Respublika Veteranlar Təşkilatının bütün şəhər və rayon Təşkilatlarının sədrlərinə


Bu yaxınlarda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində İkinci Dünya müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 107-ci ildönümünə həsr olunan tədbir keçirildi. Polkovnik-leytenant Mikayıl Hüseynov qonaqları, müəllim və kursant heyətini salamladı. Ulu öndər Heydər Əliyevin, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, müstəqilliyimiz və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildikdən sonra "Ürəklərdə yaşayan sərkərdə" sənədli filmi nümayiş etdirildi. İlk söz alan Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı Həzi Aslanov haqda oxuduğu kitablardan bəzi xatirələri yada salaraq xoşbəxt millət olduğumuzu diqqətə çatdırdı: "Biz o qədər xoşbəxt millətik ki, oğullarımız uzaqlarda da Azərbaycanın adını həmişə yaşadıblar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov hər birimizə örnək olan, Azərbaycanın adını yüksəldən oğullardandır. İndiki müharibə şəraitində də Həzi Aslanov kimi oğullarımız az deyil." Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik Həmid Cəfərov çıxışında ümummilli lider Heydər Əliyevin peşəkar zabit hazırlığına və qəhrəmanlıq salnaməsində adı keçən oğullarımıza qayğı göstərməsinə diqqət çəkdi: "Ümummilli Liderin rəhbərliyi dövründə istər İkinci Dünya müharibəsində, istərsə də Qarabağ müharibəsində döyüşən oğullarımız dövlətin himayəsində olublar. Ulu Öndərimizin Həzi Aslanov kimi oğullarımıza diqqət və qayğısı baxdığımız sənədli filmdəki çıxışından görsənir: "Həzi Aslanov Azərbaycan xalqının Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan nümayəndələrindən ən görkəmlisidir. O, döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi xüsusiyyətlərə layiq olduğunu nümayiş etdirmişdir. ... Mən Böyük Vətən müharibəsində həlak olmuş, Azərbaycan torpaqlarını erməni təcavüzkarlarından müdafiə edərkən şəhid olmuş qəhrəman övladlarımızın xatirəsi qarşısında baş əyirəm." Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Ali Hərbi Məktəbində görüşün təsadüf olmadığını bildirdi: "Biz həmişə çalışırıq ki, bizim kursantlarımız, gələcək zabitlərimiz ən yüksək biliyə nail olsunlar. Onların xidməti ilə həmişə maraqlanırıq. Arzu edirik ki, onlar da Azərbaycanın qəhrəman oğullarına oxşasınlar. Gördüyünüz film göstərdi ki, Həzi Aslanov Azərbaycanın Böyük Vətən müharibəsində xidmət etmiş ən görkəmli sərkərdələrindən biridir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz qeyri-adi istedada malik olan bir hərbçi idi. Belə qəhrəmanlarımız gənc nəsil üçün örnəkdir. Çünki dövlətimizin təhlükəsizliyini sizlər təmin edəcəksiniz. Azərbaycan torpağını işğaldan siz azad edəcəksiniz. Ona görə də hərbi, fiziki, mənəvi hazırlığınız yüksək səviyyədə olmalıdır. Torpaqlarımızın işğaldan azad olunmasında siz də öz sözünüzü deyəcəksiniz, Azərbaycan bayrağını Şuşada, Xankəndində və işğal olunmuş digər rayonlarımızda dalğalandıracaqsınız." Sonda bir qrup hərbi qulluqçuya Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının adından fəxri fərmanlar təqdim edildi. Kapitan Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"
Hamısını oxu
Mətbuat cəmiyyət həyatının, tarixi proseslərin, milli düşüncənin, xalqın mənəviyyatının inikasıdır. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılmışdır. Bu gün 145 yaşı tamam olan Azərbaycan milli mətbuatının zəngin tarixi vardır. “Əkinçi”nin maarifpərvərlik məfkurəsi, yaydığı fikirlər xalqımızın azadlıq və milli ruh ideallarına çevrilərək ölkəmizin gələcəyinə mühüm töhfələr vermişdir. Həsən bəy Zərdabinin açdığı cığırla irəliləyərək milli mətbuatımızı irəli aparan fədakar ziyalılarımızı, qələm sahiblərini bu gün minnətdarlıqla yada salır, onların tarixi xidmətlərini unutmuruq. “Milli mətbuatımız müstəqillik illərində böyük inkişaf yolu keçmişdir. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Eyni zamanda dövlətimiz kütləvi informasiya vasitələrinin bu mühüm rolunu həmişə dəstəkləmiş, mətbuatın inkişafına hərtərəfli şərait yaratmışdır”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, kütləvi informasiya vasitələrinin fəaliyyətini yüksək qiymətləndirir. Ölkənin bütün media təmsilçilərini həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkiatında çalışan “Azərbaycan Veteranı” qəzetinin baş redaktoru Ülvi İbrahimlini, qəzetin məsul katibi Şəhla Qarayevanı Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Respublika Veteranlar Təşkiatının kollektivi və şəxsən öz adımdan təbrik edir, onlara cansağlığı, məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayıram. Hörmətlə: Respublika Veteranlar Təşkiatının sədri general-polkovnik Tofiq Ağahüseynov
Hamısını oxu
Ölkəmizdə idmana dövlət tərəfindən ciddi qayğı göstərildiyi, uşaq və yeniyetmələrin fiziki inkişafı istiqamətində mühüm layihələrin, dövlət proqramlarının həyata keçirildiyi məlumdur. Məhz dövlətimizin uzunmüddətli və sistemli qayğısının nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarış və turnirlərdə parlaq qələbələr əldə etməkdə, Azərbaycan bayrağını zirvələrə daşımaqdadır. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin 7-si qızıl medal olmaqla toplam 16 medal qazanması gerçəyi bunun ən böyük isbatıdır. Hansı ki, Azərbaycan güləşçilərinin bu nəticə ilə yalnız Avropanı deyil, bütün dünyanı təlatümə gətirdiyi, dövlətimizdən, idmançılarımızda heyrətlə söz açdırdığı günümüzün qürurverici həqiqətləri sırasındadır. Güləşçilərimizdən tarixi zəfər: Dövlətin və dövlət başçısının etimadına layiq qələbə! Avropa çempionatında güləşçilərimizin əldə etdiyi qələbənin önəmini artıran, bu qələbəni təkrarsız və əvəzedilməz edən bir sıra amillər var ki, bunlardan ən önəmlisi idmançılarımızın böyük əksəriyətinin rəqibləri üzərində aşkar üstünlüklə qələbə qazanması, çempionatın ən ali pilləsində qərarlaşması faktıdır. İdmançılarımızın kütləvi şəkildə uğurlu nəticə sərgiləməsi güləşçilərimizin komanda hesabında da birinci yerdə qərarlaşması ilə nəticələndi. Hansı ki, Prezident İlham Əliyev idmançılarla görüşündə bu amilə xüsusi diqqət yetirmiş, qələbənin ağır rəqabət fonunda əldə edildiyini vurğulamışdı: “Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar, 16 medal qazanıldı, onlardan 7-si qızıl medaldır. Bu, çox böyük nailiyyətdir. Xüsusilə nəzərə almalıyıq ki, komanda hesabında bizim komandamız birinci yerə layiq görülmüşdür. Bu münasibətlə ilk növbədə idmançıları və onların məşqçilərini, Güləş Federasiyasını təbrik edirəm. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Mən bilirəm ki, idmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir. Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar”. (//president.az/az/articles/view/55638 ). Göründüyü kimi, dövlət başçısı güləşçilərimizin bu nailiyyətini hər bir azərbaycanlı üçün qürur mənbəyi, dövlətimizin qüdrətinin idman müstəvisində növbəti dəfə nümayiş etdirilməsi kimi səciyyələndirib. Bu baxımdan, güləşçilərimizin əldə etdiyi bu tarixi zəfəri sözün həqiqi mənasında dövlətin və dövlət başçısının etimadına layiq qələbə adlandırmaq olar. Prezidentdən gənc idmançılara böyük diqqət və böyük təqdir Azərbaycanda gənclərin fiziki və mənəvi inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyinin ən bariz nümunələrindən biri də martın 17-də Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarınının Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi oldu. Görüş əsnasında idmançıları göstərdikləri yüksək nəticəyə görə təbrik edən Prezident İlham Əliyev, Azərbaycanda idmanın dövlət siyasəti olduğunu bir kəs daha bəyan etdi. Dövlət başçısı vurğuladı ki, idman dövlətin qüdrətini göstərən əsas göstəricilərdən biridir: “Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər. Mən dəfələrlə idman ictimaiyyəti ilə görüşlər əsnasında deyirdim ki, idman bizim dövlət siyasətimizdir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Çünki əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük uğurlar qazanırlar. Bu da təbiidir, çünki həm təlim-məşq toplanışlarının keçirilməsi, ümumiyyətlə, hazırlıq işlərinin qurulması, iqtisadi baza - bütün bu amillər önəmli rol oynayır. Əlbəttə ki, dövlət siyasəti burada aparıcı məsələdir və Azərbaycan bu ölkələrin sırasındadır. Biz nəinki iqtisadi və digər sahələrdə, idman sahəsində də qabaqcıl ölkələrin sırasındayıq və bu liderliyi qorumalıyıq. Təsadüfi deyil ki, beynəlxalq idman qurumları Azərbaycana çox böyük rəğbətlə yanaşırlar. Belə olmasaydı, Azərbaycanda iki dünya səviyyəli tədbir keçirilməzdi - həm Avropa Oyunları, həm də İslam Həmrəyliyi Oyunları. Bir ölkədə, bir şəhərdə cəmi iki il ərzində iki böyük tədbirin keçirilməsi beynəlxalq idman ictimaiyyətinin, federasiyalarının bizə olan münasibətinin əlamətidir. Biz bu yarışları yüksək səviyyədə keçirdik və idmançılarımız bizi sevindirdilər”. Şübhəsiz, Prezidentin Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçiləri qəbul etməsi, onları uğurlarına görə təbrik etməsi, qarşıdakı vəzifələr, görülən və görülməsi gərəkən işlər haqqında ətraflı danışması, idmançılar üçün bütün gərəkli şəraitin yaradıldığı və gələcəkdə də yaradılacağını vurğulaması faktının özü dövlət başçısının idmana və idmançılara nə qədər böyük diqqətlə yanaşdığını göstərir. Bu baxımdan, sözügedən görüşü birmənalı şəkildə idmançılar üçün ən böyük təqdir və mənəvi stimul hesab etmək olar. Əminliklə demək olar ki, dövlət başçısının idmançılara göstərdiyi bu qayğı onlara böyük ruh yüksəkliyi bəxş etməklə yanaşı, idmançılarımızın məsuliyyət hissini də artıracaq, onları qarşıdakı yarışlara mənəvi-psixoloji baxımdan daha effektiv kökləyəcəkdir. İdman uğurları gənc nəslin mənəvi inkişafını necə stimullaşdırır? Gənclərimizin idman sahəsindəki uğurlarının digər mühüm əhəmiyyəti, bu uğurların gənclərin mənəvi baxımdan inkişafına da böyük təkan verməsi faktı ilə bağlıdır. Belə ki, idman arenasında əldə edilən hər qələbə, bu qələbələrlə bağlı ictimaiyyətə təqdim edilən hər bir informasiya uşaq və yeniyetmələrin idmana marağını artrmaqla yanaşı, ölkəmizdə idmanın kütləviləşməsinə, daha çox gəncшт sağlam həyat tərzinə üstünlük verməkə zərərli vərdişlərdən uzaqda qalmasına xidmət edir. Bu baxımdan, Azərbaycan Güləş Federasiyasının media və sosial media müstəvisindəki fəaliyyəti də təqdirəlayiqdir. Azərbaycan Güləş Federasiyası həm rəsmi saytı, həm sosial şəbəkədəki hesabları vasitəsi ilə ölkə ictimaiyyətini güləşçilərimizin qatıldığı hər bir yarış və bu yarışların gedişatı haqqında çevik şəkildə məlumatlandırır, bu idmançıları ictimiyyətə tanıtmaqla uşaq və yeniyetmələr üçün real və parlaq nümunələr təqdim edir. Bu isə uşaq və yeniyetmələr arasında idmana marağın artmasına, onlarda mübarizə əzminin yüksəlməsinə, dövlətə və xalqa faydalı olmaq arzusunun inkişafına səbəb olur. Nəticədə, uşaq və gənclərin mənəvi inkişafı üçün də geniş imkanlar yaranmış olur. Bir sözlə, idman uşaq və yeniyetmələrin sadəcə fiziki inkişafını deyil, həm də ruhi-mənəvi inkişafını şərtləndirir. Bu isə dövlətimizin uşaq və gənclərlə bağlı siyasətinin əsas tərkib hissəsi, ana xəttidir və bu xətt bugünə qədər olduğu kimi bundan sonra da dəyişməz olaraq qalacaqdır! Seymur ƏLİYEV
Hamısını oxu
28 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görkəmli alim və hərbi xadim Kərim Kərimovun anadan olmasının 100 illik yubileyi ilə bağlı Respublika Veteranlar Təşkilatı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə Elmi-praktik konfrans keçirilmişdir. Elmi-praktik konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Konfransda Milli Aerokosmik Agentliyinin baş direktorunun birinci müavini, texnika elmlər doktoru Tofiq Süleymanov, Təbii ehtiyatların Kosmik Tədqiqi İnstitunun direktoru, texnika elmlər doktoru Fəxrəddin Ağayev, İkinci Dünya müharibəsi veteranları general-polkovnik Tofiq Ağahüseynov, təyyarəçi mayor Damət Nəbiyev, keçmiş Sərhəd Qoşunlarının komandanı general-mayor Abbasəli Novruzovun, kinorejissor, Azərbaycanın Xalq artisti Vasif Babayev, Kərim Kərimovun yaxın qohumu polkovniki Oqtay Əhmədov, veteranlar, ziyalılar, gənclər, media nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmış, Kərim Kərimovun həyatı və fəaliyyəti barədə geniş məlumat verərək demişdir: Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 yanvar 2017-ci ildə xalqımız qarşısında mühüm xidmətlər göstərmiş, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sovet İttifaqı Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü olmuş Kərim Abbasəli oğlu Kərimovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Respublika Veteranlar Təşkilatı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə baş tutan bu Elmi-praktik konfrans da həmin sərəncamın həyata keçirilməsi ilə bağlıdır. Kərim Kərimov haqqında məruzələr dinləyəcəyinizi nəzərə alaraq, mən onun həyatı və fəaliyyəti barədə qısa qeydlərlə kifayatlənəcəyəm. O, 1917-ci ildə Bakının Pirşagi kəndinda neftçi ailəsində anadan olmuşdur. Hələ orta təhsil dövründən radiotexnikaya maraq göstərən Kərim 1936-cı ildə Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, ali təhsil aldığı vaxt Azərbaycan radiosuna işə qəbul edilmiş, bir müddət sonra isə Mərdəkan radio qovşağının müdiri təyin olunmuşdur. 1941-ci ildə İnstitutu elektromexanik mühəndis kimi bitirən Kərim Kərimova istedadına görə, 1942-ci ildə Dzerjinski adına Artilleriya Akademiyasına daxil olmaq üçün təyinat verilir. Yüksək biliyə malik Kərim birbaşa akademiyanın V kursuna daxil olmuş, 1943-cü ildə buranı topçu-mühəndis ixtisası üzrə bitirmişdir. O, "Katyuşa" adı ilə tanınan yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanmışdır. Öz işinə can yandıran, silahın təkmilləşdirilməsi barəsində bir neçə dəyərli təklif irəli sürən Kərim Kərimov həmin vaxtdan həyatını raket texnikası ilə bağlamış, bu texnikanın inkişafı naminə elmi və fiziki potensialını əsirgəməmişdir”. C.Xəlilov daha sonra Kərim Kərimovun keçmiş SSRİ və Azərbaycan elminə verdiyi töhfələrdən, SSRİ-də Aerokosmik sahənin inkişafındakı müstəsna xidmətlərindən danışmışdır: “K.Kərimov Baykonur kosmodromunun əsası qoyulan gündən Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdir. SSRİ-də kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın, Yuri Qaqarinin kosmosa göndərilməsində onun da rolu az olmamışdır. Kərim Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor Sergey Korolyov 1966-cı ildə onun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olmuşdur. O, bu məsul vəzifədə 25 il çalışmışdır. Ancaq bütün bu fəaliyyətlər necə deyərlər, kadr arxasında qalırdı. İnsanlar yalnız kosmonavtları tanıyır, onları hazırlayanlar, bütün fəaliyəti təşkil edənlərin adı isə gizli saxlanılırdı. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar K.Kərimovun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdır. Onların sırasında yeni nəsil "Soyuz" kosmik gəmiləri, "Salyut" orbital stansiyası, çoxmodullu "Mir" stansiyası vardı. Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bu sahədə bir çox azərbaycanlı alimin fəaliyyəti və inkişaf etməsi üçün şərait yaratmışdır. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdur. Kərim Kərimov iki dəfə Lenin, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz, həmçinin Azərbaycan Respublikasının “Şöhrət” ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif olunmuşdur. O, 2 dəfə dövlət mükafatı almışdır”. C.Xəlilov çıxışını Ulu öndər Heydər Əliyevin 15 il əvvəl dediyi təbrik sözləri ilə bitirmişdir: “Sizin əməyiniz istər dövlət, istərsə də kosmik elm və texnikanın görkəmli nümayəndələri tərəfindən yüksək qiymətləndirilmişdir. Sizin topladığınız təcrübə və hərtərəfli biliklər ölkəmizdə kosmik tədqiqatların inkişafına, şübhəsiz töhfəsini verəcəkdir”. Sonra Kərim Kərimovun çoxsahəli fəaliyyəti barədə Milli Aerokosmik Agentliyinin baş direktorunun birinci müavini, texnika elmlər doktoru Tofiq Süleymanov, Təbii ehtiyatların kosmik tədqiqi institunun direktoru, texnika elmlər doktoru Fəxrəddin Ağayevin məruzə etmiş və general-polkovnik Tofiq Ağahüseynovun, e/o polkovnik Oqtay Əhmədovun çıxışları dinlənilmişdir. Onlar Kərim Kərimov haqqında xatirələrini bölüşmüş, kosmonavtika elminə töhfələrindən danışmış, onun xatirəsini daim əziz tutulduğunu, qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirmişlər. Çıxışlardan sonra rejissor Vasif Babayev Kərim Kərimov haqqında çəkdiyi sənədli televiziya filmi nümayiş etdirilmişdir. Kinorejissor, Azərbaycanın Xalq artisti Vasif Babayevə RVT Rəyasət Heyətinin qərarı ilə verilmiş “Veteran həmrəylilyi” medali ona təqdim olunmuşdur.
Hamısını oxu