Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qarabağ atları və milli musiqimiz Avropada böyük maraqla qarşılanmışdır

Veteran.gov.az Azərbaycan Respublikası Atçılıq Federasiyasına istinadən bildirir ki, Almaniyanın Aachen şəhərində keçirilən və dünya atçılıq idmanının ən nüfuzlu tədbirlərindən biri hesab olunan CHIO Aachen çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının 150 nəfərdən artıq nümayəndə heyəti uğurla iştirak etmişdir.

1898-ci ildən təşkil olunan və artıq bir əsrdən çox tarixə malik olan CHIO Aachen beynəlxalq atçılıq aləmində “Atçılıq idmanının Wimbledonu” kimi tanınır. Avropanın ən mötəbər konkur yarışlarından biri hesab edilən bu möhtəşəm tədbirdə dünyanın aparıcı ölkələrinin atçılıq nümayəndələri, həmçinin dünya reytinqində ilk 100-lükdə qərarlaşan tanınmış idmançılar iştirak etmişlər.

Yarışlar Almaniyanın məşhur Soers kompleksində yerləşən, 40 min tamaşaçı tutumuna malik Hauptstadion arenasında keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən minlərlə tamaşaçı və beynəlxalq media nümayəndəsinin qatıldığı tədbir bu il də yüksək təşkilatçılığı və möhtəşəm atmosferi ilə yadda qalmışdır.

Tədbir çərçivəsində təşkil olunan və James Bond mövzusuna həsr edilən xüsusi “Horse & Symphony” proqramı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin CHIO Aachen orkestr kollektivi ilə birgə çıxışı tamaşaçılar tərəfindən alqışlarla müşayiət olunmuş, təqdim edilən musiqi kompozisiyaları tədbirə xüsusi rəng qatmışdır. Möhtəşəm şou proqramında musiqi, atçılıq sənəti və səhnə elementlərinin vəhdəti iştirakçılara unudulmaz anlar yaşatmışdır.

Azərbaycanın qədim atçılıq ənənələrini özündə əks etdirən Qarabağ və Dilbaz atları xüsusi maraq doğurmuş, milli musiqi elementləri və mədəni kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Qarabağ və Dilbaz atlarının zərifliyi, çevikliyi və estetik görünüşü Azərbaycanın zəngin atçılıq mədəniyyətinin beynəlxalq arenada nümayişi baxımından xüsusi əhəmiyyət daşımışdır.

Qeyd edək ki, Aachen şəhəri 2026-cı ildə keçiriləcək FEI Dünya Atçılıq Çempionatına da ev sahibliyi edəcəkdir. Bu baxımdan CHIO Aachen hazırda dünya atçılıq ictimaiyyətinin əsas diqqət mərkəzlərindən biri hesab olunur və burada Azərbaycan nümayəndə heyətinin iştirakı ölkəmizin beynəlxalq idman və mədəniyyət sahəsində artan nüfuzunun daha bir göstəricisi kimi dəyərləndirilir.

 

 

2026-05-24 17:28:00
1188 baxış

Digər xəbərlər

Qubadlı rayon Fərrux Mehdiyev adına Qaralar Kənd tam orta məktəbində şəhid Fuad Məhərrəmlinin anım günü qeyd olunub

Bu gün Qubadlı rayon Fərrux Mehdiyev adına Qaralar Kənd tam orta məktəbində 44 günlük Vətən müharibəsi şəhidi Fuad Məhərrəmlinin anım günü qeyd olunub.Tədbirdə məktəbin pedaqoji kollektivi və şagird heyəti, şəhid ailələri və veteranlar, şəhər ziyalıları iştirak edib. Tədbirdən əvvəl Fuad Məhərrəmli və Fərrux Mehdiyevin xatirəsinə inşa edilən bulaq-komleksin ətrafında anım günü ilə əlaqədar yaşıllaşdırma işləri aparılıb, yeni ağaclar əkilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ümummilli Lider Heydər Əliyev və respublkamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra kompleks önünə gül dəstələri qoyan müəllim və şagirdlər şəhidlərin ruhuna dualar oxuyub, onlara ehtiramlarını ifadə ediblər. Anım günündə çıxış edən məktəbin direktoru Esmira Bayramova Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqlara diqqət çəkib. Bütün şəhidlərimiz kimi Fuad Məhərrəmlinin keçdiyi döyüş yolunun, göstərdiyi qəhrəmanlıqların da gənclərə, habelə, gələcək nəsillərə örnək olduğunu bildirən Esmira Bayramova, şəhidlərin fədakarlığının heç vaxt unudulmayacağını, hər zaman dərin sevgi və ehtiram hissi ilə yad ediləcəyini bildirib. Esmira Bayramova rəhbəri olduğu məktəbə daim böyük diqqət və qayğı göstərən, şagirdlərin vətənpərvərlik ruhunda  tərbiyəsinə dəstək verən, tədrisin yüksək səviyyədə təşkilinə köməklik göstərən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlova da öz minnətdarlığını bildirib. Qubadlı Rayon İcra Hakimiyyəti başçısının mütəmadi şəkildə rayon sakinləri, eləcə də məktəb kollektivi ilə görüşlər keçirdiyini, onların qayğıları, arzu və istəkləri ilə şəxsən maraqlandığını bildirən məktəb direktoru, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlovun da təhsil müəssisəsinin fəaliyyətinə yaxından dəstək verdiyini bildirib. Esmira Bayramova qeyd edib ki, əlaqədar qurum və şəxslərin, eləcə də xeyirxah iş adamlarının bu məsələdə sərgilədiyi həssasiyyət, şagirdlərin təhsil və tərbiyəsində nümayiş etdirdiyi həmrəylik onlara daha böyük uğurlar əldə etməyə, daha ciddi fundamental nəticələr əldə etməyə imkan verir. Tədbirdə çıxış edən tanınmış pedaqoq Xürrəm Quliyev şəhid Fuad Məhərrəmli və Fərrux Mehdiyevin qəhrəmanlığından söz açıb. Pedaqoq qeyd edib ki, gənc nəsil şəhidlərimizin döyüş yolu haqqında dolğun məlumata malik olmalı, milli-mənəvi dəyərlərə bağlı şəkildə, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Xürrəm Quliyev Qubadlı rayon Fərrux Mehdiyev adına Qaralar Kənd tam orta məktəbinə daim böyük qayğı göstərən, eləcə də şəhidlərin adını daşıyan bulaq-kompleksin inşasını həyata keçirən iş adamı Cəlil Nağıyevə də öz təşəkkürünü bildirib. Pedaqoq bildirb ki, kompleksi əhatə edən yaşıllıq da məhz iş adamının dəstəyi ilə  salınıb və həm estetik, həm də ekoloji baxımdan mühüm əhəmiyyətə malikdir. Şəhid Fuad Məhərrəmlinin atası Fizuli Məhərrəmli isə çıxışında dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib və buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Şəhid atası övladının adını daşıyan bulaq-kompleksin inşasına görə iş adamı Cəlil Nağıyevə minnətdarlığını bildirib və bunu bütün şəhidlərə olan sonsuz ehtiramın təzahürü kimi qiymətləndirib. Tədbir zamanı şagirdlər şəhidlərmizin rəşadəti haqqında şeirlər səsləndirib, vətənpərvərlik mahnıları ifa ediblər. Şagirdlər tərəfindən təqdim edilən bədii kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük marağa səbəb olub və alqışlarla qarşılanıb.  Seymur ƏLİYEV  

Hamısını oxu
Aqroservis ASC və Dövlət Toxum Fondu 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib

Veteran.gov.az xəbər verir ki, Aqroservis ASC və Dövlət Toxum Fondu 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri təşkil edib. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş videoçarx və fotolar nümayiş etdirilib.  

Hamısını oxu
Azərbaycan Ordusu Laçına daxil oldu

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub. Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, işğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb.Təsvirlərdə qaranlıq şəraitdə bir qrup hərbçinin Prezident İlham Əliyevə Laçın şəhərində dövlət bayrağının asılması haqqında məruzə etdiyi göstərilir.

Hamısını oxu
İş adamı 710 şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı çatdırıb

Veteran.gov.az xəbər verir ki, hər il olduğu kimi bu ildə Naxçıvan torpağının yetirməsi, vətənpərvər iş adamı, hər zaman şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə diqqət və qayğı göstərən tanınmış iş adamı Səfər Əlirzayev tərəfindən Ramazan və Novruz bayramı ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan 710 şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb. Həssas kateqoriyadan olan ailələr onlara göstərilən diqqət və qayğıya görə iş adamına təşəkkür edib, minnətdarlıqarını bildiriblər. (https://www.tiktok.com/@qazi_tarverdiyev085/video/7615930436245556500?_r=1&_t=ZS-94baxqVUWM1 )   

Hamısını oxu