Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilən məlumata görə İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.
Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.
Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olublar:
- polkovnik Mirzəyev İlqar Anzor oğlu;  
- mayor Əhmədov Namiq Hajan oğlu;  
- mayor Novruzov Anar Gülverdi oğlu;  
- gizir Zeynallı İlqar Ayaz oğlu;
- gizir Babayev Yaşar Vasif oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynov şəhid olan hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!

2020-07-14 00:00:00
449 baxış

Digər xəbərlər

В Баку ко Дню Неизвестного Солдата состоялась церемония возложения цветов

Как известно, День неизвестного солдата отмечается в Российской Федерации и ряде стран мира как память о воинах, погибших на фронтах Великой Отечественной войны, передает  со ссылкой на Trend.  Эта дата приурочена к моменту перезахоронения в 1966 году останков неизвестного солдата в Александровском саду, у стен Кремля. Общественность Азербайджана совместно с представителями дипломатического корпуса России в Азербайджане приняли участие в церемонии возложения цветов в парке Рихарда Зорге к монументу памяти «1941-1945 г.г.» и на Ясамальском кладбище в Баку. В братских могилах захоронены участники битвы за Кавказ, которые скончались в госпиталях от тяжелых ранений. Ранее, 1 декабря сотрудники Российского информационно-культурного центра в Баку (РИКЦ) и их дети, а также представители Землячества казаков Азербайджана и Волонтеры Победы провели субботник по наведению порядка на воинском мемориальном захоронении на Ясамальском кладбище города Баку.

Hamısını oxu
ERMƏNİSTANIN TƏXRİBAT TÖRƏTMƏKDƏ MƏQSƏDİ NƏDİR?

Sentyabr ayı girəndən Ermənistan ard-arda təxribat törədir. Təxribatın səbəbini onların yeni qələbə qazanmaq istəyində, daha doğrusu yenidən müharibəyə məqsədli olduqlarında görürük. Ermənistanın bu terror cəhdlərinin onların məkirli niyyətlərindən xəbər verdiyini deyən hərbi ekspert Cəlil Xəlilov vəziyyəti açıqlayıb.   "Təbii ki, ermənilərin separatçı addımları, təmas xəttində törətdikləri ardıcıl təxribatlar, terror cəhdləri onların məkirli niyyətlərindən xəbər verir. Bütün bu faktlar onu göstərir ki, rəsmi İrəvan post-müharibə dönəmində formalaşan yeni status-kvo ilə razılaşmaq istəmir, nəyin bahasına olursa-olsun bu status kvonu dəyişməyə can atır. Buna görə də Ermənistan hakimiyəti erməni lobbisi və xaricdəki havadarlarının köməyi ilə bölgədə yeni gərginlik yaratmağa can atır. Bu məsələdə Ermənistandakı revanşist qüvvələr, xüsusilə də Köçəryan-Sərkisyan cütlüyü daha çox diqqət çəkir. Vaxtiylə Ermənistan rəhbərliyində tənsil olunan bu şəxslər mövcud gərginliklər fonunda öz siyasi ambisiyalarını təmin etməyə çalışır, bunun üçün geniş kütlələri Paşinyan rejiminin üzərinə qaldırmağa cəhd edirlər. Onlar erməni toplumunu inadırmağa çalışır ki, guya Paşinyan təslimçi sülhə hazırlaşır və onun yürütdüyü siyasət Ermənistanın maraqlarına uyğun deyil. Halbuki, Ermənistan üçün əsl fəlakət Köçəryan-Sərkisyan cütlüyünün Azərbaycanla qarşıdurma istəyidir".   Ekspert Azərbaycanın haqq üçün mübarizə apardığını, hətta ermənipərəst dövlətlərin bunu bildiyini, amma etiraf etmədiyini açıqladı. "Bu gün bütün dünya Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını bilir. Hətta ermənipərəst dövlətlər də həqiqəti etiraf etməslər də, Azərbaycanın haqq işi uğrunda mübarizə apardığından xəbərdardırlar. Azərbaycanın mediası və diplomatiyası dayanmadan bu həqiqətlər haqqında dünya ictimaiyyətini məlumatlandırmaqdadır. Təbii ki, ölkəmizin separatizmə, erməni yalanlarına qarşı aparıdğı mübarizənin başında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev gəlir. Dövlət başçısı hələ 44 günlük Vətən müharibəsinin gedişində beynəlxalq KİV-lərə verdiyi müsahibələrdə erməni yalanlarını ifşa etmiş, İrəvanın dezinformasiyalarına qarşı inkaredilməz faktlar, təkzibedilməz sübutlar ortaya qoymuşdur. İlham Əliyev dəmir məntiq və ciddi arqumentlərlə sübut etmişdir ki, Azərbaycan haqq işi uğrunda mübarizə aparır və bu mübarizədən dövlətimizi heç bir qüvvə çəkindirə bilməz. Bu həqiqət bu gün üçün də keçərlidir. Ermənistandakı revanşist qüvvələr anlamalıdırlar ki, əgər təxribatlara davam edərlərsə, o zaman Azərbaycanın cavabı sərt və amansız olacaq. Belə bir cavab üçün Azərbaycanın hər cür imkanı var və zərurət yaranacağı təqdirdə ölkəmiz bu imkandan istifadə edəcək".   Çinarə Muradova

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Ali Baş Komandan!   Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanda veteranlara hərtərəfli qayğı və diqqət siyasəti bu gün Sizin tərəfinizdən uğurla və inamla davam etdirilir. Göstərilən yüksək münasibət Vətəninə, xalqına, dövlətinə sədaqətlə xidmət etmiş, hazırda gənc nəslin vətənpərvərlik tərbiyəsində bilik və bacarığını əsirgəməyən, yaşının ahıllıq çağına çatmış biz veteranları qəlbən sevindirir, həyat eşqimizi daha da artırır. Sizin bu günlərdə imzaladığınız sərəncam veteranlara qayğının növbəti təsdiqi oldu. Həmin sərəncamla 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılarına 1000 manat məbləğində, İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə və digər şəxslərə 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi faşizm üzərində qələbənin 73-cü ildönümü ərəfəsində veteranlarda əsl bayram ovqatı yaratmışdır. Müharibə veteranlarına göstərdiyiniz qayğı və diqqətə görə Sizə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə  yeni uğurlar  arzulayırıq. Veteranlar  həmişə Sizinlədir.   Dərin  hörmətlə, Respublika  Veteranlar  Təşkilatı   Rəyasət  Heyəti  adından   Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik                                                          Tofiq Ağahüseynov

Hamısını oxu
Peşə təhsil müəssisələrində 27 sentyabr “Anım Günü”nə həsr olunan silsilə tədbirlər həyata keçirilib

Veteran.gov.az xəbər verir ki, 27 sentyabr tarixində Bakı və regionlarda yerləşən peşə təhsil müəssisələrində  İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinə həsr olunan “Anım Günü” ilə bağlı silsilə tədbirlər keçirilib.   Tədbirlər çərçivəsində peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti tərəfindən Bakı şəhəri və regionlarda yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib, şəhid ailələri və məzun qazilərlə görüşlər təşkil olunub. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində nəzərdə tutulan tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və qazilər iştirak edib, 44 günlük Vətən müharibəsinə həsr olunmuş videotəqdimat nümayiş etdirilib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbirindən sonra II Şəhidlər Xiyabını ziyarət edilib və Mərkəzin ərazisində ağacəkmə kampaniyası həyata keçirilib. Həmçinin Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin girişində şəhidlərin fotostendləri hazırlanıb və onların mübarizə yolunu əks etdirən videoçarxlar, işğaldan azad edilmiş bölgələrdə quruculuq işlərini əks etdirən video materiallar nümayiş etdirilib. Lənkəran Peşə Liseyi də “Anım Günü” ilə əlaqədar şəhid ailələrinə verilən yeni yaşayış binasının həyətinə Lisey tərəfindən istehsal olunan masalar, oturacaqlar, tullantı qutuları, güldanlar yerləşdirilib. Bununla yanaşı Liseyin həyətində şəhidlərin əziz xatirəsinə ağaclar əkilib. Müəssisələr arasında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tarixi günlə əlaqədar geniş tədbir keçirib, həmçinin Mərkəz kollektivi tərəfindən Şəhidlər Xiyabanı ziyarət olunub.   Azərbaycan Respublikasında “Anım Günü”nün təsis edilməsi 2020-ci il dekabrın 2-də İlham Əliyevin Sərəncamına əsasən qeyd olunur. “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşən, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən əsgər və zabitlərimizə, şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Peşə təhsil müəssisələrinin pedaqoji kollektivi, tələbə və məzunları arasından II Qarabağ müharibəsində iştirak etmiş 54 nəfər vətənin azadlığı uğrunda göstərdikləri şücaətə görə ölkə başçısı tərəfindən müxtəlif medallarla təltif ediliblər. 44 günlük Vətən müharibəsində ümumilikdə 760 təhsil işçisi düşmənə qarşı vuruşub. 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. (vet.edu.gov.az)

Hamısını oxu