Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları Ulu öndərin məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, bu gün Anım Günü ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında  Ulu öndərin məzarını ziyarət edib, abidə önünü əkil və gül dəstələri qoyublar. Veteranlar Ulu öndərin ruhuna dualar oxuyub, onun Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə yad ediblər.

Veteranlar akademik Zərifə xanım Əliyevanın də məzarını ziyarət edib, görkəmli oftalmoloqun məzarı üstünə gül dəstələri qoyublar.

 

 

2022-12-09 12:03:00
1624 baxış

Digər xəbərlər

НОВЫЕ ГРАНИ ПАРТНЕРСТВА: О СЕНТЯБРЬСКОЙ ВСТРЕЧЕ ПРЕЗИДЕНТОВ АЗЕРБАЙДЖАНА И РОССИИ

Когда встречаются лидеры государств, общественность  всегда пытаемся выяснить смысл и значение этих встреч, их актуальность  и востребованность для страны, для ее будущего. Тем более, когда речь идет о встрече с Президентом великой страны, известным  и популярным сейчас в мире политическим деятелем  Владимиром  Путиным. Президент России 27-28 сентября находился в Баку с рабочим визитом. Совместно с Ильхамом Алиевым он открыл  IX Российско-азербайджанский форум регионов, в котором принимали участие более тысячи человек,  потом смотрел финальные соревнования 32-го чемпионата мира по дзюдо и очень высоко оценил их организацию.  Главы двух государств общались с главами регионов, выступили перед ними.  Отдельно состоялась закрытая встреча президентов. В своем выступлении на Форуме Президент Азербайджана Ильхам Алиев, на  мой взгляд, выразил искреннее мнение населения Азербайджана,  сказав, что мы всегда очень рады высокому гостью из России. И это не случайно. С великим северным соседом нас связывают  более  двухсотлетняя  история. В этой истории были и трагические, драматические страницы, и много позитивных станиц,   духовно объединивших наши народы. Неоспоримо, что Россия оказала  существенное влияние на становление и развитие современного Азербайджана. И сейчас для нас Россия, действительно, очень важный и ценный партнер.  Впечатляют достигнутые  конкретные  результаты  и  масштабы ожидаемого  взаимовыгодного  сотрудничества в экономической, транспортной, энергетической, гуманитарной  областях. Вместе с тем нельзя молчаливо обойти карабахскую проблему. Армения живет за счет России. Совершенно  очевидно, что Россия может однозначно потребовать от Армении вывести свои вооруженные силы с оккупированных территорий Азербайджана, как того требуют соответствующие резолюции Совета Безопасности ООН и других международных организаций. При этом Азербайджан готов соблюдать интересы армянского населения Карабаха, гарантируя их автономное существование и развитие на самом высоком уровне. Если мировая армянская диаспора действительно заботится о судьбе соотечественников, то  должна понять, что будущее Армении, ее цивилизованное развитие  требуют соблюдения добрососедских отношений с  соседними странами.  Миссия Россия  в данном случае донести до сведения своего «стратегического союзника» эту банальную истину. Азербайджан ждет от России решительных миротворческих усилий. Абсолютно не в интересах России вспышка новой войны в Закавказье. Азербайджанские просветители считали, что знание русского языка необходимое условие доступа к мировой культуре, западной философии и  науке. Ценилась служба в русской армии, получение  образования в Петербурге, Москве… Эти мысли, по существу, стали архетипами азербайджанской культуры. И сейчас, несмотря на возможность учиться, работать в западных странах, азербайджанцы преимущественно ориентированы  на Россию. Русский язык, русская культура у нас высоко ценится. И в отличие от других стран СНГ  в Республике не сокращаются, а открываются  все новые и новые школы на русском языке.  Молодое поколение ориентировано на знание трех языков: родного – азербайджанского, русского и английского. В этом отношении примером для них является  Президент Азербайджана Ильхам Алиев, свободно владеющий несколькими языками. Язык, как считал немецкий философ  Мартин Хайдеггер, дом бытия. И этим домом для  азербайджанцев, благодаря  полилингвизму, может стать весь мир.            ДЖАЛИЛ ХАЛИЛОВ, полковник, заместитель председателя Организации ветеранов   войны, труда и Вооруженных сил  Азербайджанской Республики, докторе философии по политическим наукам.  

Hamısını oxu
Prezident İlham Əliyev: Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Facebook” səhifəsində 28 May - Respublika Günü münasibətilə paylaşım edilib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq”.

Hamısını oxu
İlham Əliyev müharibə ehtimalından danışdı: Çox ciddi hərbi hazırlıqlar gedir

Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib. Dövlət başçısı bildirib:   "Sözsüz ki, Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etmək qərarı onların qəsdən etdiyi daha bir təxribatdır. Siz, həmçinin bilirsiniz ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi Azərbaycan tərəfindən bir çox beynəlxalq təşkilatlarda artıq qaldırılıb. Bu, beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir. Bu, Cenevrə Konvensiyasının pozulmasıdır və bu, cinayətdir. Onlar erməniləri Livandan Şuşaya, digər işğal olunmuş ərazilərə köçürürlər. Onlar bunu nümayiş etdirirlər, televiziya vasitəsilə göstərirlər, internetdə göstərirlər. Faktiki olaraq, beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymurlar və cinayət törədirlər. Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Onlara beynəlxalq təzyiqin olmaması, - mən bunu Minsk qrupunun həmsədrləri ilə görüşlərdə dəfələrlə qaldırmışam, - çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər. Bizdə başqa bir məlumat var. Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm".

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Ənvər Qarayev şəhid ailəsini ziyarət edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Ənvər Qarayev Beyləqan Rayon Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül dəstələri qoyub. Daha sonra Ənvər Qarayev Təşkilat sədri polkovnik Cəlil Xəlilovun tapşırığına əsasən şəhid Rizvan Nəsirovun ailəsini ziyarət edib.  Ziyarət əsnasında şəhid ailəsinin vəziyyəti ilə maraqlanan Ənvər Qarayev, şəhidlərimizin dövlət və xalq qarşısındakı xidmətinin heç zaman unudulmayacağını, hər zaman böyük sevgi və ehtiramla xatırlanacağını bildirib. Görüşün sonunda Respublika Veteranlar Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından şəhid atası Yusif Nəsirova əlil arabası hədiyyə edib. Şəhid ailəsi olaraq Prezident İlham Əliyevin diqqətini daim üzərlərində hiss etdiklərini bildirən Yusif Nəsirov, qayğıya görə Azərbaycan dövlətinə, Müzəffər Ali Baş Komandana eləcə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, minnətdarlığını bildirib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu