Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Gəncə şəhərində səfərdə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılışlarında iştirak edib.

Dövlətimizin başçısı Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişi ilə tanış olub, “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun açılışında iştirak edib, Gəncə Memorial Kompleksinin təməlini qoyub.

Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibə verib.

Səfərdən geniş materiallar yanvarın 31-də dərc ediləcək.

 

Mənbə: president.az

2022-01-31 10:19:00
955 baxış

Digər xəbərlər

İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi İlahiyyat İnstitutunda olub

Veteran.gov.az xəbər verir ki, İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Dr. Huthaifa Z. Mahmud Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.   Aİİ-nin rektoru, dosent Aqil Şirinov qonağı ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. O, Aİİ-nin fəaliyyəti, məqsəd və vəzifələri, hədəfləri haqqında məlumat verib. Rektor müəssisədə təhsilin ödənişsiz əsaslarla aparıldığını, tələbələrin ehtiyaclarının dövlət tərəfindən qarşılandığını bildirib.   A.Şirinov ali təhsil müəssisəsində mövcud ixtisaslar və təhsil pillələri haqqında məlumat verib. Qeyd edib ki, Aİİ-də bakalavirat, magistratura və doktorantura pillələri üzrə tədris aparılır. Rektor Azərbaycan və İraq respublikaları arasında tarixən mövcud əlaqələrdən bəhs edib. Azərbaycan İlahiyyat İnstitutunun tədris sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirib.   İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Dr. Huthaifa Z. Mahmud, öz növbəsində, İnstitutda olmaqdan məmnunluğunu ifadə edib. Qonaq təhsil və elmi-tədqiqat sahəsində ikitərəfli əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayıb.   Səfir ərəb dili tədrisinin önəminə toxunub. Qeyd edib ki, ərəb dili ilahiyyat sahəsində mövcud ixtisaslar üçün vacibdir. O, İraq Respublikasında yaşamış azərbaycanlı ədiblərin, alimlərin ərəb dilində bir çox əsərlərinin mövcudluğuna toxunub.   Daha sonra Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov Aİİ-də ərəb dilinin tədrisi barədə məlumat verib. Qeyd edib ki, ərəb dilinin öyrənilməsi Azərbaycanın Orta əsr ədəbiyyatı, tarixi və fəlsəfəsinin tədqiqi baxımından mühümdür.   Görüş ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması ətrafında müzakirələrlə davam edib.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında tədbir keçirilmişdir

Cari il avqust ayının 2-də Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsində (referendumda) təşviqat qrupu qismində iştirak etmək üçün Respublika Veteranlar Təşkilatı tərəfindən təşəbbüs qrupunun yaradılması məqsədilə təşəbbüsçülərin yığıncağı keçirilib. Yığıncaqda 250 ilkin təşəbbüsçünü təmsil edən 90 nümayəndə iştirak edib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq referendumun 2016-cı il sentyabrın 26-na təyin edilməsi, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin bu Sərəncamda göstərilən tarixdə keçirilməsinin təmin edilməsi ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsinə başlandığını və bununla əlaqədar ölkənin ictimai təşkilatlarında, idarə və müəssisələrdə Təşəbbüs qruplarının yaradılmağa başlandığını bildirib. Respublika Veteranlar Təşkilatının öz sıralarında veteranlar ordusu kimi böyük bir qüvvəni birləşdirən ictimai təşkilat olaraq referendumda fəal iştirak edəcəyinə əminliyini ifadə edən Cəlil Xəlilov bunun üçün müvafiq Təşəbbüs qrupunun yaradəlmasını təklif etmişdir. Tədbirdə şıxış edən Respublika Veteranlar Təşkilatının şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev, təşkilatın nümayəndəsi Əliş Əliyev, Nəsimi rayon veteranlar təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı İsmayıl Fərəcov və başqaları referendumun Azərbaycanda siyasi islahatlar, ölkənin daha etibarlı sabahı baxımından əhəmiyyətindən danışmış Təşəbbüs qrupunun fəal iş aparması üçün əllərindən gələni əsirgəmiyəcəklərini bildirmişlər. Təşəbbüsçülərin yığıncağında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşəbbüs qrupunun 20 nəfər səlahiyyətli nümayəndəsi təyin olunmuşdur. Eynii zamanda yaradılan Təşəbbüs qrupunun qeydiyyatdan keçməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim edilməsi barədə qərar qəbul olunmuşdur.

Hamısını oxu
Həzi Aslanov haqqında film (Zvesda tv)

"Zvesda "tv-də efirə getmiş Sovet İttifaqı qəhrəmanı general-mayor Həzi Aslanov haqqında film.  video

Hamısını oxu
Hərbi jurnalist Şəmistan Nəzirli vəfat edib

Hərbi jurnalist, nasir Şəmistan Nəzirli 83 yaşında vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu münasibətlə mərhumun yaxınlarına səbr diləyir, dərin hüznlə başsağlığı verir. Qeyd edək ki, Ş. Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Yuxarı Körpülü kəndində anadan olub. AzTV-də, Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsində və digər qurumlarda fəaliyyət göstərib. 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Hamısını oxu