Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Novxanı və Binəqədidə Ulu Öndərlə bağlı ehsan süfrələrinin təşkili nəcib niyyət, faydalı təşəbbüsdür”

12 dekabr 2025-ci il tarixində respublikamızın bütün bölgələrində Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub, çoxsaylı tədbirlər keçirilib, ehsan süfrələri açılıb. Bu cür ehsan süfrələrindən biri də tanınmış iş adamı Cəlil Nağıyevin təşkilatçılığı ilə Novxanı və Binəqədidə təşkil olunub. Yüzlərlə vətəndaşın iştirak etdiyi ehsan süfrələrində Ümummilli Lider Heydər Əliyevin tarixi xidməltərindən bəhs ounub, Ulu Öndərin ruhuna dualar oxunub, onun parlaq ideyalarından danışılıb. (https://veteran.gov.az/az/news/3096-novxanida-ulu-onder-heyder-eliyevin-anim-gunu-ile-bagli-ehsan-sufresi-teskil-edilib ).

Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Eıman Məmmədov dövlət qurumları ilə yanaşı, iş adamlarının da bu kimi tədbirlərdə aktiv iştirakını təqdir edib, bunun Ulu Öndərə olan sonsuz sevgi ilə əlaqələndirib:

“Şübhəsiz ki, iş adamlarımız tərəfindən Ulu Öndərin anım günü ilə bağlı ehsan süfrələrinin təşkili, onun xatirəsinin şəhid ailələrinin, qazilərin, həssas kateqoriyadan olan digər şəxslərin də iştirakı ilə yad edilməsi olduqca mühüm bir addım, nəcib bir təşəbbüsdür. Mən buna görə iş adamlarımıza təşəkkür edir, minnətdarlığımı bildirirəm.

Respublikamızın bir çox bölgələrində, eləcə də Novxanı və Binəqədidə bu cür tədbirlərin təşkili xalqımızın Ulu Öndərə olan sonsuz sevgi və ehtiramının təzahrdür. Bu fakt bir daha sübut edir ki, Heydər Əliyevin işıqlı xatirəsi xalqımızın qəlbində yaşamaqda, onun böyük ideyaları bu gün də təbliğ edilməkdə, nəsildən-nəsilə ötürülməkdədir.

Əminəm ki, illər, əsrlər sonra da Heydər Əliyevin xatirəsi, onun xalqımızın, dövlətimizin xilası və gələcəyi üçün gördüyü işlər insanlarımız tərəfindən dərin hörmət və minnətdarlıq hissi ilə yad ediləcək, hər zaman hörmətlə anılacaq”.

Seymur ƏLİYEV

 

2025-12-14 18:18:00
2533 baxış

Digər xəbərlər

Xalq-dövlət birliyinin zəfər təntənəsi

Cəlilabad rayon Veteranlar Təşkilatı Vətən Müharibəsində qazandığımız şanlı Zəfərin 5 illiyi münasibətilə “'Xalq-Dövlət birliyinin Zəfər təntənəsi" mövzusunda tədbir keçirib. Tədbirdən öncə Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin büstü önünə tər qərənfil gülləri qoyulub,  şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra tədbir Veteranlar evində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmaqla  davam etdirilib. Tədbirdə Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman,  Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, "Qarabağ qaziləri" İctimai Birliyi Cəlilabad rayon filialının sədri Maşalla Əliyev, Vətən Müharibəsi iştirakçıları Nicat Sadıqov, Məhəmmədəli Verdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavidan Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, veteran müəllim İsmayıl  Quliyev, ictimai fəaı Famil Səlimov və başqaları çıxış edərək  işğal olunmuş torpaqlarımızın azad olunmasında  əsgər və zabitlərimizin göstərdiyi şücaətdən fəxarətlə danışıblar, Vətən Müharibəsində Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin sərkərdəlik məharəti nəticəsində əldə etdiyimiz qələbənin tarixi əhəmiyyətini yüksək qiymətləndiriblər. Çıxış edənlər qazandığımız şanlı Zəfərin  sarsılmaz Xalq-Dövlət birliyinin zəfər təntənəsi olduğunu  xüsusi vurğulayıbar. Tədbirdə oxunan vətənpərvər ruhlu şeirlər tədbir iştirakçılarına xoş duyğular yaşadıb.  

Hamısını oxu
Bu gün Bakıda Zəfər paradı keçiriləcək

Azadlıq meydanında keçiriləcək hərbi paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq. Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri paradda keçid edəcək. Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qələbə paradında iştirak edəcək. Qeyd edək ki, Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib. Bu ərazilərdə sıxlığın, süni tıxacın yaranmaması üçün sürücülərdən xahiş olunur ki, hərbi parad bitənədək Azneft dairəsi və Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməsin. Eləcə də Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır. Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız 10-cu zavod dairəsi və Babək prospektindən keçməklə hərəkət etməlidirlər. Həmçinin 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi Üzgüçülük hovuzunun yanından və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının yanından istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Afiyəddin Cəlilov küçəsi və Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa müəyyənləşdirilib. Yeni bulvar ərazisində də şəxsi avtomobillərlə hərəkət mümkün olmayacaq. Çünki həmin istiqamətdəki bütün yollara hərbi texnikalar yerləşdirilib. Eyni zamanda, Zəfər paradı və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq, Lökbatan - Bayıl - 20-ci sahə, Neftçilər prospekti - Azneft dairəsi - “28 May” m/st-sı, Nobel prospekti - Xətai m/st-sı - “28 May” m/st-sı istiqamətində, eləcə də ətraf küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Hamısını oxu
Mehriban Əliyevadan Madagizdə bayrağımızın qaldırılması ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Madagizin azad olunması münasibətilə sevincini bölüşüb.  O, “İnstagram” hesabında Ali Baş Komandan İlham Əliyevin Ordumuzun uğuru ilə bağlı statusunu paylaşıb.

Hamısını oxu
“DTX-nın sayıqlığı nəticəsində ölkəmiz növbəti dəfə böyük təhlükələrdən, faciələrdən xilas oldu”

 Nəsib Məhəməliyev: “Prezident İlham Əliyevə qarşı xəyanət etmək, ən ağır cinayətdir” “Ramiz Mehdiyev Azərbaycanın yox, Rusiyanın maraqlarına xidmət edib” Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir neçə saat bundan öncə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun xəyanəti, habelə, qanunsuz vəsaitləri leqallaşdırması ilə bağlı çoxsaylı faktlar – foto-video görüntülər, səs yazıları yayımlayıb. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev Ramiz Mehdiyev və onun anti-Azərbaycan fəaliyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib, DTX-nın təqdim etdiyi faktlara münasibət bildirib: “DTX-nın yayımladığı, Ramiz Mehdiyevə məxsus səs yazısı, Azərbaycan ictimaiyyətində, o cümlədən məndə, sözün əsil mənasında şok effekti yaratdı. Səbail rayon məhkəməsi tərəfindən, Ramiz Mehdiyev barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilərkən, “Azərbaycanda Dövlət idarəetmə sisteminin dəyişdirilməsi” ilə bağlı yazı dərc olunmuşdu. Həmin yazıda, dövlətimizin müstəqilliyinin məhdudlaşdırılması, konstitusion quruluşunun tamamilə dəyişdirilməsi, seçkili orqanlara təyinatların, yeni yaradılacaq ,,dövlət şurası,, tərəfindən həyata keçiriləcəyi ilə bağlı cəfəng məlumatlar əksini tapmışdı. Ən dəhşətlisi isə, proseslərin xarici xüsusi xidmət orqanlarının rəhbərliyi ilə həyata keçirilməsi göstərilirdi.         İndicə yayımlanan səs yazısında da, Ramiz Mehdiyevin xüsusi xidmət orqanının başçısının katibəsi və yaxud köməkçiləri vasitəsilə əlaqə yaratmağa çalışır. Konkret sənədin adını çəkməklə, məxsusi olaraq qeyd edir ki, təqdim edəcəyim sənəd, onun, (yəni həmin rəhbərin) maraq dairəsindədir. Bunun yalnız bir adı var. Vətənə xəyanət. Ümumiyyətlə, müstəqillik tariximizdə baş verən ictimai-siyasi prosesləri təhlil etdikdə, siyasətlə məşğul olan hər kəsə bəllidir ki, Ramiz Mehdiyev, Azərbaycanın yox, Rusiyanın maraqlarına xidmət etmişdir. Faktlar da bir daha sübut edir ki, o ömrünün ahıl çağında da, nicatı bu ölkədə axtarır. Belə bir deyim var; “Allah, pis insanların ağlını əlindən alır”. Uzun illər ərzində hakimiyyətin üst qatında yer vermiş, bütün mümkün imtiyazları bəxş etmiş şəxsiyyətə, torpaqları işğaldan azad etməklə, 200 illik erməni separatçılığına birdəfəlik son qoyan, dünya erməniliyinə, onların lobbiçilərinə qalib gələn Prezident İlham Əliyevə qarşı xəyanət etmək, ən ağır cinayətdir. Psixologiyada belə bir şey var:”Normal insan təşəkkür etməyi bacarmalıdır”. Ramiz Mehdiyev öz xislətini göstərdi. Yaxşı ki, peşəkar, dövlətin və millətin keşiyində duran xüsusi xidmət orqanlarımız, preventiv tədbirlərlə, Ramiz Mehdiyev kimilərinin iç üzünü açır. DTX-nın təqdim etdiyi faktlar, bir daha göstərdi ki, xüsusi xidmət orqanlarımızın ayıq-sayıqlığı nəticəsində, ölkəmiz növbəti dəfə böyük təhlükələrdən, faciələrdən xilas oldu. Bu, əməliyyatlar, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir”. Seymur ƏLİYEV

Hamısını oxu