Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“IV Şuşa Qlobal Media Forumu Azərbaycanın sülh təcrübəsinin təbliği baxımından mühüm platforma oldu”

“IV Şuşa Qlobal Media Forumu Azərbaycanın sülh təcrübəsinin təbliği baxımından mühüm platforma oldu”. 

Bunu Moderator.az-a açıqlamasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Ulu Öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev haqqında çoxsaylı kitabların müəllifi Zərifə Quliyeva bildirib.

Təşkilat sədri qeyd edib ki, iyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin Forumdakı çıxışı bu baxımdan xüsusi əhəmiyyətə malikdir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxış, Azərbaycan və beynəlxalq aləmdə baş verən hadisələrlə bağlı səsləndirdiyi fikirlər bütün dünyada böyük maraqla qarşılanmaqdadır. Müzəffər Ali Baş Komandan öz çıxışında 44 günlük Vətən müharibəsindən, bu müharibə zamanı Azərbaycan xalqının sərgilədiyi fədakarlıqdan, ölkəmizə qarşı olan təzyiq və təhdid siyasətindən ətraflı bəhs etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı bütün hədə-qorxulara, təzyiqlərə rəğmən öz yolundan dönmədi və regionda sülhü, təhlükəsizliyi qətiyyətlə təmin etdi.

Azərbaycan 44 günlük Vətən müharibəsində yalnız Ermənistaı məğlub etmədi. Ölkəmiz həm də Ermənistanın işğalçılıq siyasətinə dəstək verən, müharibəni dayandırmaq üçün Azərbaycaan təzyiq göstərən böyük dövlətləri də diplomatik arenada məğlub etdi. Xalqımız sübut etdi ki, o, həqiqətən də azad iradəyə malikdir və bu iradə qarşısında hər cür güc acizdir.

Vətən müharibəsindən sonra Azərbaycan regionda sülh və təhlükəsizliyin daha da möhkəmlənməsi üçün ciddi səylər göstərdi ki, bu səylər 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh mətninin paraflanması ilə nəticələndi.

Bu gün Cənubi Qafqazda de-fakto sülh mövcuddur. Biz buna görə hər şeydən öncə Müzəffər Ali Baş Komandanımıza, onun uzaqgörən və sülhpərvər siyasətinə borcluyuq.

Bu baxımdan hesab edirəm ki, IV Şuşa Qlobal Media Forumu Azərbaycanın sülh təcrübəsinin beynəlxalq miqyasda təbliği baxımdan mühn əhəmiyyətə malikdir. Bu platfor madünya dövlətlərinə ölkəmizin sülh təcrbəsini dərindən öyrənməyə, bu təcrübəni öz coğrafiyalarında tətbiq etməyə, problemləri zorakılıqla deyil, dialoq və qarşılıqlı etimad yolu ilə həll etməyə imkan yaradacaq, qlobal sülhə töhfə verəcək”.

Seymur ƏLİYEV

 

2026-07-14 21:35:00
859 baxış

Digər xəbərlər

İsmayıl Əli oğlu İbrahimov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış alimi və ictimai xadimi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, professor İsmayıl Əli oğlu İbrahimov 2016-cı il iyulun 16-da ömrünün 101-ci ilində vəfat etmişdir.  İsmayıl İbrahimov 1915-ci il dekabr ayının 31-də Azərbaycanın Ordubad şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1930–1935-ci illərdə Bakı şəhərində Sənaye Politexnik Texnikumunun mexanika fakültəsində oxumuş, 1935–1941-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində ali təhsil almışdır. 1941-ci ildə Azərbaycan Baş Energetika İdarəsində əmək fəaliyyətinə böyük mühəndis olaraq başlayan İsmayıl İbrahimov elə həmin il ordu sıralarına çağırılaraq 1942-ci ilədək Budyonnı adına Hərbi-Elektrotexniki Rabitə Akademiyasında təhsil almışdır. O, döyüşən ordu sıralarına göndərilmiş və cəbhədə bacarıqlı hərbi mütəxəssis kimi fərqlənərək batalyon komandirliyinə qədər yüksəlmişdir. İsmayıl İbrahimov İkinci Dünya müharibəsindən qayıtdıqdan sonra 1946–1988-ci illərdə Azərbaycan Sənaye İnstitutunda baş laborant, assistent, baş müəllim, dosent, professor və kafedra müdiri işləmişdir. O, 1960–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun rektoru vəzifəsini tutmuşdur. 1970-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən İsmayıl İbrahimov 1978-ci ildə yenidən Azərbaycan Neft və Kimya İnstitutunun rektoru təyin olunmuş və 1988-ci ilədək həmin vəzifədə çalışmışdır. O, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. İsmayıl İbrahimov 1952-ci ildə texniki elmlər üzrə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1968-ci ildə isə professor adını almışdır. O, elə həmin ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. Akademik İsmayıl İbrahimov uzun illər ərzində səmərəli elmi fəaliyyəti sayəsində Azərbaycanda kibernetika, idarəetmə sistemləri, avtomatlaşdırma və informasiya texnologiyalarının inkişafında mühüm xidmətlər göstərmişdir. Alim özünün çoxillik elmi yaradıcılığı ilə ölkədə neftayırma, neft-kimya emal qurğu və proseslərinin kompleks avtomatlaşdırılması üzrə sxemlərin işlənib hazırlanaraq sənayedə tətbiqi işinə töhfələr vermişdir. Bu tədqiqatlar istehsalatın səmərəliliyinin yüksəldilməsi üçün lazımi zəmin yaratmışdır. İsmayıl İbrahimov 140-dan artıq elmi əsərin, o cümlədən 20-dək monoqrafiyanın, elmi-metodiki vəsait və dərsliklərin müəllifi idi. Alimin rəhbərliyi altında 40-dan çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. O, bir sıra mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə ölkə elmini layiqincə təmsil etmişdir. İsmayıl İbrahimov elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar şəkildə əlaqələndirmişdir. Alim respublikada və onun hüdudlarından kənarda tanınan mötəbər bir ali təhsil ocağına rəhbərlik etdiyi illər ərzində neftçi kadrların yetişdirilməsi və Azərbaycanın “neft akademiyası” kimi şöhrətinin artırılmasında böyük xidmətlər göstərmişdir. İsmayıl İbrahimovun ictimai fəaliyyəti də zəngin və təqdirə layiqdir. O, bir neçə çağırış Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmiş, uzun müddət Azərbaycan Uşaq Fondunun İdarə Heyətinin sədri olmuşdur. Alimin fədakar əməyi yüksək qiymətləndirilmişdir. O, müxtəlif orden və medallar almış, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şərəf” ordeninə layiq görülmüşdür. Tanınmış ictimai xadim, alim və pedaqoq İsmayıl Əli oğlu İbrahimovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!   İlham Əliyev Artur Rasizadə Oqtay Əsədov Ramiz Mehdiyev Elçin Əfəndiyev Hacıbala Abutalıbov Fatma Abdullazadə Akif Əlizadə Mikayıl Cabbarov Arif Mehdiyev Arif Paşayev İsa Həbibbəyli Tofiq Nağıyev İbrahim Quliyev Rasim Əliquliyev Telman Əliyev Maqsud Əliyev Çingiz Qacar Mustafa Babanlı

Hamısını oxu
“Lokal anti-terror tədbirləri “Dəmir yumruğ”un növbəti təzahürü idi”

Səmyar Abdullayev: “Cəmi 24 saat ərzində separatçıların tərk-silah edilməsi Azərbaycanın hərbi qüdrətindən xəbər verir” “Anti-terror tədbirləri bölgədə yeni reallıqlar, müsbət tendensiyalar formalaşdırıb” “19 sentyabr olayı göstərdi ki, Azərbaycanla ultimatum dilində danışmaq intihara bərabərdir” Ordumuzun 19 sentyabr tarixində Qarabağda başlatdığı lokal anti-terror tədbirləri cəmi 24 saatdan da az müddətdə uğurla başa çatıb, separatçıların ağ bayraq qaldırması ilə yekunlaşıb. Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə anti-terror tədbirləri və bu tədbirlərin nəticələrini şərh etməyə çalışdıq: -Səmyar bəy, öncə lokal anti-terror tədbirləri və bunun nəticələri ilə bağlı fikirlərinizi bilmək istərdik. 24 saatdan da az çəkən bu tədbirlərin hərbi-siyasi və tarixi əhəmiyyətini necə dəyərləndirirsiniz? -Mən ilk növbədə anti-terror tədbirlərində həlak olan şəhdilərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Bildiyiniz kimi, anti-terror tədbirlərinin reallaşması zərurətdən irəli gəlirdi. Ermənilərin mütəmadi şəkildə həyata keçirdiyi terror və təxribat siyasəti, Xankəndidə keçirilən qurama seçkilər və s. belə bir anti-terror tədbirlərini vacib edirdi. Ali Baş Komandanın rəhbərliyi altında gerçəkləşən anti-terror tədbirləri 24 saatdan da az müddətdə qəti qələbə ilə yekunlaşdı ki, bu da ordumuzun qüdrətindən, onun yüksək peşəkarlığından xəbər verir. 24 saat ərzində separatçıları ağ bayraq qaldırmağa məcbur edən Azərbaycan Ordusu, bununla sübut etdi ki, “Dəmir yumruq” yerindədir və kimsə dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə təhlükə yarada bilməz. Anti-terror tədbirlərinin hərbi-siyasi əhəmiyyətinə gəlincə, bu, Azərbaycan hərb tarixində xüsusi önəm kəsb edən bir hadisədir. Bu tədbirlər nəticəsində Azərbaycan Qarabağın hər yerində faktiki nəzarəti təmin etdi, separatizmə son qoydu. Azərbaycan post-müharibə dönəmindən sonra regionda öz mövcudluğunu qoruyub saxlayan separatizmi güc yolu ilə tərk-silah etdi ki, bu da yeni reallıqlar formalaşdırdı. Anti-terror tədbirlərinin tarixi önəminə gəlincə, bu tədbirlər eyniylə 44 günlük Vətən müharibəsi kimi hər zaman şərəflə, qürurla xatırlanacaq, təktrar-təkrar öyrəniləcək, təbliğ ediləcək. -Səmyar bəy, bu gün ölkə başçısı xalqa müraciət ünvanladı və bir sıra mühüm mesajlar verdi. Həmçinin qeyd etdi ki, sadə ermənilər yeni reallıqlardan yararlanmalı, Azərbaycana reinteqrasiya şansından istifadə etməlidir. -Prezident İlham Əliyevin xalqa müraciəti də ordumuzun anti-terrior tədbiri kimi tarixi bir hadisədir. Ölkə başçısı çıxışında Ermənistanın terrorçu siyasətini ifşa etdi, anti-terror tədbirlərinin hansı zərurətdən irəli gəldiyinə toxundu. Həmçinin, Ali Baş Komandan bildirdi ki, Qarabağdakı sadə ermənilər anti-terror tədbirlərindən sonra yaranan yeni reallıqdan istifadə etməli, Azərbaycana reinteqrasiya şansından yararlanmalıdır. Bu, sadə ermənilərin də maraqlarına cavab verən bir addımdır. Bildiyiniz kimi, Qarabağdakı ermənilər uzun illərdir ki, separatçı rejimin diktəsi altında – ağır şərtlə içində yaşayıblar. Bu gün ordumuzun separatçı rejimi tərk-silah etməsi ilə sadə ermənilər də faktiki azadlıq əldə edib. Onlar bu azadlığa görə Azərbaycana minnətdar olmalı, ölkəmizə reinteqrasiya istiqamətində əməli addımlar atmalıdırlar. -Dövlət başısı çıxşında bildirdi ki, heç kim Azərbaycanla ultimatum dilində danışa bilməz. Sizcə anti-terror tədbirləri və bunun mövcud nəticəsi Ali Baş Komandanın məlum açıqlamasının təsdiqi sayıla bilərmi? -Şübhəsiz. Anti-terror tədbirləri göstərdi ki, Azərbaycan regionun ən güclü dövlətidir və onunla ultimatum dilində danışmaq intihara bərabərdir. Prezident də çıxışında bu həqiqəti yada saldı və qeyd etdi ki, “heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz!”. Ali Baş Komandan xalqa müraciətində “Dəmir yumruğ”u da anti-Azərbaycan qüvvələrinin yadına saldı. Bir daha vurğuladı ki, “Dəmir yumruq” yerindədir və ölkəmizə xor baxanlar bu həqiqəti əsla unutmamalıdır. Bir faktı da qeyd edək ki, anti-terror tədbirləri zamanı Ali Baş Komandan həm də şəxsi cəsarət nümunəsi sərgilədi. Dövlətimizin başçısı ABŞ Dövlət katibi Antoni Blinkenlə söhbətində Azərbaycanın şərtlərini qətiyyətli şəkildə qarşı tərəfin diqqətinə çatdırdı və bildirdi ki, yalnız bu şərtlər daxilində Azərbaycan anti-terror tədbirlərini dayandıra bilər. Hər şey məhz dövlət başçsının dediyi kimi də oldu. Separatçılar ordumuzun həmləsi qarşısında 24 saat belə davam gətirə bilməyərək təslim oldular.  Bununla da Azərbaycan separatçılar üzərində növbəti və qəti qələbə əldə etdi. Biz 50 mindən çox üzvü olan Azərbaycan Gözdəm Əlillər Cəmiyyəti olaraq bu böyük zəfər münasibətilə xalqımızı, ordumuzu, Ali Baş Komandanımızı təbrik edirik. Bildiririk ki, hər zaman hər bir situasiyada ordumuzun, Prezidentimizin yanındayıq və bugünə qədər olduğu kimi bundan sonra da dövlətimizin inkişafı, rifahı və tərəqqisi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Seymur ƏLİYEV  

Hamısını oxu
“Gözümün Nuru Vətən” III sənədli filmin təqdimat mərasimi keçirilib

Veteran.gov.az xəbər verir ki, 17 iyul 2026-cı ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi qazisi, I dərəcəli əlilliyi olan, Azərbaycan Silahlı Qüvvələrinin giziri, Cəmiyyətin fəxri üzvü Vidadi Əkbər oğlu Məmmədovun şərəfli həyat və döyüş yoluna həsr olunmuş “Gözümün Nuru Vətən” sənədli filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimini “Gözümün Nuru Vətən” silsilə filmlərinin idea müəllifi Simuzər Ağakişiyeva açıq elan edərək sözü AzGƏC-in sədri Səmyar Abdulayevə verib. Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıqlara imza atdığını bildirən Səmyar Abdullayev, Vidadi Məmədovun də bu qəhrəmanlardan biri olduğunu bildirib. Səmyar Abdullayev qeyd edib ki, cəmiyyət, xüsusilə də gənclər və gələcək nəsillər Vidadi Məmmədov kimi qəhrəmanları tanımalı, onların dövlətimizin ərazi bütövlüyü uğrunda necə böyük fədakarlıqlar sərgilədiyini bilməli, bu qəhrəmanlardan örnək götürməlidir. Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Asif Hacıyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Sadiqov Eminin anası Gülşad Rüstəmova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov, şəhid Hüseynov Raqibin anası Rəna Hüseynova, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Birinci Qarabağ muharibəsinin iştirakçısı,  Milli Qəhrəman  Yusif Mirzeyevin bacisi Nailə Mirzəyeva çıxış edərək Vidadi Məmmədovun timsalında vətən oğullarının 44 günlük müharibədə imza atdıqları qəhrəmanlıqlar diqqət çəkiblər. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərən Vidadi Məmmədov dövlətimizin ali mükafatları ilə -“Şücaətə görə”, Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, Fizulinin azad olunmasına  görə”, Şuşanın azad olunmasına görə” təltif olunmuş igidlərimizdəndir. Onun döyüş yolu, Vətənə sonsuz sədaqəti, milli-mənəvi dəyərlərə bağlılığı və müharibədən sonrakı ictimai fəaliyyəti cəmiyyətimiz, xüsusilə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır. “Gözümün Nuru Vətən” sənədli filmi qəhrəman qazimizin həyat salnaməsini, keçdiyi şərəfli döyüş yolunu və Vətən sevgisini geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır. Film eyni zamanda xalqımızın Zəfər tarixinin təbliğinə, şəhid və qazilərimizin qəhrəmanlıq irsinin yaşadılmasına, milli həmrəyliyin və vətənpərvərlik dəyərlərinin gələcək nəsillərə aşılanmasına xidmət edir. Təqdimat mərasiminin Naxçıvan Muxtar Respublikasında keçirilməsi xüsusi rəmzi məna daşıyır. Belə ki, qazimiz məhz Naxçıvan Muxtar Respublikasının Babək rayonun yetirməsidir.  Azərbaycanın qədim dövlətçilik ənənələrinin və zəngin milli-mənəvi irsinin qorunub saxlanıldığı Naxçıvan bu cür tədbirlərin keçirilməsi üçün mühüm mənəvi məkandır. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti bu layihə ilə cəmiyyətimizdə milli birlik, dövlətçilik ənənələri və vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsinə töhfə verməyi qarşıya məqsəd qoyur. Gələcəkdə də oxşar layihələrin həyata keçirilməsi planlaşdırılır.  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilovun Müzəffər Ali Baş Komandana ünvanladğı müraciət president.az saytında yayımlanıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun Müzəffər Ali Baş Komandana ünvanladığı müraciət Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi olan president.az saytında yayımlanıb. Veteran.gov.az həmin məlumatın linkini oxuculara təqdim edir. https://president.az/az/articles/view/72888 Seymur ƏLİYEV  

Hamısını oxu