Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik edib

Avqust ayının 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevayanın doğum günüdür. Bu münasibətlə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Mehriban xanım Əliyevaya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

“Hörmətli Mehriban xanım!

Sizi doğum gününüz münasibəti ilə bütün veteranlar və şəxsən öz adımdan təbrik edir, Sizə xalqımız və dövlətimiz üçün müstəsna əhəmiyyət kəsb edən fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Sizin xalqımızın sosial rifahının yaxşılaşması, respublikamızın çiçəklənməsi, ölkəmizin inkişafı, mənəvi-mədəni dəyərlərimizin təbliği istiqamətində atdığınız addımlar, ortaya qoyduğunuz əzm və fədakarlıq cəmiyyətimizin bütün təbəqələri kimi veteranlar tərəfindən də alqışlanmaqda, sevgi və məmnunluqla izlənməkdədir.

Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara, eləcə də, həssas kateqoriyadan olan digər vətəndaşlarımıza olan mütəmadi dəstəyiniz, həssas və qayğıkeş münasibətiniz cəmiyyətimizin hər bir fərdi üçün örnək təşkil edir. İstər ölkə daxilində, istərsə də respublikamızın hüdudlarından kənarda həyata keçirdiyiniz humanitar aksiyalar Sizin necə böyük və  nəcib qəlbə malik olduğunuzu göstərir. Bütün bu xeyirxah əməlləriniz sayəsində bütün dünya Sizin simanızda Azərbaycan qadınının nəcibliyinə, humanizminə, ülviliyinə həsəd aparır. Sadəcə veteranlara göstərdiyiniz qayğı və diqqətə görə deyil, həm də Azərbaycan qadını adına layiq həyata keçirdiyiniz saysız-hesabsız xeyirxah əməllərinizə görə Sizə təşəkkür edir, öz minnətdarlığımızı bildiririk.

Dəyərli Mehriban xanım!

Sizi xalqımıza sevdirən əsas xüsusiyyətlərinizdən biri də Azərbaycan Respublikasının Prezidenti - Müzəffər Ali Baş Komandana verdiyiniz böyük dəstəkdir. Biz bu dəstəyi həm 44 günlük Vətən müahribəsində, həm də post-müharibə dönəmində aydın şəkildə müşahidə etdik. Siz öz əməlləriniz, cəsarət və iradənizlə sübut etdiniz ki, Ali Baş Komandanın ən sadiq silahdaşısınız və ona sonadək dəstək olmaqda davam edəcəksiniz.

Bu gün işğaldan azad edilmiş torpaqlarımızda tarixi və mədəni abidələrimizin bərpasındakı fəaliyyətiniz bütün dünyada heyranlıqla izlənilməkdədir.

Hörmətli Mehriban xanım!

Sizi bir daha döğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, zəngin və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayırıq. Əmin ola bilərsiniz ki, biz veteranlar bundan sonra da Prezident İlham Əliyevin və Sizin həyata keçirdiyiniz siyasəti dəstəkləməkdə davam edəcəyik”.

Veteran.gov.az

 

2026-08-25 16:16:00
820 baxış

Digər xəbərlər

AzTU regionda bir ilkə imza atdı

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) CDİO Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub. Bununla bağlı rektor Vilayət Vəliyev rəsmi feysbuk səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Azərbaycan Texniki Universiteti (AzTU) iki illik yazışma və müzakirələrin nəticəsi olaraq yeni nəsil mühəndis hazırlığında qabaqcıl ənənələrin daşıyıcısı olan CDİO (Öyrən-Layihələndir-Reallaşdır-İşlət) Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub. Bu münasibətlə kollektivimizi təbrik edir, CDİO üzvü olaraq yeni nəsil mühəndis hazırlığında uğurlar arzulayıram. Massaçusets Texnologiya İnstitutu (MIT) təşəbbüsü ilə yaradılan CDİO ailəsinə 100-dən çox ən qabaqcıl texniki ali məktəb daxildir. AzTU regionda bu şəbəkəyə daxil olan ilk texniki universitetdir. CDİO ailəsinə üzv qəbul olunmaq bizə dünyanın mühəndislik sahəsində zəngin ənənələrə malik universitetlərinin təcrübələrindən yararlanmaq imkanı yaradacaq. Bu, eyni zamanda universitet-sənaye işbirliyinin reallaşması üçün təhsil proqramlarının köklü dəyişdirilməsinə vəsilə olacaq. Çünki bugünkü mühəndislər praktiki bilik-bacarıqları yüksək olan, komandada işləməyi bacaran, yaradıcı mütəxəssislər olmalıdırlar. AzTU ailəsinin bu yolda bütün imkanlarını səfərbər edəcəyinə və yüksək nəticələr qazanacağına inanıram. CDİO ailəsinin üzvü olaraq kollektivimizə uğurlar arzu edirəm!”   

Hamısını oxu
Mehriban Əliyeva: Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı təbrik edirəm

Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində tarixi qələbə ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram! İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq! Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin! Əziz qardaşlar və bacılar! Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı bir daha təbrik edirəm. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

Hamısını oxu
Xətai rayonu 86 sayli tam orta məktəbdə Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 26 fevral 2024-cü il tarixində Xətai rayonunda tədbir təşkil ediblər. Tədbir Xətai rayonunda yerləşən 86 saylı tam orta məktəbdə baş tutub. Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbirdə  Xətai rayon VT-nın sədri Adil Əzməmmədov, məktəbin direktoru Cavid Əliyev, hərbi hazırlıq müəllimi e/o polkovnik-leytenant, ZöhrabHacıyev, müəllimələrdən Nəzakət Cahangirova, Ülviyyə Əsgərova, şagirdlər və valideynlər iştirak etdilər. Əvvəlcə Xocalı qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbiri açıq elan edən məktəbin direktoru Cavid Əliyev iştirakçılara Xocalı faciyəsi barədə ətraflı müəlumat verib. Daha sonra çıxış üçün söz e/o polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev Təşkilatın sədri Fatma Xanım Səttarovanın və sədr müavini e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Polkovnik daha sonra Xocalı faciəsindən bəhs edib: “Xocalı faciəsinə aparan yol hələ XX əsrin əvvəllərindən başlamışdı. Bu yaşayış məntəqəsinin azərbaycanlı əhalisi bir əsrdə 3 dəfə qırğınlara məruz qalmışdır. Xocalı birinci dəfə 1905-ci ildə, sonra isə1918-ci ildə yandırılmışdı. Nəhayət, 1992-ci ildə Xocalıda üçüncü dəfə daha qanlı, daha dəhşətli faciə törədilmişdir. Biz faciələrimizi unutmamalıyıq, hər zaman ayıq-sayıq olmalıyıq”. Daha sonra  şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, xatirə şəkli çəkilib.  

Hamısını oxu
Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin təməli oldu

15 iyun 2021-ci il Azərbaycanın müasir tarixində mühüm bir dönüm nöqtəsinin tarixidir. Məhz həmin gün Azərbaycanın mədəniyyət beşiyi qədim Şuşa şəhərində azadlığın və Zəfərin simvoluna çevrilmiş bu müqəddəs torpaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu sənəd yalnız iki qardaş ölkə arasında strateji münasibətlərin zirvəsi deyil, həm də bölgədə yeni geosiyasi nizamın əsasını qoyan tarixi aktdır.Şuşa Bəyannaməsinin ruhu tarixdən gəlir. Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin təməli oldu. Bu Bəyannamə ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün mirasına sadiqliyin göstəricisidir. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ulu öndər Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” fikirləri bu sənədin fəlsəfi və ideoloji dayağına çevrilmişdir. Ölkə rəhbəri İlham Əliyevin dediyi kimi, “biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannəməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk”.Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin yalnız siyasi və hərbi deyil, bütün strateji sahələri – iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, təhsil, mədəniyyət, ordu quruculuğu və diplomatiyanı əhatə edən bir sənəddir. Daha doğru ifadə etsək, bu, sadəcə bir Bəyannamə deyil, bu, ortaq gələcəyə verilən imzadır. İki dövlətin birgə maraqlarını təmin edən hüquqi və siyasi baza kimi çıxış edən sənəd bölgədə sabitlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır.Şuşa Bəyannaməsinin məhz Şuşada - Qarabağda imzalanması Qalib Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsinin, siyasi qətiyyətinin və strateji düşüncəsinin nəticəsidir. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər təkcə torpaqlarımızın azadlığı deyil, həm də regionda yeni reallıqların formalaşdırılması idi. Prezident İlham Əliyev bu reallıqları peşəkar diplomatiya ilə Şuşa Bəyannaməsi ilə hüquqi və diplomatik çərçivəyə saldı.İkinci Qarabağ müharibəsində Azərbaycanın gücünü nümayiş etdirən müasir hərbi texnologiyalar – xüsusilə pilotsuz uçuş aparatları – Türkiyə ilə hərbi əməkdaşlığın effektivliyinin bariz nümunəsi oldu. Artıq bu əməkdaşlıq daha da genişlənərək, müdafiə sənayesi, ortaq hərbi təlimlər və qarşılıqlı hərbi yardım kimi sahələri də əhatə edir. Bu, gələcəkdə istənilən təhdidə qarşı birgə müdafiənin təminatıdır.Bəyannamədə xüsusi yer tutan Zəngəzur dəhlizi layihəsi Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir. Bu dəhliz yalnız iki ölkəni deyil, Türk dünyasını birləşdirəcək mühüm bir arteriya kimi çıxış edir. Şərqdən Qərbə uzanan yeni nəqliyyat və iqtisadi yolun açılması regional inteqrasiyanın, strateji sabitliyin və iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verir.Şuşa Bəyannaməsi iqtisadi baxımdan da önəmlidir. Hər iki ölkənin qarşılıqlı investisiya təşəbbüsləri, azad olunmuş ərazilərdə birgə layihələr və sərmayələr regionun inkişafına yeni nəfəs verir. Xüsusilə Şuşa və ətraf ərazilərin turizm imkanlarının reallaşdırılması, bu bölgənin həm iqtisadi, həm də mədəni cəhətdən dirçəlməsini təmin edəcək.Bəyannamədə əksini tapan müddəalar Ermənistanın revanşist dairələrinə də mühüm mesajdır. Türkiyə açıq şəkildə bildirir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı istənilən təhdid Ankara üçün də qırmızı xətdir. Bu, regional sülh və təhlükəsizlik üçün mühüm zəmanət hesab oluna bilər.Bəyannamənin imzalanmasından sonra hər il 15 iyun tarixində Şuşada keçirilən beynəlxalq konfranslar sənədin nə qədər dərin məna daşıdığını göstərir. Bu tədbirlər həm Şuşa Bəyannaməsinin ideoloji təbliği, həm də onun icrasının siyasi monitorinqi üçün mühüm platformaya çevrilmişdir.Hazırda Azərbaycan müttəfiqlikdən strateji birlik mərhələsinə qədəm qoyub. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarixi birliyə əsaslanaraq strateji ittifaq səviyyəsinə yüksəlib. Bu sənəd iki dövlətin gələcək əsrlərə uzanan birliyinin hüquqi əsasını, siyasi iradəsini və hərbi-siyasi təhlükəsizliyini təmin edir. Prezident İlham Əliyev bu Bəyannamə ilə özünü təkcə Zəfər Sərkərdəsi kimi deyil, həm də bölgənin gələcəyini müəyyən edən strateq lider kimi tarixə yazdırdı. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu