyanın hazırladığı "Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır" kitabı Ümummilli Lider Heydəır Əliyevin 100 iliyi münasibətilə çap edilib, kitabda Ulu Öndərin həyat və fəaliyyəti geniş şəkildə xarakterizə olunub.

Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlə­rini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır".

N.Məmmədova Birinci Qarabağ müharibəsi şəhidlərinin adlarının və xatirəsinin əbədiləşdirilməsi üçün 10 cildliyin hazırlanmasına başlanılıb. N.Məmmədova bildirdi ki, Birinci Qarabağ müharibəsində şəhid olan insanlarla bağlı geniş araşdırmalar aparılır və məlumatların daha dolğun olması üçün ictimaiyyətin də, veteranların da, şəhid ailələrinin də dəstəyinə ehtiyac var. "İkinci Qarabağ müharibəsində Birinci Qarabağ müharibəsində şəhid olan oğul və qızlarımızın qanını yerdə qoymadı. Biz Birinci Qarabağ müharibəsinə həsr olunan on cildliyin birinci cildi üzərində mühüm işlər aparılır. Mən sizlərə müraciət edirəm, Birinci Qarabağ müharibəsində şəhid olanlar barədə kimdəsə dəqiq məlumatlar, şəkillər varsa onları Respublika Xatirə Kitabı Redaksiyasına yönədin. Bu bizə çox lazımdır".

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı Rasim Mirzəyev çıxışında qeyd etdi ki, Xatirə Kitabı Redaksiyasının kollektivi Vətən uğrunda həlak olanların axtarışı ilə məşğul olan və qanı, canı ilə təpədən-dırnağa vətənpərvərlik işinə bağlı olan insanlardır: "Bu redaksiyanın kollektivi doğrudan da çox kiçik büdcə ilə gecələrini gündüzlərinə qataraq bu işləri həyata keçirirlər. Xatirə Kitabının cildlərində 1941-1945-ci il müharibəsində döyüşmüş, qəhrəmancasına həlak olmuş, eyni zamanda sağ qayıtmış veteranlarımızın da adları əks olunub. Bu həm bizim tariximizdir, həm də gələcəyimizdir. O nöqteyi-nəzərdən bu insanların adının bu kitabda əbədiləşdirilməsi, onlara layiq olduqları haqqın veriməsi böyük vətənpərvərlik işidir. Gənc ömürlərini dövlətin, vətənin çağırışına həsr edən, qəhrəmancasına döyüşən, yaşayan insanlar, doğrudan da əbədiləşməyə layiqdirlər..."

Əməkdar həkim, Tibb Universitetin dosenti, Birinci Qarabağ müharibəsi veteranı Taryel Eyvazov qeyd etdi ki, Azərbaycan xalqının qəhrəman oğulları və qızları həm İkinci Dünya müharibəsində, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşublar və hər birinin adlarının əbədiləşdirilməsi təqdirəlayiqdir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sabunçu təşkilatının sədri Sabir Allahverdiyev çıxışında bildirdi ki, onun atası da İkinci Dünya müharibəsində iştirak edib və o, zaman-zaman veteranlarla ünsiyyətdə olub və onların qəhrəmanlıqlarını dillərindən eşidib.

Təqdimat mərasimində vurğulandı ki, İkinci Dünya müharibəsində iştirak edən hər bir azərbaycanlı xalqımızın qəhrəmanlıq örnəklərini o müharibədə də nümayiş etdiriblər, Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə faşizm üzərində qələbə qazanılmasında mühüm rol oynayıb.

Tədbirin sonunda "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabı və Xatirə Kitabının (əlavələrdən ibarət) 17-ci cildi veteranlara təqdim olundu.

Baki-xeber.com

İradə SARIYEVA

2026-05-16 14:39:00
2712 baxış

Digər xəbərlər

TƏBİB 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb

Veteran.gov.az xəbər verir ki, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və Yevlax Rayon Mərkəzi Xəstəxanasında "İxtisas ayları" proqramı çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərinin ixtisaslaşmış tibb müəssisələrində çalışan uzman və ixtisaslı həkimlər tərəfindən bölgədə yaşayan uşaqlara  tibbi xidmətlər göstərilib. Tibbi xidmətlər pediatrik xəstəliklərin ən çox müşahidə edildiyi bölgələrdən hesab olunan Bərdə-Yevlax tibbi ərazi bölməsinə daxil olan Mingəçevir, Bərdə, Yevlax, Ağdaş və Tərtər rayonlarının vətəndaşları üçün təşkil edilib. Tibbi heyət Respublika Pediatriya Mərkəzi, Yeni Klinika, Sumqayıt Tibb Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasında fəaliyyət göstərən 10 nəfər müxtəlif ixtisaslı həkim-mütəxəssisdən ibarətdir. Sağlamlıq günlərinin əsas məqsədi regionlarda yaşayan əhalinin tibbi müayinəsi,  uşaqlarının sağlamlığının qorunması istiqamətində pediatrik xəstəliklərinin erkən aşkarlanması, eləcə də onların törədə biləcəyi yanaşı xəstəliklər və fəsadlar barədə əhalinin maarifləndirilməsidir. Uşaq sağlamlığı günlərində 750-dən çox uşaq pediatr, kardioloq, infeksionist, nevroloq və oftalmoloq müayinələrindən keçərək 1 500-dən çox tibbi xidmətdən yararlanıb. Tibbi müayinələrdən yararlanan və xəstəliyi yeni müəyyən edilən uşaqların valideynlərinə zəruri tibbi məsləhətlər verilib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib. Qeyd edək ki, tibbi müayinələrin keçirildiyi günlər ərzində uşaqlar üçün əyləncə proqramları da təşkil edilib.         

Hamısını oxu
İmran Əhmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin sədr müavini seçilib

2026-cı il yanvarın 29-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının növbədənkənar plenumu keçirilib.  Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, Konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səslənib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin sədri polkovnik Cəlil Xəlilov plenumun gündəliyini elan edib və səsə qoyub, gündəlik yekdilliklə qəbul olunub. Plenum mövcud Rəyasət Heyətinin buraxılması və yeni tərkibinin formalaşdırılması barədə qərar qəbul edib. Yeni tərkibə sədr Əfqanıstan, I Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranı polkovnik Cəlil Xəlilov, sədr müavini Əfqanıstan, Silahlı Qüvvələr və əmək veteranı ədliyyə polkovniki İmran Əhmədov, üzvlər qismində istefada olan general-mayor Vladimir Timoşenko,  əmək və I Qarabağ müharibəsi veteranı İmran Əbilov, professor, AMEA Veteran Təşkilatının sədri, I Qarabağ müharibəsi veteranı Bədirxan Əhmədov seçiliblər. Plenum yeni tərkib Rəyasət Heyətinə təşkilatın strateji planının hazırlanmasını, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsini, Rəyasət Heyətinin sayı və tərkibi barədə növbəti plenuma qədər təkliflərini verməyi tapşırıb. Rəyasət Heyətində ilk dəfə təmsil olunan sədr müavini İmran Əhmədov göstərilən etimada görə plenum üzvlərinə təşəkkür edib, qarşıda duran vəzifə və öhdəliklərin icrası üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Plenum işini başa vurub.  

Hamısını oxu
“Hərbi Qənimətlər Parkının yaradılması tarixi qələbəmizin əbədiləşməsi deməkdir”

Cəlil Xəlilov: “Bu, həm də ordumuzun gücünün, yenilməzliyinin təcəssümüdür”   Bunu Veteran.gov.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Hərbi Qənimətlər Parkınında nümayiş edilən hər bir eksponat böyük zəfərin bir parçasıdır:   “Bu gün Hərbi Qənimətlər Parkının açılması hər bir azərbaycanlıda böyük sevinc və məmnunluq doğurmaqdadır. Çünki bu, adı park deyil. Hərbi Qənimətlər Parkı Azərbaycan ordusunun  44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi böyük zəfərin, tarixi qələbənin rəmzidir. Hərbi Qənimətlər Parkının açılması tarixi qələbəmizin əbədiləşməsi, şüurlarda daha dərindən iz qoyması deməkdir.   Bu parka gələn hər kəs təqdim edilən ekponatlara baxarkən Azərbaycan ordusunun qəhrəmanlığı,  cəsarəti, düşmən üzərindəki böyük zəfəri haqqında düşünəcək. Bu park əsrlər sonra da Azərbaycan ordusunun gücündən, onun dünya hərb tarixində xüsusi yer tutan zəfərindən söhbət açacaq. Bu baxımdan Hərbi Qənimətlər Parkının açılması tarix bir addım, müqəddəs bir işdir”.   Cəlil Xəlilov qeyd edib ki, Hərbi Qənimətlər Parkı həm də Azərbaycan ordusunun, onun Ali Baş Komandanının gücünə, yenilməzliyinə nümunədir:   “Hərbi Qənimətlər Parkı 44 günlük Vətən müharibəsinin nəticəsini əbədiləşdirməklə yanaşı, həm də ordumuzun, onun Ali Baş Komandanının gücündən, qətiyyətindən, yeniməzliyindən xəbər verir. Bu park və orada nümayiş etdirilən hər bir eksponat düşmənın ağır texnikasının, canlı qüvvəsinin necə böyük itkiyə məruz qaldığını göstərir.   Hərbi Qənimətlər Parkında 150-yə qədər ağır hərbi texnika nümayiş olunur ki, onların bir çoxu işlək vəziyyətdədir. 44 günlük Vətən müharibəsində ordumuzun sürətli hücumundan vahiməyə düşən düşmən, bu texnikaları döyüş meydanında ataraq qaçıb. Qəhrəman əsgərlərimiz bu texnikaları işlək vəziyyətdə ələ keçirib. Bu faktın özü ordumuzun müharibədə necə böyük qəhrəmanlıqlar göstərdiyinə, düşməni necə qorxuya saldığına nümunədir.   Hərbi Qənimətlər Parkının açılması xalqımızın və dövlətimizin tarixi uğurudur. Bu uğur hər zaman xalqımızın böyüklüyündən, onun yenilməzliyinin bəhs edəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Xətai rayonunda ,,Öncə vətəndir ,, adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq, şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 14 oktyabr 2022 –ci ildə   Bakı şəhəri Xətai  rayonunda tədbirdə olub. Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə “Öncə vətəndir” adlı tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin  şöbə müdiri Pənah İmanov, Rayon   Ağsaqqallar     Şurasının     sədri  İzzət     Rüstəmov , müavini Nizami Hüseynov,  VT-nın sədri Adil Əzməmmədov, məktəbin direktoru Zenfira Məsiyeva, şagirdlər və müəllimlər iştirak ediblər.   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlayıb.   Şagirdlər vətənpərvərlik şeirləri ilə çıxış ediblər.   Daha sonra Xətai rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan  Respublikasının Milli Qəhrəmanı Məzahir   Rüstəmovun  atası  İzzət Rüstəmova söz verilib. O, çıxışında vətən sevgisindən, qəhrəmanların adlarını  həmişə uca tutmağın vacibliyindən danışıb.   Polkovnik Adil Haqverdiyev çıxşında Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətindən,vətənimizin çiçəklənməsi yolunda səylərindən bəhs edib. O, bildirib ki,  xoşbəxt gələcəyimiz Prezident Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdən keçir. Adil Haqverdiyev şagirdlərə öz tövsiyyəsini verib,dərslərində uğurlar arzulayıb.   Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri  Pənah İmanov rayon ərazisində  vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdən, şəhid ailələrinə, veteranlara göstərilən diqqət və qayğıdan danışıb.   Məktəbin direktoru Zenfira Məsiyeva isə çıxışında bildirib ki, bu cür tədbirlər şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişafına, habelə, onların öz dərslərinə daha diqqətlə yanaşmasına təkan verir.   Tədbirin sonunda  xatirə şəkli çəkilib.    

Hamısını oxu