Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Fövqəladə Hallar Nazirliyi işçilərini peşə bayramları münasibəti ilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Fövqəladə Hallar Nazirliyi işçilərini peşə bayramları münasibəti ilə təbrik edib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərova ünvanlanan təbrik məktubunda deyilir:

 

“Hörmətli Kəmaləddin müəllim.

Sizi və rəhbərlik etdiyiniz nazirliyin kollektivini 16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə ilə təbrik edir, çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Rəhbərlik etdiyiniz dövlət qurumunun işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsinə verdiyi töhfə, qardaş Türkiyə Respublikasındakı meşə yanğınlarının söndürülməsində göstərdiyi fədakarlıq, respublika ərazisində fövqəladə situasiyalar zamanı sərgilədiyi  çevik reaksiya, köməyə ehtiyacı olan vətəndaşların xilası və təhlükəsizliyinin təmini istiqamətində atdığı addımlar xalqımız tərəfindən böyük məmnunluq hissi ilə qarşılanmaqda və təqdir edilməkdədir. İnanırıq ki, Fövqəladə Hallar Nazirliyi bundan sonra da öz fəaliyyətində əsl peşəkarlıq sərgiləyəcək və hər zaman olduğu kimi gələcəkdə də vətəndaşlarımızın təhlükəsizliyini ali səviyyədə təmin edəcəkdir”.

 

Dərin hörmətlə,

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov

2021-12-16 14:27:00
1772 baxış

Digər xəbərlər

Председателю Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Д.М. Халилову

Hamısını oxu
“Zatulinin açıqlaması siyasi-mənəvi əxlaqsızlıqdır”

“Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Bakıda məhkəməsi davam edən erməniəsilli şəxslərlə bağlı absurd açıqlaması siyasi-mənəvi əxlaqsızlıqdır”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Zatulin məlum açıqlamasında separatçılara haqq qazandırıb, Cənubi Qafqazla bağlı tarixi faktları saxtalaşdırıb:   “Zatulin xalqımıza qarşı ağır cinayətlərə yol verən şəxslərin Bakıda keçirilən məhkəmə prosesini “şəxsi qisas”, repressiya kimi dəyərləndirib ki, bu da yumşaq desək, həyasızlıqdır. Çünki bu gün məhkəmə qarşısında dayanan şəxslərin uzun illərdir ki, xalqımıza qarşı çoxsaylı təxribatlara, qanlı əməllərə yol verdiyi, separatizmi alovlandırdığı hər kəs məlumdur. Bu şəxslərin vaxtiylə Ermənistan mediasına verdiyi müsahibələrə baxmaq kifayətdir ki, onların öz qanlı əməlləri ilə necə fəxr etdikləri, necə böyük cinayətlərə imza atdıqları isbatlansın. Belə olan halda həmin separatçıların məsuliyyətə cəlb edilməsini “şəxsi qisas” kimi səciyyələndirmək, bunu ədalətsiz yanaşma kimi şərh etmək gülüncdür.   Zatulin açıqlamasında Cənubi Qafqazın tarixi ilə bağlı da yalan danışır, xalqımıza böhtan atır. O, bildirir ki, guya ermənilər Cənubi Qafqazın qədim, aborogen xalqıdır və onlar bu coğrafiyada azərbaycanlılardan öncə məskunlaşıb. Halbuki, Rusiyanın özündə bugünə qədər bir çox tarixçi və siyasətçi ermənilərin Cənubi Qafqaza “Gülüstan” və “Türkmənçay” müqavilələrinin nəticəsi olaraq köçürüldyünü etiraf ediblər. Bununla bağlı müxtəlif tarixi mənbələrdə çoxsaylı faktlar mövcuddur. Belə olan halda erməniləri Cənubi Qafqazın qədim xalqı kimi səciyyələndirmək ağ yalandan başqa bir şey deyil.   Hesab edirəm ki, Zatulin və onun kimilərin anti-Azərbaycan bəyanatları davamlı olaraq ifşa edilməli, Rusiya dövləti onun imicinə zərbə vuran bu cür şəxslərlə bağlı konkret addımlar atmalıdır. Çünki Zatulin və onun kimilərin nifrət dolu, qızışdırıcı bəyanatları Cənubi Qafqazda sülh prosesinə ziyan vurmaqla yanaşı, Rusiya-Azərbaycan dostluğuna da kölgə salır, ictimai rəydə Rusiya dövləti haqqında xoşagəlməz fikir formalaşdırır. Bu baxımdan, Rusiya hakimiyyətindən zatulinçilərlə bağlı əməli addımlar atmağı, onları əxlaqa, vicdana, məsuliyyətə dəvət etməyi  gözləyir, gələcəkdə bu kimi halların bri daha yaşanmayacağına ümid edirik”.   Seymur ƏLİYEV

Hamısını oxu
Su Çərşənbəniz mübarək!

Hörmətli Veteranlar, Şəhid və Qazi Ailələri, Əziz Kollektiv! Bütün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən, təbiətin yeniləndiyi və baharın müjdəsi olan Su Çərşənbəsi münasibətilə hər birinizi ürəkdən təbrik edirəm! Bu gün həyatın təzələnməsi, sevincin və ümidin yenidən canlanması anlamına gəlir. Su Çərşənbəsi təkcə təbiətin deyil, həm də insanların ruhunun təzələnməsi deməkdir. Bu günü xalqımızın ən böyük qəhrəmanları olan şəhidlərimiz, veteranlarımız və qazilərimizin ailələri ilə birgə olmağı, onların göstərdiyi qəhrəmanlıq və vətənə olan sonsuz sevgisini xatırlamağı unutmamalıyıq. Onların fədakarlıqları, bizə ən yüksək dəyərləri - Vətənə bağlılığı, vətənpərvərliyi aşılamışdır. Onlar hər zaman bizim ürəyimizdə, düşüncəmizdə və həyatımızda əvəzsiz yer tutur. Bu əziz gündə bütün varlığı ilə vətənə, onun bir parçası olan şəhid ailələrinin üzvlərinə, qazilərə, müharibə və əmək veteranlarına xidmət edən, onlara ehtiram hissi ilə yanaşan təşkilatımızın hər bir üzvünü də təbrik edir,onlara can sağlığı uzun ömür arzulayıram. Qoy bu Su çərşənbəsi hər bir ailəyə sevinc, səadət gətirsin. Bulaqlarımız, çeşmələrimiz daim qaynasın, axar çaylarımız qurumasın! Su Çərşənbəniz mübarək!          Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri,          polkovnik  Cəlil Xəlilov

Hamısını oxu
“Ermənistan beynəlxalq hüquqi məsuliyyətdən yayına bilməyəcək”

Mahir Abbaszadə: “Xalqımızın canına və malına qəsd edənlər gec-tez qanun qarşısnda cavab verəcəklər” Xəbər verdiyimiz kimi, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə Ermənistanla bağlı şikayət ünvanlayıb. Şikayətdə 2022-ci il may-avqust aylarında  ermənilərin Laçın, Zabux və Susda azərbaycanlılara məxsus yüzlərlə mülki məhv etdiyi qeyd olunub, onların hər biri ilə bağlı inkaredilməz faktlar təqdim edilib. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Mahir Abbaszadə, erməni faşizminin beynəlxalq hüquq müstəvisində məsuliyətə cəlb edilməsinin vacib olduğunu vurğulayıb: “Erməni faşizmi 30 ildən çoxdur ki, Azərbaycan xalqının həm canına, həm də malına qəsd etməkdə, hətta təbiətə belə divan tutmaqdadır. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə  ünvanlanan şikayətdə 2022-ci il may-avqust aylarında  ermənilərin Laçın, Zabux və Susda azərbaycanlılara məxsus yüzlərlə mülki məhv etməsi ilə bağlı təkzibedilməz faktlar təqdim edib. Ermənilər bu gün də “Qızılbulaq” və “Dəmirli” yataqlarının timsalında Azərbaycana məxsus təbii resursları qanunsuz olaraq istismar etməkdə, ekoloji terror həyata keçirməkdədir.  Odur ki, dövlətimiz mütəmadi şəkildə dünya ictimaiyyətini, eləcə də beynəlxalq məhkəmələri erməni vəhşilikləri haqqında məlumatlandırmaqda davam edir. Bu baxımdan 2022-ci il may-avqust aylarında  ermənilərin Laçın və ətraf ərazilərdə azərbaycanlıları məxsus evləri, yardımçı təsərrüfatları məhv etməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə ünvanlanan müraciət mühüm önəm kəsb edir. Ümid edirik ki, Avropa Məhkəməsi Azərbaycanın bu müraciətinə həssaslıqla yanaşacaq, ermənilərin törətdiyi çoxsaylı cinayətlərə ədalətli hüquqi qiymət verəcəkdir. Istənilən halda, Ermənistan beynəlxalq hüquqi məsuliyyətdən yayına bilməyəcək. Xalqımızın canına və malına qəsd edənlər gec-tez qanun qarşısnda cavab verməli olacaqlar. Buna kimsənin şübhəsiz olmasın!”. Seymur ƏLİYEV

Hamısını oxu