Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının IX plenumu keçirilib

Dekabrın 10-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının IX plenumu keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə təşkilatın Rəyasət Heyətinin üzvləri, veteranlar, şəhər və rayon veteran təşkilatlarının sədrləri iştirak ediblər.  Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov plenumu açaraq tədbirin gündəliyi barədə məlumat verib. Bildirib ki, tədbirdə təşkilatın builki fəaliyyətinin yekunları, 2020-ci il üçün tədbirlər planı və cari məsələlər müzakirə olunacaq. Gündəlik təsdiqləndikdən sonra Respublika Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qurumun cari ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib. Ulu öndər Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi hazırda bu siyasətin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, veteranların sosial müdafiəsinin gücləndirilməsi qurumun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Veteranların sosial müdafiəsinin təminində dövlət orqanlarının köməyini yüksək qiymətləndirən C.Xəlilov səmərəli fəaliyyətin təşkilinə göstərilən dəstəyə görə veteranlar adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Təşkilatın keçirdiyi tədbirlər barədə məlumat verən C.Xəlilov bildirib ki, bu gün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm işlər görülür. Məhz bu baxımdan veteranlarımız gənclərimizin hərbi vətənpərvərlik, dövlətçiliyə və xalqına sədaqət ruhunda tərbiyəsində, eləcə də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Təşkilatımız da bu istiqamətdə yerli və beynəlxalq səviyyəli çoxsaylı tədbirlər keçirir. Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti veteranlarla bağlı məqsədyönlü siyasət həyata keçirir. Hər il alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində Prezident İlham Əliyev müharibə veteranları ilə görüşərək onların problemləri ilə maraqlanır. İkinci Dünya müharibəsi iştirakçılarına verilən birdəfəlik maddi yardımın məbləğinin ildən-ilə artırılması, eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində imzalanmış çoxsaylı fərman və sərəncamlar bu sahəyə dövlət qayğısının əyani göstəricisidir. Respublika Veteranlar Təşkilatı bu qayğını və diqqəti yüksək qiymətləndirir, göstərilən etimadı layiqincə doğrultmağa və fəaliyyətini daha səmərəli qurmağa çalışır. Məlumat verilib ki, 2019-cu ildə İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 74 illiyi ilə əlaqədar təşkilat tərəfindən bir sıra tədbirlər, veteranlarla görüşlər keçirilib. Beynəlxalq əlaqələrini genişləndirən təşkilat xarici ölkələrdə ölkəmizi layiqincə təmsil edib. Hesabat dövründə təşkilatın orqanı olan “Azərbaycan veteranı” qəzetinin 23 nömrəsi dərc olunub, təbliğati işin qurulmasında veteran.gov.az saytının imkanlarından səmərəli istifadə edilib. Keçirilən tədbirlər, eləcə də ictimaiyyətin Vətənin fədakar müdafiəçilərinə müsbət münasibəti mətbuatda, o cümlədən AZƏRTAC tərəfindən geniş işıqlandırılır. Gələn il görüləcək işlərdən danışan məruzəçi deyib ki, Respublika Veteranlar Təşkilatı İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 75 illiyinin qeyd edilməsi ilə bağlı müvafiq tədbirlər planı hazırlayıb. Sonra məruzə ətrafında çıxışlar olub, təşkilati məsələlərə baxılıb. Nərimanov rayon veteranlar təşkilatının sədri Elşad Şabanov, Respublika Veteranlar Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Salman Babayev, Gəncə şəhər veteranlar təşkilatının sədri Yusif Məmmədov, Şəki rayon veteranlar təşkilatının sədri Mustafa Əhmədov, Böyük Vətən müharibəsi veteranı Fatma Səttarova və başqaları çıxış edərək cəmiyyətimizin həyatında mühüm rol oynayan Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətindən, qarşıda duran vəzifələrdən danışıblar. Plenum iştirakçıları Respublika Veteranlar Təşkilatının hər zaman Azərbaycan Prezidentinin ətrafında sıx birləşərək onun həyata keçirdiyi siyasəti fəal şəkildə dəstəklədiklərini bildiriblər. Plenumda müzakirəyə çıxarılan məsələlər, o cümlədən Respublika Veteranlar Təşkilatının 2020-ci il üçün tədbirlər planı səsə qoyularaq qəbul olunub. Habelə Respublika Veteranlar Təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib.

2019-12-11 00:00:00
4785 baxış

Digər xəbərlər

Sülh diplomatiyası ilə yeni hədəfə doğru...

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 700 nəfərdən çox üzvü parlament seçkilərini müşahidə edəcək

Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində bütün respublika üzrə müşahidə aparmaq məqsədilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 700 nəfərdən çox üzvü müşahidəçi kimi qeydiyyatdan keçib.   Bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov məlumat verib.   “Veteranlar seçki prosesində həm müşahidəçi, həm də seçici kimi aktiv iştirak edəcək, əvvəlki seçkilərdə olduğu kimi bu seçkidə də xüsusi fəallıq sərgiləyəcəklər”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndələri general-mayor Polad Həşimovun ailəsini ziyarət edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun tapşırığına əsasən, qurumun hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayeva Qəbələ Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin baş məsləhətçisi Arzu Rəsulov və Vəndam qəsəbə icra nümayəndəliyinin müavini Xəyal Rəsulzadənin iştirakı ilə Qəbələnin Vəndam kəndində anadan olmuş, Ermənistanla sərhədin Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər. Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, ailə üzvlərinin qayğıları ilə maraqlanan nümayəndələr Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun başsağlığını şəhid ailəsinə çatdırıblar. Söhbət zamanı şəhid general-mayor Polad Həşimovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Respublika Veteranlar Təşkilatının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, general-mayor Polad Həşimov Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olub. O, ikinci Fəxri xiyabanda dəfn edilib. Prezident İlham Əliyevin general-mayor Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tapşırığına əsasən Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə onun adı verilib.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov hər bir veterana xüsusi qayğı ilə yanaşır.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır. Böyük və ümumi Qələbənin qazanılmasından 75 il ötsə də, həmin müharibədə misilsiz şücaət göstərmiş qəhrəmanlarımızın xidmətləri heç vaxt unudulmur. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov cənab Prezident İlham Əliyevin veteranlara göstərdiyi diqqət və qayğıya dair dövlət siyasətini rəhbər tutaraq mütəmadi olaraq müharibədə iştirak etmiş veteranlara və onların ailə üzvlərinə diqqət və qayğı göstərir, sosial problemləri ilə maraqlanır.  Yaxın günlərdə general-polkovnik Tofiq Ağahüseynovun adına Respublika Veteranlar Təşkilatına  Böyük Vətən Müharibəsi iştirakçısı 2-ci qrup müharibə əlili Belikov Aleksandr Vasilyeviçin əlillər üçün nəzərdə tutulmuş şişmə vannaya ehtiyacı olduğuna dair müraciət məktubu daxil olub. Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov problemin müsbət həlli istiqamətində verdiyi göstərişə əsasən Suraxanı rayon sakini Böyük Vətən Müharibəsi iştirakçısı 2-ci qrup müharibə əlili Belikov Aleksandr Vasilyeviçə əlillər üçün nəzərdə tutulmuş şişmə vanna alınaraq verilib.  Təşkilatın Hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayeva Suraxanı rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmovun iştirakı ilə əlillər üçün nəzərdə tutulmuş şişmə vanna  qocaman müharibə veteranı Belikov Aleksandr Vasilyeviçin ailəsinə təhvil verilib.

Hamısını oxu