Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Millət vəkili Adil Əliyev şəhid leytenantın anım tədbirində iştirak edib

Veteran.gov.az xəbər verir ki, millət vəkili Adil Əliyev dünən şəhid leytenant İmran Əliyevin anm tədbirində iştirak edib. Millət vəkili bu barədə sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir:

 

“Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, rayonun vəzifəli şəxsləri, ağsaqqalları ilə birlikdə Vətən müharibəsi şəhidi, leytenant İmran Əliyevin anım tədbirində iştirak etdik. İmran Əliyev öz qəhrəman dostları ilə bərabər əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilməsi məqsədilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Ordumuzun tərkibində döyüşmüş və misli görünməmiş qəhrəmanlıq göstərmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid İmran Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı eyni zamanda Azərbaycanın Suqovuşan qəsəbəsinin və Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

Allah şəhidlərimizə rəhmət etsin, müqəddəs xatirələri bizim üçün hər zaman əziz olacaqdır, tarixi qələbəmizə görə onlara minnətdarıq”.

 

Seymur ƏLİYEV

 

2021-10-05 12:00:00
1167 baxış

Digər xəbərlər

TƏBİB 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb

Veteran.gov.az xəbər verir ki, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və Yevlax Rayon Mərkəzi Xəstəxanasında "İxtisas ayları" proqramı çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərinin ixtisaslaşmış tibb müəssisələrində çalışan uzman və ixtisaslı həkimlər tərəfindən bölgədə yaşayan uşaqlara  tibbi xidmətlər göstərilib. Tibbi xidmətlər pediatrik xəstəliklərin ən çox müşahidə edildiyi bölgələrdən hesab olunan Bərdə-Yevlax tibbi ərazi bölməsinə daxil olan Mingəçevir, Bərdə, Yevlax, Ağdaş və Tərtər rayonlarının vətəndaşları üçün təşkil edilib. Tibbi heyət Respublika Pediatriya Mərkəzi, Yeni Klinika, Sumqayıt Tibb Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasında fəaliyyət göstərən 10 nəfər müxtəlif ixtisaslı həkim-mütəxəssisdən ibarətdir. Sağlamlıq günlərinin əsas məqsədi regionlarda yaşayan əhalinin tibbi müayinəsi,  uşaqlarının sağlamlığının qorunması istiqamətində pediatrik xəstəliklərinin erkən aşkarlanması, eləcə də onların törədə biləcəyi yanaşı xəstəliklər və fəsadlar barədə əhalinin maarifləndirilməsidir. Uşaq sağlamlığı günlərində 750-dən çox uşaq pediatr, kardioloq, infeksionist, nevroloq və oftalmoloq müayinələrindən keçərək 1 500-dən çox tibbi xidmətdən yararlanıb. Tibbi müayinələrdən yararlanan və xəstəliyi yeni müəyyən edilən uşaqların valideynlərinə zəruri tibbi məsləhətlər verilib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib. Qeyd edək ki, tibbi müayinələrin keçirildiyi günlər ərzində uşaqlar üçün əyləncə proqramları da təşkil edilib.         

Hamısını oxu
Respublika Veteranlar Təşkilatinda “Gənclər bizim bu günümüz, həm də sabahımızdır” mövzusunda tədbir keçirilib

Martın 14-də Respublika Veteranlar Təşkilatının inzibati binasında Gənclər və İdman Nazirliyinin, Ağsaqqallar şurasının nümayəndələrinin, müharibə, əmək və Silahlı Qüvvələr veteranlarının, ziyalıların, gənclər təşkilatının, müəllimlərin, şagirdlərin və media nümayəndələrinin iştirakı ilə “Gənclər bizim bu günümüz, həm də sabahımızdır” mövzusunda tədbir keçirilib. video Tədbirin keçirilməsində məqsəd ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işini gücləndirməkdir.  Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açaraq təşkilatın fəaliyyəti barədə geniş məlumat verib, bu mövzuda keçirilən tədbirlərin ənənəvi hal aldığını diqqətə çatdırıb. O, gənclərmizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ziyalıların, ağsaqqalların və veteranların bugünkü fəaliyyətini yüksək qiymətləndirib. C.Xəlilov 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Gününün təsis edildiyini və Ulu Öndərin gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşıdığını diqqətə çatdırıb. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin gənclərə yüksək etimad göstərməsini, onların hərtərəfli inkişafı üçün böyük işlər gördüyünü vurğulayıb. C.Xəlilov gənclərin təhsilə yiyələnməsinin vacibliyini, hər bir sahədə   gənclərin üzərinə düşən məsuliyyəti xüsusi qeyd etdi. O, Azərbaycan gəncinin əsl vətənpərvərliyini, Vətən, xalq üçün canından keçməyə daim hazır olduğunu, bunu Aprel döyüşlərində və Naxçıvan əməliyyarlarında sübut etdiklərini diqqətə çatdırdı. C.Xəlilov: “Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri və ötən il keçirilən uğurlu Naxçıvan əməliyyatı bizim gücümüzü, peşəkarlığımızı göstərdi. Biz bu əməliyyat nəticəsində uzun illər işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda – Lələtəpə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir”.      Gənclər və İdman nazirinin müavini İntiqam Babayev  də öz növbəsində bu cür tədbirlərin əhəmiyyətindən danışdı. İ.Babayev veteranları canlı tariximiz adlandırıb, gənclərimizi onlardan örnək götürməyə səslədi. O, Respublikamızın bugünkü inkişafına, hər bir sahədə əldə etdiyi nailiyyətlərə nəzər saldı. İ.Babayev: “Bu gün veteran, ağsaqqal adlandırdığımız insanlar vətənimizi göz bəbəyi kimi qoruyub, azadlığımız, müstəqilliyimiz üçün çalışıblar. Onların davamçıları -  Prezident İlham Əliyevin ətrafında sıx birləşən - siz gənclərin amalı azərbaycanlı adını şərəflə daşımaq, Vətənin tarixini, mədəniyyətini yaşatmaq, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini qorumaqdır. Bu gün iftixarla qeyd edə bilərik ki, gənclərimiz Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasına sadiqdirlər, veteranların təcrübəsindən bəhrələnir, təhsilə, elmə yiyələnirlər. Hər bir sahədə Azərbaycanın bayrağını qürurla dalğalandırırlar”. Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov  Azərbaycan xalqının tolerantlıq ənənələrindən, Dağlıq Qarabağ münaqişəsinin tarixindən və mənfur erməni xislətinin xalqımızın başına gətirdiyi fəlakətlərdən söhbət açdı. Bu günümüzün və gələcəyimizin əmin əllərdə olması üçün B.Yusifov  gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi. Digər çıxış edənlər II dünya müharibəsi veteranı İsmayıl Fərəcov, ehtiyatda olan polkovniklər Adil Haqverdiyev və Elşad Şabanov Respublikada həyata keçirilən gənclər siyasətindən, gənclərin ölkə həyatındakı yeri və rolundan, vətənpərvər gəncliyin üzərinə düşən məsuliyyətdən danışdılar. Tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dünya veteranlarına və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 12 sentyabr 2022-ci il tarixində Ermənistanın Azərbaycanla dövlət sərhəddində həyata keçirdiyi irimiqyaslı təxribatla bağlı bəyanat yayıb. Dünya veteranları və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda deyilir:   “12 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhəddində həyata keçirdiyi irimiqyaslı təxribat nəticəsində 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan birgə Bəyanatın şərtləri növbəti dəfə pozulmuş, məlum insident Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları arasında itkilərə səbəb olmuşdur. Post-müharibə dönəmindən sonra da dövlətimizə qarşı mina terrorunu davam etdirən, respublikamızın ərazi bütövlüyü və suverenliyinə qarşı davamlı diversiyalar həyata keçirən Ermənistanın 12 sentyabr təxribatı beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla yanaşı, regionda sülh və sabitlik baxımından da ciddi təhdidlərin yaranmasına səbəb olmuşdur. Bu təxribat Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsinin taleyini də qeyri-müəyyən vaxta qədər təxirə salmış, hər iki dövləti narahat edən problemlərin siyasi müstəvidə tənzimlənməsi prosesinə zərbə vurmuşdur.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hesab edirik ki, Ermənistanın Azərbaycana yönəlik terror və təxribat xarakterli addımlarına beynəlxalq  ictimaiyyət, o cümlədən dünya veteranları, beynəlxalq təşkilatlar, qabaqcıl dövlətlər biganə qalmamalı, rəsmi İrəvanın beynəlxalq hüquqa zidd olan militarist siyasətinə qarşı öz etirazlarını bildirməlidirlər. Çünki Ermənistanın Azərbaycan xalqını hədəf alan təxribatçılıq siyasəti sadəcə ölkəmiz üçün deyil, bütün sivil dünya və bəşəriyyət üçün ciddi təhdid təşkil etməkdədir. Dünya veteranları, beynəlxalq təşkilatlar 12 sentyabr təxribatı ilə bağlı Ermənistana öz etirazlarını bildirməli, yaxın gələcəkdə oxşar təxribatların baş verməməsi üçün rəsmi İrəvana ciddi təzyiq göstərməli, hadisə və proseslərin inkiaşfını diqqət mərkəzində saxlamalıdır.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq 12 sentyabr təxribatını qınayır, bunu Ermənistan hakimiyyətinin anti-sülh, anti-humanist siyasətinin növbəti təzahürü kimi qiymətləndiririk. Ümid edirik ki, dünya veteranları və beynəlxalq təşkilatlar terror və təxribatı dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın təxribatlarını cavabsız qoymayacaq, beynəlxalq hüququ və ədalət prinsipini rəhbər tutaraq rəsmi İrəvana öz sərt etirazlarını bildirəcək, Azərbaycanın sülh siyasətinə aşkar dəstək ifadə edəcəklər”.

Hamısını oxu
“Ermənistanın işğal dönəmində vurduğu ziyana görə təzminat ödəməsi beynəlxalq hüququn tələbidir”

“Ermənistanın işğal dönəmində vurduğu ziyana görə təzminat ödəməsi beynəlxalq hüququn tələbidir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan işğal dönəmində misilsiz vəhşiliklər törədib, həm sosial infrastrukturu, həm də təbiəti məhv edib: “Ermənistan 30 ilik işğal dönəmində insanlıq tarixində misli-bərabəri olmayan talan və dağıntılar törədib, yüzlərlə yaşayış məntəqəsini sözün həqiqi mənasında yox edib. Evlər, məscidlər, qəbiristanlıqlar, sosial infrastruktur, sənaye və kənd təsərrüfatı müəssisələri, hətta tarixi abidələr də məhv edilib. Bununla yanaşı, erməni faşizmi təbiətə də böyük zərər verib, torpaq örtüyünü, su hövzələrini, meşələri məhv edib, sıradan çxıarıb. Bütün bunlara görə Ermənistanın təzminat ödəməsi vacibdir. Bu, yalnız Azərbaycanın deyil, həm də beynəlxalq hüququn tələbidir. Bütün dünyada bu praktika mövcud olub və bu gün də mövcuddur. Odur ki, Azərbaycan haqlı olaraq Ermənistandan vurulan zərərə görə tam təzminat tələb edir və bu tələb yerinə yetirilənə qədər dövlətimiz öz mübarizəsini davam etdirəcək”. Polkovnik qeyd edib ki, Vətən müharibəsindən sonra silahlanmaya böyük vəsaitlər ayıran Ermənistan, silah almaq yox, təzminat ödəmək haqqında düşünməlidir: “Ermənistan öz havadarlarının köməyi ilə Vətən müharibəsindən sonra sürətli silahlanma siyasəti həyata keçirməkdədir. Fransa, Hindistan, ABŞ, Yunanıstan və s. ölkələrdən müxtəlif silah-sursatlar, hərbi texnikalar alınır, Ermənistan ordusunun yenidən qurulmasına böyük vəsaitlər sərf olunur. Bütün bunlar onu göstərir ki, Errmənistan sülh deyil, yeni qarşıdurmalar haqqında düşünür. Lakin yaxşı olardı ki, silah idxalına milyonlar sərf edən rəsmi İrəvan Azərbaycana təzminat ödəmək haqqında fikirləşsin. Çünki Azərbaycan Qarabağı azad etdiyi kimi, təzminat məsələsində də sona qədər qərarlılıq nümayiş etdirəcək və öz istəyinə nail olacaq”. Seymur ƏLİYEV

Hamısını oxu