Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qubadlı rayon Fərrux Mehdiyev adına Qaralar Kənd tam orta məktəbində şəhid Fuad Məhərrəmlinin anım günü qeyd olunub

Bu gün Qubadlı rayon Fərrux Mehdiyev adına Qaralar Kənd tam orta məktəbində 44 günlük Vətən müharibəsi şəhidi Fuad Məhərrəmlinin anım günü qeyd olunub.Tədbirdə məktəbin pedaqoji kollektivi və şagird heyəti, şəhid ailələri və veteranlar, şəhər ziyalıları iştirak edib.

Tədbirdən əvvəl Fuad Məhərrəmli və Fərrux Mehdiyevin xatirəsinə inşa edilən bulaq-komleksin ətrafında anım günü ilə əlaqədar yaşıllaşdırma işləri aparılıb, yeni ağaclar əkilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ümummilli Lider Heydər Əliyev və respublkamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra kompleks önünə gül dəstələri qoyan müəllim və şagirdlər şəhidlərin ruhuna dualar oxuyub, onlara ehtiramlarını ifadə ediblər.

Anım günündə çıxış edən məktəbin direktoru Esmira Bayramova Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqlara diqqət çəkib. Bütün şəhidlərimiz kimi Fuad Məhərrəmlinin keçdiyi döyüş yolunun, göstərdiyi qəhrəmanlıqların da gənclərə, habelə, gələcək nəsillərə örnək olduğunu bildirən Esmira Bayramova, şəhidlərin fədakarlığının heç vaxt unudulmayacağını, hər zaman dərin sevgi və ehtiram hissi ilə yad ediləcəyini bildirib.

Esmira Bayramova rəhbəri olduğu məktəbə daim böyük diqqət və qayğı göstərən, şagirdlərin vətənpərvərlik ruhunda  tərbiyəsinə dəstək verən, tədrisin yüksək səviyyədə təşkilinə köməklik göstərən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlova da öz minnətdarlığını bildirib. Qubadlı Rayon İcra Hakimiyyəti başçısının mütəmadi şəkildə rayon sakinləri, eləcə də məktəb kollektivi ilə görüşlər keçirdiyini, onların qayğıları, arzu və istəkləri ilə şəxsən maraqlandığını bildirən məktəb direktoru, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlovun da təhsil müəssisəsinin fəaliyyətinə yaxından dəstək verdiyini bildirib. Esmira Bayramova qeyd edib ki, əlaqədar qurum və şəxslərin, eləcə də xeyirxah iş adamlarının bu məsələdə sərgilədiyi həssasiyyət, şagirdlərin təhsil və tərbiyəsində nümayiş etdirdiyi həmrəylik onlara daha böyük uğurlar əldə etməyə, daha ciddi fundamental nəticələr əldə etməyə imkan verir.

Tədbirdə çıxış edən tanınmış pedaqoq Xürrəm Quliyev şəhid Fuad Məhərrəmli və Fərrux Mehdiyevin qəhrəmanlığından söz açıb. Pedaqoq qeyd edib ki, gənc nəsil şəhidlərimizin döyüş yolu haqqında dolğun məlumata malik olmalı, milli-mənəvi dəyərlərə bağlı şəkildə, vətənpərvərlik ruhunda tərbiyə almalıdır.

Xürrəm Quliyev Qubadlı rayon Fərrux Mehdiyev adına Qaralar Kənd tam orta məktəbinə daim böyük qayğı göstərən, eləcə də şəhidlərin adını daşıyan bulaq-kompleksin inşasını həyata keçirən iş adamı Cəlil Nağıyevə də öz təşəkkürünü bildirib. Pedaqoq bildirb ki, kompleksi əhatə edən yaşıllıq da məhz iş adamının dəstəyi ilə  salınıb və həm estetik, həm də ekoloji baxımdan mühüm əhəmiyyətə malikdir.

Şəhid Fuad Məhərrəmlinin atası Fizuli Məhərrəmli isə çıxışında dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib və buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Şəhid atası övladının adını daşıyan bulaq-kompleksin inşasına görə iş adamı Cəlil Nağıyevə minnətdarlığını bildirib və bunu bütün şəhidlərə olan sonsuz ehtiramın təzahürü kimi qiymətləndirib.

Tədbir zamanı şagirdlər şəhidlərmizin rəşadəti haqqında şeirlər səsləndirib, vətənpərvərlik mahnıları ifa ediblər. Şagirdlər tərəfindən təqdim edilən bədii kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük marağa səbəb olub və alqışlarla qarşılanıb. 

Seymur ƏLİYEV

 

2026-10-01 14:24:00
28 baxış

Digər xəbərlər

Qırğızıstan Respublikasının Veteranlar Təşkilatının üzvləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olublar

Veteran.gov.az xəbər verir ki, 6 may 2026-cı il tarixində Qırğızıstan Respublikasının Veteranlar Təşkilatının üzvləri – Adılbayeva Venera, Altımışova Nurula, Kasımbekova Kamiya Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüblər. Polkovnik Cəlil Xəlilov görüş əsnasında qonaqlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib. Görüşdə  ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Daha sonra qarşılıqlı xatirə hədiyyələri təqdm olunub. Məlumat üçün qeyd edək ki, Qırğızıstan Veteranlar Təşkilatının üzvləri 2018-ci ildə 7 min metr hündürlükdəki Lenin Pikinə qalxaraq üzərində Ümummilli Lider Heydər Əliyevin rəsmi əks olunan vimpel nümayiş etdiriblər. Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ermənistanın mina terroru ilə bağlı bəyanat yayıb

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ermənistanın mina terroru ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin B Ə Y A N A T I 30 ildən çoxdur ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru davam edir. Böyük təəssüf hissi ilə qeyd edirik ki, 44 günlük Vətən müharibəsinin başa çatmasına, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına baxmayaraq, yüzlərlə ailəyə bədbəxtlik gətirən, onlarla insanın həyatına son qoyan mina problemi hələ də öz həllini tapmayıb.  Bu isə Azərbaycan vətəndaşlarının həyat və sağlamlığı üçün ciddi təhdid olmaqla yanaşı, işğaldan azad edilən torpaqlarda abadlıq, quruculuq və məskunlaşma prosesinə ciddi şəkildə mane olmaqda, Azərbaycan və Ermənistan arasında yeni formalaşmaqda olan etimad mühitinə xələl gətirməkdədir. Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi mövcud vəziyyəti daha da mürəkkəbləşdirməkdə, problemin həllini qeyri-müəyyən vaxta qədər uzatmaqdadır. Bütün bunları nəzərə alaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq beynəlxalq təşkilatları, dünya ictimaiyyətini mina probleminin həllində yaxından iştirak etməyə, bu problemin həlli üçün daha effektiv və qəti addımlar atmağa səsləyirik. Minalarla mübarizə məqsədilə ölkəmizə gərəkli maliyyə dəstəyinin verilməsi, müasir texniki vasitələrin ayrılması, minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi üçün Ermənistana daha ciddi təzyiqin göstərilməsi mina probleminin həllinə xidmət edən təsirli vasitələr ola bilər. Xatırladırıq ki, beynəlxalq qanun və konvensiyalarla yasaqlanan mina terroru bütün insanlığa qarşı ağır cinayət hesab olunur və bu terrora son qoyulması irqindən, dilindən, dinindən, millətindən asılı olmayaraq, hər kəsin mənəvi borcu, insanlıq vəzifəsidir. Ümid edirik ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri, beynəlxalq ictimaiyyət Azərbaycanın üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində bütün gərəkli addımları atacaq, məlum problemin həllinə dəstək göstərməklə Cənubi Qafqazda etibarlı sülh və təhlükəsizliyin təmininə töhfə verəcəkdirlər”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Polkovnik Cəlil Xəlilov

Hamısını oxu
“Avropa İttifaqının Azərbaycanla bağlı bəyanatı ədalət adına utancdır”

“Avropa İttifaqının Azərbaycanla bağlı bəyanatı ədalət adına utancdır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Birliyinin sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bəyanat tamamilə yalan və böhtan üzərində qurulub ki, bu da ölkəmizə qarşı qərəzli münasibətin göstəricisidir: “Avropa İttifaqının 18 oktyabr tarixində ölkəmizlə bağlı qəbul etdiyi bəyanat, bu bəyanatda yer alan iddialar tamamilə absurddur və bunun Azərbaycan reallqları ilə heç  bir əlaqəsi yoxdur. Məlum bəyanat sadəcə Avropa İtifaqının Azərbaycana qarşı nə qədər qərəzli, riyakar və ədalətsiz mövqe tutduğunu, Qərbdə bir çox ölkənin bu gün də  erməni yalanlarına ciddi dəstək verdiyini göstərir. 30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərinə kor olan, Qarabağda qətlə yetirilən minlərlə günahsız insanın faciəsini görməyənlərin, indi Qarabağı könülü tərk edən ermənilərə görə bu cür narahatlıq keçirməsi heç cür anlaşılan deyil. Görünür, Avropa İttifaqı, habelə, demokratiyadan, ali insani dəyərlərdən, ədalətdən bəhs edən Qərb dövlətləri bütün bu dəyərlərə öz maraq və mənafelərindən yanaşır. Onlar hesab edir ki, ədalət də, demokratiya da, insani dəyərlər də ancaq bəzi dövlətlərə münasibətdə tətbiq olunmalıdır. Halbuki, Azərbaycan ermənilərə qarşı nə müharibə, nə də post-müharibə dönəmində heç bir anti-insani mövqe sərgiləməyib. Düşünürəm ki, Avropa İttifaqı bu bəyanata yenidən baxmalı, Azərbaycana münasibətdə necə gülünc, rüsvayçı, ikrahedici mövqe sərgilədiyini görməlidir. Sözügedən qurum anlamalıdır ki, bu cür bəyanatlar sadəcə onun öz nüfuzuna kölgə salır, Avropa İttifaqının ədalətinə olan ümidlərin üstündən xətt çəkir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Sabirabadda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, rayon Veteranlar Təşkilatının sədri Faiq Hüseynov Sabirabad rayonunda İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Sabirabad rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Ceyran Xəlilova ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu