Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

General-polkovnik Tofiq Ağahüseynov 245 müharibə veteranına ərzaq yardım paketlərinin paylanılmasına dair tapşırıq verib.

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq Azərbaycan Respuplikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynov şəxsi təşəbbüsü ilə 245 nəfər müharibə veteranına ərzaq yardım paketlərinin paylanılmasına dair tapşırıq vermişdir. Aksiyanın keçirilməsinin məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan qocaman veteranlarımıza dəstək göstərməkdir.     General-polkovnik Tofiq Ağahüseynov "Evdə qal, həyatları xilas et!" çağırışı ilə müraciət edərək başda veteranlar olmaqla, əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyi tövsiyyə edir. Azərbaycan Respuplikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun veteranlara müraciət məktubunu sizlərə təqdim edirik. “Əziz veteran dostlarımız, bu çətin zamanda mən Sizə möhkəm can sağlığı və sakit həyat arzulayıram. Cənab Prezidentimiz hər birimizin vətən qarşısındakı xidmətlərini bilir və hər zaman yüksək qiymətləndirir. Onun köməyi və dəstəyi ilə biz bu çətin dövrü də arxada qoyacağıq. Özünüzü və yaxınlarınızı qoruyun! Ruhdan düşməyin! Koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü bir vaxtda Prezidentimiz İlham Əliyev cənabları tərəfindən atılmış qabaqlayıcı addımlar nəticəsində ölkəmiz bu bəladan cüzi itkilərlə çıxmaq üzrədir.Yaddan çıxarmayın ki, biz  birlikdə bundan da çətin vaxtlardan qalıb çıxmışıq! Siz hər zaman bizim qəlbimizdəsiniz! Biz Sizi hər zaman xatırlayırıq və çox sevirik! “   Məlumat üçün qeyd edək ki, nəzərdə tutulmuş yardım aksiyası Azərbaycan Respuplikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun tağşırığı ilə bu gündən Təşkilatın Gənclərin Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayevanın iştirakı ilə başladılıb.

2020-07-04 00:00:00
884 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu daha 48 kəndi, 1 qəsəbəni və 8 strateji yüksəkliyi işğaldan azad edib

Bakı, 9 noyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” hesabında bildirib.

Hamısını oxu
“Zəfər tarixi”nin tədrisi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayacaq”

Nəsib Məhəməliyev: “Qələbəni şərtləndirən səbəblər, mövcud geosiyasi reallıqlar, onun tarixi önəmi gələcək nəsillərə ötürülməlidir”   Cari tədris ilindən etibarən orta məktəblərdə “Zəfər tarixi” tədris olunacaq.   Bununla bağlı veteran.gov.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, bunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:   “Bu ildən etibarən orta məktəblərdə Zəfər tarixinin öyrənilməsinə başlanması olduqca doğru və zəruri addımdır.   Hər bir xalqın kimliyini təsdiq edən əsas amillərdən biri də, onun keçdiyi tarixi yoldur. Azərbaycan xalqı qədim dövürlərə söykənmiş zəngin tarixi keçmişə malikdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə isə, bu tarixin ən şərəfli səhifələrindəndir. Hər bir azərbaycanlının qürur mənbəyinə çevrilimiş Zəfər tarixi dərindən öyrənilməlidir. Qələbəni şərtləndirən səbəblər, mövcud geosiyasi reallıqlar, onun tarixi əhəmiyyəti gələcək nəsillərə ötürülməlidir.   Hesab edirəm ki, burada sistemli yanaşma olmalıdır. Nəzərə almaq lazımdır ki, bilavasitə Silahlı Qüvvələrin döyüş meydanında apardığı əməliyyatlarla yanaşı, diplomatiya, informasiya və başqa sahələrdə də geniş miqyaslı müharibə aparılmışdır. Uzun illər ərzində ən müasir standartlara uyğun Silahlı Qüvvələr formalaşdırılmış, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən hüquqi normativ sənədlər alınmışdır. Regionda maraqları olan beynəlxalq güclərin, erməni diasporasının və lobbist qrupların neytrallaşdırılmasına nail olunmuşdur. Misli görünməmiş milli birlik təmin olunmuş, xalq ölkə daxilində və xaricində dəmir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşərək, bütün dünyaya Azərbaycan dövlətinin gücünü nümayiş etdirmişdir. Təbii, iqtisadi faktorlar da qeyd olunmalıdlr. Əgər dövlətin iqtisadi imkanları olmasaydı, belə bir güclü ordunun qurulmasından danışmaq mümkün olmazdı.   Tarixi qələbəmizin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından hökumət tərəfindən əhəmiyyətli layihələr icra olunur. Hərbi Qənimətlər Parkının, Zəfər muzeyinin, Vətən müharibəsi  memorial kompleksinin yaradılması bu istiqamətdə aparılan dövlət siyasətinin tərkib hissəsidir. Bütün bunlar, peşəkar hərbçilərdən, siyasətçilərdən, pedaqoqlardan, sosioloqlardan ibarət mütəxəssislərin iştirakı ilə sistemləşdirilməli, dərslik şəklində nəşr olunmalıdır. Zəfər tarixi yeniyetmələrin və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynayacaqdır”.   Seymur ƏLİYEV

Hamısını oxu
Qüruru Vətən İnsan

Tanrı müdrik dövlət xadimlərini Azərbaycan xalqından əsirgəməyib. Əslində onların sayının o qədər çox olduğunu söyləmək mümkünsüzdür. Ancaq bu xalq öz dövlət adamlarını sanki zamanın tələbinə uyğun şəkildə yetişdirir. Zaman isə bizdən böyüməyi tələb edir.   Əslində bu tələbat, bir növ, yox olmamaq üçün böyümək, güclənmək zərurəti kimi meydana çıxır. Müstəqilliyimizin ilk illərindəki durumu yada salaq. Min bir çətinliklər bahasına başa gəlmiş, müəyyən mənada həm də tarixin hədiyyəsi kimi meydana çıxmış dövlətçiliyimizin yenidən itirilməsi təhlükəsi yaranmışdı. O zaman Ulu öndər Heydər Əliyev olmasaydı, kim bilir, indiki Azərbaycan var idi ya yox. Var idisə də bu varlıq hansı görkəmdəydi?..   Bəli, Heydər Əliyev bizə tarixin lütfü kimi meydana çıxmış şəxsiyyətdir. Onun baxış bucağı, dünyagörüşü, hadisə və proseslərə yanaşma tərzi, hətta liderlik keyfiyyətlərinin özü də bizim düşüncə və baxışlarımızı aşırdı. Heydər Əliyev Azərbaycandan böyük idi, çox yüksəkdəydi və obrazlı desək, Azərbaycanı da o yüksəkliyə dartıb çıxarmaq istəyirdi. O, əvvəl yolun yoxuşundakı alaq otlarını təmizlədi. Bunu məharətlə bacardı və düzən yaratdı. Düzən liderlikdə varislik prinsipini diqtə edirdi. Heydər Əliyev şəxsiyyəti bu diqtəni də reallıqla uzlaşdırmağı bacardı.   İlham Əliyev idi bu prinsipin adı. Bu, elə bir prinsip idi ki, formalaşmış düzənə mütəhərriklik gətirməliydi, gücə güc qatmalıydı. Başqa cür mümkün də deyildi. Bu dəfə Azərbaycanın miqyasını çox böyük anlamda aşmağa ehtiyac yaranmışdı. Qlobal inkişaf, transformasiyalar, neft amili, gözümüzün önündə viran qalan dövlətlər və ayaqda qalmaq. Dimdik qalmaq. Dimdik qalaraq dünya ilə bərabər addımlamaq. Dünyanın ayrılmaz parçasına çevrilmək. Geridə qalan atların güllələndiyi bir dünya düzənində ayaqda qalmaq, dünya boyda olmaq.   Prezident İlham Əliyevin miqyasının böyüklüyü imkan vermədi ki, güllələnək. Onun şəxsində Heydər Əliyev kursunun müdrikliyi qəribə bir mistika qazandı. Qarabağ atı. Düşünün ki, Heydər Əliyev çıxışlarında Azərbaycan xalqının mütləq və mütləq Qarabağa sahib olacağını vurğulayırdı. Bunu az qala hər nitqində dilə gətirirdi. İlham Əliyevin gücləndirdiyi Azərbaycan Qarabağ atının güllələnməsinə yol verməməklə gücümüzə təntənə qazandırdı. Biz xalq olaraq qeyrətimizin, namusumuzun güllələnməsinin qarşısını aldıq. Bütün güllələyənlərə tarixi dərs verdik. İlahi, Heydər Əliyev bu günləri görürmüş və bu günlərə hamımızdan çox İlham Əliyev inanırmış. Dövlət və dövlətçilik baxışı da elə budur.   İlham Əliyev ona görə böyük liderdir ki, dövlətçiliyə ideoloji obraz qazandırıb. Prezidentin baxışları müstəqilliyimizə dönməzlik libası geyindirib. Ona çətinliklərdən, təlatümlərdən müdafiə, təbii müqavimət instinkti verib. Bir sözlə dövlət kimi dövlət olmuşuq.   Azərbaycan tarixinin heç bir dövründə indiki qədər güclü və qətiyyətli olmayıb. Bir lider ömrünün 60 ilinə baxanda bunlarla fəxr etməzmi, qürur duymazmı? Bəli qətiyyətlə demək mümkündür ki, 60 ilin hesabatı qüdrətli Azərbaycandır! İlham Əliyevin qüdrətləndirdiyi Azərbaycan! Bu Azərbaycana görə hamımız qürur duyur, fəxarət hissi keçiririk. Və bu hissimizdir ən böyük yubiley təbrikimiz.   Azərbaycandan böyük Lider, mən də Sizə ünvanlanmış təbriklərə qoşulmaqdan məmnunam. Azərbaycan həmişə ucalsın, onu görün! Görün, onunla və özünüzlə daim qürur duyun! Qüruru Vətən olan insan kimi yaddaşımızda əbədisiniz! Uca Tanrı yar və yardımçınız olsun!   Əflatun Amaşov Mətbuat Şurasının sədri

Hamısını oxu
“Bizim bu müharibədəki xidmətlərimiz dünya üçün də maraqlıdır”

Gələn il faşizm üzərində qələbənin 75 illiyi bəşəriyyət tərəfindən qeyd ediləcək. Bu tarixi olayla bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ölkəmizin II Dünya Müharibəsindəki iştirakçılığını əks etdirən muzeyin yaradılması təklifi ilə çıxış edib. Moderator.az-a açıqlamasında bu təklifə münasibət bildirən millət vəkili Nizami Cəfərov məlum təklifi dəstəklədiyini vurğuladı: “Şübhəsiz ki, Azərbaycanın faşizm üzərindəki qələbəyə verdiyi töhfələrin yada salınması, təbliği müsbət olar. Bununla bağlı muzeyin yaradılmasını da məqsədəuyğun hesab edirəm. II Dünya müharibəsi dünya tarixinin hadisəsidir. Azərbaycan bu hadisələrdə öz qəhrəman döyüşçüləri, nefti, iqtisadi potensialı və s. ilə iştirak edib. Mənim yadımdadır ki, bir vaxtlar Bakıya “Qəhrəman şəhər” adının verilməsi məsələsi də qaldırılmışdı. Bunlar tariximizin bir hissəsidir. Hesab edirəm ki, bu məsələlərdə çox da təvazökar olmaq lazım deyil. Dünya müharibəsində hər bir xalqın iştirakçılıq səviyyəsi, ortaya qoyduğu mövqe dünya üçün də maraqlıdır. Odur ki, belə bir muzeyin yaradılması faydalı addım olar. 80-ci illərin sonu, 90-cıə illərin əvvəllərində bu müharibədə Azərbaycan xalqının iştirakı, göstərdiyi qəhrəmanlıq özümüz tərəfindən bir xeyli dərəcədə gözdən salındı.  Amma ümummilli liderimizin hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişdi. Heydər Əliyev bu müharibənin mahiyyətini, fəlsəfəsini bilən bir şəxs idi və buna görə də bu müsharibədə Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara lazımi diqqət göstərildi. Xalqımızın bu müharibədə göstərdiyi qəhrəmanlqıların, fədakarlıqların təbliği günümüzün reallıqları baxımından da faydalı olar. ”.   Seymur ƏLİYEV

Hamısını oxu