Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin ipoteka borcu ödənildi


12 dekabr 2025-ci il tarixində respublikamızın bütün bölgələrində Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub, çoxsaylı tədbirlər keçirilib, ehsan süfrələri açılıb. Bu cür ehsan süfrələrindən biri də tanınmış iş adamı Cəlil Nağıyevin təşkilatçılığı ilə Novxanı və Binəqədidə təşkil olunub. Yüzlərlə vətəndaşın iştirak etdiyi ehsan süfrələrində Ümummilli Lider Heydər Əliyevin tarixi xidməltərindən bəhs ounub, Ulu Öndərin ruhuna dualar oxunub, onun parlaq ideyalarından danışılıb. (https://veteran.gov.az/az/news/3096-novxanida-ulu-onder-heyder-eliyevin-anim-gunu-ile-bagli-ehsan-sufresi-teskil-edilib ). Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Eıman Məmmədov dövlət qurumları ilə yanaşı, iş adamlarının da bu kimi tədbirlərdə aktiv iştirakını təqdir edib, bunun Ulu Öndərə olan sonsuz sevgi ilə əlaqələndirib: “Şübhəsiz ki, iş adamlarımız tərəfindən Ulu Öndərin anım günü ilə bağlı ehsan süfrələrinin təşkili, onun xatirəsinin şəhid ailələrinin, qazilərin, həssas kateqoriyadan olan digər şəxslərin də iştirakı ilə yad edilməsi olduqca mühüm bir addım, nəcib bir təşəbbüsdür. Mən buna görə iş adamlarımıza təşəkkür edir, minnətdarlığımı bildirirəm. Respublikamızın bir çox bölgələrində, eləcə də Novxanı və Binəqədidə bu cür tədbirlərin təşkili xalqımızın Ulu Öndərə olan sonsuz sevgi və ehtiramının təzahrdür. Bu fakt bir daha sübut edir ki, Heydər Əliyevin işıqlı xatirəsi xalqımızın qəlbində yaşamaqda, onun böyük ideyaları bu gün də təbliğ edilməkdə, nəsildən-nəsilə ötürülməkdədir. Əminəm ki, illər, əsrlər sonra da Heydər Əliyevin xatirəsi, onun xalqımızın, dövlətimizin xilası və gələcəyi üçün gördüyü işlər insanlarımız tərəfindən dərin hörmət və minnətdarlıq hissi ilə yad ediləcək, hər zaman hörmətlə anılacaq”. Seymur ƏLİYEV
Hamısını oxu
В Санкт-Петербурге 28 ноября 2023 года в Государственном мемориальном музее обороны и блокады Ленинграда в рамках проекта «Народы СССР в освобождении Ленинграда» состоялось культурно-просветительское мероприятие «Азербайджанцы на защите Ленинграда», приуроченное к 80-й годовщине прорыва блокадного кольца. Битва за Ленинград стала одной из самых кровопролитных. Азербайджанцы принимали самое непосредственное участие в освобождении Ленинграда от фашистской блокады. их честь на Пискаревском мемориальном кладбище открыта Памятная плита на Аллее Славы мемориала. Мероприятие было организовано партнёрами проекта: Санкт-Петербургское учреждение культуры «Государственный мемориальный музей обороны и блокады Ленинграда», Региональная общественная организация «Национально-культурное объединение друзей азербайджанцев «Нахчыван», Общественный штаб содействия реализации Президентских программ, Санкт-Петербургская региональная общественная организация «Азербайджанский национально-культурный центр «ЧИНАР». С приветственными словами перед гостями выступили: директор Государственного мемориального музея обороны и блокады Ленинграда Лезик Елена, Депутат Законодательного собрания Санкт-Петербурга седьмого созыва Сергеева Вера, председатель Национально-культурного объединение друзей азербайджанцев «Нахчыван» Гахраманов Идрис, председатель СПб РОО «Азербайджанский национально-культурный центр «ЧИНАР», Член Российского творческого союза работников культуры Мирзаева Хейранса, заместитель председателя азербайджанского национально-культурного центра «ЧИНАР» Аббасова Ульвия и другие. Аббасова Ульвия озвучила имена блокадников, ныне проживающих в Азербайджане и поблагодарила Председателя Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Саттарову Фатму, заместителя председателя полковника Халилова Джалила и заведующего отделом международного сотрудничества полковника Мусаева Самира за помощь и сотрудничество. Вечер памяти прошёл с литературно-музыкальным сопровождением в исполнении азербайджанского хореографического ансамбля «ЧИНАР», и учащихся Санкт-Петербургской детской музыкальной школы №18. Вниманию гостей были представлены литературно-музыкальные композиции: «Родина моя – Азербайджан» и «Душа Азербайджана. Солист ансамбля «Чинар», лауреат международных конкурсов Теймур Кязимов исполнил произведения Фикрета Амирова «Азербайджан» и Муслима Магомаева «Весенний край - Азербайджан». На вечере также состоялась презентация художественных выставок Масимова Гасана «Великая Отечественная война в рисунках участников азербайджанского образовательно-просветительского центра для детей и молодежи «Нахчыван», Мамедова Вугара «Прикосновение» и этнографической выставки мастеров из Азербайджана «Мой Азербайджан».
Hamısını oxu
Şəmkir sakini, ehtiyatda olan polkovnik-leytenant, keçmiş hərbi hissə komandiri Nəbi Əhmədov alqışalayiq addım atıb. Axar.az xəbər verir ki, polkovnik xaricdə yaşayan övladlarının onun ehtiyacı üçün göndərdiyi və öz təqaüdündən topladığı 50 min manat pulu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Rəşadətli əsgərlərimizə müqəddəs Vətən müharibəsində uğur arzulayan N.Əhmədov Azərbaycan Ordusunun böyük qələbəsinin uzaqda olmadığını deyib: “Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!”
Hamısını oxu
Bəzən bir insan bir əsrin yükünü çiyinlərində daşıyır. Sanki tarix onun nəfəsində danışır, zaman isə onun gözlərində qərar tutur. Belə insanlar nadir doğulur. Onlar yalnız bir dövrün deyil, bütöv bir xalqın yaddaşına çevrilirlər. Onlardan biri də şəfqətin səngərində, mübarizənin meydanında, ön cəbhədə sübuta yetirən, ləyaqətin cəmiyyətdə rəmzinə çevrilən Fatma Hüseyn qızı Səttarovadır. Fatma Səttarova 1922-ci ildə Bakı şəhərində anadan olmuşdu. Ailənin tək övladı idi. 1940-cı ildə Bakı Tibb Texnikumunu bitirmişdi. Cəmi bir il sonra 1941-ci ilin yanvarında ailə həyatı qurmuş, lakin bu xoşbəxtliyin ömrü cəmi beş ay sürmüşdü. İyun ayında İkinci Dünya müharibəsi başlandı. Fatma xanım 18 yaşında olmasına baxmayaraq könüllü olaraq cəbhəyə yollandı. Faşizm üzərində qələbə üçün ölümə çarpışmaqdan belə çəkinmədi. Bu gənc qadın ön xəttdə şəfqət bacısı kimi xidmət göstərməyə başladı. Moskova uğrunda gedən mübarizə ilə qəhrəmanlıq tarixi yaradan Fatma xanım Səngərlərdə yaralı əsgərləri ölümün pəncəsindən xilas edir, həyatla ölüm arasındakı sərhəddə ümid paylayırdı. Leninqradın mühasirəsi zamanı Ladoqa gölünün üzərində salınmış məşhur “Həyat yolu”ndan keçərək döyüş bölgələrinə ərzaq və dərman daşıyır, yaralıları təhlükədən uzaqlaşdırırdı. Göydən bombaların yağdığı anlarda belə insanlıq və mərhəmət hissini itirmədi. Müharibə onu əymədi əksinə, daha da möhkəmləndirdi. O, Berlinə qədər döyüş yolu keçdi. Lakin 1945-ci ilin əvvəllərində Macarıstanda xəstələndi və ordudan tərxis olundu. Yaralı əsgərlərlə dolu eşalonu müşayiət edərək Bakıya döndü. Üç ay sonra isə böyük Qələbə elan olundu. Fatma Səttarovanın həyatında müharibədən sonra yeni səhifə açıldı. Tibb sahəsini tərk edərək Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsil aldı. Sonrakı illərdə müxtəlif dövlət qurumlarında çalışdı. Amma onun ən böyük vəzifəsi xalqa və Vətənə xidmət idi. İctimai fəaliyyətə qoşulan Fatma xanım Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında çalışmağa başlamış və 2021-ci ildə bu qurumun sədri təyin olunmuşdu. Bu vəzifədə o, bütün veteranlar üçün çalışırdı. Onların sosial rifahı, mənzil və tibbi təminatı kimi məsələlərin həllində fəal mövqe tutdu. Məktəblərdə və hərbi hissələrdə gənclərlə görüşlər keçirərək vətənpərvərlik ruhunun formalaşmasına mühüm töhfə verdi. Fatma xanımın rəhbərliyi dövründə təşkilat nəfəs alan bir ailəyə çevrilmişdi. Bu ailənin hər bir üzvü bu gün Fatma xanımı dərin minnətdarlıqla xatırlayır. Onun adı çəkiləndə yalnız keçmiş yada düşümür, həm də gələcəyin yol xəritəsi göz önündə canlanır. Fatma Səttarovanın həyat yolu dövlət rəhbərləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Ümummilli Lider Heydər Əliyev onunla bir neçə dəfə görüşmüş, xatirələrini dinləmiş, onu “Azərbaycanın qəhrəman qızı” adlandırmışdı. Daha sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ilə bir çox tədbirlərdə fəxri qonaq kimi iştirak etmiş, onların təşəbbüsü ilə keçirilən layihələrdə fəallıq göstərmişdir. Prezident İlham Əliyev onun haqqında belə demişdi: “Fatma Səttarova kimi insanlar bizim milli sərvətimizdir.” 2021-ci ilin 9 may tarixində onun şərəfinə Silahlı Qüvvələrin Fəxri Qaraulu düzülmüş, 2022-ci ildə isə "İstiqlal" ordeni ilə təltif olunmuşdu. Eyni zamanda, “Qələbənin 75 illiyi”, “Vətənin fəxri” və “Veteran Həmrəyliyi” medallarına layiq görülmüşdü. Fatma xanım 14 sentyabr 2024-cü ildə vəfat etdi və II Fəxri Xiyabanda dəfn olundu. Ömür yolu ilə nəsillərə örnək olan Fatma xanımın yoxluğu Təşkilatımızın üzvləri üçün ağır bir itki oldu. Onun məzarı bu gün veteranların əziz xatirəsinin yaşadılacağı bir and yerinə çevrilib. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva dəfn mərasiminə əklil göndərərək ona olan yüksək ehtiramlarını ifadə etmişdilər. İndi isə Təşkilat olaraq deyirik: “Nur içində yat, Fatma xanım. Allah sənə rəhmət eləsin. Biz səni heç zaman unutmayacağıq. Sən bizim yaddaşımızda, dualarımızda yaşayacaqsan. Vətənə və xalqa etdiyin xidmətlər daim xatırlanacaq, adın nəsillərdən nəsillərə ötürüləcək. Ruhun şad olsun! Polkovnik Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri
Hamısını oxu