Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu mükafat yol mədəniyyətimizlə yanaşı, xalqımızın və Prezidentimizin quruculuq əzminə verilən qiymətdir

Məlum olduğu kimi, Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, 1c texniki dərəcəli, 4–6 hərəkət zolaqlı yolun tərkibində 7 tunel, 9 viaduk, 11 körpü, 76 yeraltı və ehtiyat keçid yer alır. Yoldakı tunellərin ümumi uzunluğu 6,3 kilometrdən çox, ən uzun tunel isə 3,34 kilometrdir.

Şübhəsiz, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyası tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilməsi ölkəmizin yol infrastrukturuna, eləcə də yol mədəniyyətinə verilən yüksək qiymətdir. Bu olay ölkəmizdə yol infrastrukturunun sürətli inkişafından, beynəlxalq standartlara yüksək səviyyədə cavab verməsindən, qlobal miqyasda yeni yol mədəniyyətinin formalaşmasına ciddi töhfə qazandırmasından xəbər verir.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyası tərəfindən qalib seçilməsi, həm də xalqımızın və Prezidentimizin quruculuq əzminə verilən ümumbəşəri qiymətdir. Bu, Prezident İlham Əliyevin işğaldan azad edilən əraziləri dirçəldəcəyimiz, bu torpaqları cənnətə çevirəcəyimizlə bağlı gerçəkliyə çevrilən vədinin qlobal miqyasda təqdir edilməsi deməkdir. Məlum olay sübut edir ki, Azərbaycan erməni faşizminin vaxtiylə cəhənnəmə çevirdiyi torpaqlarda xarüqələr yaratmaqda, sülh və tərəqqi adına yaratdığı möcüzələrlə dünyanı heyrətləndirməkdə davam edir.  

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi fonunda baş verənlər onu deməyə əsas verir ki, Azərbaycanın abadlıq, qurucluq siyasəti beynəxalq miqyasda böyük əks-səda verməkdə, bütün dünyada heyrət və məmnunluqla müşahidə olunmaqdadır. Və bu tarixi nailiyyətin başında yeni eyni isim, eyni sima dayanır: Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev!

Seymur ƏLİYEV

 

2026-08-20 00:26:00
644 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin bəyanatı

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti 4 iyun 2021-ci il tarixində Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olması ilə bağlı bəyanat verib. Beynəlxalq təşkilatlara, dünya birliyinə ünvanlanan bəyanatda deyilir:   “30 ilə yaxındır ki, Ermənistan dövlətinin həyata keçridiyi işğal siyasətinə 44 günlük Vətən müharibəsi və bu müharibənin nəticəsi kimi meydana çıxan 10 noyabr 2020-ci il tarixli bəyanatla son qoyulsa da, erməni faşizminin mina terroru davam edir. Ermənistanın minalanmış ərazilərin xəritəsini hələ də Azərbaycana verməməsi mülki insanlar arasında tələfatların yaşanmasına, sadə vətəndaşların Ermənistanın hərbi cinayətlərinin qurbanına çevrilməsinə səbəb olur. Bu gün iki jurnalistimizin peşə fəaliyyətlərini həyata keçirən zaman mina partlayışı nəticəsində həlak olması, daha bir neçə mülki şəxsin yaralanması Ermənistanın terror fəaliyyətinə son qoymaq niyyətində olmadığını göstərir.   Təəssüf doğuran məqamlardan biri də Azərbaycan dövlətinin səylərinə rəğmən, bu günə qədər hər hansı beynəlxalq təşkilatın Ermənistanın mina terrorunun qarşısını almaq üçün əməli addım atmamasıdır. Nə qədər acınacaqlı da olsa qeyd etməliyik ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə işğalda qalmasına göz yuman beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri bu gün də Ermənistanın mina terroru qarşısında səssiz qalmaqda, susqunluq sərgiləməkdədir. Halbuki, Ermənistanın mina təxribatları cinayətkar dövlətə qarşı beynəlxalq sanksiyaların tətbiqini zəruri edir.   Hərbi cinayətlərini davam etdirən, mülki vətəndaşların qətlinə imza atan Ermənistanın cəzalandırılması sadəcə ədalətin deyil, həm də beynəlxalq hüququn tələbidir və bu tələbin icrası məhz əlaqədar beynəlxalq təşkilatlar tərəfindən təmin edilməlidir. Dünya birliyi anlamalıdır ki, Ermənistanın mina terrorunu davam etdirməsi bölgədə yeni bir gərginliyə yol açmaqla yanaşı, bütün regionda sülhün, sabitliyin bərqərar olması üçün ciddi maneədir.   Ona görə də, Respublika Veteranlar Təşkilatı olaraq bütün beynəlxalq təşkilatları, aparıcı dövlətləri Ermənistanın mina terrorunu dayandırmağa, bunun üçün beynəlxalq hüquq və konvensiyaların imkanlarından istifadə etməyə səsləyirik. Xatırlatmaq istəyirik ki, beynəlxalq təşkilatların susqunluğu fonunda davam edən mina terroruna görə məsuliyyət Ermənistanla yanaşı, həm də bu qətliama tamaşaçı mövqeyindən yanaşan, onu önləmək üçün heç bir addım atmayan beynəlxalq qurumların üzərinə düşür.   Ümid edirik ki, beynəlxalq təşkilatlar heç olmasa bundan sonra bu məsələdəki hüquqi və mənəvi məsuliyyət payını dərk edəcək, mina terrorunu davam etdirən, beynəlxalq hüquqa, təməl insan haqlarına meydan oxuyan Ermənistana təzyiq gödstərməklə, onun terror fəaliyyətinin qarşısını almaq üçün əməli addımlar atacaq”.

Hamısını oxu
İlham Əliyevin “France 24”-ə “yox” deməməsi, dövlət başçısının media və söz azadlığına münasibətini əsk etdirir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 fevral 2026-cı il tarixində Münxen şəhərində Fransanın aparıcı televiziyalarından olan “France 24” telekanalına müsahibə verib.  Müsahibəsində Azərbaycan-Fransa münasibətləri, eləcə də erməni separatçıları ilə bağlı suallara hər zamankı kimi səlis, məntiqli və təkzibedilməz faktlarla cavab verən İlham Əliyev, bu dəfə də media platformasında həyata keçirilən bütün hücumları “mat”la cavablandırdı. Müzəffər Ali Baş Komandan öz hazırcavablığı və heyrətamiz məntiqi ilə sübut etdi ki, hərb və diplomatiya müstəvisində olduğu kimi, media platformasında da “məğlubedilməzlik kəməri” ona məxsusdur və bu “kəməri” kimsəyə güzəştə getmək fikrində deyil. İlham Əliyev “France 24”-ün müsahibə istəyinə “yox” deməməklə özünün media və söz azadlığına olan münasibətini ortaya qoydu. Dövlət başçısı bununla sübut etdi ki, o, mediaya – hətta Azərbaycana qarşı böhtan kampaniyası aparan Fransa dövlətinin televiziyasına belə ehtiram göstərməyi, onun suallarını cavablandırmağı vacib hesab edir. Bundan başqa, dövlət başçısı “France 24” telekanalına müsahibə verməklə istənilən sualı cavablandırmağa hazır olduğunu, heç bir hadisə və prosesin onun üçün “çətin mövzu” olmadığını isbatladı. İlham Əliyev “France 24”-ün müxbirinin erməni separatçıları ilə bağlı ardıcıl və qərəzli suallarını nəinki cavabsız qoymadı, bu sualların hər birini ətraflı şəkildə cavablandırmaqla həm erməni separatizmini, həm də onu himayə edənlərin anti-insani simasını, taixi  ədalətsizliyini gözlər önünə sərdi. Bir sözlə, Prezident İlham Əliyev “France 24” telekanalına müsahibəsi ilə özünü “demokratiyanın əsas carçılarından” biri hesab edən Fransaya növbəti dəfə dərs verdi. Azərbaycanın dövlət başçısı isbatladı ki, əsl demokratiya sözdə deyil, əməldə təzahür edilməsi gərəkən bir dəyərdir və hələ ki, Fransa dildə səsləndirdiyi bu dəyəri felən reallaşdırmaqda acizdir. Seymur ƏLİYEV  

Hamısını oxu
“Nar” qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentləri mükafatlandırıb

Veteran.gov. az xəbər verir ki, “Nar” ənənəsinə sadiq qalaraq bu il də ali məktəblərə daxil olmaq üçün qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentləri mükafatlandırdı. Ən yüksək nəticə göstərmiş Əbil Şəfiyev (697,1 bal), Ayxan Kazımov (695,5 bal)  və Kamil Əfəndiyevə (692,5 bal) mobil operator tərəfindən müasir smartfonlar, “Nar” nömrələri və hədiyyə kartları təqdim edildi.     “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke ilin uğurlu gəncləri ilə görüşüb və onlara gələcək karyeralarında uğurlar arzulayıb: “Qəbul imtahanlarında on minlərlə gənc arasında ən yaxşı üçlüyə daxil olmağınız münasibətilə sizi təbrik edirəm! Bu böyük müvəffəqiyyət sizin zəhmətkeşliyinizin və savadınızın göstəricisidir. İnanıram ki, bilik və bacarıqlarınızı daha da təkmilləşdirərək öz ixtisasınızın peşəkarları olacaq və daha da böyük nailiyyətlər əldə edəcəksizin. Sizin kimi gənclərin cəmiyyətin inkişafı və ölkənin tərəqqisi üçün çox faydalı işlər görəcəyinə əminəm”.   Qeyd edək ki, təhsil, maariflənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq “Nar”ın KSM strategiyasının əsas istiqamətlərindən biridir.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları Ulu öndərin məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, bu gün Anım Günü ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında  Ulu öndərin məzarını ziyarət edib, abidə önünü əkil və gül dəstələri qoyublar. Veteranlar Ulu öndərin ruhuna dualar oxuyub, onun Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə yad ediblər. Veteranlar akademik Zərifə xanım Əliyevanın də məzarını ziyarət edib, görkəmli oftalmoloqun məzarı üstünə gül dəstələri qoyublar.    

Hamısını oxu