Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyevin “Metsamor”la bağlı açıqlaması bütün region üçün həyəcan təbilidir

Bu, coğrafiyamızı təhdid edən təhlükənin nə qədər böyük və ciddi olduğunu göstərir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibəsində bir sıra məqamlara toxunan dövlət başçısı, Azərbaycanın əsas ərazisindən Ermənistan vasitəsilə Naxçıvana elektrik xəttinin çəkilməsi layihəsinin hazır olduğunu bildirib. Həmçinin qeyd edib ki, bu enerji dəhlizi Naxçılvandan Türkiyə və Avropaya qədər uzanacaq ki, bu da Ermənistan üçün də faydalıdır.

Hazırda Ermənistanda elektrik enerjisi çatışmazlığının mövcudluğuna toxunan dövlət başçısı, yaxın gələcəkdə bu çatışmazlığının əsl böhranla əvəzlənə biləcəyini qeyd edib. Prezident İlham Əliyev qeyd edib ki, bu gün Ermənistanda elektrik enerjisi əsasən “Metsamor” AES hesabına ödənilir. Hansı ki, çoxdan köhnələn və bütün region üçün təhlükə mənbəyinə çevrilən bu stansiyanın qarşıdakı dönəmdə öz fəaliyyətini tamamilə dayandırması qaçılmazdır:

“Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi - harada elektrik dirəkləri quraşdırılmalıdır. Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər”. (https://president.az/az/articles/view/73259 ).

Şübhəsiz, Prezident İlham Əliyevin “Metsamor”la bağlı açıqlaması bütün region üçün həyəcan təbilisayıla bilər.  Bu, “Metsamor” AES-in timsalında coğrafiyamızı təhdid edən təhlükənin nə qədər böyük və ciddi olduğunu göstərir. Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi bu müsahibə bir daha sübut edir ki, region dövlətləri, eləcə də beynəlxalq təşkilatlar “Metsamor”un fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan və Türkiyənin səylərini dəstəkləməli, bu istiqamətdə rəsmi İrəvana daha ciddi təzyiq göstərməlidirlər. Əks təqdirdə, “Metsamor”da yaşanacaq nüvə qəzası bəşəriyyət üçün böyük fəlakətlərə səbəb olacaq ki, bu da yalnız indiki deyil, həm də gələcək nəsillərin həyatında ölümcül izlər qoyacaq.

Seymur ƏLİYEV

2026-08-15 20:26:00
61 baxış

Digər xəbərlər

Millət vəkili şəhid ailələri ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, millət vəkili Tahir Mirkişili dünən Sumqayıtda bir qrup şəhid ailəsi ilə görüşüb. Millət vəkili sosial şəbəkədəki hesabında bu barədə aşağıdakıları yazıb:   “Vətən müharibəsinin ildönümü ərəfəsində bu gün Sumqayıtda bir qrup şəhid ailəsini ziyarət etdik. Şəhidlərimizin döyüş yolunu əks etdirən kadr və şəkilləri gördükcə düşmən üzərindəki möhtəşəm zəfərimizin hansı iradə və əzmkarlıq hesabına başa gəldiyini bir daha anlayırsan… Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun bu möhtəşəm qələbəsi tariximizin ən şərəfli səhifədir. Hər bir şəhid ailəsi onlara göstərilən qayğıya görə Prezident cənab İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı xüsusi minnətdarlıq hissi ilə qeyd edirlər.   Şəhid ailə üzvləri ilə söhbət edib, onları narahat edən məsələləri dinlədik. İndidən sonra da şəhid ailə üzvlərinə, onların ideyalarına dəstək olmağı davam etdirəcəyik”.   Seymur ƏLİYEV    

Hamısını oxu
Vens: "Sülh istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə böyük təşəkkür düşür"

Biz çalışırıq ki, iki ölkə hansı bir toqquşma yenidən başlamasın, xalqlar arasında təmaslar qurulsun və biz bu yolla irəliləmək istəyirik. Veteran.gov.az APA-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuata bəyanatda deyib. Sülh istiqamətində atılan addımlara toxunan Vitse-prezident əlavə edib: “Buna görə Prezident İlham Əliyevə böyük təşəkkür düşür”. Sülh sazişinin reallaşmasının gələcəkdə əmin-amanlıq yaradacağına və münaqişənin qarşısını alacağına əminliyini ifadə edən Ceyms Devid Vens bunu Prezident İlham Əliyevin rəhbərlik keyfiyyətlərinin təzahürü adlandırıb.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında araşdırmaçı jurnalist, türkoloq Aida Eyvazlı Göytürk ilə görüş keçirilib

21 sentyabr 2024-cü ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında  məktəblilər, ictimaiyyət nümayəndələri və ziyalılarla araşdırmaçı jurnalist, türkoloq, tərcüməçi, “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürklə görüş keçirilib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Vətən uğrunda canından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.   Yazıçı-publisist, Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev Aida Eyvazlının müstəqilliyimizin ilk illərindəki jurnalist fəaliyyətindən,  mübariz qələm adamı kimi, hər zaman yaradıcılığında haqqın-ədalətin yanında olmasından, peşəkar fəaliyyəti ilə və iti qələmi ilə hər zaman uğurlara imza atdığından, türk dünyasının  təsis etdiyi  önəmli mükafatlarına layiq görülməsindən danışdı. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsinin icra edən polkovnik Cəlil Xəlilov, Aida Eyvazlının yaradıcılığına, bu yaradıcılığın türk tarix və mədəniyyətinin tədqiqi baxımından roluna toxunub. Aida Eyvazlının yaradıcılığının əsasən milli-mənəvi dəyərlərimizin, qəhrəmanlıq tariximizin təbliğinə həsr olunduğunu bildirən Cəlil Xəlilov, onun tərcüməçi kimi də böyük uğurlara imza atdığını vurğuladı. Jurnalıistin qələmə aldığı “Qalibiyyət: şahidlər və şəhidlər” ikicildliyi, Abay Kunanbayevin, Platon Oyunskinin, Nursultan Nazarbayevin  Azərbaycan dilinə tərcümə etdiyi əsərlərin tarixi əhəmiyyətindən danışdı  “Şəhid ailəlrinə dəstək” İctimai Birliyinin sədri, 2016-cı il aprel döyüşlərinin şəhidi ƏbdülMəcid Axundovun anası  Ceyran Həsənova, filologiya elmləri doktoru Şərəf Cəlili, “Ulduz” jurnalının redaktoru, əməkdar jurnalist Qulu Ağsəs, 34 saylı məktəbin direktoru , ictimai xadim, şəhid polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, Bakı Slavyan Universitetinin doktorantı, qazaxıstanlı alim Altın Tukumbayeva  çıxış edərək Aida Eyvazlı Göytürkün yaradıcılığı , onun şəhidlərimizə həsr etdiyi kitabları, türk dünyasının şəxsiyyətləri və onun əsərləri barədə etdiyi tərcümələri, yaradıcılığı boyu türk irsi və tarixinə dair apardığı araşdırmalar, yazdığı məqalələr, eləcə də Azərbaycan Televiziyasında müəllifi olduğu “Qızıl alma” proqramının, türk dünyasının mədəni irsinə,  Vətənimizin tarixinin və həqiqətlərinin  dünyanın bir çox türkdilli ölkələrində yayılmasındakı əhəmiyyətindən, Azərbaycana qazandırdığı dostlardan söhbət açdılar. Aida Eyvazlı Göytürkə vətənpərvərlik tərbiyəsinin təbliğindəki xidmətlərinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edildi. Tədbirin sonunda çıxış edən Aida Eyvazlı görüşə gələn qonaqlara təşəkkür edib, yaradıcılıq planları, həyata keçirəcəyi layihələr haqqında məlumat verdi. Görüş hərbi-vətənpərvərlik mahnılarının ifası ilə başa çatıb.

Hamısını oxu
Prezident bu rayonlarla bağlı sərəncam verdi

Prezident İlham Əliyev avqustun 20-də "Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.   AZXEBER.COM xəbər verir ki, Sərəncama əsasən, zəlzələlər nəticəsində Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu və Şamaxı rayon icra hakimiyyətlərinin hər birinə 3 milyon manat ayrılıb. Qeyd edək ki, keçən il fevralın 5-də baş verən zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında onlarla fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, sosial və infrastruktur obyektlərinə ziyan dəyib. Təbii fəlakətdən dərhal sonra görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib, yeni yaşayış evləri tikilərək sakinlərin ixtiyarına verilib. Zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Hamısını oxu