Həzi Aslanov haqqında film (Zvesda tv)
"Zvesda "tv-də efirə getmiş Sovet İttifaqı qəhrəmanı general-mayor Həzi Aslanov haqqında film. video
"Zvesda "tv-də efirə getmiş Sovet İttifaqı qəhrəmanı general-mayor Həzi Aslanov haqqında film. video
18 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Qubada şəhid kapitan Məlikov Aqil Niyaz oğlunun ailəsini ziyarət edib. Şəhid ailəsini bayram münasibətilə təbrik edən polkovnik Cəlil Xəlilov, məhz şəhidlərimizin qəhrəmanlığı sayəsində xalqımızın dinc, firavan günlərə qovuşduğunu, torpaqlarımızın erməni faşizmindən azad edildiyini bildirib. Gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən şəhidin həyat yoldaşı Günel Məlikova, şəhid ailəsi olaraq dövlətin diqqət və qayğısını mütəmadi şəkildə öz üzərlərində hiss etdiklərini vurğulayıb, buna görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Şəhid xanımı Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun, o cümlədən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Quba Rayon Şöbəsinin rəisi polkovnik Yasin Aşurovun da mütəmadi şəkildə şəhid ailələri ilə maraqlandıqlarına diqqət çəkib, onlara öz minnətdarlığını bildirib. Görüşdə iştirak edən SHXÇDX-nin Quba rayon şöbəsinin rəisi polkovnik Yasin Aşurov və Quba Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Asəf Şirinov da şəhidlərimizin tarixi xidmətinə diqqət çəkib, onların ömür və döyü yollarının gələcək nəsillər üçün də örnək olduğunu vurğulayıblar. Görüşün sonunda xatirə şəkli çəkilib, şəhid ailəsinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına maddi yardım göstərilib. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında elan edilən yazı müsabiqəsinin nəticələri məlum olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, jurnalist Seymur Əliyev müsabiqədə birinci yerə layiq görülüb. Xatırladaq ki, Seymur Əliyev Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının mətbu orqanı olan veteran.gov.az saytının baş redaktorudur. Aytən Abdulova (Azərbaycan Televiziyası) və Sevinc Qarayeva (525-ci qəzet) II, Səid Qərib (Report İA), Günay Elşadqızı (APA İA), Pərviz Sadayoğlu (“Yeni Azərbaycan” qəzeti) III yerlərə, Təbriz Vəfalı (Azim.az), Elnurə Abuşova (Azadmedia.az), Lalə Mehralı (TvPress internet qəzeti), Ülvi Səfərov (Oxu.az), Orxan Hüseynov (Baku.ws) və Törəxanım Zeynallı (Azvision.az) həvəsləndirici mükafatlara layiq görülüblər.
Hamısını oxu
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha göstərdilər. Haqq savaşına çıxan Azərbaycan xalqı 30 ilə yaxın davam edən işğala son qoymaqla tarixi ədaləti bərpa etdi. Bu sözləri Bakı Karate-do Akademiyasının (BKA) prezidenti Vüsal Abdullazadə karate-do idman növü üzrə Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” ikinci açıq respublika turniri zamanı Azərtac-a müsahibəsində bildirib. Xalqımızın bu günlər torpaqlarımızda 30 illik erməni işğalına son qoyulmasını, tarixi Qələbənin birinci ildönümünü böyük qürurla qeyd etdiyini bildirən V.Abdullazadə Zəfər Gününə həsr edilmiş idman tədbirlərinin, eləcə də turnirlərin təşkilinin artıq ənənə halını aldığını vurğulayıb: “Zəfər Gününə həsr edilmiş idman tədbirlərinin, turnirlərin təşkili artıq ənənə halını alıb. Bu cür tədbir və yarışların təşkilində əsas məqsəd idmançıların yarış təcrübələrini zənginləşdirməklə yanaşı, gənc nəslin vətənpərvərlik hisslərini gücləndirmək, milli-mənəvi dəyərlərin təbliğinə yardımçı olmaqdır”. Qeyd edək ki, sentyabrın 25-də uşaq və yeniyetmələr arasında karate-do idman növü üzrə Bakı İdman Sarayında start götürmüş və Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” ikinci açıq respublika turniri bu gün başa çatacaq.
Hamısını oxu
Mətbuat cəmiyyət həyatının əksidir. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Eyni zamanda dövlətimiz KİV-lərin bu mühüm rolunu həmişə dəstəkləyib, mətbuatın inkişafına hərtərəfli şərait yaradıb. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı da mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, KİV-in fəaliyyətini yüksək qiymətləndirir. Respublika Veteranlar Təşkilatı Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın əməkdaşı Məmməd Xəlil oğlu İsayevi qurumun tədbirlərini yüksək səviyyədə işıqlandırdığına və veteran hərəkatının təbliğindəki xidmətlərinə görə diplomla mükafatlandırıb. Mükafatı təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov təqdim edib. Sədr general-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, Azərbaycan Prezidentinin 22 iyul tarixli sərəncamları ilə 138 KİV əməkdaşının mükafatlandırılması, mediaya dəstək məqsədilə əlavə vəsaitin ayrılması dövlətimizin başçısının jurnalist əməyinə və mətbuata göstərdiyi yüksək qiymətin əyani təzahürüdür. Sədr dövlət mətbuatının nümayəndəsini təbrik edib, ona məsuliyyətli və şərəfli işlərində yeni uğurlar arzulayıb.
Hamısını oxu