Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ordunu hədəf almaq, düşmən dəyirmanına su tökməkdir

“Orduya qarşı aparılan qarayaxma kampaniyası əsassızdır və kimlərinsə şəxsi maraqlarına xidmət edir”    Bunu Moderator.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.   Təhlükəsizliyimizin məhz Azərbaycan ordusu hesabına təmin edildiyinə diqqət çəkən C.Xəlilov, ordu haqqında böhtan və yersiz ittihamlar səsləndirməyin hər şeydən öncə mənəvi baxımdan yolverilməz olduğunu bildirib:   “Azərbaycanın təhlükəsizliyi, sərhədlərimizin toxunulmazlığı məhz ordumuzun, Silahlı Qüvvələrimizin hesabına təmin edilir. Əsgərlərimiz qışın soyuğunda, yayın istisində əldə silah ayıq-sayıq şəkildə ona görə xidmət aparırlar ki, heç bir məkirli düşmən xalqımızın rahatlığını, dövlətimizin riufahını pozmasın. Belə olan halda ordunu hədəf almaq, onu hansısa xırda məqsədlərə alət etməyə çalışmaq heç şübhəsiz ki, hər şeydən əvvəl bu kampaniyanın arxasında dayanan qüvvələrin mənəvi cılızlığından və səbatsızlığından xəbər verir. Kimsə onu öz həyatı bahasına qoruyan orduya ləkə yaxırsa, onun nüfuzunu kölgə salmağa çalışırsa, bu, hər şeydən əvvə onların mənəvi faciəsi və tənəzzülüdür. Çünki ordunu hədəf almaq, mahiyyət etibari ilə düşmən dəyirmanına su tökməkdir”.   Bu cür böhtan və qarayaxmaların nəticə verməyəcəyinə, xalqın orduya olan sevgi və inamını azaltmayacağını bildirən polkovnik, Azərbaycan cəmiyyətində orduya olan məhəbbət və inamın tam olduğunu vurğuladı:   “Son vaxtlar ordu haqqında irəli sürülən ittihamlar təəssüf doğursa da, bu kampaniyanın iştirakçısı və sifarişçisi olan qüvvələr bilməlidir ki, onlar bununla heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin orduya olan sevgi və məhəbbəti, inam və etibarı tamdır. Heç bir qüvvə bu inam və sevginin üzərinə kölgə sala bilməz. Buna ümid edən kəslərin məyus olacağı, öz əməllərinin acı nəticəsi ilə üzləşəcəyi gün uzaqda deyil”.    Seymur ƏLİYEV

2020-01-16 00:00:00
4846 baxış

Digər xəbərlər

Tovuzda Vətən Müharibəsi şəhidi Eltac Əlizadənin atasının dəfn mərasimi keçirilib

Tovuz rayonunun Çatax kəndində 44 günlük Vətən müharibəsi şəhidi Əlizadə Eltac İsmayıl oğlunun atası Abdıyev İsmayılın dəfn mərasimi keçirilib. Dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, onlara səbir diləyiblər. Qeyd edək ki, Əlizadə Eltac İsmayıl oğlu 1996-cı il oktyabrın 15-də Tovuz rayonunun Çatax kəndində anadan olub. X. Cəfərov adına Çatax kənd tam orta məktəbində və Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Eltac Əlizadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində könüllü olaraq iştirak edib, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. O, 2020-ci il oktyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu Çatax kəndində dəfn edilib. Şəhid Eltac Əlizadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları, həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Allah rəhmət eləsin.    

Hamısını oxu
Məşhur tarzənin Qarabağ Universitetində solo konserti keçiriləcək

Moderator.az xəbər verir ki, 9 iyun 2026-cı il tarixində məşhur tarzən, qran-pri mükafatçısı Ayaz İmranovun Qarabağ Universitetində solo konserti keçiriləcək. İncəsənət fakültəsinin böyük zalında saat 19:00-da baş tutacaq konsertdə həm muğam, həm də Azərbaycan və xarici bəstəkarların klassik əsərləri ifa olunacaq.  Məlumat üçün qeyd edək ki, tarzən Ayaz İmranovun 2018-ci ildə Azərbaycan Milli Konservatoriyasında verdiyi konsert Azərbaycan ictimaiyyəti tərəfindən böyk maraqla qarşılanıb, böyük mədəniyyət və incəsənət xadimləri tərəfindən təqdir olunub. Azərbaycan Milli Konservatoriyasının sabiq rektoru Siyavuş Kərimli Ayaz İmranovun konsertini “tar bayramı” kimi xarakterizə edib. (https://moderator.az/az/read/220245/ ).Tarzən Ayaz İmranovun 9 iyun tarixli konsertinin də musiqsevərlər tərəfindən böyük maraq və ictimai müzakirəyə sabəb olacağı gözlənilir.  Məlumat üçün qeyd edək ki, tarzən Ayaz İmranov Prezident İlham Əliyevin 23 noyabr 2024-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.  Seymur ƏLİYEV

Hamısını oxu
İsmayıllının Lahıc qəsəbəsində "Kənd turizmi" yaradılır

Veteran.gov.az xəbər verir ki, Lahıc qəsəbəsində “Bələdiyyə turizmi” xidməti yaradılıb. Bununla bağlı qəsəbədə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, qəsəbə sakinləri, rayon ictimaiyyətin nümayəndələri iştirak edib. Burda turistlərin rahatlığı üçün tikilmiş 3 ədəd kotecin açılışı olub.   Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə çıxış edən rayon rəhbəri İsmayıllı rayonunun turizm potensialının geniş olduğunu bildirib, həmçinin o, qeyd edib ki, Lahıc qəsəbəsi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olmaqla yanaşı, həm də sənətkarlığı və adət-ənənələri ilə də məşhurdur. Son illər qəsəbəyə gələn turistlərin sayında artım müşahidə olunur. Turizmin daha da inkişaf etdirilməsi üçün həmçinin onların maraqlarının təmin olunması istiqamətində daha geniş işlər aparıldığını vurğulayıb. Tədbirdə o ,da vurğulanıb ki, İsmayıllı rayonunda və eləcə də, turizm potensialı yüksək olan kəndlərdə, qəsəbələr də "Kənd turizmi" inkişaf etdiriləcəkdir.   Qəsəbə sakinləri ilk növbədə ölkə başçısı Prezident İlham Əliyevə və layihənin Lahıcda həyata keçirilməsində rolu olan hər bir kəsə dərin minnətdarlıqlarını bildiriblər.   Məlumat üçün bildiriririk ki, görülən işlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Lahıc bələdiyyəsi tərəfindən həyata keçirilib.Layihənin davamı olaraq tikilən koteclərin ətrafında turistlərin vaxtlarının səmərəli və maraqlı keçməsi üçün əlavə işlər görüləcək.  

Hamısını oxu
“Dövlət Təhlükəsizliyi Xidməti 8 Noyabr zəfərinə böyük töhfələr verib”

“Dövlət Təhlükəsizliyi Xidməti 8 Noyabr zəfərinin əldə edilməsinə böyük töhfələr verib”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müharibə zamanı, habelə ondan əvvəl və sonrakı dönəmlərdə ölkəmizdə daxili sabitliyin qorunub saxlanılmasında,  anti-Azərbaycan qüvvələrinin təxribatçı fəaliyyətinin qarşısının alınmasında bu qurum mühüm rol oynayıb: “Dövlət Təhlükəsizliyi Xidməti müharibə dönəmində düşmənə qarşı mübarizədə yaxından iştirak edib, öz peşəkarlığı, fədakarlığı, yerinə yetirdiyi həyati missiyalarla dövlətimizin labüd qələbəsini yaxınlaşdırıb. Məhz Dövlət Təhlükəsizliyi Xidmətinin sayıqlığı nəticəsində nə müharibə, nə də post-müharibə dönəmində ölkəmizdə hər hansı terror aktı baş verməyib, bütün təxribat planları, məkirli niyyətlər vaxtında de-şifrə edilib. Dövlət başçısının bütün göstərişləri xüsusi xidmət orqanları tərəfindən qüsursuz şəkildə yerinə yetirilib. Mən qələbimzə verdiyi bu böyük, inkaredilməz töhfəyə görə Dövlət Təhlükəsizliyi Xidmətinin bütün əməkdaşlarına, eləcə də adıçəkilən qurumun rəhbəri general Əli Nağıyevə minnətdarlığımı bildirir, onları 8 Noyabr Zəfər günü münasibətilə təbrik edirəm. Xatırladım ki, bu gün həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general Əli Nağıyevin ad günüdür. Mən hörmətli generalımızı həm də ad günü münasibətilə təbrik edir, ona xidməti və şəxsi həyatında müvəffəqiyyətlər arzulayıram”. Seymur ƏLİYEV

Hamısını oxu