Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xankəndi, Xocalı və Ağdərədən olan abituriyentlərin bu nailiyyəti sadəcə təhsil uğuru deyil...

Bu, keçmiş məcburi köçkünlərimizin sabaha inamının, mübarizə əzminin, yaradıcılıq eşqinin nümunəsidir...

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə əsasən Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonundan ümumilikdə 20 abituriyent ali məktəbə qəbul olub. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, ali məktəbə qəbul olunan abituriyentlərdən  9-u Xankəndi şəhərindən, 6-sı Xocalıdan, 5-i isə Ağdərə rayonundandır.

Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonundan 20 abituriyentin ali məkəbə qəbul olunması sadəcə təhsil uğuru deyil. Bu, doğma yurd yerində yenidən məskunlaşan keçmiş məcburi köçkünlərimizin sabaha inamının, mübarizə əzminin, yaradıcılıq eşqinin nümunəsidir. Bu fakt sübut edir ki, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan xalqı işğal dönəmində ermənilər tərəfindən viran edilən torpaqlarımızı yenidən dirçəltməkdə, bu torpaqlara həyat gətirməkdə qərarlıdır və bunun üçün gərəkli olan istənilən fədakarlıqdan imtina etməyəcək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonundan ümumilikdə 20 abituriyentin ali məktəbə qəbulu həm də Azərbaycaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhid qanı ilə sulanan bu torpaqlarda elm və təhsili inkişaf etdirmək əzminin, quruculuq səriştəsinin göstəricisidir. Bu, həm də dövlət başçısının tapşırıq və göstərişlərinin yerlərdə yüksək səviyyədə icra edildiyini sübut edir.

Heç kimə sirr deyil ki, yüksək bilik yalnız mütaliə sevgisi tələb etmir. Yüksək bilik, həm də müasir təhsil müsəssisələri, gərəkli infrastruktur, sosial təminat tələb edir. Hansı ki, bütün bu faktorlar Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı altında Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəliyi tərəfindən yüksək səviyyədə təmin edilib və bu istiqamətdə lazımi işlər günümüzdə də mütəmadi şəkildə davam etdirilməkdədir. Yeni təhsil müsəssisələrinin inşası, müasir infrastrukturun genişləndirilməsi və beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi, yeni iş yerlərinin açılması və s. bütün digər sahələr kimi təhsil sahəsindəki gələcək nailiyyətlər üçün ciddi zəmindir.

Görülən və görülməkdə olan işlərin miqyas və mahiyyəti onu deməyə əsas verir ki, qarşıdakı illərdə işğaldan azad edilən torpaqlarımızda məskunlaşan abituriyentlər arasında ali məktəbə daxil olanların sayı daha da artacaq və doğma Qarabağımız yalnız Azərbaycanda deyil, bütün regionda elm və təhsil mərkəzi kimi böyük şöhrət qazanacaq.

Seymur ƏLİYEV

 

2026-08-25 14:03:00
610 baxış

Digər xəbərlər

Firdovsi Umudova polkovnik, Hacı Əliyevə kapitan rütbəsi verildi

Veteran.gov.az xəbər verir ki, Azərbaycan idmanının görkəmli simalarından olan Firdovsi Umudova polkovnik, Hacı Əliyevə kapitan rütbəsi verilib. Firdovsi Umudov bu barədə sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir: “Əziz dostlar, aprelin 16-da son dövrdə milli və beynəlxalq idman yarışlarında böyük nailiyyətlər qazanmış “Sərhədçi” İdman-Olim­piya Mərkəzinin idman­çıları ilə görüş keçirilib. Dövlət Sərhəd Xidməti (DSX) yarışlarda fərqlənmiş idmançılarını mükafatlandırıb. Dövlət Sərhəd Xidmətinin rəisi, cənab general polkovnik Elçin Quliyevin əmrinə müvafiq olaraq həm idmançı, həm əməkdar məşqçi, həm də zabit kimi mənə polkovnik, üçqat dünya, üçqat avropa çempionu, olimpiya mükafatçısı Hacı Əliyevə isə vaxtından əvvəl kapitan hərbi rütbələri verildi. Bu mənada həm öz adımdan, həm də "Sərhədçi" İdman-Olimpiya Mərkəzinin yetirmələri və ya sərhədçi idmançılar adından Dövlət Sərhəd Xidmətinin rəisi, cənab general polkovnik Elçin Quliyevə dərin təşəkkürlərimi ifadə edirəm. Gələcək fəaliyyətimdə də bu etimadı doğruldacağıma söz verirəm. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, idman sahəsində də olduqca səmərəli, effektiv işlər görülür, böyük uğurlara imza atılır. Bütün bunlar isə müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın idman sahəsinə və idmançılara göstərdikləri qayğının ən bariz təzahürləridir. Ölkə başçımıza və Birinci vitse-prezidentimizə idmançılara verdikləri böyük dəstək və stimuldan dolayı minnətdarlığımı bildirirəm. İdmançıların işinə, zəhmətinə verilən qiymət biz idmançıların üzərinə həm də daha böyük məsuliyyət qoyur. Bundan sonra da istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda keçiriləcək idman yarışlarında üçrəngli şanlı Azərbaycan bayrağını ən uca zirvələrdə dalgalandırmaq, himnimizi səsləndirmək kimi şərəfli missiyamızı qürurla yerinə yetirəcəyik. Mən hər zaman istər idmançı və məşqçi, istərsə də zabit kimi dövlətimə, xalqıma və Ali Baş Komandanıma sədaqətlə xidmət etmişəm və bundan sonra da bu yolla davam edəcəyəm. Azərbaycan idmançilarının ay-ulduzlu, üçrəngli şanlı Azərbaycan bayrağını işğaldan azad edilən Qarabağ torpaqlarında dalğalandırmaq arzusu ilə bizə dəstək və təbrik ünvanlayan hər kəsə təşəkkür edirəm. Azərbaycan Respublikasına xidmət edirəm!” P.S.Hər iki idmançını bu münasibətlə təbrik edir, onlara gələcək fəaliyyətində uğurlar arzulayırıq! Seymur ƏLİYEV  

Hamısını oxu
Unutmayaq, unutdurmayaq!

Bu gün tanınmış iş adamı Səfər Əlirzayevin təşkilatçılığı ilə Nehrəm qəsəbəsində şanlı tariximizin unudulmaz günlərindən olan "Zəfər Günü" nün üçüncü ildönümü təntənəli şəkildə qeyd olunub.  Veteran.gov.az xəbər verir ki, ilk öncə bu günləri bizlərə yaşadan qəhrəman şəhidlərimizin məzarları ziyarət edilib. Ziyarətçilər şəhidlərin məzarı üzərinə gül dəstələri düzüb, əkillər qoyub, dualar oxuyub.  Daha sonra Səfər  Əlirzayevin evində geniş tərkibdə ehsan süfrəsi verilib. Ehsan süfrəsində Nehrəm qəsəbəsindən olan şəhid ailələri ilə yanaşı, Muxtar Respublikanın başqa yerlərində yaşayan şəhid ailələri və yaxınları, qazilər, qəsəbə sakinləri və digər ictimaiyyət nümayəndələri də iştirak edib. Tədbir iştirakçıları nəcib əməlinə görə Səfər Əlirzayevə təşəkkür edib, ona öz  minnətdarlıqlarını bildiriblər. Allah şəhidlərimizə rəhmət eləsin!  

Hamısını oxu
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL

“Bu il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunacaq. 15 sentyabr həqiqətən də qürurverici, həm də Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır”. Bu fikirləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.Azərbaycan əsgər və zabitlərinin türklərlə birlikdə Bakının düşməndən təmizlənməsində şərəflə döyüşdüyünü deyən ehtiyatda olan polkovnik bildirib ki, 1918-ci il sentyabr ayının 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib:“Azərbaycan və türk əsgər və zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı əsasən ermənilərdən ibarət olan daşnak-bolşevik qüvvələrindən azad olunub. Leninin direktiv göstərişlərini həyata keçirən S.Şaumyan 1918-ci ilin mart-iyul aylarında Bakı Sovetinə tabe olan daşnak silahlı dəstələrindən və bolşevik hərbi birliklərindən istifadə edərək Azərbaycanın Bakı, Şamaxı, Quba və başqa qəzalarında qırğınlar törədib, yüzlərlə yaşayış məskənini dağıdıb, dinc insanları amansızcasına qətlə yetirib. Həmin dövrdə Gəncə üzərinə yürüş edən düşmən qüvvələrin qarşısının alınması üçün öz hərbi gücü yetərli olmadığından Azərbaycan nümayəndələri kömək məqsədi ilə Türkiyə, o zamankı Osmanlı hökumətinə müraciət etdilər. Bu müraciətə müsbət cavab verən qardaş dövlət yeni yaradılmış Qafqaz İslam Ordusunu 1918-ci ilin may ayında Azərbaycan ərazisinə köməyə göndərdi. Burada general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu ilə birləşən, Nuru Paşanın rəhbərlik etdiyi həmin ordunun 1918-ci il iyunun əvvəllərində artıq 15 min əsgər və zabiti vardı”.C.Xəlilovun sözlərinə görə, Bakı Sovetinin ixtiyarında olan, mütləq əksəriyyəti ermənilərdən ibarət hərbi birləşmələr iyunun 12-də Kürdəmiri işğal edib, Göyçaya yaxınlaşıblar: “Göyçay ərazisində qanlı döyüşlər iki həftədən çox davam etdi. Müqavimətinə baxmayaraq, düşmən Türkiyədən göndərilən əlavə qüvvələr və Azərbaycan könüllüləri tərəfindən məğlub edildi. Qafqaz-İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi hadisələrin gedişini tamamilə milli hökumətin xeyrinə dəyişdi, Azərbaycanın şərq hissəsi, o cümlədən Bakının bolşevik-daşnak işğalından azad edilməsi üçün ilk zəmin yaratdı. Bolşevik-daşnak birləşmələrini darmadağın edən Qafqaz İslam Ordusunun Bakı istiqamətində başlatdığı azadlıq yürüşündə növbəti şanlı qələbə iyul ayının 20-də mühüm strateji məntəqə olan Şamaxı şəhərinin azad edilməsi oldu”.Qurum rəsmisi söyləyib ki, Bakını əldə saxlamaq üçün müxtəlif qüvvələrdən kömək uman daşnak və bolşeviklər buna nail ola bilmədilər: “Qafqaz İslam Ordusunun avqustun 5-dən Bakı üzərinə intensiv hücumları qarşısında dayana bilməyən həmin qüvvələr geri çəkildi. 1918-ci ilin sentyabrında yaranmış beynəlxalq vəziyyət Bakının tezliklə azad olunmasını zəruri edirdi. Cümhuriyyət rəhbərləri Bakının nəyin bahasına olursa-olsun azad olunması üçün ardıcıl iş aparırdılar. Qafqaz İslam Ordusu güclü müqavimətə baxmayaraq, sentyabrın 15-də dörd mindən artıq əsgər və zabit şəhid vermək bahasına da olsa, Bakını düşmənlərdən azad etdi”.C.Xəlilov qeyd edib ki, bu tarixi günü qeyd etdiyimiz vaxt hər birimizin qəlbindən Azərbaycan əsgərinin eyni sevinci, qüruru bizə Qarabağı erməni işğalından azad etməsi ilə yaşatması arzusu keçir: “Biz inanırıq ki, hazırda Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yaradılmış güclü ordumuz buna nail olacaq. Müasir Azərbaycan ordusu düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. 2016-cı ilin aprel döyüşləri Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin qələbə əzmi nümayiş etdirildi. Biz veteranlar erməni işğalında olan Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyinə inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”.

Hamısını oxu
Heydər Əliyev və Atatürkün xatirəsi adlarını daşıyan zirvələrdə anılıb

Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu, qardaş türk xalqının öndəri Mustafa Kamal Atatürkün anım günləri ilə əlaqədar Azərbaycan-Türk dağçılarından ibarət qardaşlıq qrupu “Heydər zirvəsi”nə və “Atatürk zirvəsi”nə qalxıb. Bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova məlumat verib.   Onun sözlərinə görə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin rəhbərlik etdiyi qrup üzvləri əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi düzüb, qardaş türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün Bakıda ucaldılmış heykəli önünə əklil qoyublar. “Böyük Qafqa­zın Baş­dağ silsilə­si­nin Qızıl Qaya massivinin mürəkkəb relyefinə baxmayaraq qrup üzvləri yüksək əhval-ruhiyyə və qələbə sevinci ilə "Heydər zir­və­si"nə və “Atatürk zirvəsi”nə qalxaraq hər iki xalqın dahi şəxsiyyətlərinin barelyefləri önünə gül dəstələri düzüb, əziz xatirələrini yad edib və Azərbaycan, Türkiyə bayraqlarını dalğalandırıblar. İ.İbrahimova bildirib ki, Azərbaycanın Qarabağda qazandığı zəfər günlərində bu zirvələrin ziyarət olunması və dahi şəxsiyyətlərin anılması çox qürurvericidir.  

Hamısını oxu