Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Onlar bugünkü qalibiyyətimizin təmsilçiləridir”

“Zəfərə gedən yolumuz heç də hamar olmayıb. Bu yolda şəhidlər vermişik. Bu qalibiyyəti bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların ailələri, övladları, valideynləri bizim üçün müqəddəsdir. 

Biz qazilərimizə də öz dərin ehtiramımızı bildiririk. Onlar Azərbaycanın bugünkü qalibiyyətinin təmsilçiləridir. Məhz şəhdilərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz təmin olundu”.

Bu sözləri 24 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir” mövzusuna həsr olunmuş konfransda millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev bildirib.

Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi və Ümummilli Liderin atdığı addımlar Azərbaycanın işğalçı Ermənistan üzərindəki 8 Noyabr zəfərini sitimullaşdırmış oldu:

“Azərbaycanın qalibiyyətini səciyyələndirən bir sıra amillər oldu. Bu amillərdən birincisi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, bunun nəticəsində siyasi sabitliyin yaranması oldu. Siyasi sabitlik iqtisadiyyatın inkişafına, bu isə öz növbəsində Silahlı Qüvvələrimizin güclənməsi üçün etibarlı zəminin formalaşmasına səbəb oldu. Nəticədə, Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək onları torpaqlarımızdan qovdu, respublikamızın ərazi bütövlüyü təmin olundu. 2020-ci ilin 10 noyabr tarixində Ermənistan kapitulyasiya aktına imza atmaqla öz məğlubiyyətini təsdiqlədi. Azərbaycan isə bütün dünyaya sübut etdi ki, o, öz ərazi bütövlüyünü, təhlükəsizliyini təmin etməyə qadirdir və bundan sonra da bu məsələdə kimsəyə güzəştə getməyəcək”.

Seymur ƏLİYEV

 

2026-09-24 17:15:00
28 baxış

Digər xəbərlər

Təzə Alvadı ərazisində səyyar-görüş qəbulu

Veteran.gov.az azadmedia.az-a istinadən xəbər verir ki, 09 mart 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov Təzə Alvadı kənd ərazisinin Əhmədli kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir. Qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunmuş və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunmuşdur.Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.İlk öncə Ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Cəfərov Aslan Ələsgər oğlu, İsmayılov Eldar İsmayıl oğlu, Fətullayev Ərzulla Xeybər oğlu, Əliyev Zülfüqar Müzəffər oğlu, Məmmədov Rafiq Davud oğlu, Həsənov Ülfət Məhərrəm oğlu, Fətəliyev Əlihüseyn Qiyas oğlu və başqaları Əhmədli kəndində mərkəzi yola asfalt çəkilməsi, kənd təsərrüfatı əkinlərinin məhsullarının sığortalanması, qaz xəttinin çəkilməsi, Tatyançay çayının Əhmədli ərazisində keçən hissəsinin təmizlənməsi, Əhmədli kəndində tibb məntəqəsinin tikilməsi, Təzə Alvadı kəndində mərkəzi yola asfalt vurulması, Meşəkənarı kəndinə telefon və internet xəttinin çəkilməsi və s məsələlər barədə müraciət etmişlər.Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları Ulu öndərin məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, bu gün Anım Günü ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında  Ulu öndərin məzarını ziyarət edib, abidə önünü əkil və gül dəstələri qoyublar. Veteranlar Ulu öndərin ruhuna dualar oxuyub, onun Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə yad ediblər. Veteranlar akademik Zərifə xanım Əliyevanın də məzarını ziyarət edib, görkəmli oftalmoloqun məzarı üstünə gül dəstələri qoyublar.    

Hamısını oxu
Sentyabrın 19-u görkəmli şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anım günüdür.

Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin beynəlxalq aləmdə tanınmasında, onun şöhrətinin geniş miqyasda yayılmasında böyük xidmətləri olan görkəmli alimdir. Onun adı şərqşünaslıq, eləcə də qərbşünaslıq problemlərini Şərq-Qərb münasibətləri kontekstində tədqiqata cəlb edən, şərqşünaslığımızda yeni elmi təhlil istiqaməti müəyyənləşdirən, bu sahədə ilk dəfə müqayisəli metodun tətbiqi ilə tədqiqatların səmərə və effektivliyini artıran və ümumilikdə yeni şərqşünaslıq məktəbinin əsasını qoyan cəfakeş alim kimi Azərbaycan şərqşünaslıq elm tariximizə qızıl hərflərlə yazılıb. Aida İmanquliyeva ilk azərbaycanlı ərəbşünas qadın, elmlər doktoru, professor kimi Azərbaycan şərqşünaslıq elminin inkişafında, bu sahədə ixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib, şərqşünaslıq problemlərinin öyrənilməsində yeni elmi sistem yaradıb. Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru olan professor Aida İmanquliyevanın dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa vaxt ərzində ona nəinki keçmiş Sovet İttifaqında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirib. Аida İmanquliyeva müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açaraq bütöv bir məktəbin əsasını qoyub. Alimin fundamental tədqiqatları Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirib. O, Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub. Müasir Şərq ədəbiyyatının bir sıra əsərləri də Aida xanımın tərcüməsində işıq üzü görüb. Aida xanım İmanquliyevanın şərqşünaslıq elminə verdiyi töhfələri daim yüksək qiymətləndirərək, böyük alimi həmişə dərin ehtiramla yad edirik. video

Hamısını oxu
Gəncə şəhərində "Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" adlı tədbir keçirilib

Tədbir "Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" adlı tədbir baş tutub Veteran.gov.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş "Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" adlı tədbir keçirilib. Tədbirin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, Gəncə Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova və Mərkəzin nümayəndəsi Gülər Ellazova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edib, cəmiyyətin gələcəyinin gənclər olduğunu hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımi tədbirləri görən yeganə bir insan Heydər Əliyev olduğunu diqqətə çatdırıblar. Tədbir Heydər Əliyev Mərkəzinin bələdçiləri tərəfindən gənclərə Heydər Əliyev Mərkəzində ekskursiya təşkil olunması ilə davam edib. Həmçinin, tədbirdə gənclərə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən sənədli film təqdim olunub. Sonda Ulu Öndər Heydər Əliyevin abidəsi önündə kollektiv xatirə şəkli çəkilib.  

Hamısını oxu