Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəbrayıl və Füzuli rayonlarının işğalından 27 il ötür

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal etməsinin ildönümüdür. Publika.az xəbər verir ki, işğaldan 27 il ötür. Ərazisi 1 050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın işğalı nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib. Rayonda 90 kənd var və hazırda yalnız bir kənd - Cocuq Mərcanlı erməni işğalından azad olunub. İşğaldan öncə rayonda 35 uşaq bağçası, 65 orta məktəb, 1 texniki peşə məktəbi, 73 xəstəxana və digər tibb müəssisəsi, 63 mədəniyyət obyekti fəaliyyət göstərib. Cəbrayıldan olan məcburi köçkünlər hazırda ölkənin 58 rayonunda 2 000-ə yaxın yaşayış məntəqəsində məskunlaşıb. Erməni silahlı birləşmələri tərəfindən işğal olunmazdan əvvəl rayonun kənd təsərrüfatı əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Cəbrayıl ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Şirvan-Zəngilan avtomobil yolu (60 km) keçir. Rayon tarixi-memarlıq və dini abidələrlə zəngindir. Cəbrayıl rayonu erməni təcavüzkarlarına qarşı müharibədə 350-dən çox şəhid verib, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub. 1993-cü ilin avqustun 23-də erməni hərbi birləşmələri tərəfindən işğal olunan Füzuli rayonunun ümumi sahəsi 139 393 hektar olan rayonun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125 368 hektar ərazi hələ də erməni silahlı birləşmələrinin işğalı altındadır. Füzulinin işğaldan azad olunan ərazisində 13 qəsəbə və 20 kənd var. Rayona məxsus qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Ötən əsrin 80-ci illərinin sonlarından başlayan erməni təcavüzünə qarşı mübarizədə rayonun minlərlə sakini döyüşüb, yüzlərlə insan şəhid olub, yaralanıb, girov və itkin düşüb. Ümumilikdə Füzuli rayonu müharibədə 1 100-dən artıq şəhid verib, 1 450 rayon sakini əlil olub.

2020-08-23 00:00:00
3533 baxış

Digər xəbərlər

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi erməni vandalizminin ifşası istiqamətində sistemli addımlar atır”

“Erməni vandalizmi” filmi erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir” Naqif Həmzəyev: “Erməni vəhşiliyini ifşa edən sənədli-bədii filmlərin çəkilməsi vacibdir”  Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında "Erməni vandalizmi" adlı sənədli film hazırlanıb ki, filmdə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər, hərbi cinayələr konkretb faktlar əsasında öz əksini tapıb. Maraqlıdır, bu cür filmlər ermənii yalanlarına qarşı mübarizədə effektiv mübarizə vasitəsi, ifşaedici silah hesab oluna bilərmi? Dünyanı erməni faşizminin mənfur siması ilə təkzibedilməz faktlar – foto-video materiallar vasitəsi ilə tanış etmək, Qarabağla bağlı əsl həqiqətlərin beynəlxalq aləm tərəfindən daha aydın dərk olunması baxımından nə dərəcədə önəmlidir? Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bu kimi addımların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Reallıq bundadır ki, errmənilər hər zaman öz yalanlarını dünya birliyinə həqiqət kimi təqdim edib və onların bir qismini bu yalanlara inandıra bilib.  44 günlük Vətən müharibəsi və bu müharibədə Azərbaycanın əldə etdiyi tarixi zəfər erməni faşizminin əsl simasını bir daha üzə çıxardı. Işğaldakı torpqların azad edilməsindən sonra ortaya çıxan mənzərə göstərdi ki, ermənilər 30 ilə yaxın müdətdə bizim demək olar ki, bütün dini-tarixi abidələrimizə zərər verib, onları dağıdıb. Həmin abidələrin mövcud vəziyyəti ilə bağlı Azərbaycan tərəfinin ortaya qoyduğu faktlar mahiyyət etibari ilə erməni yalanlarının, erməni vandalizminin ifşası deməkdir. Lakin bu da həqiqətdir ki, ermənilərin iki əsr ərzində səsləndirdiyi yalanları qısa zamanda ifşa etmək, dünyaya ermənilərin əsl üzünü tanıtmaq o qədər də asan deyil. Biz bunun üçün daha ciddi fəaliyyət ortaya qoymalı, öz qüvvələrimizi səfərbər etməliyik. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti təqdirəlayiqdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daim erməni vandalizminin ifşa edilməsi, ermənilər tərəfindən dağıdılan dini-tarixi abidələrimizlə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli addımlar atıb, mühüm işlər görüb. Bildiyiniz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımın beynəlxalq aləmdə tanınması istqiamətində ciddi addımlar atılıb. Xüsusilə, Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası Xocalı həqiqətlərinin dünyaya çatdırılmasıdna mühüm rol oynadı. Artıq dünyada bir neçə dövlət Xocalı soyqırımını tanıyır. Lakin tək Xocalı faciəsinin tanıdılması ilə iş bitmir. Ermənilər 1905-ci ildən etibarən dəfələrlə Azərbaycan xalqına qarşı soyqırımları törədiblər. Onların hamısı ifşa edilməli, dünyaya çatdırılmalıdır. Erməni vəhşiliyinin ifşa edilməsi üçün kitablar da, elmi məqalələr də vacibdir. Bunun üçün konfranslarda erməni vandalizminin ifşa edilməsi, beynəlxalq tribunalarda bu barədə mütəmadi şəkildə danışılması da lazımdır. Lakin erməni vandalizminin ifşası məqsədi ilə sənədli və bədii filmlərin çəkilməsi də çox vacibdir.  Çünki təcrübə göstərir ki, dünyamızda insanlar vizual görüntülərə daha çox inanır, bu görüntülər onların şüurunda özünə daha dərindən yer edir. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Erməni vandalizmi” filmi də erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki bu filmdə erməni vəhşiliyi, erməni hərbi cinayətləri ilə qiymətli faktlar, təkzibedilməz dəlillər mövcuddur. Hesab edirəm ki, bu cür filmlərin əcnəbidilli auditoriyalar üçün də hazırlanması zəruridir. Bizim əlimizdə erməni vəhşiliyi, erməni cinayətləri ilə bağlı kifayət qədər faktlar var. Biz bu faktlardan istifadə edərək erməni xislətini ifşa etməliyik”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Müstəqil Dövlətlərin veteranlar (pensiyaçılar) İctimai Təşkilatları İttifaqı”nın Moskvada VI Beynəlxalq qurultayı keçirilmişdir

15 noyabr 2016-ci il tarixində Moskva şəhərində Müharibə və Silahlı Qüvvələr veteranları evində “Müstəqil Dövlətlərin Veteranlar (pensiyaçılar)  İctimai Təşkilatları İttifaqı”nın VI Beynəlxalq qurultayı keçirilmişdir. Qurultayda Azərbaycanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təmsil etmişdir. C.Xəlilov ən məhsuldar illərini vətənə xidmətə həsr etmiş veteranları Azərbaycan veteranları adından salamlayaraq, Təşkilatın Rusiya Fedarasiyası, Ukrayna, Belarus, Moldova Respublikası icmaları, MDB ölkələrinin səfirlikləri ilə sıx əməkdaşlıq əlaqələri saxladığını qeyd etmiş, son illərdə MDB ölkələrinin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndiyini, əməkdaşlığın daha da inkişaf etdiriləcəyini vurğulamışdır. O, İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın yaxından iştirakından, azərbaycanlıların qəhrəmanlığından, qanlı döyüşlərdə 300 mindən çox soydaşımızın həyətlarını itirməsindən danışmış, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrdən bəhs etmişdir. C.Xəlilov həmçinin tədbir iştirakçılarlnln diqqətini İkinci Dünya Müharibəsinin tarixinin ermənilər tərəfindən məqsədli şəkildə saxtalaşdırılmasına, belə münasibətin yolverilməzliyinə yönəltmiş, Azərbaycanın bu məsələlərdə tutduğu qəti və obyektiv mövqeyi çatdırmışdır. Sonda C. Xəlilov Azərbaycan Veteranlar Təşkilatı tərəfindən nəşr olunmuş “Победа и память» (“Qələbə və yaddaş”) kitabını İttifaqın Rəyasət Heyətinə hədiyyə etmişdir. Qurultayda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev və Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Müstəqil Dövlətlərin Veteranlar (pensiyaçılar) İctimai Təşkilatları İttifaqı”nın Rəyasət Heyətinə yenidən üzv seçilmişlər.  

Hamısını oxu
Президенту Азербайджанской Республики

Hamısını oxu
“Veteranlarımız işğaldan azad edilən ərazilərdə aparılan nəhəng quruculuq prosesinin avanqardıdır”

“Verteranlarımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan nəhəng abadlıq və quruculuq prosesinin avanqardıdır”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqlarımızın azadlığını təmin edən veteranlar, müharibə dönəmində olduğu kimi post-müharibə dövründə də Prezident İlham Əliyevin ətrafında sıx birləşməkdə, respublikamızın çiçəkənməsinə ciddi töhfələr verməkdədir:  “2020-ci ildə Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni işğalına son qoyan veteranlarımız post-müharibə dönəmində də xalqımız, dövlətimiz və Prezidentimizlə tam bir həmrəylik sərgiləməkdədir. Bu gün işğaldan azad edilən ərazilərdə aparılan abaqlıq işlərində, qurucluq prosesində veteranlarımız yaxından iştirak etməkdə, yaşayış məntəqələrinin inşası, infrastrukturun formalaşdırılması prosesinə böyük töhfələr verməkdədir. Şəhid və veteranlarımızın fədakarlığı nəticəsində azad edilən torpaqlarımızda digər vətəndaşlarımızla yanaşı, veteranlarımız da böyük əmək sərf etməkdə, bu ərazilərin yenidən dirçəldilməsi üçün əsl fədakarlıq sərgiləməkdədirlər. Bu, veteranlarımızın xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərindən biridir”.  Hazırda ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) on üçüncü sessiyasının keçirildiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, respublikamızın işğaldan azad edilən ərazilərdəki quruculuq təcrübəsinin öyrənilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib:  “Mayın 17-də Bakıda start götürən və 22 may tarixinə qədər davam edəcək WUF13 yeni, müasir tələblərə cavab verən şəhərsalma ənənəsinin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Qürurvericidir ki, bu gün müasir şəhərsalma ilə bağlı WUF13-də səslənən çağırışların bir çoxu Azərbaycan Respublikası tərəfindən çoxdan həyata keçirilməkdədir. Biz işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələr çərçivəsində bunu aydın şəkildə görə bilərik. Bu baxımdan dünya dövlətlərinin ölkəmizin işğaldan azad edilən ərazilərdəki təcrübəsini öyrənməsi ümumbəşəri maraqlar konteksində mühüm önəm kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də mayın 18-də “Euronews” televiziyasına müsahibəsində bu fakta diqqət çəkərək bildirdi ki, “biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq”. Hansı ki, ölkəmizin əldə etdiyi bu zəngin təcrübənin dünya dövlətləri tərəfindən mənimsənilməsi bütün bəşəriyyətin maraq və mənafeyi baxımından son dərəcə faydalı və səmərəli olar.  Bu baxımdan, inanıram ki, WUF13-də iştirak edən dövlətlər Azərbaycanın şəhərsalma təcrübəsinə xüsusi diqqət yetirəcək və bu təcrübəni öyrənməklə öz ölkələrinin inkişafına əlavə töhfə verəcəklər”.  Seymur ƏLİYEV Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu