Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlarla görüş

Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev 07 dekabr 2016-ildə bir qrup II Dünya müharibəsi veteranları ilə görüşmüşdür. Görüşdə veteranların vəziyyəti, qayğıları, qarşılaşdıqları problemlər ətrafında söhbətlər aparılmış, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılacaq ardıcıl addımlar müzakirə olunmuşdur. Təşkilatın sədrinə onların qayğıları və problemləri ilə maraqlandığına görə minnətdarlılarını çatdıran veteranlar gələcəkdə də gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaxından iştirak edəcəklərini bildirmişlər.   Daha sonra sədri Mərkəzi Aparatının işçilərinə müvafiq göstərişlərini və tapşırıqlarını vermiş, 2017-ci ildə qarşıda duran mühüm vəzifələrdən danışmışdır. Görüş başa çatdıqdan sonra ehtiyatda olan general-mayor Dadaş Rzayev  bir qrup II Dünya müharibəsi veteranı ilə xatirə şəkili çəkdirmişdir.  

2016-12-07 00:00:00
1818 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Göygöldə müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Göygöl rayonunda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva , Göygöl rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Hüseynov Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Rayon Veteranlar Təşkilatının üzvləri Vətən müharibəsi Qəhrəmanının məzarını ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayev,  "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Maşallah Əliyev, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin rəhbəri Asəf İsmayılov və iş adamı, xeyriyyəçi Rafiq Abışovla birlikdə rayonun Göytəpə şəhərində Vətən Müharibəsi Qəhrəmanı,  şəhid kapitan Rəşad Abdullayevin ailəsi ilə görüşüblər. Qəhrəmanın atası Arif Abdullayev oğlunun həyat və döyüş yolundan fəxarətlə danışıb, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Şəhid kapitan Rəşad Abdullayevin anası Sevil Abdullayeva isə şəhid analarının adından yazdığı şeri oxuyub. O, həmçinin, ziyarətə gələnləri qəhrəman oğlunun ev-muzeyinin açılışına dəvət edib. Rayon Veteranlar Təşkilatının üzvləri və qonaqlar Göytəpə şəhər qəbirstanlığında uyuyan şəhid Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin məzarını da ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxuyublar. Xatırladaq ki, şəhid kapitan  ailəli idi, iki övladı yadigar qalıb. Cəlilabad şəhər 2 saylı tam orta məktəbi bu gün Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin adını daşıyır.  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsi iştirakçısı Perekrestov İosif Pavloviçi 100 illik yubileyi münasibətilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsi iştirakçısı Perekrestov İosif Pavloviçi 100 illik yubiley münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: “Hörmətli Perekrestov İosif Pavloviç! Sizi 100 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik! Siz şərəfli bir ömür yolu keçmisiniz. İkinci Dünya müharibəsi illərində cəbhədə göstərdiyiniz şücaətlərə görə II dərəcəli “Vətən müharibəsi” ordeni və alman faşizmi üzərində qələbə medalı ilə təltif olunmusunuz. Bu mükafatlar Vətənə xidmətin bariz nümunəsidir. Uzun müddət gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində yaxından iştirakınız təqdirəlayiqdir. Gənclər sizinlə fəxr edirlər! Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından sizə cansağlığı və xoş günlər arzulayırıq”. Hörmətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşçkilatının sədri polkovnik Cəlil Xəlilov  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında polkovnik Cəlil Xəlilovla bağlı yubiley tədbiri keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında polkovnik Cəlil Xəlilovla bağlı yubiley tədbiri keçirilib.  Tədbiri giriş sözü ilə açan Təşkilatın sədri Fatma Səttarova Cəlil Xəlilovun çoxillik xidmətlərinə diqqət çəkib, onun bu gün də gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Fatma Səttarova polkovnik Cəlil Xəlilovu Fəxri Fərmanla təltif edib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi, şair-publisist, əmkdar incəsənət xadimi, prezident təqaudçüsü   polkovnik Abdulla Qurbani Cəlil Xəlilovun keçdiyi xidməti yoldan ətraflı bəhs edib: “Ömrünün yarıdan çoxunu hərbi xidmətə həsr etmiş C.Xəlilov 1977-ci ildə keçmiş SSRİ-nin Vorkuta vilayətində müddətli həqiqi hərbi xidmətə başlamış, 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi Məktəbini, 1990-cı ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakültəsini (qiyabi) bitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir Sərhəd Dəstəsində zastava rəisinin müavini kimi hərbi xidmətini davam etdirmişdir.  C.Xəlilov 1982-2013-cü illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə xidmət etmişdir. Əfqanıstan, Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranıdır. Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət etdiyinə, yüksək peşəkarlığına və hərbi xidmət dövründə vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə görə dəfələrlə orden və medallarla təltif olunmuşdur.  2014-cü ildə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədr müavini seçilmişdir. Həmin gündən ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunması işində yaxından iştirak edir. Onun Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin qurulmasında böyük əməyi vardır. Təşkilatın sədr müavini kimi Azərbaycanı xarici ölkələrdə, o cümlədən MDB məkanında layiqincə təmsil edir, Azərbaycan həqiqətlərinin təbliği və müdafiəsində bilik və bacarığını əsirgəmir. C.Xəlilov 44 günlük Vətən müharibəsi dövründə də gənclərin vətənpərvərlik tərbiyəsi işində fəallıq göstərərək həm səfərbərliyə cəlb olunan hərbi vəzifəlilər və həm də döyüş əməliyyatlarında birbaşa iştirak edən şəxsi heyət qarşısında davamlı görüşlər keçirmişdir”. Polkovnik Abdulla Qurbani Cəlil Xəlilovun müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən təltif edilməsi ilə bağlı əmri oxuyub. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Cəlil Xəlilova ünvanlanan təbrik məktubunu səsləndirib, nazirlik adından yubileyara hədiyyə təqdim edib.  Tədbirdə çıxış edən “Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri polkovnik Fəxri Abbasov Cəlil Xəlilovla bağlı xatirələrini dilə gətirib, yubileyara hədiyyələr təqdim edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları Şaiq Məmmədov və Seymur Şeydayev Xidmət rəisi Mürsəl İbrahimovun Cəlil Xəlilova təbrik məktubunu oxuyub, Xidmət adından verilən “Hərbi vətənpərvlik tərbiyəsindəki xidmətlərə görə”  medalını ona  təqdim ediblər. Tədbridə çıxış edən Rəyasət Heyətinin üzvü İmran Əbilov, Şuşa Rayon Veteranlar Təşkilatının sədri Ağalar Əliyev, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı polkovnik Cəlil Xəlilova xoş arzularını bildiriblər.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı polkovnik Samir Musayev Rusiya, Belarus, Moldova və digər ölkələrədn polkovnik Cəlil Xəlilova göndərilən təbrik məktubları haqqında məlumat verib. Sonda çıxış edən Cəlil Xəlilov təbriklərə görə bütün iştirakçılara və müvafiq dövlət qurumlarına  öz təşəkkürünü bildirib, minnətdarlığını ifadə edib. Seymur ƏLİYEV

Hamısını oxu