Digər xəbərlər
Mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” Sərhəd Dəstəsinin xidməti ərazisində, Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənar, qanunsuz keçmək cəhdinin qarşısı alınmışdır. Sərhədpozucuları DSX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açmış və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olmuşlar. Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Təşkilatın Rəyasət Heyəti adından dövlət sərhədlərimizin təhlükəsizliyini təmin edərkən hərbçilərimizin həyatlarını itirməsindən dərin təəssüf və narahatlıq hissi keçirdiyini bildirmiş, onların ailə üzvlərinə və yaxınlarına, o cümlədən Dövlət Sərhəd Xidmətinin komandanlığına dərin hüzünlə başsağlığı vermişdir. Allah rəhmət eləsin!
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Sülh Konfransında iştirak çərçivəsində bir sıra media orqanlarına, eləcə də Fransanın “France 24” telekanalına müsahibə verib. Müsahibədə Fransa-Azərbaycan münasibətlərində yaşanan gərginliyə toxunan dövlət başçısı, bütün problemlərin rəsmi Parisin anti-Azərbaycan siyasətindən qaynaqlandığını, rəsmi Bakının isə buna cavab olaraq müəyyən addımlar atmaq məcburiyətində qaldığını bildirib. İlham Əliyev qeyd edib ki, iki dövlət arasındakı münsibətlərin gərginliyinə görə məsuliyyət Fransa tərəfinin üzərinə düşür. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın heç bir dövlət, eləcə də Fransa ilə problem yaşamaq istəmədiyini, münasibətlərin yenidən yaxşılaşacağına ümidvar olduğunu bildirib. İlham Əliyevin “France 24” müsahibəsində diqqət çəkən ən başlıca məqamlardan biri isə Prezidentin erməni qatillərini məhz ermənipərəst Fransaya məxsus telekanalda – “France 24”də ifşa etməsi oldu. Bakıda məhkəmə hökmü ilə ağır cəzalara məhkum edilən separatçıları günahsız insanlar kimi təqdim etməyə çalışan telejurnalisti dəmir məntiqi və təkzibedilməz faktları ilə susduran İlham Əliyev, onların törətdiyi cinayətlər diqqət çəkib: “Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz”. (https://apa.az/resmi-xeber/prezident-ilham-eliyev-munxende-france-24-telekanalina-musahibe-verib-939493 ). Daha sonra öz fikirlərini davam etdirən dövlət başçısı, separatçıların alman faşistlərindən daha ağır cinayətlərə imza atdığını vurğulayıb: Prezident İlham Əliyev: Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin. Müxbir: Bu, Sizin üçün eyni şeydir? Prezident İlham Əliyev: Bəli, tamamilə. Hətta daha da pisdir, daha da pisdir. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi. (https://apa.az/resmi-xeber/prezident-ilham-eliyev-munxende-france-24-telekanalina-musahibe-verib-939493 ) Göründüyü kimi, İlham Əliyev sadəcə Silahlı Qüvvələrin deyil, həm də Azərbaycan diplomatiyasının Ali Baş Komandanı kimi media müstəvisində də böyük peşəkarlıq və qeyri-adi ustalıq sərgiləməkdədir. Məhz bu peşəkarlığın nəticəsidir ki, dövlət başçısı erməni faşizmini erməniprəst Fransaya məxsus telekanalda uğurla ifşa etməyi bacardı və bununla sübut etdi ki, o, həqiqətən də məğlubedilməzdir. Prezident İlham Əliyev bu uğuru ilə isbatladı ki, həqiqət həqiqətdir və heç bir platformada, heç bir formada onu inkar etmək, yox saymaq, görməzdən gəlmək mümkün deyil. Bu baxımdan, İlham Əliyevin “France 24”-ə müsahibəsini həm rəsmi Parisin ermənipərəst siyasətinə, həm də erməni faşizminə böyük zərbə hesab etmək olar. Əminliklə demək olar ki, bütün baş verənlərdən sonra “France 24” Azərbaycan mövzusuna daha həssaslıqla yanaşacaq və Prezident İlham Əliyevdən müsahibə götürməzdən öncə ən az iki dəfə düşünməli olacaq. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılışlarında iştirak edib. Dövlətimizin başçısı Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişi ilə tanış olub, “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun açılışında iştirak edib, Gəncə Memorial Kompleksinin təməlini qoyub. Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibə verib. Səfərdən geniş materiallar yanvarın 31-də dərc ediləcək. Mənbə: president.az
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, bu gün Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi, konsul Aleksandr Arxipov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüşdə Azərbaycan və Belarus xalqlarının faşizmə qarşı apardığı tarixi mübarizədən bəhs olunub, bu mübarizənin ümumbəşəri əhəmiyyəti vurğulanıb. Belarus konsulu Təşkilata İkinci Dünya müharibəsi dönəmində Belarusun azadlığı uğrunda döyüşən və bu gün də həyatda olan soydaşlarımıza gətirdikləri hədiyyələri təqdim edib. Görüşdə ikitərəfli əmədkaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Hamısını oxu