Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Natiq Qasımovla bağlı film hərb tariximizin və qəhrəmanlarımızın təbliği baxımından mühüm hadisədir”

Məlum olduğu kimi, iyunun 4-də Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı keçirilib.

Mövzu ilə əlaqədar Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bu cür filmlərin hərb tariximizin təbliği baxımından son dərəcə önəmli olduğunu vurğulayıb:

“Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr edilmiş filmin hazırlanması istər qəhrəmanlarımızın gənc nəslə tanıdılması, istərsə də hərb tariximizin təbliği baxımında xüsusi əhəmiyyət daşıyan bir hadisədir. Dünya təcrübəsi sübut edir ki, tarixin təblğində heç bir bədii-elmi əsər, yaxud digər vasitələr film qədər effektiv olmur. Bu baxımdan Birinci Qarabağ müharibəsində erməni faşizminə qarşı qəhrəmanlıqla mübarizə aparan, öz cəsarəti, əzmkarlığı ilə düşməni dəhşətə gətirən, əbədiyyətə dünyanı heyrətləndirən mərdliklə qucaq açan Natiq Qasımovla bağlı belə bir filmin ərsəyə gətirilməsi hər mənada təqdirəlayiqdir. Bu film Natiq Qasımovun həyat və döyüş yolunun daha dərindən öyrənilməsi və təbliğinə dəstək verəcək, gənclərdə Birinci Qarabağ müharibəsində hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlar haqqında daha dolğun təəssürat formalaşdıracaq.

Mən süni intellekt tenologiyaları vasitəsilə “Düşmənə qarşı tək”filmini ərsəyə gətirdiyinə görə

"SOY" Production şirkətinin və layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyevaya, filmin ssenari müəllifi, süni intellekt üzrə mütəxəssis Sarvan Hüseynə, filmin hazırlanmasında əməyi olan hər bir şəxsə, o cümlədən, filmin ərsəyə gəlməsinə dəstək verən Bakı Media Mərkəzinin rəhbəri hörmətli Arzu xanım Əliyevaya bütün veteranlar adından öz minnətdarlığımı bildirirəm.

İnanıram ki, yaxın gələcəkdə digər qəhrəmanlarımızla bağlı da bu cür filmlərin hazırlanmasına şahid olacaq, bu filmlərdən hərb tariximizin öyrənilməsində, qəhrəmanlarımızın təbliğində geniş şəkildə istifadə edəcəyik”.

Seymur ƏLİYEV

2026-06-05 15:15:00
1477 baxış

Digər xəbərlər

“Ağdam, Kəlbəcər və Laçının itki vermədən azad olunması Azərbaycanın diplomatik uğurudur”

“Bu gün Azərbaycan xalqı böyük qürur və fərəh hissi ilə Laçın rayonunun erməni işğalından azad olunmasının birinci ildönümünü qeyd edir. Hamıya məlum olduğu kimi Laçın rayonu Ermənistanın kapitulyasiya aktını imzalaması nəticəsində  Azərbaycana təhvil verilmişdir. Bundan əvvəl isə  noyabrın 9-da Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bununla da, Azərbaycan xalqı hərbi-siyasi yolla beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa edib”.   Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.   Deputat açıqlamasında bildirib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Burada diqqət çəkən əsas məqam bu üç böyük rayonun bir güllə atılmadan, bir şəhid vermədən azad edilməsidir. Azərbaycan Ordusunun hər üç rayonun azad edilməsi ilə bağlı hərbi planları mövcud olub, lakin bu bölgələrin çətin reylefi uğurun daha böyük itkilər hesabına olacağını deməyə əsas verir. Bu haqda cənab Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə əlaqədar xalqa müracətində belə demişdir :    “Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var... Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı”. Ağdam, Kəlbəcər və Laçının itki vermədən azad olunması Azərbaycanın hərbi sahədə olduğu kimi diplomatik sahədə də qazandığı böyük uğurun nəticəsidir.   T.Cəfərova qeyd edib ki, Laçın rayonun işğaldan azad olunması olduqca mühüm strateji əhəmiyyət kəsb edir. Bu rayon Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz rolunu oynayır. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Bu nöqteyi-nəzərdən qeyd etməliyik ki, 28 il sonra Laçın rayonunun düşmən işğalından azad olunması mühüm tarixi hadisə idi.   Regionun strateji əhəmiyyətini artıran hava limanlarına diqqət çəkən millət vəkili bildirib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Və işğaldan azad olunmuş digər rayonlarımızda olduğu kimi Laçına da tezliklə həyat qayıdacaq. Tezliklə, Laçın rayonu da Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək.   Bir daha Laçın rayonunun işğaldan azad olunması münasibətilə bütün laçınlılar olmaqla, Azərbaycan xalqını təbrik edirəm”.

Hamısını oxu
Nizami rayonu 4 nömrəli Bakı Peşə Liseyində Xocalı soyqırımının 30 illiyi qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin nümayəndələri - şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev Bakı şəhəri Nizami  rayonunda yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi  Dövlət Peşə Təhsil Agentliyi Texnika və Texnalogiyalar üzrə Bakı Dövlət Peşə  Təhsil Mərkəzi 4 nömrəli Bakı Peşə Liseyində tədbirdə iştirak  ediblər. Xocalı soyqırımının 30 illiyinə həsr edilmiş tədbirdə 4 nömrəli  Bakı Peşə Liseyinin direkroru Mahir  Namazov, müavini Vüsal Babakişiyev, müəlimlər Şahsevərova Ziyafət, Leyla Məmmədova və digər müəlimlər, tələbələr iştirak edib. Tədbir Dövlət Hminin səslənməsi ilə başlayıb. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarının bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra səhnəyə tələbələr dəvət olunub. Oların ifasında şəhidləri, vətəni tərənnüm edən mahnılar, şerlər dinlənilib. Xocalı faciəsini əks etdirən səhnəciklərə baxılıb. Tələbələrin çıxışından sonra məktəbin direktoru Mahir Namazov çıxış edib, Xocalı soyqırımının bütün əsrlərin ən qorxunc qətliamı olduğunu bildirib. Tədbirdə  çıxış edən  polkovnik Adil Haqverdiyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova  və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev qeyd edib ki, Xocalı soyqırımını törədən qatillər gec-tez beynəlxalq hüquq qarşısında cavab verəcək, öz layiqli cəzalarını alacaqlar. Polkovnik insnaları Ali Baş Komandanın rəhbərliyi altında sıx birləşməyə, milli maraqları qətiyyətlə müdafiə etməyə səsləyib. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
AzTU-da "B2G Forum" keçirilib

Veteran.gov.az xəbər verir ki, aprelin 12-də Azərbaycan Texniki Universitetində (AzTU) "Caspian Energy Club"un təşkilatçılığı ilə "B2G Forum" keçirilib. Forumda universitet nümayəndələri və sahibkarlar iştirak edib. Forumun moderatoru “Caspian Energy Club”un idarə heyətinin sədri və baş icraçı direktoru Telman Əliyev klubun fəaliyyəti haqqında qonaqlara məlumat verib. Qeyd edib ki, "B2G Forum"un fəxri qonağı AzTU-nun rektoru Vilayət Vəliyevdir. Məqsəd universitetlə sahibkarların işbirliyini inkişaf etdirmək, əmək bazarının tələblərinə cavab verən kadr hazırlanması istiqamətində təkliflər verməkdir. Daha sonra AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə görülən işlər və həyata keçirilən yeniliklər haqqında təqdimatla çıxış edib. Bildirib ki, belə görüşlərin keçirilməsi universitet-sənaye işbirliyi əsasında ideyaların biznesə çıxışı üçün əhəmiyyətlidir. Rektor AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası barədə də məlumat verib. İnkişafla yanaşı çatışmazlıqları da diqqətə çatdıran rektor innovasiyaların tətbiqində mövcud olan problemləri qeyd edib.   Forum çərçivəsində AzTU-nun rektoruna “Caspian Energy Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. Rektor daha sonra sahibkarların suallarını cavablandırıb. Sahibkarlar universitetdə tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsi üçün yeni tədqiqat mərkəzlərinin, laboratoriyaların və texnoparkların yaradılması istiqamətində AzTU ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər. Forumdan sonra qonaqlar universitetin laboratoriyaları və institutlarının fəaliyyəti ilə tanış olub.    

Hamısını oxu
Mehriban Əliyeva: Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı təbrik edirəm

Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində tarixi qələbə ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram! İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq! Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin! Əziz qardaşlar və bacılar! Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı bir daha təbrik edirəm. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

Hamısını oxu