Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Naxçıvan Muxtar Respublikasının Şərur rayon Gənclər və İdman İdarəsi və “İdea” Şahmat Klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi leytenant Ənvər Əliyevin xatirəsinə həsr edilmiş onlayn beynəlxalq şahmat turniri keçirilib. Turnirin açılış mərasimində şəhidin atası Nizami Əliyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müşaviri İsrafil Cəfərov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Şərur rayon Gənclər və İdman İdarəsinin rəisi Sahil Hüseynov, Qadınlardan ibarət şahmat üzrə yığma komandanın baş məşqçisi Fikrət Sideyifzadə, Naxçıvan Şahmat Federasiyasının müəllimi Hüseyn Əliyev, Şərur rayon Uşaq Gənclər Şahmat Məktəbinin direktor müavini Rafiq Bayramov, turnirin baş hakimi Fidan Talıbova iştirak ediblər. Baş İdarənin rəisi Raqif Abbasov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Ənvər Əliyevin xatirəsinin xalqımızın qəlbində yaşayacağını bildirərək, belə igid oğul böyütdükləri üçün şəhidin atasına minnətdarlıq edib. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, Baş İdarə tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlərin və müxtəlif turnirlərin keçiriləcəyini bildirib. Digər çıxışlarda da Vətəninə və xalqına sədaqətini layiqincə sübut edən qəhrəman şəhidlərin xatirəsinin xalqımız tərəfindən daim uca tutulacağı bildirilib. Şəhid Ənvər Əliyevin atası Nizami Əliyev turnirdə iştirak edən bütün idmançılara uğurlar arzulayıb, övladlnın xatirəsinin əziz tutulmasına görə təşkilatçılara minnətdarlığını bildirib. İsveçrə sistemi üzrə keçirilən onlayn yarışda Azərbaycan, Türkiyə Gürcüstan və Amerikadan (1 nəfər) ümumilikdə 157 nəfər şahmatçı iştirak etmişdir. Şahmat turnirinin nəticəsinə əsasən, ümumi hesabda Rəvan Uğuzov, qızlar arasında isə Xanım İsmayılova birinci yeri tutublar. Müxtəlif yaş kateqoriyalarında Əsnad Baxışzadə (U-8), Məmməd Məmmədzadə (U-10), Yusif Mustafazadə (U-12) ilk pillələrdə qərarlaşıblar. Qeyd edək ki, Şərur rayonun Axaməd kənd sakini olan Ənvər Əliyev müharibənin ilk günlərindən döyüşlərdə iştirak edərək, qəhrəmancasına vuruşub, şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin işçiləri, şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 6 may 2022-ci il tarixində MMQ-nin Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində keçirilən tədbirdə iştirak ediblər. “Sovet İttifaqı Qəhrəmanlarını gənc nəslə daha yaxından tanıdaq” adlı tədbirdə əsgərlərlə birgə MMQ-nın şəxsi heyətlə iş üzrə şöbəsinin rəisi polkovnik Ayaz Əliyev, hərbi hissə komandirinin psxoloji təminat üzrə müavini polkovnik-leytenant Zabil Əliyev, hərbi hissənin qərargah rəisi –hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini mayor Ramil Nurəliyev, Şəxsi heyətlə iş üzrə şöbə rəisinin müavini polkovnik– leytenant Bəhruz Əsədov, ictimayyətlə əlaqələr bölməsinin rəisi İrşad Məmmədli, şəxsi heyətlə iş üzrə şöbənin baş zabiti mayor Şahlar Həsənov iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev tədbir iştirakçılarına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovun salamlarını çatdırıb, Azərbaycan xalqının faşizm üzərindəki qələbədəki roluna diqqət çəkib: “Azəbaycan vətəndaşları İkinci Dümnya müharibəsinin qələbə ilə başa çatmasında ön və arxa cəbhədə böyük fədakarlıqlar göstərmişlər. Ön cəbhədə vuruşan qəhrəman oğul və qızlarımızın göstərdiyi qəhrəmanlıqlar haqında kitablar yazılmış, filimlər çəkilmiş, mahnılar bəstələnmişdir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov, bu ali ada layiq görülmüş qəhrəmanlardan Gəray Əsədov, Qafur Məmmədov, əfsanəvi partizan Mehti Hüseynzadə və digər qəhrəmanların şərəfli döyüş yolu gənc nəslə hər zaman örnək olmalıdır. Uzun illər torpaqlarımızın işğal altında olmasına baxmayaraq, ulu babalarımızdan miras qalmış torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz azad etdi. Mən çıxışımın sonunda bir daha torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərə uca Allahdan rəhmət, qazilərə cansağlığı diləyirəm!” Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Cəlil Xəlilov: “Türkiyəyə qarşı bu təzyqilər heç bir nəticə verməyəcək” “Azərbaycan hər zaman olduğu kimi, bundan sonra da Türkiyəni dəstəkləməkdə davam edəcək” ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanıması Türkiyə ilə yanaşı, Azərbaycan cəmiyyətində də ciddi etirazla qarşılanıb. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Veteran.gov.az-a açıqlamasında bunu tarixi həqiqətlərin kobud təhrifi kimi dəyərləndirib: “Təbii ki, 1915-ci il hadisələrini bu şəkildə dəyələrəndirmək, ermənilərə qarşı guya hanssıa soyqırımın həyata keçirildiyini iddia etmək tarixi həqiqətləri kobud şəkildə təhrif etmək, məqsədli şəkildə görməzdən gəlmək deməkdir. Çünki 1915-ci il olaylarının mahiyyəti bütün dünya, o cümlədən ABŞ üçün kifayət qədər aydındır. Hər kəsə məlumdur ki, nə 1915-ci ildə, nə də ondan əvvəl və sonra Osmanlı dövləti ərazisində, Türkiyədə ermənilərə qarşı hər hansı zorakılıq, təzyiq və soyqırım baş verməyib. Əksinə, ermənilərin özü türklərə, azərbaycanlılara qarşı 1915-1918-ci illərdə soyqırım həyata keçirib, minlərlə günahsız mülki vətəndaşı amansızcasına, bir-birindən ağır işgəncələrlə qətlə yetiriblər. İndi ABŞ prezidentinin tarixi həqiqəti danaraq 1915-ci il olaylarını “erməni soyqırmı” kimi dəyərləndirməsi hər şeydən öncə bu ölkədə erməni lobbisinin, erməni diaspor təşkilatlarının nüfuzu və təzyiqi kimi qiymətləndirilməlidir. Bu fakt onu göstərir ki, özünü dünyaya “demokratiyanın beşiyi” kimi təqdim edən ABŞ-da lobbi təşkilatlarının gücü qarşısında ən böyük, inkaredilməz həqiqət belə davam gətirə, həyata vəsiqə ala bilmir. Ancaq bu da bir həqitədir ki, bu məsələni sadəcə erməni lobbisinin gücü ilə əlaqələndirmək də yanlış olur. Şübhəsiz, bu qərarın arxasında həm də ABŞ-ın öz maraqları, gələcəyə yönəlik niyyət və planları dayanır”. Cəlil Xəlilov qeyd edib ki, ABŞ-ın bu addımı atmaqla Türkiyəyə təzyiq göstərməyə çalışır: “ABŞ hökumətinin belə bir addım atmasının arxasında tamamilə müstəqil siaysət yürüdən, sadəcə regionda deyil, bütün dünyada ciddi güc mərkəzinə çevrilən Türkiyəyə təzyiq göstərmək, onun mövqelərini zəiflətmək məqsədi daşıyır. Görünən odur ki, qardaş Türkiyənin regiondakı aktivliyi, o cümlədən Vətən müharibəsində ölkəmizə verdiyi mənəvi-diplomatik dəstək bəzi qlobal gücləri məmnun etmiş deyil. Bu səbəblə də onlar müxtəlif yollarla Türkiyəyə təzyiq göstərməklə rəsmi Ankaranın fəaliyyətini “çərçivəyə salmağa” çalışırlar. Lakin undurular ki, bu gün onların qarşısında böyük hərbi, iqtsisadi, siyasi və diplomatik gücə malik olan güclü Türkiyə dövləti dayanıb. Bu gün Türkiyənin hörmətli Rəcəb Tayyib Ərdoğanın timsalında çox güclü, qətiyyətli, uzagörən, vətənpərvər prezidenti var. Odur ki, Türkiyəyə təzyiq göstərməyə çalışanların nəyəsə nail olması mümkün deyil”. Sədr müavini bugünə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın Türkiyəyə dəstək verməkdə davam edəcəyini bildirib: “Məlum olduğu kimi, Azərbaycan və Türkiyə sadəcə indi deyil, tarixin bütün keşəkeşli dönəmlərində bir-birlərinə dəstək olub, bir-birlərinə qardaş yardımı göstəriblər. Bu baxımdan, hazırda Türkiyəyə yönəlik təzyiqlərə Azərbaycanın sərt təpgi verməsi, qardaş türk xalqı ilə həmrəylik sərgiləməsi tamamilə məntiqli və anlaşılandır. Çünki ABŞ erməni yalanını müdafiə etməklə, Türkiyəni heç vaxt etmədiyi cinayətdə ittiham etməklə sadəcə Türkiyəni deyil, 300 milyondan çox türk dünyasının qınaq və qəzəbinə səbəb olub. Türkiyənin mənafeyinə zidd hər hansı bir addım, həm də Azərbaycanın, bütün türk dünyasının mənafeyinə zərbə deməkdir. Məhz buna görə də Co Baydenin məlum açıqlamasından dərhal sonra Azərbaycanda yüzlərlə ziyalı, millət vəkili, ictimai-siyasi xadim Türkiyəyə dəstək xarakterli bəyanatlar verərək ABŞ prezidentinin ermənipərəst bəyananatını lənətləmiş, bunu tarixin təhrif edilməsi kimi qiymətləndirmişdir. Bu baxımdan ABŞ bu böyük yanlışı ortadan qaldırana qədər Azərbaycanın Türkiyəyə dəstəyi davam edəcək. Azərbaycanın Türkiyəyə verdiyi bu dəstək bütün türk dünyasının maraq və mənafeyi baxımından son dərəcə önəmlidir. Bu, türk dünyasının mənəvi-siyasi birliyini ortaya qoymaqla, Türkiyənin tək olmadığını, onu dsətəkləyən dövlətlərin mövcudluğunu göstərir. “Bir millət iki dövlət” prinsipinin bizdən tələb etdiyi də məhz budur”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri vitse-spiker Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayevin, iş adamı Rafid Abışovun və təşkilatçı pedaqoq Əsəd Abbasovun iştirakı ilə şəhidlərin doğum günü - martın 29-da onların evlərinə gedib ailələrini ziyarət ediblər. Onlar əvvəlcə rayonun Uzuntəpə kəndində şəhid kəşfiyyatçı leytenant Rusif Kazımovun ailəsi ilə görüşüb, onun ev muzeyində olublar. Şəhidin yadigarı olan Nuran balası ilə xatirə şəkilləri çəkdiriblər. Veteran Təşkilatının üzvləri və qonaqlar daha sonra rayonun Alar kəndinə gedib 19 yaşlı şəhid Qasımov Rəşadın da doğum günündə iştirak edib, ailəsinə dərin hüznlə başsağlığı veriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Hamısını oxu