Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Hafiz Paşayevin həyat yoldaşı vəfat edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin həyat yoldaşı, uzun illər AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi kimi çalışmış Rəna Paşayevanın vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin

2020-07-12 00:00:00
4112 baxış

Digər xəbərlər

Şəhid olan 23 yaşlı müstəntiqin SON DÖYÜŞÜ

Vətən müharibəsi şəhidlərindən biri də prokurorluq müstəntiqi Əlizadə Yüksəl İlqar oğludur. Publika.az xəbər verir ki, prokuror oğlu oan 23 yaşlı Yüksəlin qardaşı da prokurorluq sistemində çalışır. Yaxınlarının bildirdiyinə görə, o, savadlı bir hüquqşünas idi: " "Önündə gözəl bir gələcək var idi. Ancaq buna baxmayaraq, Yüksəl müharibə başlayan kimi ailəsinə belə xəbər etmədən vəzifəsini, işini, kariyerasını ataraq könüllü olaraq cəbhəyə, döyüşə getdi. Müharibənin bitməsinə 1 gün qalmış 8 Noyabrda Xocavənd uğrunda gedən döyüşlərdə Kəşfiyyatçı olan əsgərimiz 12 nəfərlik kəşfiyyatçı əsgər yoldaşları ilə (Mübariz kimi) düşmənin içinə sızaraq düşmən postunu ələ keçirmiş, daha sonra düşmən mühasirəsinə düşmüşdülər. Düşmənə təslim olmayaraq son gülləsi bitənə qədər düşmənlə savaşmışlar və düşmənə təslim olmayaraq şəhid olmağı seçmişlər. Şəhidin bədənində 19 güllə var idi. Yaralı olduğu halda yenə də son damla qanına qədər döyüşmüşdür. Hansı şücaətlə döyüşdüyünü təsəvvür etmək mümkündür. Bu gün biz qələbə sevinci yaşayırıqsa bu sənin kimi igid oğulların sayəsindədir Yüksəl. Sən nəyinki Qazaxın, Gəncənin, sən bütün Azərbaycanın fəxrisən".

Hamısını oxu
Xətai rayonunda 20 yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları  - şöbə müdiri, ehtiyyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 18 yanvar 2023–ci il tarixində  Bakı şəhəri Xətai  rayonunda keçirilən tədbirdə iştirak ediblər. Tədbir  Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə keçirilib. 20 Yanvar qurbanlarının 33 il dönəminə həsr edilmiş ,”Vətən üçün doğulmuşam” adlı tədbirdə Xətai rayon VT-nın müavini  Tofiq Məmmədov, Xətai rayon  Ağsaqqallar    Şurasının     sədr     müavini  Nizami Hüseynov,   məktəbin direktoru Zenfira Məsiyeva, şagirdlər və müəllimlər iştirak ediblər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər 20 Yanvar faciyəsinə həsr olunmuş şeirlər söyləyib, səhnəciklər göstəriblər. Şagirdlərin çıxışlarından sonra söz qonaqlara verilib. Polkovnik Adil Haqverdiyev çıxışında 20 yanvar gecəsinin şahidi olduğunu bildirib:  “Ağır texnikaların şəhərə yeridilməsi və dinc etirazçıları əzmək böyük cinayət idi. O dövrün məsul şəxsləri qanun qarşısında cəzasız qalsalar da, Allah qarşısında cavab verəcəklər. Rəhbər işçilər xalqla bir yerdə olmadılar, çünki böyuk yalanlar uydurmuşdular. Sovet Ordusu etirazçıları sakitləşdirmək adı altında qırğınlar törətdi. Ordu nəinki Bakıda, eyni zamanda ətraf rayonlarda da amansız qırğınlar törətdilər. Mustəqilliyimizin əldə olunmasının yolunda qurban gedənlərin ruhu şaddır. Azərbaycanımızın  müstəqilliyi günü-gündən güclənir və inamla addımlayır. Biz vətəndaş olaraq Ali Baş Komandan Prezident  İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyərək bir yumruq kimi onun ətrafında birləşib, dəmir yumruğumuzu düşmənlərimizə göstərməliyik. Mən çıxışımın sonunda bir daha vətən uğurunda qurban gedənlərin, şəhidlərimizin ruhu qarşısında baş əyirəm, onlara Allahdan rəhmət, sağlamlıqlarını itirənlərə  cansağlığı diləyirəm”. Daha sonra Tofiq Məmmədov çıxış edib. Məktəbin direktoru Zenfira Məsiyeva məktəb kollektivi adından tədbir iştirakçılarına təşəkkürünü bildirib.   Tədbirin sonunda  xatirə şəkli çəkilib.    

Hamısını oxu
Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Günü qeyd olunub

10 mart 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.  Veteran.gov.az Azərbaycan Teatr Xadimləri İttifaqına istinadən məlumat verir ki, tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər. Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa salonunda keçirilən bayram tədbirini İttifaq sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov idarə edib. Qonaqları salamladıqdan sonra o, bütün teatrsevərləri Milli Teatr Günü münasibəti ilə təbrik edib. Sonra Azərbaycan Teatrının keçmişi və bu günü haqqında danışıb. Qeyd edib ki, «Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 01 mart tarixli Sərəncamına əsasən artıq 12 ildir ki, ölkəmizdə Milli Teatr Günü rəsmi şəkildə qeyd olunur. Teatra, teatrda çalışanlara dövlət qayğısı günbəgün artır. Teatr binaları təmir və bərpa olunur, dünya standartlarına uyğun avadanlıqlarla təchiz edilir». Tədbir iştirakçılarına Azərbaycan teatrının keçmişini və bu gününü əks etdirən videoçarx və fotosərgi nümayiş etdirilib. Xalq artisti Heydər Anatollu, Akademik Musiqili Teatrının aktyorları Hüseyn Əlili və Gültac Əlili öz mahnıları ilə, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları məzəli parodiyalarla teatr xadimlərini təbrik ediblər. Çıxışlararası bu il yubiley yaşı tamam olan, teatr sahəsində uğur qazanan sənətçilər mükafatlandırılıb, həmçinin "BAXIŞ-4" festivalının nəticələri açıqlanıb. «SƏNƏTKAR» medalı ilə təltif olunanlar: 1. Xalq artisti Şükufə Yusupova – (Milli Teatr) 2. Xalq artisti Firudin Məhərrəmov – (Sumqayıt Teatrı) 3. Əməkdar artist Azad Şükürov – (ADMİU) «QIZILGÜL» mükafatı ilə təltif olunanlar: 1. Naidə İsmayılzadə (direktor) – (Gənc Tamaşaçılar Teatrı) 2. Əməkdar artist Kübrabəyim Əliyeva 3. Xalq artisti Fatma Mahmudova – (Musiqili Teatr) 4. Əməkdar artist Səmayə Musayeva – (Musiqili Teatr) 5. Elmira Kərimova (AzTXİ) 6. Məlahət Manafova (AzTXİ) 7. Xatirə Babayeva – (AzTXİ) 8. Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova – (Salyan Kukla Teatrı) 9. Əməkdar artist Növrəstə Haşımova – (Sumqayıt Teatrı) Fəxri fərmanla təltif olunanlar:  

Hamısını oxu
Pirallahı rayonunda qazilərlə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev 22 aprel 2021-ci il tarixində Bakı şəhəri Pirallahı rayonunda  tədbirdə iştirak edib. Tədbirdə qazilərlərlə bərabər, İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, İcra Hakimiyyətinin şöbə müdiri Anar Babayev,YAP-ın Pirallahı rayon təşkilatının sədri Əli Kərimov, İcra Hakimiyyətinin humanitar şöbə rəisi Arzu Abdullayev, İcra Hakimiyyətinin Veteranlarla iş şöbəsinin əməkdaşları Sübhay Məmmədov və Tural Cəfərov, Pirallahı rayon VT-nın sədri Xəqani Şirinov,  Pirallahı rayonu Qızıl Aypara cəmiyyətinin sədri Təranə İskəndərova iştirak edib.   Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyətinin birinci müavini Vəzir Səfixanov qonaqları salamlayıb, onları tədbir iştirakçılarına təqdim edib. İlk öncə söz Respublika Veteranlar Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib.   Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 44 günlük müharibədə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığa diqqət çəkən Adil Haqverdiyev, Ali Baş Komandanın rəhbərliyi altında hərbçilərimizin düşməni darmadağın etdiyini, uzun illərdir ki, işğalda qalan torpaqların azad edildiyini bildirib. Şöbə müdiri qeyd edib ki, bu tarixi qələbəyə kölgə salmağa çalışan qüvvvələrə öz yerini göstərməli, bundan sonra da Ali Baş Komandan İlham Əliyevin  ətrafında sıx birləşməkdə davam etməliyik.   Tədbirin sonunda ,,Dəmir yumruq,, filim nümayiş edilib, xatirə şəkli çəkilib.

Hamısını oxu