Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəhid Azad Bəkirlinin xatirəsinə həsr edilən şahmat turniri keçiriləcək

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə sentyabrın 27-də 45 saylı tam orta məktəbin həyətində, açıq səma altında Vətən Müharibəsi şəhidi, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş Azad Bəkirlinin xatirəsinə həsr olunan şahmat turniri keçiriləcək.

 

Azad Bəkirlinin 27 sentyabr doğum günüdür. Yaşasaydı 29 yaşı tamam olacaqdı.

 

O, Tovuz döyüşlərindən sonra könüllü şəkildə qeydiyyata yazılaraq, qalib ordumuzun sıralarına qoşulmuş, Cəbrayıl və Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərərək şəhidlik zirvəsinə ucalmışdır.

 

Allah rəhmət eləsin!

 

2021-09-24 07:55:00
1168 baxış

Digər xəbərlər

Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib

22 dekabr 2018-ci il tarixdə Müdafiə nazirliyinin xətti ilə əfsanəvi partizan Mixaylo ləqəbli Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Yasamal rayon ərazisində yerləşən Mehdi Hüseynzadənin abidəsi önündə təşkil olunmuşdur. Həmin tədbirdə Müdafiə nazirliyinin əməkdaşları, generallar, əsgərlər və zabitlər iştirak etmişlər. Eyni zamanda tədbirə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının veteranların sosial müdafiəsi şöbəsinin müdiri Telman Babayev və həmin təşkilatın gənclərin hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və İkinci Dünya müharibəsi veteranları cəlb edilmişlər. Veteranlar adından İkinci Dünya müharibəsi veteranı Nəbiyev Damət çıxış etmiş Mehdi Hüseynzadə haqqında öz təəsüratlarını bölüşmüşdür. D.Nəbiyev eyni zamanda Respublikanın Prezidenti İlham Əliyevin veteranlara göstərdiyi qayğıdan danışaraq Prezidentə və Respublika Veteranlar Təşkilatın rəhbərliyinə öz razılığını bildirmişdir. Tədbirdə Respublika Müdafiə nazirinin birinci müavini general-leytenant Kərəm Vəliyev çıxış etmiş və ölkə Prezidentinə Mehdi Hüseynzadənin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə görə öz minnətdarlığını bildirmişdir. Tədbirdə Mehti Hüseynzadənin bacısı oğlu Mehti Əzizbəyov, bacısı qızı Svetlana Əzizbəyova   və publisist-politoloq Ruqiyyə Əliyeva da iştirak etmişdir. Mehti Əzizbəyov çıxış edərək öz xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür. Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkilləri çəkilmişdir.

Hamısını oxu
Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi(1919-2019)” yubiley medalı Respublika Veteranlar Təşkilatının rəhbərliyinə təqdim edilib

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib.

Hamısını oxu
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevə

Hörmətli Eldar müəllim! Sizi 75 illik yubileyiniz münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri və şəxsən öz adımdan ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Sizin ömür yolunuz Vətənə və xalqa sədaqətli xidmətin, dövlətçilik prinsiplərinə bağlılığın, yüksək ziyalılığın və fədakar əməyin parlaq nümunəsidir. Uzun illər ərzində ölkəmizin ictimai-siyasi, elm-təhsil və iqtisadi həyatında göstərdiyiniz səmərəli fəaliyyət, Azərbaycan kooperasiya sisteminin inkişafına verdiyiniz mühüm töhfələr, iqtisad elminin inkişafı istiqamətində apardığınız fundamental tədqiqatlar və gənc nəslin yetişdirilməsi sahəsində gördüyünüz işlər Sizi cəmiyyətimizin böyük hörmət və rəğbət qazanan ziyalılarından birinə çevirmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev şərəfli əməyinizə yüksək qiymət verərək Sizi dəfələrlə dövlət mükafatları ilə təltif etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin uzun illər deputatı kimi dövlətimizin qanunvericilik fəaliyyətində, ölkəmizin sosial-iqtisadi inkişafına xidmət edən mühüm qərarların qəbulunda fəal iştirakınız, beynəlxalq parlament platformalarında Azərbaycanın maraqlarını layiqincə təmsil etməyiniz yüksək dövlətçilik məsuliyyətinizin bariz ifadəsidir. Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətimizdə həmrəylik və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində gördüyünüz ardıcıl işlər də xüsusi ehtiramla qarşılanır. Sizin fəaliyyətiniz Təşkilatımız tərəfindən daim yüksək qiymətləndirilir. Veteranlarla səmimi münasibətləriniz, onların təşəbbüslərinə verdiyiniz dəstək və milli maraqlar naminə göstərdiyiniz həmrəylik təşkilatımızın fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir. Bu diqqət və ehtirama görə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, zəngin həyat və idarəçilik təcrübəniz, yüksək intellektiniz və vətənpərvər mövqeyiniz bundan sonra da Azərbaycan dövlətinin inkişafına, cəmiyyətimizin tərəqqisinə və milli-mənəvi dəyərlərimizin yaşadılmasına mühüm töhfələr verməyə davam edəcəksiniz. Bu əlamətdar gündə Sizə bir daha möhkəm cansağlığı, uzun və mənalı ömür, ailənizə xoşbəxtlik, fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq. Qoy həyat yolunuz daim uğur, ehtiram və xalqımızın sonsuz məhəbbəti ilə müşayiət olunsun. Dərin hörmət və ehtiramla, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  polkovnik  Cəlil Xəlilov

Hamısını oxu
Çoxəsrlik dövlətçilik tariximizin İlham Əliyev zirvəsi

Azərbaycanın dövlətçilik tarixi zəngin, ləyaqətli, qürurlu və şərəfli yolun inikasıdır. Bir əsrdə iki dəfə müstəqillik əldə etmiş Azərbaycan müxtəlif hadisə və proseslərlə, taleyüklü məsələlərlə üzləşsə də, inkişafına zirvəsinə çatmağa müvəffəq olub və tarixində heç vaxt indiki qədər qüdrətli olmayıb. Faktlar və reallıqlar göstərir ki, bunu təmin edən əsas – həlledici amil məhz lider fenomenidir. Daha dəqiq desək, müasir müstəqil Azərbaycan Heydər Əliyev ideyaları və Onun siyasi varisi – layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasəti nəticəsində böyük uğurlara, inkişafa və qələbəyə nail olub.   Milli inkişaf - siyasi-iqtisadi möcüzə və inkaredilməz reallıq   Son 18 ilin tarixi mənzərəsi, siyasi, iqtisadi reallıqları göstərir ki, İlham Əliyevin timsalında lider fenomeni Azərbaycanı ən ali məqama yüksəldib, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə dalğalanmasını mümkün edib. Artıq dünya birliyi – beynəlxalq ictimaiyyət “inkişafın milli – Azərbaycan modeli” adlı siyasi-iqtisadi möcüzədən, inkaredilməz reallıqdan bəhs edir. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, makroiqtisadi sabitliyin, idarəetmədə effektivliyin təmin olunması, nümunəvi sosial siyasətin həyata keçirilməsi, ölkənin maliyyə gücünün – valyuta ehtiyatlarının artırılması, dünya iqtisadiyyatına uğurlu inteqrasiyanın reallaşdırılması və digər mühüm faktlar sosial-iqtisadi inkişafın Azərbaycan nümunəsinin mühüm cizgilərini təşkil edir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu araşdırma mərkəzləri və reytinq agentlikləri öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli olması və davamlı inkişaf etməsi ilə əlaqədar faktları əks etdirirlər.   Sabitlik və təhlükəsizlik adası   Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizdə sabitliyin və təhlükəsizliyin qarantıdır. Onun uğurlu siyasəti nəticəsində ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malikdirlər. Təbii ki, xalq-lider birliyi, dövlət başçısının siyasətinin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi sabitliklə yanaşı, milli həmrəyliyin də möhkəmlənməsini təmin edir. 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşərək milli birlik nümayiş etdirməsi isə bu baxımdan xüsusi vurğulanmalıdır. Ümumiyyətlə, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycandakı təhlükəsizlik mühitini çox yüksək qiymətləndirirlər. Multikulturalizmin ölkəmizdə həm həyat tərzi, həm də dövlət siyasətinin tərkib hissəsi olması isə xüsusilə nəzərə çatdırılır.   Güclü, nüfuzlu dövlət və etibarlı tərəfdaş   Cənab İlham Əliyevin strateji kursu, həmçinin Azərbaycanın beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu dövlətlərindən birinə çevrilməsini təmin edib. Olduqca mürəkkəb şərtlərin və şəraitin hökm sürdüyü qlobal geosiyasətdə Azərbaycanın yerinin və rolunun möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafı, nüfuzlu beynəlxalq təşkilatlara uğurla rəhbərlik etməsi dövlət başçısının uzaqgörən – milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursunun nəticəsidir. Təsadüfi deyil ki, Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin qlobal təşəbbüsləri çox yüksək qiymətləndirilir, Azərbaycan dialoq məkanı kimi mühüm beynəlxalq tədbirlərə, yüksək səviyyəli görüşlərə uğurla ev sahibliyi edir. Avrasiyanın enerji və nəqliyyat xəritələrinin yenidən yaradılmasını şərtləndirən uğurlu layihələrin həyata keçirilməsi isə Azərbaycana mühüm siyasi və iqtisadi üstünlüklər qazandırır. Bir sözlə, Azərbaycan dünya birliyinin layiqli, məsuliyyətli, güclü, nüfuzlu və etibarlı üzvü kimi çıxış edir.    Dövlətçilik tariximizin zirvə hadisəsi   Heç şübhəsiz, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə, dövlətçilik tariximizin ən mühüm – zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıraraq, uğurlu diplomatik fəaliyyət həyata keçirərək münaqişənin həllinə nail olub - tarixi ədaləti, ərazi bütövlüyünü bərpa edib. 44 günlük Vətən Müharibəsində dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusunun şanlı Zəfər yürüşü işğalçıları darmadağın etməsi xalqımızın qürur mənbəyi, dövlətimizin isə gücünün göstəricisidir.   Yeni zirvələrə doğru   Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb – Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etməsinə imkan verəcək.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu