Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu, Mehriban Əliyevanın qayğısıdır - Brifinq

Uzun müddətdir ki, koronavirusdan müalicə alan həkim-reanimatoloq Cavid Paşayev evə buraxılır. Axar.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. "Baxmayaraq ki, xəstəxanada müalicəsi bitib, onun uzunmüddətli reabilitasiya dövrünə ehtiyacı var. Həm öz adımdan, həm də həkimlərimiz adından həkimlərə göstərdiyi qayğıya görə Mehriban Əliyeva və Heydər Əliyev Fonduna təşəkkür edirəm", - o deyib.

2020-08-15 00:00:00
3427 baxış

Digər xəbərlər

“Ermənistan sülhə yox, sülhün imitasiyasına çalışır”

Cəlil Xəlilov: “İrəvan nə işğal dönəmində, nə də Vətən müharibəsindən sonra sülh danışıqlarında səmimi olmayıb”   “Ermənistan sülhə yox, sülhün imitasiyasına çalışır”.   Bunu saytımıza açıqlamasında Mharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildiirb. Polkovnik qeyd edib ki, əslində Ermənistan nə işğal dönəmində, nə də müharibədən sonra sülh danışıqlarında səmimi olmayıb:   “Azərbaycan hələ Birinci Qarabağ müharibəsindən sonra işğal faktorunu aradan qaldırmaq üçün uzunmüddətli diplomatik cəhdlər ortaya qoydu. Lakin 30 ilə yaxın müddətlə problemin sülh yoluyla həlli ilə bağlı rəsmi Bakının ortaya qoyduğu səylər səmərəsiz qaldı. İrəvan bu gün olduğu kimi, həmin dönəmdə də sülh danışıqlarında formal olaraq iştirak etdi. Problemin həlli üçün heç bir real səy, səmimi istək ortaya qoymadı.   Təəssüflər olsun ki, rəsmi İrəvan bu gün də eyni saxtakar siyasəti həyata keçirməkdədir. Vətən müharibəsindən 5 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də sülhün əldə edilməsinə süni maneələr yaradır, prosesi məqsədli olaraq yubadır. Bu əsnada, Ermənistan sürətlə silahla siyasəti həyata keçirməkdədir ki, bu da İrəvanın revanşist niyyətlərindən xəbər verir. Görünən odur ki, Ermənistan hələ də 44 günlük müharibənin dərslərindən lazımi nəticə çıxarmayıb və bu gün xam xəyallarla yaşamaqdadır”.   Polkovnik qeyd edib ki, Ermənistan ərazisində fəaliyyət göstəərn Avropa İttifaqının mülki missiyası da sülh prosesinə zərbə vurur, bölgədə gərginliyi artırır:   “Bəlli bir müddətdir ki, Ermənistan ərazisində Avropa İttifaqının monitorinq missiyası fəaliyyət göstərir. Bu missiyanın adı monitorinq missiyası olsa da, bu missiya faktiki olaraq təxribatla məşğuldur. Onlar mütəmadi şəkildə bizim mövqelərimizi müşahidə edir, müxtəlif təxribatçı hərəkətlərə yol verirlər.   Azərbaycan tərəfi dəfələrlə bununla bağlı öz narahatlığını dilə gətirib və bəyan edib ki, Ermənistan həqiqətən də bölgədə uzunmüddətli, etibarlı sülh istəyirsə, o zaman belə təxribatçı addımlardan çəkinməli, Avropa İttifaqı missiyasını sərhəddən yığışdırmalıdır. Ancaq Ermənistan dövlətimizin bu tələbini də yerinə yetirmək üçün konkret addımlar atmır. Bu isə bölgədə vəziyyəti gərginləşdirir, sülh üçün əlavə maneələr yaradır”.   Cəlil Xəlilov qeyd edib ki, proseslərin bu şəkildə davam etməsi bölgədə sülh və təhlükəsizlik baxımından yaxşı heç nə vəd etmir:   “Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan sülh üçün əməli addımlar atmalı, silahlanma siyasətindən imtina etməli, 10 Noyabr Bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirməlidir. Nə qədər ki, bu baş vermir, nə qədər ki, Ermənistan sülhdən daha çox revanş haqqında düşünür, bölgədə sülh üçün təhdidlər qalmaqda davam edəcək.   Bununla yanaşı, Ermənistan bilməlidir ki, əgər havadarlarının fitnəsinə uyaraq regionda vəziyyəti gərginləşdirməkdə və yeni təxribatlartörətməkdə davam edərsə, bu, Azərbaycanı qəti və qabaqlayıcı addımlar atmağa vadar edəcək. Bunun isə Ermənistan üçün nəticələri son dərəcədə fəlakətli olacaq”.   Seymur ƏLİYEV

Hamısını oxu
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətilə bağlı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.   Modern.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemində təhlükəsizlik, texniki və proqram vasitələri sahəsində əsaslı dəyişiklik məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 3,866 milyon (üç milyon səkkiz yüz altmış altı min) manat ayrılıb.

Hamısını oxu
Millət vəkili Adil Əliyev şəhid leytenantın anım tədbirində iştirak edib

Veteran.gov.az xəbər verir ki, millət vəkili Adil Əliyev dünən şəhid leytenant İmran Əliyevin anm tədbirində iştirak edib. Millət vəkili bu barədə sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir:   “Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, rayonun vəzifəli şəxsləri, ağsaqqalları ilə birlikdə Vətən müharibəsi şəhidi, leytenant İmran Əliyevin anım tədbirində iştirak etdik. İmran Əliyev öz qəhrəman dostları ilə bərabər əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilməsi məqsədilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Ordumuzun tərkibində döyüşmüş və misli görünməmiş qəhrəmanlıq göstərmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid İmran Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı eyni zamanda Azərbaycanın Suqovuşan qəsəbəsinin və Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.   Allah şəhidlərimizə rəhmət etsin, müqəddəs xatirələri bizim üçün hər zaman əziz olacaqdır, tarixi qələbəmizə görə onlara minnətdarıq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin açıq iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin açıq iclası keçirilib. İclası giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, son aylar Təşkilatın gördüyü işlərlə bağlı Rəaysət Heyəti üzvlərinə ətraflı məlumat verib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxışında  Rəyasət Heyəti üzvlərinin, o cümlədən digər veteranların Təşkilatın fəaliyyətində aktiv iştirak etdiyini, məhz onların fədakarlığı sayəsində çoxsaylı tədbir və layihələrin həyata keçirildiyini qeyd edib, əməklərinə görə onlara təşəkkürünü bildirib. Daha sonra Rəyasət Heyəti tərəfindən gündəlikdə duran məsələlər müzakirə edilib, görülən işlərin təhlili ilə yanaşı, yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan işlərdən bəhs olunub. Rəyasət Heyətinin iclasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyi münasibəti ilə keçiriləcək tədbir və layihələrlə bağlı da fikir mübadiləsi aparılıb.  

Hamısını oxu